Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə84/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   80   81   82   83   84   85   86   87   ...   114

 
224
Mənə bir qədəh də araq süzün, Ravik. Onu da içim, gedək... 
Ravik duranda hiss elədi ki, Joan ona baxır. Ketin qoluna girdi. Bu heç lazım 
deyildi, Ket özü gedə bilirdi. Ançaq Ravikə elə gəldi ki, bunu görməyi Joana təsir 
eləməz... 
Onlar «Lankaster» mehmanxanasına çatanda Ket dedi: 
– Mənə bir yaxşılıq da edərsiniz, Ravik? 
– Əlbəttə! Bacardığım qədər... 
– Mənimlə Manfor balına gedərsiniz? 
– Bu, nə olan şeydir? Birinci dəfədir eşidirəm. 
Ket kresloya oturdu. Kreslo çox böyük idi, onu daha da arıq göstərirdi, lap Çin 
rəqqasəsinə oxşayırdı. Qaşları çatılmışdı. 
– Manfor balı Parisin yüksək cəmiyyəti üçün yay mövsümünün ən böyük hadisəsi 
hesab olunur. Gələn cümə günü Lüiz Manforun evində başlayıb, bağında 
qurtaracaq. Bu da sizə heç nə demir? 
– Heçcə nə... 
– Mənimlə gedərsiniz? 
– Məni ora buraxarlar? 
– Dəvətnamə taparam.  
Ravik onun üzünə baxdı: 
– Çox vacibdir, Ket? 
– Mən getmək istəyirəm... Ancaq tək yox... 
– Mən olmasam, tək gedərdiniz? 
– Bəli. Əvvəlcə getdiyim adamların heç biri ilə gedə bilmərəm. Daha dözə 
bilmirəm. Bilirsiniz niyə? 
– Bəli... 
– Bu, mənim Parisdə ən gözəl, həm də axırıncı bayramım olacaq. Son dörd ildə 
həmişə getmişəm. İndi sözünüz nədir? 
Ravik Ketin nə üçün onunla getmək istədiyini bilirdi. Bilirdi ki, özünü inamlı hiss 
edir. Ona görə də «yox» deyə bilməzdi... 
– Gedərəm, Ket. Mənə xüsusi dəvətnamə də lazım deyil. Zənnimcə, tək 
gəlməyəcəyinizi desəniz, kifayət eləyər. 
– Elədir. Təşəkkür edirəm, Ravik! Bu saat Sofi Manfora zəng edərəm. 
Ravik durdu: 
– Onda cümə günü gəlib götürərəm. Nə geyəcəksiniz?  
Ket gözlərini qaldırıb onu süzdü. Gur işıq onun başına yapıxmış saçlarında bərq 
vururdu. «Lap kərtənkələ başına oxşayır...–Ravik ürəyindən keçirdi –Ölümqabağı 
yetkinliyin bu cür zərif, soyuq, amansız gözəlliyi heç sağlamlığın özünə də qismət 
olmur...» 
– İndiyəçən ürəyimdən keçənlərin biri də elə bu idi...– Ket azacıq tərəddüddən 
sonra dilləndi. – Maskarad balıdır. Ravik, XIV Lüdovikin saray bağında 
keçiriləcək... 
– Allah, sən saxla!–Ravik təzədən oturdu. 
Keti gülmək tutdu. Bu gülüş saf, məsum uşaq gülüşü idi. 
– Yaxşı konyakım var, Ravik, içirsiniz?  
Ravik başını buladı: 


 
225
– Gör camaat nələr fikirləşib tapır! 
– Hər il buna bənzər müsamirələr düzəldilir. 
– Bu, o deməkdir ki, mən də... 
– Hər şey mənim boynuma...–Ket tələsik onun sözünü kəsdi.–Siz narahat olmayın, 
kostyumu özüm taparam. Sadə olacaq... Heç geyib yoxlamaq da lazım deyil... 
Təkcə ölçünüzü deyin. 
– Deyəsən, ürəyim konyak istədi.  
Ket şüşəni ona uzatdı: 
– Ancaq «yox» deməyin, Ravik! 
Konyak süzüb içdi. «On iki gün!–Ravik ürəyindən keçirdi. – On iki gündən sonra 
Haake Parisə gələcək... Bu on iki günü birtəhər dözməliyəm. On iki gün!» 
İndi həyatı təkcə bu on iki gündən ibarət idi, ondan başqa heç nə haqda düşünə 
bilmirdi. Bu on iki günün arxasından dərin bir uçurum ağzını geniş açıb əsnəyirdi... 
Bu on iki günü necə keçirməyin heç bir fərqi yox idi... Geyim balı... Müəmmalarla 
dolu həmin on iki gündə bundan da gülməli bir şey ola bilərdimi? 
– Oldu, Ket! 
Qayıdanda yolunu Düranın xəstəxanasından saldı. Sarışın qadın yatırdı. Alnında 
tər damcıları düyünlənmişdi. 
Üzünün rəngi yerinə gəlmiş, dodaqları azacıq aralanmışdı. 
– Hərarəti neçədir? – Tibb bacısından soruşdu. 
– 37,8. 
– Pis deyil. 
Tər basmış sifətə tərəf əyildi. Qadının zəif nəfəsi üzünə vurdu. Bu nəfəsdən daha 
efir iyi gəlmirdi. Saf bir nəfəs idi, kəklikotu qoxusu verirdi. Kəklikotu! Nəyisə 
xatırladı... Şvartsvaldakı Alp çəmənliyi... Tövşüyə-tövşüyə, nəfəsi tutula-tutula 
qaçır, aşağıdan dalınca düşmüş adamların qışqırtısı eşidilir, kəklikotu iyi adamı lap 
məst edirdi... Qəribə idi, hər şey yaddan çıxır, qoxu isə burunda qalır. Kəklikotu! 
Onun qoxusu iyirmi ildən sonra da xatirələrin qurumuş qaysağını qoparacaq, 
Şvartsvalda qaçdığı günləri gözləri önündə elə canlandıracaq ki, deyəcəksən, 
bunlar hamısı dünən olub... «Yox, niyə iyirmi il?– Ravik ürəyindən keçirdi.–On 
ikicə gün!..» 
Şəhərin bürkülü küçələri ilə mehmanxanaya qayıtdı. Saat üçə az qalırdı. Pilləkənlə 
yuxarı qalxdı. Qapının ağzına ağ rəngli bir zərf qoyulmuşdu. Götürüb, ora-burasına 
baxdı. Üstündə onun adı yazılmışdı, ancaq nə markası, nə möhürü vardı «Joanın 
işidir»,–deyə fikirləşə-fikirləşə zərfi açdı. İçindən çek çıxdı. Düran göndərmişdi. 
Ravik biganəliklə rəqəmlərə baxdı. Gözlərinə inanmadı. Adətən, iki yüz frank 
olardı. Ancaq indi iki min idi! «Deyəsən, çox qorxub!–ürəyindən keçirdi.–Düran? 
İki min frank? Özü də gönüllü? Bu ki dünyanın səkkizinci möcüzəsidir!» 
Çeki pulqabına qoydu, bir neçə kitab götürüb, çarpayının yanındakı balaca stolun 
üstünə yığdı. Onları iki gün bundan qabaq almışdı ki, gözünə yuxu getməyəndə 
oxusun. Bu kitablar da qəribə olmuşdu, Ravik getdikcə mehrini onlara salırdı. 
Düzdür, onlar hər şeyi əvəz eləyə bilmirdi, ancaq Ravikə çox şeyin verə 
bilmədiyini bəxş edirdi. Xatırladı ki, didərgin düşdüyü ilk illərdə əlinə bircə kitab 
da götürməzdi. Hər gün rast gəldiyi dəhşətlərin qabağında onlar çox zəif 
görünürdü. İndi isə dağa dönmüşdü, adamı hər şeydən qoruya bilməsə də, onlara 


 
226
arxalanmaq olardı. Ravikə elə böyük köməyi dəymirdi, ancaq zülmətlərlə dolu bir 
zəmanədə onu ümidsizlik girdabına düşməyə qoymurdu. Elə bu da yetərdi! Nə 
vaxtsa, kiminsə ağlına fikirlər gəlmişdi və indi həmin fikirlər hamıya gülünc 
görünsə də, hamının onlardan zəhləsi getsə də, nə vaxtsa insanların ağlına gəlmiş 
fikir kimi qalır, yaşayırdı... Elə bu da yetərdi... 
Ancaq kitabı əlinə götürməmiş telefon səsləndi. Dəstəyi götürmədi. Zəng ara 
vermirdi. Xeyli gözlədi və telefon susan təki dəstəyi qaldırdı, növbətçidən kimin 
zəng elədiyini soruşdu. 
– Adını demədi. – Növbətçi cavab verdi. Ravik dəstəkdən onun marçıltısını 
eşidirdi. 
– Qadın idi? 
–Bəli. 
–Ləhcə ilə danışırdı? 
– Bilmirəm...–Dəstəkdən yenə marçıltı səsi gəldi.  
Ravik Veberin xəstəxanasına zəng vurdu. Oradan zəng eləyən olmamışdı. Düranın 
xəstəxanasından da axtarmamışdılar. «Lankaster» mehmanxanasına da zəng elədi. 
Telefonçu qız dedi ki, oradan da zəng vuran olmayıb. Elə isə Joan idi. Yəqin, 
«Şəhrizad»dan zəng eləyirdi... 
Bir saatdan sonra telefon yenə səsləndi. Ravik kitabı stolun üstünə qoydu. Durub 
pəncərəyə sarı getdi. Dirsəklərini çərçivəyə söykəyib, küçəyə baxdı. Xəfif külək 
zanbaq iyini yuxarı vururdu. Mühacir Vizenhof solmuş qərənfilləri zanbaqla əvəz 
etmişdi. Ona görə də yay gecələrində evi qəbristanlıq, monastır qoxusu 
bürüyürdü... Ravik ayırd edə bilmədi ki, niyə Vizenhof qərənfilləri zanbaqla əvəz 
eləyib; Qoca Qoldberqin ruhunu yad etmək üçünmü, yoxsa taxta dibçəkdə yaxşı 
qaldığına görəmi... Telefon susurdu. «Bəlkə, bu gecə gözümə yuxu getdi»,–deyib 
Ravik yerinə uzandı... 
Joan gələndə yatmışdı. O içəri girən kimi işığı yandırıb, qapının ağzında dayandı. 
Ravik gözlərini açdı. 
– Təksən?–Joan soruşdu. 
–Yox! İşığı söndür, özün də çıx get! 
Joan bir anlığa tərəddüd etdi, sonra gedib vanna otağının qapısını açdı. 
– Yalançı!–O gülümsədi. 
– Cəhənnəm ol, yorulmuşam... 
– Yorulmusan? Nədən? 
– Yorulmuşam! Xoş getdin!  
Joan yaxına gəldi: 
– Evə yenicə qayıtmısan... Hər on dəqiqədən bir zəng vururdum. 
Joan oğrun-oğrun ona tərəf baxdı. Ravik onun yalanını üzə vurmadı. Paltarını 
dəyişmişdi. «Məşuqu ilə bir dəfə yatıb, sonra onu evə göndərib. Bura da gəlib ki, 
mənə yanıq versin, elə bilib, Ket yanımdadır və ona da göstərsin ki, mən alçaq bir 
arvadbazam, hər gecə yanıma cürbəcür qadınlar gəlib-gedir, məndən uzaq gəzsin», 
–deyə ürəyindən keçirdi. Özünü məcbur eləyib gülümsədi. Heyif ki, belə ağıllı, 
hiyləgər qurğulara, lap ziyanına da olsa, həmişə məftun olmuşdu... 
– Nəyə gülürsən?–Joan əsəbiləşdi. 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə