Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə46/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   42   43   44   45   46   47   48   49   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
96 
lərdə naməlumluq, yüksək inflyasiyanın meydana gəlməsi və bazarların sərbəstləş-
məyə yönəlməsi səbəbi ilə pozulan kurs bazarında sabitliyi təmin etmək üçün də 
faiz nisbətləri yüksəlməkdədir. Beləcə, kurs qurunda sabitlik təmin edilməyə çalışı-
larkən faiz nisbətləri artmaqdadır. Bu da isti pul mexanizminin meydana gəlməsinə 
səbəb olmaqdadır.  
Real faizlərin artıb, kurs qurunun çox artmadığı belə vəziyyətlərdə banklar və 
s. sərmayə seqmentləri çöldən aşağı faizdən borclanaraq riski aşağı, lakin faizi yük-
sək borc vermə əməliyyatları ilə Dövlət sektorundan yüksək gəlirlər əldə etməkdə-
dirlər. Dövlətin borclarını ödəmədə çətinlik məcbur edildiyi, vətəndaşların yüksək 
vergi ödəyicilərinə dözdüyü belə vəziyyətdə sərmayə sektorunun gəlirinin artması 
gəlir bölgüsündəki ədalətsizliyi artırmaqdadır. 
Dövlət büdcəsindəki kəsirlərin maliyyəsi nəticəsində həm faizlərin yüksək ol-
ması, həm də emissiyanın artırılması inflyasiyanı artırmaqdadır. Daha əvvəl də ifadə 
olunduğu kimi, büdcə kəsirləri ilə inflyasiya arasında müsbət bir əlaqənin olduğu 
görülmüşdür. Artan büdcə kəsirləri ilə inflyasiya da artmaqdadır. İnflyasiya fərdlə-
rin alıb-satdığı mal və xidmətlərin qiymətlərini dəyişdirdiyindən, bəzi insanların 
gəlirlərini artırarkən, bəzilərini azaltmaqdadır. Əgər insanların nominal gəlirləri ar-
tan inflyasiyadan daha çox artmışsa, iqtisadiyyatdan əldə etdikləri pay artmaqdadır. 
Lakin insanların gəlirləri ümumi qiymətlər səviyyəsində artmayıb, sabit isə  xərc-
ləmə qələmlərini meydana gətirən mal və xidmətlərin qiymətləri artdığından, iqti-
sadiyyatdan alacaqları pay azalmaqdadır. Buna görə real dəyəri artan varlıqlara sa-
hib olanlar, artan inflyasiyanı  çıxardığı  və ya satdığı mal və xidmətlərə çox əks 
etdirənlər inflyasiyadan zərər görməzkən, sabit ödənişlə işləyənlər, təqaüdə çıxan-
lar artan inflyasiyadan zərər görməkdədirlər. 


 
 
97 
 
 
BEŞİNCİ FƏSİL 
DÖVLƏT XƏRCLƏRİ VƏ ONLARIN TƏSNİFATI 
5.1.  DÖVLƏT XƏRCLƏRİNİN TƏRİFİ VƏ                        
ƏHATƏ DAİRƏSİ 
İqtisadçı alimlərin 1950-ci illərə  qədər,  əsasən, dövlətin iqtisadi fəaliyyətinin 
istiqaməti olaraq dövlət gəlirləri üzərində dayandıqları görülmüşdür. Bu sahədə 
fəaliyyət göstərən elm adamlarının, dövlət gəlirləri yanında dövlət xərclərinin üzə-
rinə həqiqətən meyl etmələri və bu mövzudakı işlərini sıxlaşdırmaları 1950-ci illər-
dən sonrakı dövrlərdə  də daram etmişdir. 1950-ci illərə  qədər laqeyd yanaşılan 
dövlət xərcləri, dövlətin vəzifələrinin tədricən artması  nəticəsində, bu dövrdən 
sonra diqqətləri üzərinə  çəkməyə başlamışdır.  İctimai xidmətlərin və dövlət xərc-
lərinin artması, ölkədən ölkəyə və zaman içində fərqliliklər göstərsə də, ümumiy-
yətlə, bəzi oxşarlıqları təyin oluna bilməkdədir. Gəlirlərin artımı, demoqrafik artım, 
müharibələr və bənzəri səbəblər, ənənəvi ictimai xidmətlərə olan tələbi artırmışdır. 
Bununla yanaşı, dövlət maliyyəsinin funksiyaları olaraq qiymət sabitliyini, ədalətli 
bir gəlir bölüşümünü, tam istifadə (məşğulluq) və iqtisadi inkişafı təmin etmə kimi 
əhəmiyyətli problemlər həll etməklə, bazar iqtisadiyyatının qeyri-kafi olduğu fik-
rinin ümumiyyətlə  qəbul edilməsi, bir çox fəaliyyət sahəsinin dövlətin vəzifələri 
arasına girməsinə səbəb olmuşdur. 
Dövlət maliyyəsinin funksiyaları mövzusundakı bu müxtəlifliklər nəticəsidir 
ki, dövlət, bu cür vəzifələri ilə iqtisadi və ictimai həyatı, etdiyi müdaxilələrlə yox-
lama altında tutmaqda və milli iqtisadiyyata və ictimai həyata istiqamət verə bil-
məkdədir. Dövlət, beləcə, vəzifə  və  məşğuliyyət sahəsinin genişlənməsi və çıxar-
dığı mal və xidmət növlərinin çoxalması  səbəbi ilə, ümumi qaynaqların getdikcə 
artan bir nisbətini istifadə etmə vəziyyətində qalmışdır. Bütün bu inkişaflar dövlət 
xərclərinin iqtisadi və ictimai həyat üzərində laqeydlik edilə bilməyəcək qədər 
böyük təsirlərinin olduğunu və əhəmiyyətli bir iqtisadi fəaliyyət olaraq ələ alınması 
lazım olduğunu göstərmişdir. 
Dövlət öz funksiyalarını yerinə yetirə bilməsi üçün bəzi xərcləri reallaşdırmalı-
dır. İctimai ehtiyacların aradan qaldırılması üçün dövlətin bəzi mal və xidmətlərdən 
faydalanması lazımdır. Bunu təmin edə bilmək üçün lazımi vəsaitlər, xərcləməyi 
məcbur etməkdədir. Necə ki, dövlətin qarşıladığı daimi və müddətli  əmək haqqı 
ödənişləri, xüsusi sektordan aldığı  və ya özünün istehsal etdiyi mal, vəsait və s. 
vasitələrə etdiyi xərclər bu məcburiliyin bir nəticəsidir.  


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
98 
İctimai xidmətlərin yerinə yetirilməsi yanında müasir dövlətin üzərinə götürdü-
yü iqtisadi vəzifələr də getdikcə  xərclər  şəklində qarşımıza çıxmaqdadır.  Ədalətli 
gəlir bölgüsünü tənzimləmə, tam məşğulluğu reallaşdırma, iqtisadi inkişafa  şərait 
yaratma kimi məqsədlərin dövləti davamlı olaraq mal və xidmət alımına istiqamət-
ləndirməsi bir reallıqdır. Eyni zamanda, bu məqsədlər dövləti, bəzən xüsusi sektora 
qarşılıqsız yardımlar etməsinə istiqamətləndirməkdədir. Heç şübhəsiz, dövlətin 
etmiş olduğu bu xərclər, müəyyən hədəflərə çatmaq üçün istifadə etmiş olduğu va-
sitələrdir.
31
  
Beləliklə, dövlət xərclərini, dövlətin ictimai mal və xidmət istehsalı üçün etdiyi 
xərclər olaraq qeyd edə bilərik. Bir başqa ifadə ilə, dövlət xərcləri dövlətin xalis 
maddi dəyərində bir azalması ilə ifadə edilməkdədir. 
Dövlət xərcləri, dövlətin təşkilatlanma formasına uyğun olaraq, dövlət təşkilat-
ları tərəfindən edilir. Digər bir ifadə ilə, unitar dövlət sistemində dövlət xərclərinin 
böyük bir qismi mərkəzi dövlət təşkilatı tərəfindən, bir qismi yerli rəhbərliklər tə-
rəfindən və bir qismi də digər dövlət qurumları  tərəfindən reallaşdırılır. Dövlət 
xərcləri ilə əlaqədar işlərdə dövlət xərclərinin sərhədi və hansı dövlət qurumlarının 
etdiyi xərclərin dövlət xərcləri əhatəsinə girəcəyi mövzusunda müzakirələr vardır. 
Mərkəzi dövlət təşkilatının və yerli rəhbərliklərin etmiş olduğu xərclərin dövlət 
xərcləməsi olduğu mövzusunda ümumi görüş birliyi söz mövzusudur. Əsl müzaki-
rə, digər dövlət qurumlarının xərcləri mövzusunda olmaqdadır. Bu mövzudakı mü-
zakirələr dövlət iqtisadi qurumlarının və  bəzi ölkələrdə ayrı hüquqi şəxsiyyətləri 
olan təşkilatlar tərəfindən icra edilən ictimai təhlükəsizlik xidmətləri üçün edilən 
xərclər üzərində  sıxlaşmaqdadır. Bu müzakirələr nəticəsində dar mənada dövlət 
xərcləməsi və geniş  mənada dövlət xərcləməsi ifadələri ortaya çıxmaqdadır. Dar 
mənada dövlət xərcləməsi ifadəsinin  əhatəsinə, mərkəzi dövlət təşkilatı  və yerli 
rəhbərliklərin xərcləri girməkdədir. Geniş  mənada dövlət xərcləməsi ifadəsi isə 
mərkəzi dövlət təşkilatı və yerli rəhbərliklər yanında dövlət iqtisadi qurumlarının, 
ictimai təhlükəsizlik qurumları kimi digər dövlət təşkilat və qurumlarının xərcləri 
ilə vergi xərclərini  əhatə etməkdədir. Vergi xərcləməsi, dövlətin vergi olaraq al-
ması lazım olan miqdarlardan müxtəlif səbəblərlə və müxtəlif adlar altında imtina 
etdiyi miqdarı ifadə etməkdədir.
32
 Məsələn: vergi istisnası, vergidən azad olma, 
investisiya endirimi, vergi endirimi kimi adlarla dövlət alacağı vergi miqdarının bir 
qismindən və ya hamısından imtina etməkdədir. Dövlət xərcləri ilə əlaqədar edilən 
işlərdə, ümumiyyətlə, dar mənada dövlət xərcləməsi ələ alınmaqdadır. Çünki mər-
kəzi dövlət təşkilatı  və yerli rəhbərliklərin xaricindəki quruluşların xərclərindəki 
sistemlilik və tətbiq güclükləri, bu xərclərin hesablanmasını çətinləşdirməkdədir. 
                                                 
31
  B.A. Xankişiyev.Büdcə prosesi və büdcə təsnifatı. Bakı – 2002  
32
  A.M. Kərimov, N.R. Quliyev .Maliyyə. Dərslik , Bakı –2001 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə