Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə10/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   6   7   8   9   10   11   12   13   ...   148

sonra insanları onun ətrafında evlər tikməyə icazə vermiş və hətta bu işə onları təşviq 
etmişdir. Bundan sonra müxtəlif ərəb qəbilələri onun yanında evlər qurmuşlar.   
B
əzi qaynaqlarda Kəbənin  Peyğəmbərdən (s) sonra ikinci xəlifə  Ömər bin 
X
əttabın dövründə (634- 644) bir çox dəyişikliklərə məruz qaldığı qeyd edilmişdir. 
X
əlifə Məqamı-İbrahimi əvvəlki yerindən götürüb indiki yerinə qoydurdu və Kəbənin 
ətrafında olan evləri satın alıb onları uçurdub Məscidül-haramın sahəsinə daxil etdi. 
Çünki  başqa  millətlər  İslama daxil olduqca həcci ziyarət edənlərin  sayı  çoxalır  və 
bunun da n
əticəsinda Kəbənin  əvvəlki vəziyyəti  əlverişli  hesab  olunmurdu.  Xəlifə 
Öm
ər Kəbənin ətrafını daş hasara aldı və ilk dəfə olaraq Kəbədən lampalar asdırdı. 
X
əlifənin gördüyü bu işlər hicrətin 17-ci ilində (638 miladi) olmuşdur.  Həmçinin, o, 
Peyğəmbər (s) və  xəlifə  Əbu Bəkrin dövründə  olmayan  yeni  bir  addım  ataraq, 
M
əscidül-haramın genişləndirilməsi planını tökdü. Belə ki, o, Kəbənin ətrafında olan 
evl
ərin  dağıdılmasına  və  Kəbənin  ərazisinin  genişləndirilməsinə  əmr verdi. O, ev 
yiy
ələrindən baha qiymətlə  evləri  alıb,  onları  dağıtdı  və  ərazilərini Kəbəyə  qatdı
1

Üçüncü x
əlifə Osman bin Əffan (644- 656) Məscidül-harama tavanı olan sütunlu bir 
giriş tikdirdi. Bu da Məscidül-haramı üçün ilk tavan  hesab olunur. Xəlifənin bu işi 
hicr
ətin 26-cı ilində (647 miladi) olmuşdur.  
Bel
əliklə, yuxarıda qeyd etdiyimiz kimi, hicri 66-cı ilində (685 miladi) Abdullah 
bin Zübeyr, hicri 91-ci ild
ə (709 miladi) isə Vəlid bin Əbdülməlik Kəbənin binasını 
yenil
ədi. O, ilk dəfə olaraq Şam və Misirdən gətirilən mərmər  dirəkləri Məscidül-
harama qoydurdu.  
Sonralar is
ə Abbasi xəlifəsi Əbu Cəfər Mənsur (754-775)  hicri 139-cu  (756-
757  miladi) ild
ə  Məscidül-harama  sütunlu dirəklər  əlavə  etdi.  O,  ilk dəfə  olaraq 
buranı gözəl naxışlarla bəzətdi.  
M
ənsurun  Məscidül-haramıı  genişlətməsinin  əsas səbəbi isə  camaatın  ona 
ünvanladığı  məktublar  əsasında  olmuşdur.  Belə  ki,  həccə  gedənlər  oranın  darısqal 
olmasından  xəlifəyə  şikayətlər  etmiş  və  bu  şikayətlər  əsasında  xəlifə  oranın 
genişləndirilməsini əmr etmişdir. O, əvvəlcə Məkkənin valisinə tapşirdı ki, məscidin 
ətrafında olan  evləri satın  alıb  onun  sahəsinə  əlavə  etsin.  Lakin məscidin  ətrafında 
yaşayan insanlar öz evlərini satmaqdan imtina etdilər. Vəziyyətin belə çətin olduğunu 
gör
ən Mənsur zəmanənin  imamı  Əbu  Cəfər Sadiqdən  (ə)  məsləhət istədi.  İmam 
x
əlifəyə  belə  bir məsləhət verdi ki,  onlardan  soruş  gör  onlar  Məscidin  ərazisinı 
tutublar yoxsa m
əscid  onların  ərazisini?  Camaat etiraf etdi ki,  onlar məscidin 
ərazisini tutublar. Cünki, Quran ilk tikilən evin Kəbə olduğunu deyir və bütün başqa 
tikilil
ər ondan sonra inşa olunubdur.   
Bu hadis
əni görkəmli Quran təfsirçisi Ayətullah Məkarim  Şirazi  “Təfsiru-
əyyaşi”  əsərindən belə  nəql edir:  “Abbasi  xəlifələrindən olan Mənsurun dövrü idi. 
M
ənsur Kəbənin ziyarətçilərinin sayı artdığı üçün istəyirdi ki, onu bir daha böyütsün. 
Onun 
ətrafında yaşayan ev sahiblərini çağırıb dedi: sizin öz evlərinizdən köçməyiniz 
üçün evinizin pulunu verir
əm. Onlar heç cür razılaşmadılar. Mənsur çətinlikdə qaldı. 
Bir t
ərəfdən istəmirdi ki,  zor ilə  onların evlərini  əllərindən  alsın,  digər tərəfdən də 
onlar evl
ərini satmırdılar, O, bu barədə İmam Sadiqdən (ə) sual etdi. İmam buyurdu: 
nigaran olma, bu haqda möhk
əm bir dəlil vardır, ona istinad edə bilərsən.                               
1
 
Əllamə Hairi Dairətül-məarif, c. XVII, səh. 116   
22 
 
                                                      


O, 
hansı dəlil? deyə soruşdu. 
İmam buyurdu: Allahın kitabına müraciət et!  
O, 
soruşdu: Hansı ayəsinə?  
İmam  buyurdu:  «H
əqiqətən insanlar üçün ilk bina olunan ev Bəkkədəki 
evdir»  ay
əsinə.  Bu ayəyə  əsaslanaraq  əgər onlar Kəbədən  qabaq  ev  tikmişdilərsə, 
K
əbənin  ətrafı  onların  mülküdür,  yox  əgər Kəbədən sonra tikiblərsə,  deməli 
ziyar
ətçilərin ehtiyac duyduqları qədər yer Kəbəyə aiddir.  
M
ənsur əmr etdi ki, onları bir yerə toplasınlar. O, bu ayəyə əsaslanaraq onlara 
cavab verdi.  Onlar  “nec
ə  istəyirsənsə  elə  də  et”  cavabını  verdilər
1
.  Bel
əliklə, 
M
əscidül-haramın ətrafında olan evlər satın alınaraq söküldü və məscidin sahəsi iki 
qat  genişləndirilərək qərb  küncündə  bir minarə  ucaldıldı.  Tikinti  işləri hicri 140-cı 
ild
ə (miladi 758) başa çatdırıldı.  
Dig
ər Abbasi xəlifəsi Mehdi (775-785 miladi) Kəbəni ziyarət etməyə gəldikdə, 
oranın camaat üçün darısqal olduğunu görüb məscidin genişləndirilməsini əmr etdi. 
Onun bu h
əcc səfəri hicri 160-cı ildə (776 miladi) olmuşdur. Xəlifə ziyarət edərkən 
K
əbənin xidmətçiləri Kəbənin  örtüyünün  ağır  olduğunu  və  uçmaq təhlükəsinin 
yarandığını  ona  bildirdilər.  Bu dövrə  kimi Kəbənin örtükləri onun üstündən 
götürülmürdü. H
ər il yenilənən örtük köhnənin üstünə atılırdı. Bu da sonda Kəbənin 
uçmaq t
əhlükəsini yaratmışdı. İlk dəfə olaraq xəlifə Mehdi göstəriş verdi ki, bütün 
köhn
ə örtüklər Kəbənın üstündən götürülsün. Həmçinin, onun əmrinə əsasən Kəbənin 
divarlarına zəfəranla qarışdırılmış müşk-ənbər sürtüldü.   
M
əscidül-haramın sahəsini genişlətmək üçün xəlifə Mehdi də ətrafda olan evləri 
satın  alıb  məscidin sahəsinə  qatdı.Bunun da səbəbi  Məscidül-haramın  ziyarətçilərə 
darısqal  olmasına  görə  idi.  Mehdi  Abbasi  Mənsurun üzləşdiyi  probıemlə  üzləşdi. 
Bel
ə olan halda  dövrünün bütün fəqihlərini bir araya toplayıb məsələnin həlli yolunu 
soruşdu.  Fəqihlər yekdilliklə:  “əgər yer sahibləri icazə  verməsələr qəsbi yeri 
M
əscidül-harama daxil etmək olmaz”  dedilər.  Əli ibn Yəqteyn icazə  istədi ki,  bu 
sualı İmam Kazımdan (ə) soruşsun. Mehdi Mədinənin valisinə bir məktub yazdı ki, 
bu sualı Musa ibn Cəfərdən soruşsun.  
İmam  bu  sualın  cavabında  buyurdu:  əgər Kəbə  əvvəldən bina olunubsa və 
camaat sonradan orada ev tikibl
ərsə,  həmin yerlər Kəbəyə  məxsusdur.  Yox  əgər 
orada  camaatın  yaşayışı  Kəbənin  tikilişindən qabaq olubsa,  həmin yer camaata 
m
əxsusdur.  Bu mətləb Mehdiyə  çatdıqdan  sonra  çox  xoş  hal  oldu,  sevindiyindən 
m
əktubu öpdü. Sonra əmr etdi ki, onun ətrafında olan evləri uçurtsunlar. Ev sahibləri 
İmam  Kazimin  (ə)  hüzuruna gedib xahiş  etdilər ki,  evlərinin pulunun verilməsi 
bar
əsində  Mehdiyə  məktub  yazsın.  İmam  da  onların  evlərinin pulunun verilməsi 
haqqında  Mehdiyə  məktub  yazdı.  Mehdi də  onları  razı  saldı
2
.  X
əlifə  Mehdinin 
etdirdiyi t
əmirdən sonra, bu dəfə  Kəbə  Məscidül-haramın  tən  ortasında  qaldı. 
K
əbədən Səfa  dağınadək olan məsafə  90 dirsək (bir dirsək 49,8 sm), Bəni-Şeybə 
qapısınadək olan məsafə  isə  60 dirsək oldu.  Beləliklə,  Məscidul Həramın  ümumi 
sah
əsi 120 min kv. dirsək oldu  
1
 M
əkarim Şirazi, Təfsiru-Numunə, c. V, səh. 16-17; Təfsiru-Əyyaşi, c. I, səh. 185; Əllamə Təbatəbai, Təfsirül-mizan, 
c. III, s
əh. 519 
2
M
əkarim Şirazi, Təfsiru-numunə, c. V, səh. 17-18; Əllamə Təbatəbai, c. III, səh. 519; Təfsiru-Əyyaşi, c. I, səh. 186 
23 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə