Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə134/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   130   131   132   133   134   135   136   137   ...   158

Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

431


Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bu  məsələdə  müdrik  və  şəfqətli  idi.  

Sübh  namazını  qılmaq  üçün  məscidə  gedən  bir  qadına  təcavüz  

edilsə  də,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

qadınların  

sübh  saatlarında  məscidə  getmələrini  qadağan  etməmişdi.  Bu  

saatlar  qadınlar  üçün  təhlükəli  olsa  da,  Peyğəmbər  



(Ona  Allahın  xe-

yir-duası  və  salamı  olsun!)  

onları  sübh  çağı  Quran  oxumaq  savabından  

məhrum  etməmişdi.  Bununla  yanaşı,  o,  zəruri  hallarda  (evdə  

kimsə  olmazsa...)  qadınların  öz  uşaqlarına  məscidə  gətirmələrinə  

qadağa  qoymamışdı.  Bütün  bunlar  bizə  haqlı  surətdə  diktə  edir  

ki,  qadınla  kişinin  arasındakı  müəyyən  fərqləri  nəzərə  almaqla  

məscidin  qapılarını  kişilərdə  olduğu  kimi  qadınların  da  üzünə  

açaq.  Heç  kəs  iddia  etməsin  ki,  müsəlmanların  şərəfini  və  ya  

Allahın  dinini  qorumada  Peyğəmbərdən  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

daha  qeyrətlidir.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

müsəlmanların  namusunu  qorumada  nə  qədər  diqqətli  

idisə,  qadınların  düşüncə  və  hisslərinin  korlanmamağında  o  

qədər  qeyrət  yiyəsi  idi...

İndiki  dövrdə  müsəlman  qadınların  ehtiyacı  Peyğəmbər  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

məscidinə  Qurana,  öyüd-nəsihət  və  

dərslərə  qulaq  asmaq  üçün  gəlib-gedən  səhabə  xanımların  eh-

tiyacından  azdırmı?  Alimlər  peyğəmbərlərin  varisidirlər;  əgər  

qadınların  indiki  dövrdə  Peyğəmbərdən  

(Ona  Allahın  xeyir-duası  və  sa-

lamı  olsun!)  

nə  isə  öyrənmələri  mümkün  deyilsə,  onda  alimlərdən  

öyrənsinlər.  Kimsə  iddia  etməsin  ki,  qoy  qadınlar  atalarından,  

həyat  yoldaşlarından  öyrənsinlər.  Çünki  hər  ata,  hər  həyat  yol-

daşı  öyrətməyi,  öyüd-nəsihət  etməyi  bacarmır.  Yox,  deyilsə  

ki,  zəmanə  korlanıb,  deyərik  ki,  qadınların  məscidə  getmələri  

bunu  aradan  qaldırmağın  yollarından  biridir.  



İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

432


Mübah  əməl  yerinə  görə  bəzən  məndub,  bəzən  də  vacib  

əmələ  çevrilir.  Bugün  cəmiyyətimiz  daha  çox  möhtacdır  ki,  

qadınlarımız  bacardıqları  qədər  məscidlərə  gündəlik  beşvaxt  və  

cümə  namazları,  dərslər,  moizələr  üçün  gəlsinlər.  Onlar  uzun  

və  gözəl  rükətlər  üçün  təravih  namazlarını  da  məscidlərdə  qıla  

bilərlər;  uzun  namazlarda  Qurana  qulaq  asmaq  nə  xoşdur!  Po-

zucu  “qidalar”  qarşısında  qadınların  əqli  və  mənəvi  “qidalar”a  

ehtiyacı  vardır.  Şər  əməllərə  yönəldən  dağıdıcı  təbliğat  qarşı-

sında  qadınlara  lazım  olanı  öyrətmək,  vicdanlarını  ayıq  tutmaq  

lazımdır.  “Boğucu”  abı-havadan  qurtulub  sağlam  həyat  yaşasın  

deyə  qadın  üçün  təmiz  abı-hava  yaratmaq  olduqca  zəruridir.  

Cazibədar  çılpaq  geyimlilər  qarşısında  qadınlarımız  əməlisaleh  

mömin  həmcinsləri  ilə  tanış  olmalı,  əlaqə  yaratmalıdırlar.  

“Qadınları  məscidlərdən  məhrum  etməyin”  hədisi  diqqətimi-

zi  mühüm  məsələyə  yönəldir:  məsciddə  namaz  qılmaq  bir  qa-

dın  üçün  mübah  əməldir,  yəni  istəsə  qılar,  istəsə  qılmaz,  –  bu  

onun  haqqıdır.  Hədis  qadının  atası  və  ya  ərinə  dair  bir  məsələni  

də  özündə  ehtiva  edir;  şəriət  ataya  və  ərə  qadına  qəyyumluq  

səlahiyyəti  versə  də,  onlara  onun  məscidə  getməyinə  mane  ol-

mağı  qadağan  etmişdir.  

Bir  sözlə,  qadının  məsciddə  namaz  qılmağı  mübahdır.  

Qəyyumların  qadınlara  məsciddə  namaz  qılmağa  icazə  vermələri  

isə  vacibdir,  onlara  bunu  qadağan  etmək  olmaz!  Təəssüf  ki,  

fərdi  (Abdullah  ibn  Ömərin  oğlunun  hərəkətini  xatırlayaq)  və  

kollektiv  müstəvidə  (uzun  əsrlər  belə  davam  etmişdir)  qadınla-

ra  məscidə  getmək  qadağan  olunmuşdur.  Çünki  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

sünnəsindən  sapmalar  baş  ver-

miş,  beləliklə,  qadın  ibadət,  elm,  cihad  məsələlərində  sosial  



Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

433


fəallıqdan  məhrum  edilmişdi.  Halbuki  Peyğəmbərin  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

zamanında  qadının  sosial  fəallığına  yüksək  

qiymət  verilirdi.  İş  o  yerə  çatmışdır  ki,  qadın  ya  atasının,  ya  da  

ərinin  evində  dörd  divar  arasında  həbs  olunmuşdur.  

Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

sünnəsindən  sap-

mağın  nəticəsi  o  oldu  ki,  qadının  şəxsiyyəti  cılızlaşdı.  Əsrlər  

keçdikcə  onunla  Peyğəmbər  dövrü  müsəlman  qadını  arasın-

da  məsafə  artdı,  ağlı  cılız,  əxlaqı  korlanmış,  dünyagörüşü  dar  

müsəlman  qadını  obrazı  yarandı.  



QADIN VƏ KİŞİLƏR BİRLİKDƏ 

ELM ÖYRƏNMİŞLƏR

Qadınların kişilərdən elm öyrənməsi

Rəvayət  olunur  ki,  İbn  Abbas  



(Allah  ondan  razı  qalsın!)

  deyib:


“Peyğəmbərlə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Ramazan  bayra-

mı  namazını  qıldım...  Peyğəmbər  (xütbədən  sonra)  minbərdən  

endi.  Çox  yaxşı  xatırlayıram,  əli  ilə  işarə  edib  kişiləri  qalx-

mağa  qoymadı.  Onların  cərgələrini  yara-yara  qadınların  ya-

nına  çatıb  buyurdu:  “Ya  Peyğəmbər!  Mömin  qadınlar  Allaha  

heç  bir  şərik  qoşmayacaqları,  oğurluq  və  zina  etməyəcəkləri,  

övladlarını  öldürməyəcəkləri  (qız  uşaqlarını  diri-diri  torpağa  

gömməyəcəklərini),  özgə  kişilərdən  olan  uşaqlarını  yalandan  

ərlərinə  isnad  etməyəcəkləri  və  heç  bir  yaxşı  (bəyənilən)  işdə  

sənin  əleyhinə  çıxmayacaqları  barədə  sənə  beyət  etmək  üçün  

yanına  gəldikləri  zaman  onların  beyətini  qəbul  et  və  Allah-

dan  onların  bağışlanmasını  dilə.  Həqiqətən,  Allah  bağışlayan-



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə