Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə16/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   12   13   14   15   16   17   18   19   ...   148

Peyğəmbər  (s)  Məkkə  şəhərinin fəzilətləri  haqqında  buyurur:  “Hər kəs Məkkənin 
istisin
ə dözsə, Allah ondan Cəhənnəmin odunu yüz illik məsafə qədər uzaqlaşdırar və 
onu yüz illik m
əsafə qədər Cənnətə yaxınlaşdırar”
1

Peyğəbər (s) digər bir hədisində 
buyurur: “ Yer üzünd
ə Cənnətin qapılarının hamısının açıldığı Məkkədən başqa bir 
şəhər yoxdur. Cənnətin qapıları səkkizdir və onların hamısı Qiyamət günü Cənnətə 
açılacaqdır.  O  qapılardan  biri  Kəbə  üçündür.  O  qapılardan  biriri  Rükni-Yəmaninin 
yanındadır. O qapılardan biri Həcərül-əsvədin yanındadır. O qapılardan biri Məqami-
İbrahimin  arxasındadır.  O  qapılardan  biri Zəmzəmin yanındadır.  O  qapılardan  biri 
S
əfanın  üzərindədir.  O  qapılardan  biri  Mərvənın  üzərindədir.  Heç  bir  şəxs  Allahın 
r
əhmətindən  başqa  bir  şeylə  Kəbəyə  girməz.  Heç bir kimsə  Allahın  rəhmətindən 
başqa  bir  şeylə  ordan  çıxmaz.  Allah belə  buyrub:  “kim ora (K
əbəyə) girərsə 
əmniyyətdə olur”
2
. 
H
əmçinin, buyurur: “Yer üzündə on beş yerdə duanın qəbul olduğu Məkkədən 
başqa heç bir şəhər yoxdur. Kəbənin içində edilən dua mütləq qəbul olunur. Həcərül-
əsvədin yanında edilən dua qəbul olunur. Rükni-Yəmaninin yanında edilən dua qəbul 
olunur. 
Hicrin yanında edilən dua qəbul olunur. Məqami-İbrahimin arxasında edilən 
dua q
əbul olunur.  Zəmzəm  quyusunun  yanında  edilən dua qəbul olunur.  Səfa və 
M
ərvə üzərində  edilən dua qəbul olunur. Səfə  və  Mərvə  arasında edilən dua qəbul 
olunur. Rükn v
ə Məqam arasında edilən dua qəbul olunur. Minada edilən dua qəbul 
olunur. 
Ərəfatda edilən dua qəbul olunur.  Məşərül-haram  da edilən dua qəbul 
olunur”.    
H
əzrət yenə buyurur: “Ən xeyirli, ən təmiz və Allaha ən yaxın bölgə Rükn və 
M
əqami-İbrahimin arasıdır”. 
Dig
ər bir hədisdə isə deyir: “Allahın hərəmindəki və əmin bölgəsindəki bir gün 
bütün zamanın orucundan və bütün şəhərlərdəki gecə namazlarından daha üstündür”. 
O, yen
ə buyurur: “Yer üzündə bir yaxşılığa min səvab verilən Məkkədən başqa 
bir bölg
ə yoxdur. Kim orada bir rəkət namaz qılarsa, o namaz yüz min rəkət hesab 
olunar. Kim orada bir gün oruc tutarsa
ona yüz min günün orucu yazılar. Kim orada 
bir dirh
əm sədəqə verərsə, yüz min dirhəm sədəqə yazılar. Kim orada Quranı bir dəfə 
x
ətm edərsə,  Allah ona  yüz min Quran xətmi yazar.  Bütün  yaxşı  əməllərin  hamısı 
orada  yüz  min  yazılar.  Allahın  Qiyamət  günü  peyğəmbərlərdən,  seçilmişlərdən, 
mütt
əqilərdən,  yaxşılardan,  siddiqlərdən,  şəhidlərdən, salehlərdən,  alimlərdən, 
f
əqihlərdən,  yoxsullardan,  hukəmadan,  zahidlərdən,  çox ibadət edənlərdən,  həşr 
etdiyi M
əkkədən başqa heç bir şəhər bilmirəm. Şübhəsiz ki, onlar Allahın əzabından 
arxayın bir şəkildə orada həşr olunacaqlar”.   
Yer üz
ərində  ilk yaradılan  dağ  Əbu  Qubeys  dağıdır.  Beyti  ilk  təvaf edən 
m
ələklərdir. Allah Adəmi (ə) yaratmamışdan iki min il öncə Allahın göy üzündən yer 
üzün
ə ehtiyac üçün göndərdiyi mələklər Ərşin altında yuyunar, ehrama girər Kəbəni 
yeddi d
əfə təvaf edər, sonra Məqami-İbrahimin arxasında namaz qılar, sonra ehtiyac 
v
ə Allahın göndərdiyi işin ardınca gedərlər... 
1
 
Əllamə Hairi, Dairətül-məarif, c. XVII , səh. 305  
2
 Ali-
İmran, 96 
34 
 
                                                      


Yer üzünd
ə bütün peyğəmbərlərin, mələklərin, bütün Allah rəsullarının, Allahın 
saleh qullarının, yer və səma əhlinin, cinlərin toplandığı Məkkədən başqa bir şəhər 
yoxdur”. 
Allahın  Rəsulu  (s)  Məkkədən  çıxan  zaman  dedi:  “And olsun Allaha! Mən 
bilir
əm ki, sən Allahın məntəqələri içərisində mənə ən sevimli olansan. Şübhəsiz ki, 
s
ən Allaha da ən sevimli olansan. Sən yer üzünün ən xeyirli yerisən”
1

Peyğəmbərin 
(s) 
xanımı  Aişə  bint  Əbu  Bəkr deyir:  “Əgər hicrət  olmasaydı,  Məkkədə 
m
əskunlaşardım. Mən göylərə Məkkə qədər yaxın yer tanımıram. Məkkədə olduğum 
kimi heç bir bölg
ədə qəlbim bu qədər rahat olmur. Ayı Məkkədə olduğu kimi heç bir 
yerd
ə belə aydın görmürəm”
2
.  
Əbu Hüreyrə belə rəvayət edir: “Peyğəmbər (s) buyurdu: Namaz və ibadət üçün 
heç  bir m
əscidə  səfər etmək  doğru  deyildir,  yalnız  bu  üç  məscidə  səfər edilər: 
M
əscidül-haramı,  Məscidur-Rəsul  və  Məscidul-Kufə”
3
. Dig
ər bir hədisdə  isə 
buyurur: 
“Yalnız  bu  üç  məscidə  səfər edilər:  Məscidül-haramı, Məscidun-Nəbi və 
M
əscidül-əqsa”
4
.  
Əbu  Zər rəvayət edir:  Peyğəmbər (s) dedi “Bu həqiqətdir ki,  yer üzündə  ilk 
mubar
ək qılınan və içində namaz qılınsın deyə Məkkədə inşa edilən Kəbədir. Mən 
son
ra hansı deyə soruşdum. O dedi: Məscidül-əqsa. Mən ikisinin arasında nə qədər 
f
ərq var deyə  soruşdum. Dedi: qırx il”
5

Peyğəmbər (s) buyurub: “And olsun Allaha! 
M
əryəm oğlu İsa (ə) həcc və ümrə etmək üçün təlbiyə deyəcəkdir”
6
.  
Əbu Hüreyrə nəql edir: “Peyğəmbərdən (s) eşitdım ki, dedi: Bu məscidimdəki 
bir namaz M
əscidül-haramı  xaric digər məscidlərdə  qılınan  min namazdan 
üstündür”
7

Peyğəmbər buyurur:  “Məkkəni insanlar deyil Allah hərəm  qılmışdır. 
Allaha v
ə  axirətə  inanan heç bir mömünə  orada qan tökmək halal olmaz,  ağac 
qopartmaq olmaz. 
Əgər biri desə ki, Peyğəmbər (s) orada qan töküb ona belə deyin: 
Allah peyğmbərə icazə vermişdi, amma sizə icazə vermir. Məkkədə mənə günortanın 
bir müdd
ətində icazə verildi. Sonra bunu təkrar olaraq haram etdi”
8
.   
Peyğəmbər  (s)  digər bir hədisində  buyurur:  “Allah  bu  diyarı  yeri  və  göyü 
yaratdıqdan  bəri hərəm  etmişdir”
9
.  Bura Qiyam
ətə  qədər  Allahın    haramı  ilə 
haramdır. Məndən öncə heç kimsəyə belə orada qan tökmək halal olmamışdır. Mənə 
d
ə  günün bir müddətində  halal edildi.  Bura Qiyamətə  qədər  Allahın  haramı  ilə 
haramdır”
10
. (Allaha v
ə axirətə inananlara orada qan tökmək halal deyil).    
H
əmçinin, buyurub: “Məkkədə silah daşımaq heç kəsə halal deyil”
11
.  
1
 S
əhihi-Buxari və Səhihi-Müslüm əsərinə istinadən   
2
 
Əllamə Hairi Ələmi, Dairətül-məarif, c. XVII, səh. 305 
3
 
Əllamə Məclisi, Biharül-ənvar, c. 96, səh. 94 
4
 S
əhihi-Buxari, Səhihi-Müslüm. Qeyd edək ki, bu hədisi zəif bilən alimlər vardır.      
5
 
Əllamə Məclisi, Biharül-ənvar, c. 96, səh. 95; Səhihi-Buxari, Ənbiya-8;  Səhihi-Müslüm, Məsacid-2; Əllamə Hairi, 
Dair
ətül-məarif, c. XVII, səh. 305  
6
 S
əhihi-Müslüm, Həcc-216  
7
 
Malik bin Ənəs,əl-Müvəttə, Qiblə-9; Sünəni-Nəsai, Məsacid-7  
8
 S
əhihi-Buxari, Elm-37; Səhihi- Müslüm, Həcc-446; Sünəni-Tirmizi, Həcc-1 
9
 Küleyni, 
əl-Kafi, c. IV, səh. 418, hədis № 2958   
10
 
Əllamə  Məclisi, Biharül-ənvar, c. 96; Yaqut əl-Həməvi, Möcəmül-büldan, c. V, səh.  183;  Bağır  Şərif  əl-Qürəşi, 
H
əyati-Məhəmməd, c. I, səh. 27 
11
 S
əhihi-Müslüm, Həcc-449; Küleyni, əl-Kafi, c. IV, səh. 420 
35 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə