Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə112/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   106   107   108   109   110   111   112   113   114

 
297
Təşrih olunmaq istəmirəm,– deyə o pıçıldadı. 
– Baxarıq. Bəlkə də, heç lazım gəlmədi. 
– Bundan...–O, sözünü axıra çatdırmadı. 
– Yox.. Heç nə olmaz... Lazım gələn alətlərin hamısı oradadır. 
– Alətlər... 
– Yoxlamaq üçündür. Mən indi... Qorxma, ağrıtmayacaq... 
İynə təsir eləmişdi. Ravik ehtiyatla yaraya baxanda onun gözlərində donub qalmış 
qorxu ərimişdi. Kişi qayıtdı: 
– Təcili yardım yola düşdü. 
– Otey 13–57-yə zəng vurun. Xəstəxanadır, özüm danışacağam. 
Kişi itaətlə çıxdı. 
– Kömək edəcəksən?–Joan pıçıldadı. 
– Bəs necə... 
– Ağrıdan qorxuram... 
– Ağrı olmayacaq. 
– Bacarmaram... Ağrıya dözə bilmərəm...–Onu yavaş-yavaş yuxu aparır, səsi 
batırdı.–Dözə bilmərəm... 
Ravik güllə dəyən yerə baxdı. Qalın damarlara toxunmamışdı. Özü də içəridə 
qalmışdı. Heç nə demədi. Yaranın ağzına kompres qoyub sarıdı. Qorxduğu şeyi 
Joana demədi... 
– Səni çarpayıya kim uzandırdı? Özün gəldin? 
– O... 
– Sən özün yeriyə... bilirdin? 
Təzədən qorxu çökən gözlər ona zilləndi, sanki, bir çüt bulanmış göl idi... 
– Nə?.. Elədir? Mən... yox... Ayağımı tərpədə bilmədim... Qıçım... Nə olub, Ravik? 
– Heç nə... Belə olacağını bilirdim... Düzələcək.  
Kişi qayıtdı: 
– Xəstəxana. 
Ravik tələsik telefona tərəf getdi. 
– Kimdir? Ejeni? Palata... Bəli... Veberə də zəng eləyin.–Sonra yataq otağına tərəf 
boylanıb, yavaşdan əlavə elədi.–Hazırlayın, gələn kimi başlayacağıq. Təcili yardım 
çağırmışam... Bədbəxt hadisədir... Bəli, bəli, elədir... Bəli... On dəqiqəyə... 
Dəstəyi asdı. Bir xeyli yerindən tərpənmədi. Stol. Bir şüşə nanəli araq. Adam lap 
iyrənir... Qədəhlər... Yumşaq, ətirli siqaretlər... Tfu! Lap o dəhşətli filmlərdə 
olduğu kimidir. Xalçanın üstündə də tapança... Qan ləkəsi... Heç həqiqətə 
oxşamır... «Yox, niyə özümü aldadıram, hamısı həqiqətdir! – İndi bildi ki, onu 
gətirən kişi kimdir. Dümdüz çiyinləri olan pencək, lak vurub səliqə ilə daranmış 
saçlar, yol uzunu əsəblərinə toxunan «Şevalye djOrse» ətri, barmaqlarındakı 
üzük... Onda hədə-qorxusuna lağ elədiyi aktyor idi.–Yaxşı nişan alıb... Yox, heç 
nişan almayıb... Belə düz nişan almaq olmaz! Yalnız vurmaq istəməyəndə, belə 
dəyər...» 
Geri qayıtdı. Aktyor çarpayının yanında diz çökmüşdü. Bəli, diz çökmüşdü. Başqa 
cur də ola bilməzdi. Elə hey danışır, sızıldayır, danışır... Nə dediyini özü də 
bilmir... 
– Durun! 


 
298
Kişi itaətlə ayağa qalxdı. Qeyri-ixtiyari şalvarının dizlərini çırpdı. Ravik onun 
üzünə baxdı. Aktyor ağlayırdı. Bircə bu çatmırdı! 
– Vurmaq istəmirdim, müsyö... And içirəm! Vurmaq istəmirdim... istəmirdim... 
Təsadüfən... bədbəxtlik oldu... Kor bir təsadüf... 
Ravikin ürəyi bulandı. Kor təsadüf! İndicə başlayacaq qafiyə ilə danışmağa! 
– Bilirəm. İndisə aşağı düşün, təcili yardımı gözləyin. 
Kişi nəsə demək istədi. 
– Gedin! O lənətə gəlmiş lifti hazır saxlayın! Allah bilir, xərəyi ora necə 
yerləşdirəcəyik... 
– Mənə kömək edəcəksən, Ravik? – Joan yuxulu-yuxulu dilləndi. 
– Hə...–Ravikin səsindən ümidsizlik yağırdı. 
– Gəldin... Sən gələndə rahat oluram...– Ənlik-kirşanı qarışmış sifətə təbəssüm 
qondu. 
– Əzizim, mən...–Kişi qapının ağzından dilləndi. 
– Rədd olun!–Ravik qışqırdı.–Rədd olun, gedin!  
Joan bir anlığa sakitcə uzanıb qaldı. Sonra gözlərini açdı. 
– O, səfehdir!– dedi. Qəribə də olsa, bu sözləri çox aydın tələffüz elədi.–Düz deyir, 
yazıq eləcə qorxutmaq istəyirdi.– Onun gözlərində qəribə, demək olar ki, hiyləgər 
bir ifadə oynadı.–Heç mən də inanmadım, daha da qızışdırdım... 
– Sənə danışmaq olmaz.. 
– Özündən çıxardım... – Onun gözləri qıyıldı. – Gör axırı da nə oldu, Ravik... 
Mənim həyatım... Vurmaq istəmirdi... Dəydi... Belə oldu... 
Gözlər yumuldu, təbəssüm yoxa çıxdı. Ravik qapını dinşədi... 
 
– Xərəyi liftə yerləşdirə bilmərik, çox dardır. Gərək, maili götürək. 
– Pilləkənlərdəki duracaqlardan keçirə bilərsiniz?  
Sanitarlar çıxdılar. 
– Bəlkə də... Bir az qaldırsaq, keçər. Onu möhkəm-möhkəm bağlasaq, yaxşıdır. 
Joanı bərk-bərk xərəyə sarıdılar. Alayuxulu idi, hərdən zarıyırdı. Sanitarlar onu 
götürüb çıxdılar. 
– Açarınız var?–deyə Ravik aktyordan soruşdu. 
– Mən... xeyr... Nəyə görə? 
– Qapını bağlamaq üçün. 
– Xeyr. Ancaq haradasa, buralarda olmalıdır. 
– Tapın, qapını da bağlayın!–Sanitarlar artıq birinci duracağa çatmışdılar.–
Tapancanı da götürün, yolda tullayarsınız. 
– Mən... mən... polisə gedəcəyəm, Yarası ağırdır? 
– Bəli. 
Kişinin boyun-boğazından tər elə axırdı ki, deyərdin, dərinin altında sudan başqa 
heç nə yoxdur. Qayıdıb otağa girdi. 
Ravik xərəyi düşürən sanitarların arxasınca getdi. Pilləkənlərdə elektrik lampaları 
vardı, üçcə dəqiqə yanıb, öz-özünə sönürdü. Onları yandırmaq üçün hər mərtəbədə 
bir düymə qoyulmuşdu. Sanitarlar düz pilləkənləri rahat düşürdülər, döngələrə 
çatanda isə vəziyyət çətinləşirdi. Keçirmək üçün xərəyi başları üzərinə qaldırmalı 
olurdular. Divarlarda iri kölgələr oynaşırdı. «Nə vaxtsa bir dəfə də belə 


 
299
olmamışdımı? – Ravik ürəyindən keçirdi. – Deyəsən, haradasa görmüşəm...» 
Yadına düşdü. Lap əvvəllər, yeni tanış olanda Raçinskini belə aparırdılar... 
Sanitarların ucadan danışmağına, xərək toxunduqca divardan qopan suvağın səsinə 
qapılar açıldı və onların arasından maraq dolu sifətlər, dağınıq saçlar, pijamalar, 
yuxulu gözlər, ilan zəhəri kimi yamyaşıl, güllü, al-qırmızı ipək gecəköynəkləri 
göründü. İşıq yenə söndü. Sanitarlar qaranlıqda donquldana-donquldana 
dayandılar: 
– İşıq! 
Ravik düyməni axtardı. Əli kiminsə döşünü qarmaladı, üzünə nəfəs dəydi, ayağı 
nəsə yumşaq şeyə toxundu. İşıq yandı. Saçları sarı rəngə boyanmış bir qadın 
gözlərini ona zilləmişdi. Ətli yanaqları qırış-qırış idi, üzünə çəkdiyi koldkrem 
işıldayırdı, əli ilə də min cür haşiyəli-bəzəkli ipək xalatının yaxasını tutmuşdu. Elə 
bil, piy basmış buldoq idi, yorğana bükmüşdülər... 
– Ölüb? – deyə qadının gözləri işıldadı. 
– Xeyr. 
Ravik yoluna davam etdi. Nəsə zingildədi, fınxırdı. Pişik imiş, ayağının altından 
sıçradı. 
– Fifi!–Qadın güclə aşağı əyildi.–İlahi, Fifi, səni ayaqladılar? 
Ravik aşağı düşdü. Xərək ləngər vura-vura gedirdi.. 
Joanın yalnız başı görünürdü, sanitarların hərəkətinə uyğun tərpənirdi. Gözlərini 
seçə bilmirdi. 
Axırıncı duracaq. İşıq yenə söndü. Ravik yuxarı yüyürüb düyməni axtardı. Həmin 
anda lift xırıldaya-xırıldaya aşağı düşürdü. Sanki, işıq saça-saça göylərdən enirdi. 
Qızıl suyuna çəkilmiş məftil səbətin içində aktyor dayanmışdı, xəyal kimi səssiz-
səmirsiz, Ravikin də, xərəyin də yanından ötüb keçdi. Lifti yuxarıda tapıb 
minmişdi ki, onlara çatsın. Ağıllı tərpənmişdi, ancaq nədənsə yerinə düşmürdü
adama gülünc görünürdü... 
Ravik başını qaldırdı. Canındakı əsməcə keçib getmişdi. Əlləri də daha rezin 
əlcəklərin içində tərləmirdi. Onları düz iki dəfə dəyişmişdi. 
Veber onunla üzbəüz dayanmışdı. 
– İstəyirsiniz Martoya zəng eləyin, Ravik. On beş dəqiqəyə buradadır. O işləyər, 
siz də assistentlik edərsiniz. 
– Xeyr, daha gecdir. Dayanıb kənardan baxa da bilmərəm. Özüm eləsəm yaxşıdır. 
Ravik dərindən nəfəs aldı. Sakitləşmişdi. İşə başladı. Bu da dəri... Dümağ... Joanın 
dərisi... Öz-özünə dedi ki, hamının dərisi kimidir. Qan... Joanın qanı... Hamının 
qanı kimidir... Tampon... Zədələnmiş əzələ... Tampon.. Ehtiyatlı ol! Bir az da 
irəli... Gümüş sancağın zərrəsi... Saplar... Bir az da irəli... Güllə yeri! Qəlpələr... 
Bir az da irəli! Güllə yeri gedir, hey gedir və... 
Ravik birdən duruxdu. Yavaş-yavaş dikəldi. 
– Baxın, Veber... Görürsünüzmü? Yeddinci fəqərə...  
Veber yaraya tərəf əyildi: 
– Vəziyyət ağırdır... 
– Ağırdır! Ümidsizdir... Heç nə eləmək olmaz. 
Ravik əllərinə baxdı. Onlar rezin əlcəklərin içində titrəyirdi. Bu əllər qüvvətli idi, 
bacarıqlı idi, min dəfə yarıb, doğram-doğram olmuş bədənləri min dəfə tikmişdi... 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə