Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə14/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   10   11   12   13   14   15   16   17   ...   148

K
əbənin digər tərəfində  İbrahim  peyğəmbərin  (ə)  məqamı  vardır  ki,  buna da 
M
əqami-İbrahim  deyilir.  Qurani-kərim  bu yerin müqəddəs  olduğunu  önə  çəkərək 
deyir:  
İbrahimin  məqamını  özünüzə  namazgah götürün”
1
.  “M
əqami-İbrahim” 
K
əbənin sol tərəfində  yerləşir.  Bunun  səbəbini  Şeyx  Səduq belə  rəvayət edir: 
“İbrahimin məqamı ona görə solda yerləşir ki, Qiyamət günü İbrahim peyğəmbərin 
(
ə)  də  ,  Məhəmməd  peyğəmbərin də  məqamı  olacaq.  Məhəmməd  peyğəmbərin 
m
əqamı Ərşin sağ, İbrahim peyğəmbərin məqamı isə Ərşin sol tərəfində olacaqdır”
2
.   
“Üsuli-kafi”  v
ə  “Təfsiru-Əyyaşi”  əsərlərinin müəllifləri  İmam  Sadiqdən (ə) 
r
əvayət edirlər: “İmamdan -“orada 
aşkar ayətlər vardır”-ayəsinin təfsiri haqqında 
soruşuldu.  İmam  buyurdu:  -“
aşkar  ayətlərdə”-  məqsəd  İbrahimin  məqamıdır.  O, 
daşın üzərinə çıxmış və daşda ayaq izi qalmışdır. Digərləri isə Qara daş və İsmailin 
otağıdır”
3
. Bütün möt
əbər tarixi rəvayətlərə görə Məqami-İbrahim Peyğəmbər (s) və 
birinci  x
əlifə  Əbu Bəkrin dövründə  Kəbəyə  bitişik  idi.  Lakin Ömər bin Xəttab 
hakimiyy
ətə  gələndən sonra onu Kəbədən  ayırıb  indiki  yerinə  qoydu. Beyhəqi 
Aişədən rəvayət edir:  “Həqiqətən Məqami-İbrahim  Peyğəmbər və  Əbu Bəkrin 
dövründ
ə Kəbəyə bitişik idi. Lakin Ömər onu oradan ayırdı”. İbn Əbi Hatəm də səhih 
s
ənədlə  İbn  Üyeynədən rəvayət edir:  “Məqami-İbrahim  Peyğəmbərin dövründə 
K
əbəyə bitişik idi, onun yerini Ömər dəyişdirdi”. 
Əllamə Şərafəddin Amili yazırdı: “Bu daş əvvəldə Kəbə evinə bitişik idi. Lakin 
ərəblər həzrət  İbrahim  və  həzrət  İsmaildən  sonra  onu  hal  hazırda  olduğu  yerə 
qoym
uşdular. Peyğəmbəri Əkrəm peyğəmbərliyə məbus olub Məkkəni fəth etdikdən 
sonra onu ata-
babası  İbrahim  və  İsmailin  dövründə  olduğu  kimi  Kəbə  divarına 
yapışdırdı.  Amma  Ömər xilafətə  gəldikdən sonra onu (cahiliyyət  ərəblərinin 
qoyduğu) hazırkı yerinə qoydu. Halbuki daş Peyğəmbər (s) və Əbu Bəkrin dövründə 
K
əbənin divarına yapışmış idi”
4
.  Bel
əliklə, Məqami-İbrahim deyə bilinən daş xəlifə 
Öm
ərdən sonra da günümüzədək hazırkı yerində qalmaqdadır.  
Abdullah bin Öm
ər  Peyğəmbərdən  (s)  rəvayət edir:  “Rükn  və  Məqam Cənnət 
yaqutlarından iki yaqutdur. Əgər Allah onların nurunu almasaydı,  onların nuru bütün 
Şərq və Qərbi bürüyərdi”
5

Əbu Səid əl-Xudri rəvayət edir: “Allah təala məqamı öz 
nişanələrindən biri etmişdir. O, İbrahimə əmr etmişdi ki, insanları Həccə çağırsın. O, 
m
əqamın üstünə çixdı.  Məqam dağ hündürlüyündə yuxarıya qaldırıldı ...”
6
.  
İbn  Abbas  rəvayət edir:  “Rükn  və  Məqamdan  başqa  yer  üzündə  Cənnətdən 
endirilmiş bir şey yoxdur. Onlar ikisi də Cənnət cövhərlərindən iki cövhərdilər. Əgər 
müşrüklər ona toxunmasaydılar Allah onlarla mütləq şəfa verirdi”.  
İbn Abbas digər bir hədisində isə deyir: “Məqami-İbrahim Həccin hamısıdır”.  
İmam Sadiq (ə) buyurur: “Kəbə Allaha şikayət edib dedi: nə üçün mən müşrük 
insanların görüş yerinə çevrilmişəm. Allah ona belə vəhy etdi: Sakin ol! Həqiqətən 
m
ən  onları  sənin üçün yeni bir camaatla əvəz edəcəyəm ki,  onlar səni təmizləyib 
paklayarlar.  
1
 B
əqərə, 125                                                                                                                                              
2
 M
ən la yəhzuruhül-fəqih, c. II, səh. 255, hədis № 2117 
3
 
əl-Kafi, c. IV, səh. 223, hədis № 1; Təfsiru-Əyyaşi, c. I, səh. 187; Əllamə Təbatəbai, c. III, səh. 519     
4
 
ən-Nasu vəl-İctihad, səh. 317   
5
 
Əhməd Cad, Vəsfül-Kəbətil-müşərrəfəti və tarixüha, səh. 84   
6
 H
əmin mənbə,səh. 85 
30 
 
                                                      


Allah M
əhəmməd peyğəmbəri (s) və Cəbraili (ə) ora göndərdi. İmam (ə) sonra 
dedi:  Abdullah bin Öm
ər, Ürvə bin Zübeyr, Müsəb  bin Zübeyr və Əbdülməlik bin 
M
ərvən Kəbənin  ətrafına  toplaşdılar.  Müsəb    onlara dedi:  Kəbədən dilədiklərinizi 
ist
əyin.  Onlar dedilər:  əvvəlcə  sən  başla.  Müsəb    dedi:  İraq  vilayətini,  Səkinə  bint 
Huseyni  (
ə)  və  Aişə  bint Təlhəni istəyirəm.  O,  bunların  hamısına  nail  oldu  və 
bunların hər biri üçün 500 min sədəqə verdi.  
Ürv
ə fiqh elmini mükəmməl bilmək istədi və ona nail oldu.  
Əbdülməlik  isə xəlifə olmaq istədi və ona nail oldu.  
Abdullah bin Öm
ər Cənnəti istədi”
1
.  
K
əbənin fəzilətləri Quran və hədisdə mütəvatir olaraq rəvayət edilmişdir. Bütün 
m
əzhəb alimləri Peyğəmbər (s), onun Əhli-beyti və səhabəsindən bu haqda hədislər 
r
əvayət etmişlər. İmam Sadiq (ə) buyurur:  “Çoxlu xeyir və mənfəət Kəbəni ziyarət 
ed
ən və orada etikaf edənlər üçündür. Kəbə aləmləri hidayət edir, çünki o insanların 
qibl
əsi və ibadətgahıdır. Orada qəribə və aşkar möcüzələr vardır.  O hər bir zülmkara 
qarşı mütləq qalibdir. Necə ki, bunu əshabi-filə və başqalarına göstərmişdi”.  
H
ədisdə deyilir: “Hər kəs həcc üçün yol tədarükünü hazırlasa, ata minib Allah 
yolunda döyüşə çıxan kimidir”.   
İmam Sadiq  (ə) buyurur:  “Kəbəyə  daxil  olmaq  Allahın  rəhmətinə  daxil 
olmaqdır. Oradan çıxmaq isə günahlardan çıxmaq deməkdir. O şəxs ömrünün qalan 
hiss
əsini məsum kimi keçirər. Onun bütün keçmiş günahları bağışlanar”.  
H
əzrət buyurur:    “Hər kəs Kəbəyə  sukunətlə, təkəbbürsüz və  zülm etmədən 
daxil olsa, 
günahları bağışlanar”.   
 “H
ər kəs  hacı  olarsa, Kəbəni təvaf edərsə  və  orada iki rükət  namaz  qılarsa, 
Alla
h  ona  yetmiş  min  səvab  yazar,  onun  yetmiş  min  günahın  bağışlayar,  onun 
d
ərəcəsini yetmiş min dəfə qaldırar və ona yetmiş min qul azad etməyin əcrini verər 
ki, bu qulun da h
ər birinin qiyməti yetmiş min dirhəmdir”
2

İmam digər bir hədisində 
buyurur:  “K
əbəyə baxmaq ibadətdir. Allah onun ətrafında 120 rəhmət yaratmışdır. 
Onlardan 60-
ı təvaf edənlər və qəlbən ora bağlananlar üçün, 40-ı  namaz qılanlar, 20-
si is
ə oraya baxanlar üçündür”
3
.  
“H
əmçinin,  bu evin təvafını  Allah  o  evi  ortadan  qaldırmamış  çoxaldın.  Allah 
buyurub: 
əgər istəyirsən dünyanı xarab edim, onda evimi xarab etməyə başla. Əgər 
ora xaraba qalsa, ona gör
ə Allah dünyanı xaraba qoyar”
4

İmam yenə buyurur: “Hər 
k
əs hərəmə daxil olsa, Allahın qəzəbindən amanda olar. Vəhşilərdən və ya quşlardan 
oraya girs
ə, oradan çıxanadək əmniyyət içərisındədir. Həmçinin, bir cinayətkar oraya 
sığınsa,  heç kəsə  icazə  verilmir ki,  onu  oradan  çıxarıb  cəzalandırsın.  Ancaq onun 
bazara getm
əsinə,  alış-veriş  etməsinə,  ona yemək-içmək verilməsinə  icazə 
verilm
əməlidir.  Beləliklə,  guman edilər ki,  o  cinayətkar  oradan  çıxacaq.  Əgər 
cinay
ətkar cinayəti hərəmdə işlətsə, ona orada şəri cəza tətbiq etmək olar. Çünki o, 
H
ərəmin hörmətini saxlamamışdır”
5
.  
1
 
Əllamə Hairi Ələmi, c. XVII, səh. 306 
2
 
Əllamə Məclisi, Biharül-ənvar, c. 96, səh. 250; Şeyx Səduq, əl-Fəqih, c. II, səh. 260, hədis № 2138, 2150 ,2151, 2152   
3
 Küleyni, Üsuli-kafi, c. IV, s
əh. 426, hədis № 3019; Şeyx Səduq, əl-Fəqih, c. II, səh. 260, hədis № 2154 
4
 Küleyni, 
əl-Kafi IV cild.  
5
 
Əllamə Hairi, Dairətül-məarif, c. XVII, səh. 305-306 
31 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə