Dövlät Maliyyäsi
101
nal təsnifləşdirmənin bir xüsusiyyəti də təşkilatların büdcələrindəki ödəmənin,
xidməti
ifadə edən addan çox, edilən xərcləmənin hansı məqsədə istiqamətli edildi-
yidir. Bu təsnifləşdirmə, digər tərəfdən xərcləmənin nə ola biləcəyi yolundakı təx-
minlərdən çox dəqiq olan xərcləmə ilə maraqlanır. Beləcə, dövlət sektorunda isteh-
sal edilən mal və
xidmətlər, dəqiq xərclərlə ortaya qoyularkən dövlətin nə etdiyi
(ya da edə bilmədiyi) təyin olunmaqdadır. Söz mövzusu təsnifləşdirmənin istifadə
etdiyi dəqiq xərclərlə, dövlətin çıxardığı mal və xidmətlərin xərc dəyərləri nəticə
olaraq ortaya qoyula bilməkdədir. Bu cür təsnifləşdirmədə əhəmiyyətli
bir vəziy-
yət, hər hansı bir xidmət növünün, ana funksiyasını ondan fərqli olan birdən çox
funksiya əhatəsinə girə biləcək xidmət formasında olmasıdır. Bu cür çox məqsədli
xidmətlərin təsnif edilməsi çətin olmaqda və hesablamaya bir dəfə qatılması üçün
bəzi qərarların alınması lazımdır. Funksional təsnifləşdirmə qanunverici orqana və
xalqa məlumat təqdim etmək, funksional yoxlamanı asanlaşdırmaq yanında inkişaf
planı və dövlət proqramlarının dövlət büdcəsi halına gəlməsini təmin edərək icra
edilən xidmətləri köhnəsinə nisbətlə daha diqqətə çarpan hala gətirir.
Daha diqqətə
çarpan hala gələn xidmətlərlə bunlara edilən xərclər nəticəsində, yaradılan fayda və
yük ilə qaynaq təsis siyasətinin müvəffəqiyyəti və ya müvəffəqiyyətsizliyi ortaya
çıxa biləcək. Funksional Təsnifləşdirmə 1950-ci illərdə Dünya Bankının təklif et-
miş olduğu funksional təsnifləşdirməyi meydana gətirən xidmətlər üç başlıq altında
toplanmaqdadır. Bunlar ümumi xidmətlər, iqtisadi xidmətlər və ictimai xidmətlər-
dir. Ümumi xidmətlər, dövlət nizamının davam etdirilməsini, qorunmasını və döv-
lətin rəhbərliyini təmin edən xidmətlərdir. Bu xidmətlərin əhatəsinə ümumi rəhbər-
lik, müdafiə etmə, mühakimə xidmətləri girməkdədir.
İqtisadi xidmətlər, ümumiyyətlə fərdlərə birbaşa faydanı təqdim etmək yerinə,
istehsal müddətinin ilk mərhələlərində xammal və ara mallar ilə alt quruluşu mey-
dana gətirən xüsusiyyətləri səbəbindən firmalara fayda vermə məqsədinə istiqamət-
li xidmətlərdəndir. Bu xidmətlər, firmaların xüsusi xərclərini azaltmağa köməkçi
olduğu üçün istehlakçılara da bilavasitə bir şəkildə fayda təmin etməkdədir. İqti-
sadi xidmətlərin əhatəsinə əkinçilik, enerji və təbii qaynaqlar ilə istehsal, inşaat və
nəqliyyat kimi xidmətlər girməkdədir. İctimai xidmətlər isə fərdlərə özlərinə və ya
ümumiyyətlə dövlətə fayda təmin edən xidmətlərdir.
Bu xidmətlərdən fərdlər, öz
ehtiyacları üçün birbaşa faydalana bilməkdədirlər. İctimai xidmətlərin əhatəsinə
təhsil, səhiyyə, ictimai təhlükəsizlik və rifah, mədəni xidmətlər, asudə vaxtları qiy-
mətləndirici xidmətlər, din və ümumi araşdırma xidmətləri girməkdədir.
5.2.1. DÖVLƏT XƏRCLƏRİNİN İQTİSADİ TƏSNİFLƏNDİRMƏSİ
Dövlət xərclərinin iqtisadi təsnifləndirməsi, iqtisadi siyasətin təyin olunmasın-
da istifadə edilən vasitələrdən yalnız biridir. Bununla belə, müzakirə olunması la-
zım olan bəzi xüsusiyyətləri vardır. Bu təsnifləndirmənin,
dövlət xidmətlərinin iqti-
Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
102
sadi fəaliyyət səviyyəsi üzərindəki bütün təsirlərini ölçməsini gözləmək çox opti-
mizm olar. Bu yalnız təsirin bir qismini ölçər və ölçünü də təxmini olaraq ifadə
edər. Başqa sözlə, bu təsnifləndirmə üsuluyla dövlətin milli gəlirə olan təsirini və
bu təsirin azalıb-çoxaldığı mövzusunda lazımlı olan məlumatları təmin edə bilərik.
Dövlət sektoru tərəfindən yaradılan sərmayə büdcələnməsinin,
milli sərmayə təc-
rübəsi içindəki nisbi payı da bu təsnifləndirmə ilə təyin oluna bilər. İqtisadi təsnif-
ləndirmə ilə müəyyən dönəmlər arası qarşılaşdırmalar edilərək, dövlətin tələb artı-
rıcı fəaliyyətləri nəticəsi inflyasiya təzyiqə səbəb olduğu və ya dövlət fəaliyyətlə-
rinin deflyasyonist təsirləri yaratdığı göstərilə bilər. Eyni zamanda, dövlət fəaliy-
yətlərinin təsirlərinin, transfer və ya birbaşa qaynaq istifadə formalarından hansı
kanalı ilə yaradıldığı mövzusunda bu təsnifləndirmə üsulu lazımlı məlumatı təmin
edə bilər. Dövlət xərclərinin iqtisadi istiqamətdən təsnifatının faydalı bir şəkildə
istifadəsi, büdcənin iqtisadiyyat üzərindəki təsirin bilinməsinə və bu təsirlinin
büdcə siyasətinin təyin olunmasında lazımlı faktorlardan biri olduğunun qəbul edil-
məsinə bağlıdır. Bu ayrı-seçkiliyin, dövlət fəaliyyətlərinin
istehsal və istehlak məq-
sədləri ilə qaynaqların istifadə, ya da transferləri arasında edilməsi məcburidir.
Real xərcləmə və transfer xərcləməsi təsnifləndirməsi
Analitik təsnifləndirmə əvvəlində dövlət xərclərinin iqtisadi təsnifləndirməsi-
nin əsasını, müəyyən bir dövrdəki dövlət xərcləri ilə o dövrün istehsalı arasındakı
əlaqə meydana gətirməkdədir. Dövlət maliyyəsində bu əlaqə nəzərə alınaraq, real
xərclər-transfer xərcləri, cari xərclər-investisiya xərcləri, məhsuldar xərclər-səmə-
rəsiz xərclər kimi müxtəlif təsnifləndirmələr edilmişdir. Real xərcləmə-transfer
xərcləməsi ayrı-seçkiliyinin banisi A. C. Pigou olmuşdur.
Müxtəlif mütəfəkkirlə-
rin təsiri ilə təsnifləndirmə olduqca açığa çıxarılmış və bu təsnifləndirmə içindəki
real dövlət xərclərinin cari və investisiya xərcləməsi olaraq ikiyə ayrılması çox
istifadə edilən bir üsul olmuşdur. Real dövlət xərcləri, cari xərclər və investisiya
xərcləri olaraq ikiyə ayrılınca, dövlət xərclərinin iqtisadi təsnifatında cari xərclər,
investisiya xərcləri və transfer xərcləri formasında bir ayrı-seçkilik söz mövzusu
olmaqdadır.
Real xərclər, ümumi tələbin bir elementini meydana gətirən və bu xüsusiyyəti
ilə cari dövr istehsalı, ya da qiymət səviyyəsinə təsir edən xərclərdir. Bu xərclər,
əsas olaraq, cari istehsaldan dövlətin bir pay ala bilmək üçün ödədiyi qiymət xüsu-
siyyətini daşıyır. Haqqında danışdışığımız xərclər dövlətin ictimai ehtiyaclarını
qarşılaya bilmək və öhdəsindəki vəzifələri yerinə yetirə bilmək üçün satın aldığı
mal və xidmətlərin son istifadə məqsədi nə olursa-olsun ələ alınan
dövr istehsa-
lından götürdüyü bir paydır. Bu səbəblə bunu təmin edən xərclərə Real xərclər
deyilir. Real dövlət xərclərinin cari xərclər və investisiya xərcləri olaraq iki qrupda
toplanmağının, çox istifadə edilən bir ayrı-seçkilik olduğuna daha əvvəl toxun-
muşduq.