Prof. Dr.
Cihan Bulut, Elçin Süleymanov
80
4.10. DÖVLƏTDƏKİ BOŞLUQLARIN İQTİSADİ
SABİTLİK ÜZƏRINDƏKİ TƏSİRLƏRİ
İqtisadi sabitlik – qiymətlərin ümumi səviyyəsi, faiz nisbəti, məşğulluq həcmi,
kurs quruluşu və böyümə nisbəti kimi təməl iqtisadi və maliyyə göstəricilərinin
əlaqədar ölkələrdə sahib olunan mənbə və imkanların təsirli şəkildə istifadəsini
təmin edən qərarlı bir tarazlıq vəziyyətidir. Yəni mövcud mənbə və imkanların da-
xili və xarici faktorların təsirində qalmadan dəyişən ehtiyaclara cavab verə bilməsi,
iqtisadiyyatın qərarlı bir tarazlıqda olması halıdır.
Günümüz ölkələrində sahib olduqları iqtisadi
sistem nə olursa-olsun, sabit bir
iqtisadi qurum meydana gətirə bilmək üçün çatılmaq istənilən məqsədlər maddələr
tərəfindən sıralana bilər. Ancaq bu məqsədlərdən beşi bütün dünya ölkələrinin
əvvəlcə əldə etmək istədiyi məqsədlərdir. Bunlar: tam məşğulluğa çatmaq, istehsalı
artırmaq (böyüməyi təmin etmək), qiymət sabitliyini qorumaq, ödəmələr tarazlığını
təşkil etmək və gəlir bölgüsünü düzəltməkdir. Bu məqsədlərə çatıla bilmədiyində
və ya bu məqsədlərdən yayınmalar olduğunda ortaya çıxacaq olan nəticələrin sırası
belədir: tam məşğulluğun təmin edilə bilməməyi – işsizlik, istehsalın
kifayət qədər
artırılmamağı – böyümə problemlər, qiymət sabitliyinin təmin edilə bilməməyi –
inflyasiya, ödəmələr tarazlığının təmin edilə bilməməyi də xarici tarazlıq problem-
ləridir.
Ölkə iqtisadiyyatları üçün bir istiqrazsızlıq göstəricisi olan bu nəticələr aradan
qaldırılmadığında və lazımi tədbirlər görülmədiyində kompleks bir quruluş ərz
edən iqtisadiyyat geriləməkdədir. Bu mənfiliklərin davam etməməyi, iqtisadi taraz-
lıqların yenidən təmin edilməsi üçün sabitlik proqramları, tətbiq olunmaqdadır. Za-
manla məzmun və metod cəhətdən dəyişməyə uğrasa da sabitlik proqramları ümu-
miyyətlə, bu beş elementi ehtiva etməkdədir:
1) proqram sonrası inflyasiya hədəfi;
2) maliyyə sabitliyinin şəkli
və böyüklüyü;
3) uyğun pul siyasəti;
4) valyuta kursu quruluşunun hədəflə uyğun səviyyəsi;
5) gəlirlər siyasətinin istifadəsi.
Proqramların hədəfləri, tətbiq müddəti və nəticələri baxımından sabitlik proq-
ramları; ortodoks və heterodoks olaraq araşdırılmaqdadır. Ortodoks sabitlik siya-
sətlərində pul dəyərinin idarəsi, Dövlət büdcəsindəki kəsirlərin azaldılması, milli
pulun devalvasiyası, qiymətlərin sərbəst buraxılması və subsidiyaların qaldırılması
iştirak etməkdədir.
Ümumiyyətlə, hiper inflyasiya ilə mübarizədə tətbiq olunan və
IMF tərəfindən dəstəklənən bu proqramlar real ödənişlərdə enişə, cəmi tələbdə
azalmaya, milli gəlirdə daralmağa və iqtisadi yükün yüksək ölçüdə sabit gəlirlilər
ilə kiçik işlətmələrə qalmasına səbəb olmaqdadır. Acı-ağrılı reseptlər və kəmər sıx-
Dövlät Maliyyäsi
81
ma siyasətləri səs itkisinə gətirib çıxardığından, bu siyasətlərin demokratik ölkə-
lərdə reallaşdırılması çətinləşməkdə, avtoritar-hərbi rəhbərliklərin iş başında olması
arzulanmaqdadır.
Möhkəm pul və maliyyə siyasəti ilə sabit quruluş siyasətindən ibarət olan orto-
doks siyasətlər ticarətin sərbəstləşdirilməsini də qarşılarına məqsəd qoymaqdadır.
Bu siyasətlər real tarazlığın qurulmasında və dövlət büdcəsindəki kəsirlərin doldu-
rulmasında müvəffəqiyyətli olmaqdadır. Ancaq müxtəlif
seqmentlərin bazar iqtisa-
diyyatını əks etdirən qiymətlər (inflyasiya, faiz nisbəti, kurs quru kimi) arasında
tarazlığın təmin edilməsini bacara bilmədiyindən, qiymət və ödəniş siyasətləri gün-
dəmə gəlməkdədir.
Heterodoks sabitlik siyasətlərində də keçici ictimai uzlaşma ilə ödəniş, faiz və
kurs quruluşlarındakı artımlar dondurulmaqda, bir gəlir
siyasəti tətbiq olunmaq-
dadır. Ümumiyyətlə, yüksək xroniki inflyasiyanın yaşandığı iqtisadiyyatlarda seçi-
lən heterodoks siyasətlər möhkəm maliyyə siyasətini hədəfə almaqda, ikinci mər-
hələdə genişlədici pul siyasətinə icazə verməkdədir. Bu siyasətlər ilə daha çox bö-
yümə və daha az işsizlik əldə edilməkdədir. Eyni zamanda, inflyasiya proqnozunun
qırılması üçün bir açar qiymət diametral (anchor)
olaraq təyin olunmaqda, digər
makro-iqtisadi öhdəliklər buna görə nizamlanmaqdadır.
Sabitlik siyasətləri hədəf qoyduğu məqsədlərə çatmaqda bəzi problemlərlə qar-
şılaşa bilər. Bunlardan bəziləri: siyasətlərin iqtisadiyyata təsir etməsində bir gecik-
mənin olması, tətbiq olunan siyasətlərə qarşı proqnozlarının olması səbəbi ilə xü-
susi sektorun reaksiya verməsi və siyasətlərin iqtisadiyyata təsir etməsində bəzi na-
məlumluqların olmasıdır.
Ayrıca, inkişaf etməkdə olan ölkələrdə davamlılıq göstərməyən, siyasi iqtidara
bağlı qalan sabitlik proqramı tətbiqlərinin də qarşılaşdığı bəzi maneələr olmaqdadır.
Belə ki, bu ölkələrdə maliyyə bazarları tam inkişaf etməmiş,
bazar sərbəstləşdir-
məsi və beynəlxalq rəqabətə açılma tamamlanmamış olduğundan, tətbiq olunan sa-
bitlik proqramları digər ölkələrə görə daha uzun bir müddəti tələb etməkdədir.
Demokratik ölkələrdə, ümumiyyətlə, bir iqtidar müddəti 4-5 il olduğundan, tətbiq
olunan orta uzun davamlı sabitlik proqramları müxtəlif siyasi narahatlıqlar səbəbi
ilə seçki zamanına yaxın boşaldılmağa başlamaqdadır. Yəni siyasi hədəflər ilə iqti-
sadi hədəflər əsassızdır.
Digər tərəfdən, iqtisadi sabitliyin təmin edilməsi və maliy-
yə intizamının meydana gətirilməsi üçün geniş bir uzlaşma zəmininə ehtiyac var-
dır. Halbuki az inkişaf etmiş ölkələrdə siyasi rəqabət səbəbi ilə verilən həddindən
artıq sözlər bir tərəfdən sözlərin tutula bilməməyi səbəbi ilə siyasi iqtidarı köhnəlt-
məkdə, digər tərəfdən bu sözlərə istiqamətli populist xərclərlə də iqtisadiyyata zə-
rər verməkdədir. Bu da uzlaşma zəminini çətinləşdirməkdədir. Ayrıca, siyasi iqtidar-
ların iqtisadiyyat siyasəti vasitələrinin seçkisində lazımi diqqəti göstərməməsi səbə-