Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə4/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   2   3   4   5   6   7   8   9   ...   148

M
əkkə şəhərinin ilkin adı Bəkkə olmuşdur.  Bu görüşü  XX əsrin iki böyük Quran 
t
əfsirçiləri Əllamə Təbatəbai  və Məkarim Şirazi təsdiqləməkdədirlər. Belə ki, hər iki 
t
əfsirçi  yazırdı:  “Bəkkə  sözü  “bək”  kökündən olub  bir yerə  toplaşmaq  mənasını 
daşıyır.  Kəbə  evinə  Bəkkə  deyilməsi  orada  xalqın  toplaşması  səbəbindəndir”
1
. Bu 
fikri dig
ər alimlər də qəbul edirlər
2
.  
Şeyx Səduq (915-991) rəvayət edir: “Məkkə ona görə Bəkkə adlanır ki, insanlar 
onun 
ətrafında və orada ağlayırlar”. Həmçinin, deyir: “O ona görə Bəkkə adlanır ki, 
insanlar orada izdiham yaradib bir-birl
ərini ayaqlayacaqlar”
3
. O, dig
ər bir əsərində isə 
n
əql edir: “O yerə Bəkkə deyilməsinin səbəbi, insanların orada toplanmalarıdır”
4
.  
H
əmçinin, Təbatəbai nin fikrincə Bəkkə sözü elə Məkkə sözüdür ki, “bə” hərfi 
“mim” h
ərfinə  çevrilmişdir.  O, deyir: “Mənim fikrimcə  Bəkkə  izdihamlı  halında 
olub, 
toplanıb sıxışmaq mənasındadır”.
5
     
R
əvayətlərdə  qeyd edilir ki, “Bəkkə  Kəbənin yerləşdiyi yer, Məkkə  isə  onun 
ətrafıdır”.
6
 
İmam Baqirdən (ə) rəvayət olunur: “Məkkəyə Bəkkə deyilməsinin səbəbi, orada 
kişilərin və qadınların bir araya toplanmalarına görədir. Orada qadınlar sənin önüdə, 
sağında, solunda və səninlə birlikdə namaz qılar və bunun heç bir qəbahəti yoxdur. 
Amma başqa yerlərdə belə etmək doğru deyildir, məkruhdur”.
7
  
Lakin b
əzi qaynaqlarda yer üzündə Kəbədən əvvəl tikili olduğu, lakin Kəbənin 
ilk b
ərəkətli və  müqəddəs ev kimi qurulduğu haqda hədislər vardır. Belə ki, İmam 
Əlidən (ə) soruşulur: Kəbə dünyada qurulan ilk evdir? Həzrət buyurur: “xeyr, ondan 
önc
ə də evlər vardı. Ancaq Kəbə insanlar üçün qurulan bərəkətli, ilk müqəddəs evdir. 
Onda hiday
ət, rəhmət və  bərəkət  vardır.  Onu ilk dəfə  İbrahim  (ə)  inşa  etdi.  Sonra 
Cürhüm q
əbiləsinə mənsub bir ərəb inşa etdi. Sonra dağıldı. Bu dəfə isə Əmaliqələr 
inşa etdilər. Sonra təkrar dağıldı. Bu dəfə də Qüreyş  Kəbəni təmir etdi”.
8
  
H
əmçinin, Cəlaləddin Süyuti (1445-1505) rəvayət edir: “İbn Münzir və İbn Əbu 
Hat
əm, Şəbi kanalı ilə Əli bin Əbu Talibdən (ə) rəvayət edirlər: O, 
“İnsanlar üçün 
ilk qurulan ev”  ay
əsi  haqqında  buyurdu:  ondan  öncə  evlər  vardı.  Ancaq  Allaha 
ibad
ət məqsədilə qurulan ilk evdir”
9
.  M
əkkə şəhərini müqəddəs bir məkana çevirən 
şübhəsiz ki, orada tikilən Kəbə evidir. Əksər İslam mənbələri Kəbənin həzrət Adəmin 
(
ə) əli ilə tikildiyini qeyd edirlər. Bu görüş hədisi-şəriflərdə daha da qabarıq şəkildə 
öz 
əksini tapmaqdadır. XX əsr İslam alimi mərhum Əllamə Hairi bu barədə yazırdı: 
“H
əccin  əməlləri Adəmə  (ə)  onun tövbəsinin qəbul  olunması  üçün  öyrədilmişdir. 
C
əbrail (ə) Adəmə (ə) nazil olub buyurdu: “Ey Adəm! Allah sənə salam göndərir və 
deyir:  Ey tövb
əkar Adəm! Sənin tövbəni qəbul edəcək və səni paklayacaq mənasiki 
(h
əcc əməllərini) öyrən”
10
.  H
əmçinin, bu və ya digər qaynaqlarda göstərilir ki, hələ 
1
 
Əllamə Təbatəbai, Təfsirül-mizan, c. III, səh. 509;  Məkarim Şirazi, Təfsiri-nümunə, c. V, səh. 15       
2
 
Əllamə Hairi Ələmi, Dairətül-məarif, c  VI, səh. 363  
3
 
Şeyx Səduq, Mən la yəhzuruhül-fəqih, c. II, səh. 255, hədis № 2120-2119 
4
 
Şeyx Səduq, İləlüş-şərai, səh. 393, bab-137  
5
 T
əfsirül-mizan, c. III, səh. 517; Əllamə Hairi Ələmi, Dairətül-məarif, c. VI, səh. 363 
6
 
Əllamə Hairi Ələmi, Dairətül-məarif, c. XVII, səh. 349, c. VI, səh. 363; Şeyx Səduq, İləlüş-şərai, səh. 398, bab-137 
7
 
Şeyx Səduq, İləlüş-şərai, səh. 397, bab-137; Əllamə Təbatəbai, Təfsirül-mizan, c. III, səh. 517 
8
 
İbn Şəhraşub, Təfsirül-bürhan, c. I, səh. 301; Əllamə Təbatəbai, Təfsirül-mizan, c. III, səh. 517    
9
 C
əlaləddin Süyuti, əd-Dürrul-mənsur, c. II, səh. 52; Əllamə Təbatəbai, Təfsirül-mizan, c. III, səh. 517  
10
 Dair
ətül-məarif, c. VII, səh. 531 
10 
 
                                                      


yer  üzü  yaranmamışdan  əvvəl Kəbə  Allah  yanında  mövcud  olmuşdur.  Əlbəttə  ki, 
onun mövcudluğu yer üzündə deyil, səmalarda gerçəkləşmişdi.  
H
ədisi-şərifdə deyilir: “İbn Əbil Əvca Məkkəyə daxil olub hacılara rixşəndli və 
inkaredici  suallar  ünvanlayırdı.  Alimlər isə  onun  suallarına  ikrah  edərdilər.  Çünki 
onun dili x
əbis, köksü isə fəsad idi. O, Cəfər bin Məhəmmədin (ə) yanına gəlib onun 
yanında  oturdu.  Camaatın  nəzəri onda idi.  Sonra o,  İmama  (ə)  dedi:  ey  Əba 
Abdullah!  H
əqiqətən məclislər orada sual verən hər  bir  şəxs üçün  əmanət yeridir. 
M
ənə icazə verirsənmi ki, sual edim? Həzrət buyurdu: nə istəyirsən soruş. O, dedi: bu 
ins
an topluluğu  nə vaxtdan davam edir? Bu daşa nə vaxtdan sığınırlar? Bu palçığa 
suvanmış  və  ucaldılmış  evə  nə  vaxtdan ibadət edirlər?  Əgər bir nəfər  bu  işlər 
bar
əsində düşünsə, ona bəlli olacaqdır ki, bu işlər hikmətli olmayan və qeyri nəzər 
sahibi t
ərəfindən əsası qoyulmuş  işlərdir. Buna cavab ver! Çünki sən bu işin rəhbəri 
v
ə bu qövmün şərəflisisən. Atan isə onun nizam intizamını qoyanlardandır . 
İmam (ə) onun suallarının və sözlərinin müqabilində buyurdu: Həqiqətən Allah 
kimi  yoldan  azdırıbsa  və  kimin qəlbini kor edibsə,  o,  haqqı  görə  bilməz,  ona 
sığınacaq  verilməz, şeytan onun rəhbəri olar və həlak yoluna qədəm qoyar.  Sonra 
onun q
əlbi haqqa dönməz. 
Bu 
evi  Allah  yaratdıqları  üçün  ibadətgah  etmiş,  ora gəlməklə  insanların 
əməllərini  seçmiş,  onun  əzəmətinə  və  ziyarətinə  onları  təşviq    etmiş,  onu 
peyğəmbərlərin  məhəlləsi etmiş və itaətkarların qibləsi qərar vermişdir.  O Allahın 
razılığından bir şöbədir.  O Allahın bağışlamasına əncam verir, təkamülə səbəb olur, 
onda 
əzəmət və  cəlal  toplanmışdı.  Allah onu yer  üzünü    yaratmamışdan  iki  min  il 
əvvəl yaratmışdı”.
1
   
Möt
əbər qaynaqlardan əldə  etdiyimiz rəvayətlər onu göstərir ki,  bəşəriyyət 
m
ədəniyyətində ilk inşa olunan ev Məkkədə yerləşən Kəbə evidir. Məkarim Şirazi bu 
m
əqamı  açıqlayarkən deyir:  “Kəbə  birinci tovhid evidir və  yer üzündə  ən qədim 
m
əbəddir. Ondan qabaq Allaha ibadət və pərəstiş etmək üçün heç bir mərkəz, heç bir 
ev olmamışdır. O elə bir evdir ki, bəşəriyyət aləminin faydalanması üçün bərəkətli 
m
əkanda, habelə ictimai mərkəz nöqtəsində qərar verilmişdir”
2
.      
Şübhəsiz ki, Kəbənin ilk bina olması və bəşəriyyət mədəniyyətinin məhz oradan 
başlanması inkarolunmaz tarixi gerçəklikdir. Bununla yanaşı ilk insan və bəşəriyyətin 
atası  həzrət Adəmin  (ə)  tövbəsinin bu məkanda qəbul edilməsi,  həcc ayinlərinin 
C
əbrail (ə) tərəfindən ilk olaraq Adəmə (ə) bu məkanda öyrədilməsi, bəzi terminlərin 
Ad
əmin (ə) dövrünə aid olması Kəbənin ilk bina olmasına çox qüvvətli dəlillərdəndir. 
H
ətta Quranda bəzən ilin qədim  peyğəmbərlərin dövründə  həcc  adı  ilə  adlanması 
h
əccin qədim tarixindən xəbər verməkdədir. Məsələn: [Şueyb] dedi: s
əkkiz il (həcc) 
m
ənə  xidmət etmək  (qoyunlarımı  otarmaq)  şərtilə  qızlarımın  birini  sənə 
ver
ərəm”
3
.  Göründüyü kimi,  bu ay
ənin orjinalında keçən il kəlməsi “həcc” termini 
il
ə  ifadə  edilmişdir.  Bunun səbəbi isə  ilin həcc mövsümü ilə  birlikdə  davam 
etm
əsidir.     
Əllamə Məclisi İmam Baqirdən (ə) rəvayət edir: “Allah Ərşin altına dörd sütun 
qoymuşdur. Sonra mələklərə yer üzündə onlara oxşayan bir ev tikmələrini əmr etdi. 
1
 
Əllamə Hairi, Dairətül-məarif, c. XV, səh. 188  
2
 T
əfsiri-nümunə, c. V, səh. 13 
3
 Q
əsəs, 27 
11 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə