Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə44/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   40   41   42   43   44   45   46   47   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
92 
artması ilə insan rifahının daha da yüksəlməsi gözlənilməkdədir. İqtisadiyyatın xa-
ricə açılması ilə kurs quru və faiz nisbətləri üzərində Dövlət nüfuzunun təyinedici-
liyi qalxmaqdadır. Kurs quru əvvəldən mal hərəkətlərindən ortaya çıxan təklif və 
tələbə görə meydana gələrkən xaricə açıldıqdan sonra, pul hərəkətlərinin təsiri al-
tında meydana gəlməkdədir. Faizlər bir tələb idarə vasitəsi olaraq artırıldığında, 
xarici sərmayə isti pul olaraq içəriyə girməkdə, pul ərzi artmaqdadır. Pul siyasəti 
tətbiqləri əvvəli kimi güclü ola bilməməkdədir. İqtisadiyyatlarda mal hərəkətlərin 
sərbəstləşdirib mənbə  təsisinin təsir etdiyi rəqabət mühitində iqtisadi tarazlıqları 
pozan sərmayə  hərəkətlərini milli iqtisadiyyat sərhədləri ilə  məhdudlaşdırmaq 
qeyri-mümkündür. 
Sərmayə axınları xüsusilə kafi qənaətə sahib olmayan ölkə iqtisadiyyatları ba-
xımından faydalı olması  səbəbi ilə Dünya Bankı  tərəfindən dəstəklənməkdədir. 
Ancaq sərmayə axınlarının yarada biləcəyi mənfiliklərə qarşı da diqqətli olunması 
lazım olduğu xəbərdarlığını etməkdədir. Argentina, Çili, Kolumbiya, Meksika, 
İndoneziya, Koreya, Malayziya, Filippin və Tailand iqtisadiyyatlarında sərmayə 
axınlarının təsirlərini araşdıran Noyabr 2008 –ci il tarixli bir Dünya Bankı araşdır-
masına görə sərmayə axınları ilə əlaqədar olaraq bu xəbərdarlıqlar real olmaqdadır: 
Maliyyə sisteminin genişlənməsi idarə sisteminin zəif olduğu ölkələrdə  şar təsiri 
edə bilər və bank sektorunda krizislərə yol aça bilər. Xarici ticarətin sərbəstləşməsi 
ilə ixracatın azalması və idxalatın artması müxtəlif nəticələrə səbəb ola bilər. Sər-
mayə axınının dayanması və sərmayə qaçışı iqtisadi tarazlıqları pozaraq çətinlikləri 
artıra bilər. Sərmayə axınları sabit qur sistemlərində pul siyasəti tətbiqlərinə zərər 
verə bilər. 
Ayrıca, Mali Sabitlik Forumunun (FSF) Mario Draghi başçılığında meydana 
gətirmiş olduğu Sərmayə Axını ilə əlaqədar İş Qrupunun hesabatına görə dövlətin 
sərmayə axını ilə əlaqədar riski azaltması bəzi şərtlərə bağlıdır. Bunlar:  
1- Mərkəz bankındakı kurs ehtiyatlarını artırmaq və xüsusi firmaları krizisə 
qarşı lazımlı ehtiyat tədbirlərini almağa təşviq etmək
2 - Xarici borclanmadan daxili borclanmaya yönəlmək ; 
3 - Qısamüddətli borclanmalardan uzunmüddətli borclanmaya keçmək; 
4 - Ölkələrin kriz zamanlarında istifadə edilmək üzrə daha əvvəldən təyin olu-
nan faiz nisbətindən əldə edə biləcəyi müxtəlif kredit limitləri və satın alma 
haqlarının olması;  
5 - Şirkətləri borclanmadan çox öz sərmayələri ilə iş etməyə təşviq etmək;  
6 - Müddətli satış müqavilələri (forward contracts) sataraq və ya satış opsiyonu 
(büt options) alaraq əhəmiyyətli ixrac mallarının qiymət risklərini azaltmaq; 
7 - İdxalatçılar üçün vədəli satın almağa yönəlmək;  


Dövlät Maliyyäsi 
 
93 
8 - Xidmət xərcləri və ödəmələri ixrac malları qiymətlərinə indeksləşdirilmiş 
bond və təhvillər çıxarmaq. 
Dünya iqtisadiyyatında yaşanan dəyişmənin gətirdiyi sabitsizliklər (sərmayə 
axını kimi) artarkən inkişaf etməkdə olan ölkə iqtisadiyyatlarında yaranan büdcə 
kəsirləri və onları  gətirdiyi problemlər iqtisadi tarazlıqları yaxşıca pozmaqdadır. 
Kəsirlərin maliyyəsində borc bataqlığına girən ölkələr borclarının faizlərini belə 
ödəmədə çətinlik çəkərkən, beynəlxalq sərmayə  hərəkətliliyinin səbəb olduğu ba-
lanssızlıqlara qarşı lazımi siyasətləri tətbiq edə bilmədiklərindən, bu mənfiliklərlə 
yaxşıca sarsılmaqdadırlar. Xüsusilə inkişaf etməkdə olan ölkələrin xaricə açılması, 
kursları  sərbəst buraxması, pullarını konvertabl elan etməsi, mal və xidmət hərə-
kətlərini sərbəst buraxması ilə milli siyasətlərin fəaliyyətinin azalması yaşanan 
mənfiliklərin həllini çətinləşdirməkdədir. 
Büdcə  kəsirlərinin olduğu iqtisadiyyatlarda bir tərəfdən borc geri ödəmələri, 
digər tərəfdən xüsusi sektorun sərmayə ehtiyacı ilə faiz nisbətləri artmaqdadır. Faiz 
nisbətlərinin artması istehsal xərclərini artırmaqda, iqtisadi böyüməyə  mənfi təsir 
etməkdədir. Ayrıca, faiz nisbətlərindəki artım xarici sərmayə girişini sürətləndirə-
rək valyuta kurslarının artmasına maneə törətməkdə, yerli pulun həddindən artıq 
dəyərlənməsinə səbəb olmaqdadır. Yerli pulun qiymətli olması daha əvvəl də toxu-
nulduğu kimi, istehsal xərclərini digər ölkələrə görə artırdığından, ixracat azalarkən 
idxalat artmaqdadır. Beləcə, Dövlət büdcəsindəki kəsirlərin artması xarici ticarət 
kəsirlərini də (twin deficits) artırmaqdadır.  
Büdcə  kəsirləri, real faiz, inflyasiya və cari əməliyyatlar balansı arasındakı 
əlaqə xüsusilə yüksək inflyasiya yaşanan ölkələrdə qısa zamanda zəif olaraq ortaya 
çıxsa da, orta və uzun zamanda fərq edilməkdədir. Dövlət büdcəsindəki kəsirlər 
inflyasiya və faizləri artırmaqda, xarici borc və valyuta kursu krizislərinə  səbəb 
olaraq ödəmələr tarazlığını pozmaqdadır. Karlos Rodriquezin 1991-ci ildə etdiyi 
kimi, dövlət kəsirləri ilə xarici kəsirlər və kurs quru arasında möhkəm bir əlaqənin 
olduğunu göstərən bəzi modellər vardır. Bu modellərdə maliyyə siyasətlərinin xü-
susi sektor xərclərinə  və xarici varlıq təcrübələrinə  təsir etdiyini göstərən mexa-
nizmlər vardır. Hərəkəti tətbiqlərlə  əlaqədar olaraq da dövlət kəsirləri ilə xarici 
tarazlıq arasında bir əlaqənin olduğunu göstərən işlər vardır. Khan və Qumar 
tərəfindən neft ölkəsi olmayan 42 inkişaf etməkdə olan ölkə üzərində 1970-1980-ci 
illər dövrünü əhatə edən illik məlumatlara söykənərək edilən ekonometrika tədqi-
qatında da büdcə  kəsirlərinin cari hesablar üzərində  əhəmiyyətli təsirləri olduğu 
göstərilmişdir. 
4.10.5. GƏLİR BÖLGÜSÜ ÜZƏRİNDƏKİ TƏSİRLƏRİ 
Gəlir bölgüsü: bir iqtisadiyyatdakı cəmi gəlirin fərdlər, ya da ailələr arasındakı 
bölgüsü  şəklində  ələ alına biləcəyi kimi, cəmi gəlirin müxtəlif istehsal faktorları 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə