Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə8/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   4   5   6   7   8   9   10   11   ...   148

Əllamə Məclisi isə digər bir rəvayətdə Cəfər bin Məhəmməddən (ə) nəql edir ki
atamdan K
əbənin yaranması haqqında soruşuldu. O, dedi: Allah mələklərə buyurdu: 
“M
ən yer üzündə  xəlifə  yaradacağam.  Mələklər ona dedilər:    Biz sənə  şükr 
etdiyimiz, 
şəninə təriflər dediyimiz və səni müqəddəs tutduğumuz halda, sən yer 
üzünd
ə  qan tökəcək  bir kəsmi yaratmaq istəyirsən?”.
1
 Allah onlara q
əzəbləndi. 
Bel
ə  olduqda mələklər onun ərşi  ətrafında  təvaf  etməyə  başladılar
2
.  Dig
ər bir 
r
əvayətdə  isə  deyilir: Mələklər  Beytül-məmurun    ətrafında  təvaf  etdilər,  Allahın 
q
əzəbindən ona sığındılar. Allah da onlara əmr etdi ki, yer üzündə Kəbəni tiksinlər ki, 
onun b
əndələri o evi təvaf etsinlər”.  
Başqa bir rəvayətdə deyilir: “Adəm (ə) üçün bir xeymə endirildi. Həmin xeymə 
K
əbənin yerinə  quruldu ki,  Adəm (ə)  orada sakin olsun və  onun  ətrafına  dolansın. 
Ad
əm (ə) dünyadan gedənədək xeymə zay olmadı. Ondan sonra isə Allah xeyməni 
ortadan qaldırdı”. Bu hədisi Vəhəb bin Münəbbih rəvayət etmişdir
3
.  
Yuxarıdakı  rəvayətlər Kəbənin ilk dəfə  mələklər tərəfindən tikildiyini, 
b
əşəriyyətin yaranışından  əvvəl  onun  bina  olduğunu  və  mələklərin  Allahın 
q
əzəbindən ora sığındığını göstərməkdədir. Həmçinin, bu rəvayətlər Kəbənin ilk dəfə 
İbrahim (ə) tərəfindən tikildiyini təkzib etməkdədir. Bundan başqa digər bir hədisdə 
deyilir:  “M
ələklər Allahdan Adəm (ə)  və  Həvva  (ə) üçün Beytül-məmurun önündə 
hündür bir m
əkanda bir ev tikilməsini istədilər ki,  səmada  Beytül-məmuru  təvaf 
etdikl
əri  kimi  oranı  da  təvaf  etsinlər.  Allah Cəbrailə  (ə)  vəhy etdi ki,  xeymə  qur! 
Ad
əm  (ə)  dedi:  biz  Allahın  təqdirinə  razı  olduq  və  onun  bizim  haqqımızda  olan 
əmrinə boyun əydik”.  
Bel
əliklə, Kəbənin sütunu  Səfa, Mərvə, Turi-Sina və Salam (Kufənin arxasında 
dağ) dağlarının hər birindən bir daş götürülməklə quruldu. 
Allah C
əbrailə (ə) əmr etdi ki, Kəbəni tik və onu tamamla. Cəbrail (ə) Allahın 
əmri ilə daşları dörd yerə böldü və hər bir daşı lazımı yerə yerləşdirdi.  
O, 
Allahın əmri ilə evin sütunlarını qaldırdı. Sonra Allah Cəbrailə (ə) əmr etdi 
ki,  K
əbəni  Əbu  Qubeys  dağının  daşları  ilə  tamamla və  ona  iki  qapı  qoy.  Qapının 
birini gün
çıxana,  digərini isə  günbatana tərəf qoy.  Cəbrail  (ə)  Kəbənin tikilməsini 
başa çatdırdıqdan sonra mələklər oranı təvaf etdilər. Bunu görən Adəm (ə) və Həvva 
(
ə) onların arasna girib təvafa başladılar. Onların təvafı yeddi (şut) dəfə oldu. Sonra 
oradan çıxıb yemək yedilər
4

      
1.10.
Kəbəni Adəm (ə) tikib 
K
əbənin kim tərəfindən tikilməsi  haqqında  nəql  olunmuş  hədislər  işərisində 
onun Ad
əm (ə) tərəfindən tikilməsi daha məhşurdur  və  bu qrupdan olan hədislər 
çoxluq t
əşkil etməkdədir. Həmin hədislərdən aşağıdakıları qeyd etmək olar.  
Cureyc  Ətadan,  o da Museyyibdən rəvayət edir:  “Allah Adəmə  (ə)  vəhy etdi: 
El
ə ki, yerə endin mənim üçün orada bir ev tik. Mələkləri səmada mənim ərşimi təvaf 
etdikl
ərini gördüyün kimi sən də o evi təvaf et!”. 
1
 B
əqərə, 30   
2
 
Əllamə Məclisi, Biharül-ənvar, c. VI, səh. 97  
3
 
Əhməd Cad, Vəsfül-Kəbətil-müşərrəfəti və tarixüha, səh. 34 
4
 
Əllamə Hairi Ələmi, Dairətül-məarif, c. XV, səh. 181-182    
18 
 
                                                      


Dig
ər bir hədisdə deyilir: “Adəm (ə) Kəbəni tikdikdən sonra dedi: Ey Rəbbim! 
M
ənim mükafatım nədir? Allah buyurdu: əgər onu təvaf etsən, səni bağışlayaram”
1

K
əbənin Adəm  (ə)  tərəfindən  tikildiyini xəbər verən hədislərdən biri də  Əta 
vasit
əsilə  İbn  Abbasdan  gələn hədisdir.  O,  deyir:  “Elə  ki,  Adəm  (ə)  Cənnətdən 
endirildi,  Allah ona dedi:  ey Ad
əm ! Mənim üçün bir ev tik, onu təvaf et və orada 
m
əni zikr et,  necə  ki,  mələkləri mənim  ərşimin  ətrafında  təvaf  edən  görmüşdün. 
Ad
əm (ə) bunu qəbul etdi”.  
Dig
ər bir hədisdə isə deyilir: “Adəm (ə) dedi: Ey Rəbbim! mən mələklərin səsini 
eşitmirəm.  Allah ona dedi:  mənim üçün bir  ev tik,  sonra mələkləri səmada mənim 
evimi nec
ə təvaf etmələrini gördüyün kimi sən də oranı təvaf et”.  
Bir r
əvayətdə  isə  deyilir:  “Adəm  (ə)  Sərəndəb vadisinə  endirildi.  O,  orada 
kims
əsizlikdən qorxu keçirərək dedi: ey Rəbbim! Sənin  yer üzündə tikili bir şeyin 
yoxdur ki,  orada s
ənə ibadət olunub təsbih deyilsin. Allah ona belə vəhy etdi: Mən 
orada çoxlu evl
ər yaradacağam ki, məni zikr etsinlər. O evlərdən birini özüm üçün 
seç
əcəyəm,  onu öz kəramətimlə  əzizləyəcək,  öz  adımla  adlandıracağam  və  ona öz 
evim dey
əcəyəm. Onu mənə ibadət üçün təmizlə, onu hörmətimə görə qoru. O evi 
özüm
ə seçdiyim yerdə qur. O sənə və səndən sonrakılara müqəddəs yer və əminlik 
yeri olsun. H
ər kəs onun hörmətini saxlasa, mənim hörmətimi saxlamış olur. Hər kəs 
onun sakini olsa, m
ənə sığınıb, hər kəs onu əzəmətli bilsə, mənim gözümdə əzəmətli 
olacaq. H
ər kəs ora gəlsə və məndən başqasını istəməsə, məni ziyarət edib və mənim 
qonağim  olacaqdır  və  o  şəxs mənim nümayəndəmdir.  Mənə  vacibdir ki,  o  şəxsə 
k
əramətimlə töhfə verim. Nə qədər ki, sağsan onu təmir et! Səndən sonrakılar da onu 
t
əmir edər.  Bir  peyğəmbərdən sonra gələn  digər    peyğəmbər,  hətta zürrüyyətindən 
olacaq sonuncu 
peyğəmbər də ora baş vurar...”
2
  
       
1.11.Şis bin Adəm (ə) tikib 
Əvvəldə  qeyd etdiyimiz kimi bəzi rəvayətlərdə  Kəbənin ilk dəfə  Adəm 
peyğəmbərin  oğlu  Həzrət  Şis  tərəfindən tikildiyi göstərilir. Bu rəvayət Vəhəb bin 
Mün
əbbih  yolu ilə  gəlir.  Belə  ki,  o,  rəvayət edir:  “Evi ilk bina  edən  şəxs  Şis 
peyğəmbərdir. O, bu evi palçıq və daşlardan tikmişdir”
3

 
1.12.
İbrahim peyğəmbər (ə) tikib 
B
əzi rəvayətlərdə  Kəbənin Həzrət  İbrahim  (ə) tərəfindən tikildiyi qeyd 
edilm
əkdədir.  Bu qrupdan olan rəvayətlər    çoxluq təşkil  etməsələr də  bəzi alimlər 
n
ədənsə  buna  üstünlük  vermiş  və  Kəbənin  İbrahim  (ə) tərəfindən tikildiyini qəbul 
etmişlər.  Buna misal “Təfsirul-Mənar”  əsərinin müəllifini    göstərmək olar.  Müəllif  
H
əcc-26-27,  Ali-İmran-  96-  97,  Bəqərə-  124-129-cu ayələrə  təfsir verərkən,  bu 
ay
ələrə əsaslanıb Kəbənin İbrahim (ə) tərəfindən tikildiyi qənaətinə gəlmişdi. Allah 
buyurur:  
Onu  da  yadına  sal  ki,  İbrahim  və  İsmail  Kəbənin bünövrəsini 
ucaldıqları zaman: Ey Rəbbimiz [bu xeyirli işi] bizdən qəbul et, Sən doğrudan 
da [h
ər şeyi] eşidən və bilənsən- deyə dua etdilər”.
4
  
1
 H
əmin mənbə, c. XV, səh. 181  
2
 
Əhməd Cad, Vəsfül-Kəbətil-müşərrəfəti və tarixüha, səh. 37   
3
 H
əmin mənbə, səh. 38   
4
 B
əqərə, 127   
19 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə