Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə9/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   5   6   7   8   9   10   11   12   ...   148

Qeyd etdiyimiz bu ay
ənin orjinalında keçən 
əl-Qəvaid” sözünü bəzi təfsirçilər 

əsas” “bünövrə” mənasına yozmuş və bununla da Kəbənin  əsasının ilk dəfə olaraq 
İbrahim  (ə)  tərəfindən  tikildiyini  demişlər.  Bu fikri görkəmli  ərəb qrammatiki  əl-
F
ərra da qəbul etməkdədir. Lakin bu görüşləri bir çox alimlər rədd etmiş, Kəbənin 
tikilm
əsinin ilk dəfə  olaraq Mələklər,  yaxud Adəm  (ə)  tərəfindən gerçəkləşdiyini 
q
əbul  etmişlər.  Bu haqda Təbəri  yazırdı:  “Kəbənin  İbrahim  (ə)  yoxsa Adəm  (ə) 
t
ərəfindən tikilməsi haqda alimlər ixtilaf ediblər. Lakin səhih sənədlə İbn Abbasdan 
r
əvayət olunur ki,  Kəbənin  əsası  İbrahimdən  əvvəl  qoyulmuşdur.  Həmçinin,  Əta 
r
əvayət etmişdir: Adəm (ə) dedi: Ey Rəbbim! mələklərin səsini eşitmirəm. Allah ona 
buyurdu:  m
ənə bir ev tik, sonra onu təvaf et, necə ki, səmada mələkləri evimi təvaf 
ed
ən görmüşdün” . 
Görk
əmli Quran təfsirçisi  Ayətullahil-Uzma  Məkarim  Şirazi  Kəbənin ilk dəfə 
İbrahim  (ə)  tərəfindən  tikildiyi  görüşünü  rədd edərək  yazırdı:  “Tarix və  İslam 
m
ənbələrində göstərilir ki, Kəbə həzrət Adəmin (ə) əli ilə tikilmiş, sonra isə Nuhun 
(
ə) zamanında baş verən tufan nəticəsində aradan getmiş və yenidən İbrahim Xəlil (ə) 
t
ərəfindən bərpa olunmuşdur” .  
K
əbənin ilk məbəd  olması  haqqında  heç  bir  şəkk-şübhə  yoxdur.  Qabaqkı 
peyğəmbərlər,  o cümlədən həzrət Nuh (ə)  da ondan istifadə  etmişlər.  Belə  olan 
t
əqdirdə necə ola bilər ki, onun banisi İbrahim (ə) olsun”
1

Lakin Əllamə Təbatəbai  
K
əbənin  İbrahim  (ə) tərəfindən tikildiyini qəbul edərək  yazırdı:  “Kəbənin ilk dəfə 
İbrahim  (ə) tərəfindən tikildiyi təvatür yolu ilə  tarixə  bəllidir. O dönəmdə  bölgədə 
İbrahimin oğlu İsmail (ə) Kəbəni dördbucaq şəklində inşa etmişdir. Onun dörd yana 
baxan küncl
əri, şiddətli küləklər zamanı verilə biləcək ziyanın qarşısını alırdı
2
.  
 
1.13.
Kəbənin sonrakı dövrlərdəki təmiri 
Yuxarıdakı rəvayətlərdən gəldiyimiz qənaət budur ki, Kəbənin əsası Adəm (ə) 
t
ərəfindən qoyulmuş,  sonralar isə  İbrahim  (ə)  tərəfindən bərpa və  təmir  edilmişdir. 
İbrahim (ə) Kəbəni təmir etdiyi ərəfədə orada Cürhüm qəbiləsi də yşayırdı. İbrahimin 
(
ə) inşa etdiyi Kəbə Əmaliqə tayfasının yenidən bərpa etdikləri günədək olduğu kimi 
qalmışdı. Əlidən (ə) gələn rəvayətə görə onlar Kəbəni yenidən bərpa etmişlər
3
. Dig
ər 
möt
əbər qaynaqlar da bu rəvayəti olduğu kimi təsdiqləyirlər. Belə ki, İbn Əbi Şeybə, 
İbn  Rahuyə,  İbn  Cərir,  İbn  Əbi  Hatəm və  Beyhəqi həzrət  Əlidən rəvayət edirlər: 

İbrahim Kəbəni qurdu, sonralar o dağıldı, onu Əmaliqə qəbiləsi qurdu, sonralar yenə 
dağıldı, onu yenidən Əmaliqə qəbiləsi qurdu, sonralar yenə dağıldı, onu Qusey bin 
Kilab qurdu”
4
.  
Göründüyü kimi bu h
ədisdə  olan ixtilaf Cürhüm  qəbiləsinin yoxsa Əmaliqə 
q
əbiləsinin daha əvvəl Kəbəni təmir etməsi məsələsidir.  Əllamə  Təbatəbaiyə  gərə 
Cürhüm  q
əbiləsi  Əmaliqə  qəbiləsindən daha əvvəl təmir  etmişlər.  O,  bu qənaətə 
Əlidən (ə) gələn hədisə əsasən gəlmişdir.  
K
əbənin sonrakı təmiri hicrətdən (miladi 622-ci ildən) təxminən iki yüz il əvvəl 
olmuşdur. Onu həmin ərəfədə Pəyğəmbərin (s) ulu babası Qusey bin Kilab dağıdıb 
1
 T
əfsiri-nümunə, c. V, səh. 15 
2
 
Əllamə Təbatəbai, Təfsirül-mizan, c. III, səh. 520 
3
 H
əmin mənbə 
4
 
Əhməd Cad, Vəsfül-Kəbətil-müşərrəfəti və tarixüha, səh. 42 
20 
 
                                                      


t
əzədən gözəl şəkildə təmir etmişdir. Ona xurma ağaclarından hazırlanmış bir tavan 
tikmiş və onun yanında Darun-Nədvəni qurmuşdu. Burada qəbilələrin böyükləri ilə 
lazım  olanda  müşavirələr  aparardı.  Sonra Kəbənin  divarlarını  Qüreyş    qəbiləsi 
arasında bölüşdürdü. Onlar da  evlərini Kəbənin ətrafında tikər qapılarını ona tərəf 
açardılar. 
M
əhəmməd peyğəmbərə (s) peyğmbərlik verilməmişdən beş il öncə sel Kəbəni 
dağıtdı.  Qəbilələr bir araya toplanaraq Kəbəni yenidən  qurmağa  başladılar. Onun 
divarlarını  tikən  usta  yunanlı  Yərqum  olmuşdur.  Misirdən gəlmiş  bir  usta  da  ona 
köm
ək  edirdi.  Sıra  Həcərül-əsvədin  yerləşdirilməsinə  gəldikdə,  qəbilələr  arasında 
ixtilaf  yarandı.  Sonda  Məhəmmədin  (s)  hökm  çıxarmasını  istədilər.  Həzrət həmin 
hadis
ə zamanı otuz beş yaşında idi. Peyğəmbərimiz bir əba gətirdib Həcərul- Əsvədi 
onun üstün
ə  qoydu  və  hər qəbilənin  onu  qaldırmasını  istədi.  Hər kəs bir tərəfdən 
tutub qaldırdılar və Həzrət daşı götürüb nəzərdə tutulan yerə qoydu.      
K
əbə  Yezid bin Müaviyə  dövründə  Abdullah bin Zübeyrin  vali  olduğu  dövrə 
q
ədər bu şəkildə qaldı.Yezidin Məkkədəki komandanlarından Husayn,  İbn Zübeyrlə 
savaşdı.  Kəbə  mancanaqla  dağıdıldı.  Onun örtüyü və  taxta hissələri  yandı.  Sonra 
Yezid öl
ənədək belə halda qaldı. İbn Zübeyr Kəbəni söküb yenidən inşa etmək istədi. 
Bu m
əqsədlə o, Yəməndən lazımı material (keyfiyyətli gəc) gətirtdi. Divarlar həmin 
materialdan düz
əldildi. Hicri-İsmail Kəbəyə daxil edildi. Kəbənin qapısı yerə bitişik 
halda düz
əldildi. Qarşı tərəfdə isə yeni bir qapı açıldı ki, camaat bir divardan girib o 
biri divardan çıxa bilsinlər. Kəbənin hündürlüyü iyirmi yeddi zira (təxminən 13 metr 
yarım)  oldu.  Bina  tamamlandıqdan  sonra  onun  içərisinə  və  üstünə  müşk-ənbər 
sürtüldü, onun üz
ərinə xalis ipək örtük çəkildi. Kəbənin təmiri hicri 64- cü ilin rəcəb 
ayının 17- də (27 fevral 683 miladi) tamama yetdi.  
Sonra 
Əbdülməlik    ibn  Mərvən xəlifə  oldu.  O,  sərkərdələrindən Həccac bin 
Yusifi, 
İbn  Zübeyrlə  savaşa  göndərdi Həccac Kəbəyə  girdi və  İbn  Zübeyrin  etdiyi 
d
əyişiklikləri Mərvəna bildirdi. Mərvən Kəbənin əvvəlki vəziyyətinə qaytarılmasını 
əmr etdi.  Buna görə  də  Həccac Kəbənin  şimal  tərəfini  altı  zira  (dirsək)  bir  qarış 
dağıtdı.  
Sonra  bu  divarı  Qüreyşin  qoyduğu  təməl üzərində  inşa  etdi.  O, Kəbənin  İbn 
Zübeyrin aşağı endirdiyi qapını isə yerdən bir az hündürə (təxminən 1,5 və ya 2 m.) 
qaldırdı.  İbn  Zübeyrin  əlavə  etdiyi qərb  qapısını  isə  bağladı  və  yerdə  qalan digər 
daşları da Kəbənin yerinə döşədi.  
K
əbə uzun müddət bu vəziyyətdə qaldı. Hicri 960- cı ildə (1553 miladi) osmanlı 
sultanı Süleyman taxta çıxınca Kəbənin simasını dəyişdirdi.  Hicri 1020- ci ildə (1611 
miladi)  tax
ta çıxan Sultan Əhməd 1039- cu ildə (1630 miladi) meydana gələn selin 
yıxdığı divarları düzəltdirdi. Sonra Osmanlı sultanlarından VI Murad zamanında bir 
daha K
əbə təmir olundu. O gündən Kəbə hicri 1375-ci ilədək (1955 miladi) heç bir 
t
əmir olunmamışdır
1
.  
Allah  Qurani-k
ərimdə  Məscidül-haramıı  15  dəfə  zikr  etmiş,  bundan  başqa 
adlarla da onu d
əfələrlə xatırlamışdı. Bu ayələrə nəzər salan hər bir kəsə bəlli olur ki
K
əbə  Allah  yanında əziz olduğu kimi  müsəlmanların  da  yaninda  çox  əzizdir.  Hələ 
peyğəmbərimizin  ulu  babalarından  olan Qusay  bin  Kilab  Kəbəni  genişləndirdikdən 
1
 
Əllamə Təbatəbai, Təfsirül-mizan, c. III, səh. 520-522   
 
21 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə