Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə11/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   7   8   9   10   11   12   13   14   ...   148

Mehdid
ən sonra Məscidül-haramın genişləndirilməsi onun oğlu xəlifə  Hadinin 
(785-786)  
adı ilə bağlıdır. Hadi atasının bəzi yarımçıq qalmış işlərini davam etdirdi.  
Bundan sonra hicri 284-cü ild
ə  (897 miladi) Abbasi  xəlifəsi Mutədid Billah 
K
əbəni yenilədi və oraya bir qapı əlavə etdi. Onun əlavə etdiyi qapı “Ziyarət” qapısı 
adlanır.  
Abbasi  x
əlifəsi Muktədir Billah (908-932 miladi)  Məscidül-haramın  eyvanına 
başqa bir eyvan əlavə etdi. Bu eyvan hicri 306- cı ildə (918 miladi) tamamlandı. Bu 
eyvan “
İbrahim qapısı” kimi tanınmaqdadır.  
Hicr
ətin 604-cü ilində (1207 miladi) Məscidül-haramın bir hissəsi yandı, bunun 
ardınca sel suyu gəlib yanğını söndürdü. Hərəmin bir hissəsi dağıldı. Həmin dövrdə 
Misir hakimi F
ərəc bin Bərkuk dağılan yerləri gözəl şəkildə düzəltdi.   
Hicr
ətin 979-cu ilində (1571 miladi) Osmanlı sultanı Sultan Səlimə Məscidül-
haramın  bəzi yerlərinin  dağıldığı  xəbəri verildi.  O,  Məscidül-haramın  əsaslı  təmir 
olunmasını  əmr etdi.  Bundan sonra Məscidül-haramı  ən gözəl  şəkildə,  osmanl 
memarlığı üslubunda təmir edildi. Sultan Səlimin vəfatından sonra oğlu Murad bu işi 
hicri 984-cü ild
ə (1576 miladi) tamama yetirdi.  
M
əscidül-haramın  təmir edilməsi Səud övladları  orada  hakimiyyətə  gələnədək 
bu  xronoloji  ardıcıllıqla  davam  etmişdır.  Səudiyyə  Ərəbistanı  Krallığının  banisi 
Əbdüləziz bin Əbdürrəhman Ali Səud hakimiyyət başına keçdikdən sonra, Məscidül-
haramın  müsəlmanlara  darısqal  olduğunu  görüb,  hicri 1367-ci    ildə  (1947 miladi) 
oranın genişlənməsi haqqında əmr verdi. Onun bu əmrindən sonra hicri 1375-ci ildə 
(miladi 1955) r
əbius-sani  ayının  4-də  Məscidül-haramın  genişləndirilməsi  işinə 
başlandı. Bu dövr artıq Kral Səud bin Əbdüləzizin dövrü idi.   
K
əbə evinin illərcə dəyişdirilməmiş və yağış suları nəticəsində çürümüş taxtaları 
Kral  bin  Əbdüləziz Ali Səudun  əmri ilə  yeniləndi.  Hicri 1377-ci il (miladi 1957) 
r
əcəb ayının 18-i Kəbə evi tamamilə yeniləndi. Beləliklə, Kəbənin ilk dəfədən bəri 
13-cü t
əmiri başa çatdı.  
K
əbə evinin hər dəfə yeni üslubda təmir olunması oranın ibadət üçün daha da 
əlverişli olmasına səbəb oldu. Hazırda bu müqəddəs ocaqda 500 min insan bir dəfəyə 
namaza dura bilir. K
əbə evinin son təmirindən sonra irili-xırdalı onun 51 qapısı oldu. 
Bu qapılardan üçü ana qapı adlanır. Həmin üç qapı bunlardır: Kral Əbdüləziz qapısı, 
Ümr
ə  qapısı  və  Salam  qapısı.  Hər  üç  qapının  üzərində  92 metr olan,  təməlinin 
genişliyi  isə  7x7 metrə  olan iki minarə  mövcuddur.  Yerdə  qalan yeddi minarə  isə 
S
əfa  qapısının  üzərindədir.  Kral  hicri 1398-ci ildə  (miladi 1977) Kəbə  evinin öz 
qapısının   yenidən tikilməsini əmr etdi. Köhnə qapı hicri 1363-cü ildə (miladi 1943) 
Kral Əbdüləziz dövründə tikilmişdir. 
 
1.14.
Kəbənin örtüyü 
K
əbə  daxili və  xarici  qapısı  olmaqla  iki  qapıdan  ibarətdir.  Onun  daxili  qapısı 
“Tövb
ə” qapısı adlanır. Kəbənin örtüyü parçadan ibarətdir. Mənbələrə gərə Kəbəyə 
ilk örtüyü  hicr
ətdən 220  il  əvvəl  (təxminən  miladi 400-cü  il)  Əbu Bəkr  Əsəd 
ç
əkmişdir.  O,  Himyər  (Yəmən)  padşahı  olmuş  və  təxminən miladi 400-cü ildə 
K
əbəyə  gümüşdən olan iplərlə  toxunmuş  örtük  tikdirmişdir.  Ondan  sonra  bu  işi 
24 
 


ardıcılları davam etdirmışdir. Onlar örtüyü bəzi vaxtlarda bahalı heyvan dərilərindən 
tikdir
ərdilər. Kəbənin örtüyü hər 20 ildən bir yenilənərdi
1
.  
B
əzi qaynaqlarda Kəbəyə ilk örtüyün qəbati adlı (Misirdən gətirilmiş) parçadan  
ç
əkildiyi qeyd edilir
2
.  
Görk
əmli  İslam  alimi  Əllamə  Məclisi  isə  Şeyx  Səduqun “əl-Fəqih”  əsərinə 
istinad
ən  İmam Sadiqin (ə) belə  buyurduğunu rəvayət edir:  “Həqiqətən Kəbəyə  ilk 
örtüyü q
əbati parçasından Süleyman bin Davud (ə) çəkmişdir”
3
.  
Əllamə  Təbatəbaiyə  görə  Kəbənin bütünlükdə  örtülməsi  Əbu  Bəkr  Əsədiyə 
aiddir
.  Əslində  onun  qapısına    ilk pərdəni  İsmail  peyğəmbərin (ə)  anası  Hacər (ə) 
ç
əkmişdir.  O, yazırdı:  “İsmail (ə) gənclik çağına yetişəndə,  uca Allah İbrahimə  (ə) 
K
əbəni tikməsini  əmr etdi. Allah ona evi qurmasını  əmr etdikdə, o, evi harada 
quracağını  bilmədi. Bunun üzərinə  Allah Cəbraili göndərib  İbrahimə  (ə)  evin 
qurulacağı yeri göstərdi. Nəhayət İbrahim (ə) evi tikməyə başladı. İsmail (ə) də Zu 
Tuvadan  daş  daşıyırdı.  Beləcə,  Kəbənin  divarını  doqquz  zira  ucaltdılar.  Sonra  uca 
Allah ona H
əcərül-əsvədin  yerini göstərdi. Həzrət  İbrahim  (ə)  daşı  tapılan yerdən 
çıxardı və Kəbənin divarındakı göstərilən yerə qoydu. İbrahim (ə) Kəbənin tikintisini 
tamamlayında,  ona  iki  qapı  da  qoydu.  O  qapıların  biri  Günçıxana,  digəri isə 
Günbatana baxırdı. 
Günbatana doğru baxan qapıya “Mustəcar” deyildi. Sonra Kəbənin tavanını ağac 
v
ə  ona oxşar şeylərlə  örtdü. Hacər yanında olan bir örtüyü Kəbənin qapısı üzərinə 
asdı və bu örtüyün altına sığındılar”
4
. Burada diqq
əti çəkan bir məqam vardır ki, buda 
K
əbənin ilk dəfə  İbrahim  (ə) tərəfindən deyil, ondan əvvəl tikildiyini göstərən 
m
əqamdır.  Çünki,  burada  “Allah  Həcərül-əsvədin  yerini göstərdi” ifadəsi  oranın 
əvvəlcədən mövcud olmasından xəbər verir.        
K
əbənin örtüyü bu minvalla təzələnərdi.  Quranın  enişindən sonra Kəbənin 
üstün
ə  atılan  parça  “sülüs”  xətti ilə  yazılmış  Quran  ayələri  vardır.  Bu parçalar 
yundan, ip
əkdən və müxtəlif növ parçalardan ibarət olmuşdur.  Onun üzərinə örtülən 
örtük tarixin b
əzi dövrlərində  ildə  bir dəfə  dəyişmiş,  bəzi dövrlərində  isə 
köhn
ələnədək onun üstündə qalmışdir.  
Peyğəmbər  (s)  hicrətin 8-ci ilində  Məkkəni fəth edəndə  Kəbəyə  girmiş,  bu 
ərəfədə  təsadüfən  bir  qadının  əlindəki alovdan Kəbənin  örtüyü  yanmışdı.  Bu 
hadis
ədən sonra Peyğəmbər (s) Kəbənin örtüyünü Yəməndən gətirilmiş qumaş parça 
il
ə dəyişmişdi.  Bundan sonra Kəbənin örtüyü ardıcıl olaraq xəlifə Əbu Bəkrin, xəlifə 
Öm
ərin və  xəlifə  Osmanın  dövründə  dəyişdirilmişdi.  Bundan sonra da Kəbə 
örtüyünün d
əyişdirilməsi müsəlman xəlifələri tərəfindən ənənəyə çevrilmişdi.  
Əvvəlki dövrlərdə  Kəbənin köhnə  örtüyü götürülmədən yenisi onun  üzərinə 
s
ərilirdi. Lakin əvvəldə də qeyd etdiyimiz kimi Abbasi xəlifəsi Mehdinin dövründə 
üst-üst
ə yığılan bu örtüklər Kəbənin uçulması təhlükəsini yaratdı. Xəlifənin göstərişi 
il
ə  bundan  sonra  yalnız  bir  örtük  qoyuldu.  Bu  iş  günümüzədək belə  davam 
etm
əkdədir.  
1
 
Əllamə Hairi Ələmi, Dairətül-məarif, c. XV, səh. 195; Əllamə Təbatəbai, Təfsirül-mizan, c. III, səh. 523 
2
 
Əhməd Cad, Vəsful-Kəbətil-Muşərrəfəti və taruxuha, səh. 142    
3
 
Əllamə Məclisi, Biharül-ənvar, c. XIV, səh. 76 və yeni çap, səh. 599  
4
 
Əllamə Təbatəbai, Təfsirül-mizan, c. I, səh. 409   
25 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə