Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə43/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   39   40   41   42   43   44   45   46   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
90 
dədir. İşləyənləri işdən çıxarmaq yerinə yeni personal alımını dayandırmaq, heyət 
tələblərini mərkəzi idarə və yoxlama altında saxlamaq daha asan olmaqdadır. Lakin 
tətbiq olunan siyasət nə olursa - olsun, ictimai sektorda məşğulluğu azaltmanın qısa 
və orta vəd edən bir xərci vardır. 
Dövlətin etdiyi cari və investisiya xərcləri cəmi xərclər içində əhəmiyyətli yer 
tutmaqdadır. Bu xərclərdəki artım əlaqədar sektorlarda məşğulluğu artırmaqdadır. 
Ayrıca, dövlətin iqtisadiyyatda inkişafını istədiyi istehsal budaqları üçün vermiş ol-
duğu subsidiyalar da yeni istehsal və  məşğulluq artımlarına səbəb olmaqdadır. 
Dövlət kəsirləri səbəbi ilə bu xərclərdəki qənaətlər yeni məşğulluq imkanlarını 
azaltmaqda, hətta mövcud məşğulluq səviyyəsində enişlərə səbəb ola bilməkdədir. 
Büdcə kəsirlərinin səbəb olduğu faiz nisbətlərindəki artımın xərcləri artırdığı, 
özəl sektor mənbələrinin dövlət sektoru tərəfindən istifadəsi səbəbi ilə xüsusi sek-
torun sıxışdırıldığı, kəsirlər səbəbi ilə artan inflyasiyanın iqtisadiyyatda istiqrazsız-
lıqları artıraraq proqnozlara mənfi təsir etdiyi daha əvvəl ifadə olunmuşdur. Buna 
görə büdcə  kəsirləri səbəbi ilə faizlərdəki artım xərcləri artırdığından, istehsalın 
qazanclılığını azaltmaqda investisiyalar dayanmaqdadır. Hətta büdcə  kəsirlərini 
bağlamaq üçün tətbiq olunan tələbqısıcı siyasətlər səbəbi ilə mövcud istehsallar da 
azalmaqdadır. Yeni investisiyaların olmamağı, mövcud istehsalın azalması xüsu-
silə  əhalisi sürətlə artan inkişaf etməkdə olan ölkələrdə  məşğulluq problemlərini 
artırmaqdadır.  
Ayrıca, büdcə kəsirlərinin səbəb olduğu inflyasiya, iqtisadiyyatda sabitliyi poz-
duğundan, qənaətləri azaltmaqda, naməlumluqları artırmaqda, investorların proq-
nozlarına mənfi təsir etməkdədir. Gələcəklə əlaqədar mənfi proqnozların olduğu bu 
naməlumluq mühitində yeni investisiyaların olması, yeni iş sahələrinin qurulması 
da mümkün olmamaqdadır. Büdcə  kəsirlərinin səbəb olduğu inflyasiya bir çox 
makro-iqtisadi balanssızlığın səbəbi olduğu kimi, işsizliyin də əsl səbəbini meyda-
na gətirməkdədir. Hətta İngiltərə baş nazirlərindən Harold Wilsona görə işsizliyin 
anası da atası, da inflyasiyadır. 
İqtisadiyyatda işsizliyin azaldılması üçün daha əvvəl ifadə olunduğu kimi, döv-
lətin edə biləcəyi bəzi fəaliyyətlər vardır. Büdcə kəsirlərinin makro-iqtisadi taraz-
lıqlar üzərindəki mənfi təsirləri mövcud məşğulluq səviyyəsinə mənfi təsir edərkən, 
dövlətin bu cür fəaliyyətlərlə işsizliyi azaltması mümkün olmayacaqdır. İqtisadiy-
yatda yeni məşğulluq sahələrinin meydana gətirilməsi və  işsizliyin azaldılması 
üçün iqtisadi sabitliyi pozucu əsaslı ünsür olan büdcə kəsirlərinin aradan qaldırıl-
ması lazımdır. Bunun üçün Azərbaycanda Prezident cənab  İlham  Əliyevin 2003-
2008–ci illərregionların sosial inkişafı  və prezident seçkiləri zamanı qoyduğu hə-
dəflər istiqamətindəki fəaliyyətlər bir nümunə ola bilər. 2003-2009-cu illərdə Azər-
baycanda 650-700 min iş yeri açılmış  və  işsizliyin həcmi ciddi şəkildə azalmış, 
hətta Azərbaycana ətraf dövlətlərdən də ucuz işçi qüvvəsi axını başlamışdır. 


Dövlät Maliyyäsi 
 
91 
4.10.4. ÖDƏMƏLƏR BALANSI ÜZƏRİNDƏKİ TƏSİRLƏRİ 
Ödəmələr balansı, bir ölkədə rezidentlərin müəyyən bir dövrdə xarici dövlət-
lərlə ticarət əməliyyatlarının iştirak etdiyi bir cədvəldir. Bu məzmunda reallaşdırı-
lan  əməliyyatlar daşıdıqları  bəzi xüsusiyyətlərə görə Cari Əməliyyatlar Balansı, 
Sərmayə Balansı və Ehtiyat Hərəkətləri Balansı olaraq göstərilə bilər. Cari əməliy-
yatlar Balansına mal və xidmət ticarəti ilə transfer ödəmələri yazılır. Beləcə, cari 
hesab tarazlığı idxalat - ixracat fərqi, faiz və transfer ödəmələrindən meydana gəl-
məkdədir. Sərmayə Balansında ölkə sakinlərinin xarici ölkələrlə etdiyi investisiya 
və kredit əməliyyatları iştirak etməkdədir. Ehtiyat Hərəkətləri Balansında da ölkə-
lərin xarici ölkə pulları, qızıl kimi varlıqlardan ibarət olan rəsmi ehtiyatlarındakı 
müxtəlifliklər vardır. 
İkiyanlı mühasiblik sistemi əsasına görə tutulan ödəmələr balansı, mühasiblik 
mənasında bərabər olsa da, reallıqda bərabər olmaya bilər. Balans qələmlərindən 
cari əməliyyatlar və sərmayə xidmətlərinin bir qismi bazarın işləməsi ilə özbaşına 
ortaya çıxması  səbəbi ilə avtonom qələmlər olaraq adlandırılmaqdadır. Avtonom 
qələmlərin kəsir, ya da profisit verməsi nəticəsində yaranan balanssızlıqları aradan 
qaldırıcı olaraq qızıl, kurs və SDR kimi rəsmi ehtiyatların istifadəsi də düzəldici 
qələmləri meydana gətirməkdədir. Buna görə bir iqtisadiyyatda avtonom qələmləri 
meydana gətirən gəlirlər xərclərdən az isə, ödəmələr balansı "Kəsir", gəlirlər 
xərclərə bərabər isə "bərabər" və gəlirlər xərclərdən çox isə “çox verir” deməkdir. 
Xarici Ödəmələr tarazlığında kəsirin meydana gəlməsinin müxtəlif səbəbləri 
vardır. Bunlardan ən  əhəmiyyətlisi strukturca ədalətsizliklərdən meydana çıxan 
səbəblərdir. Bir iqtisadiyyatda artan qiymətlər nəticəsi milli pulun dəyərlənməsi, 
idxal  əvəzləyicisinə söykənən sənayeləşmə siyasətinin tətbiq olunması, xammal 
cəhətdən həddindən artıq  şəkildə xaricə asılılığın olması, nümayiş  səbəbi ilə lüks 
idxal mallarına düşkünlük struktural ədalətsizlikləri meydana gətirməkdədir. Struk-
tura ədalətsizlikləri yanında konjoktur və fövqəladə səbəblərlə də ödəmələr taraz-
lığı kəsir verməkdədir. Buna quraqlıq, sel və digər təbii fəlakətlər nəticəsində bəzi 
sektorların ciddi mənfi təsirə məruz qalması misal ola bilər. 
Ödəmələr balansı kəsir verən bir ölkə bu kəsirini kurs və qızıl ehtiyatlarından 
qarşılayar. Ancaq ölkənin sahib olduğu bu ehtiyatlar məhdud olduğundan, ödəmə-
lər balansındakı davamlı  Kəsirlər ölkələri çətin vəziyyətdə buraxa bilməkdədir. 
Çünki ölkələrin ehtiyatları tükəndiyində, heç bir təşkilat borc vermək istəmədiyin-
dən, kredit tapma imkanı da azalmaqda, ölkə çarəsiz qalmaqdadır. 
1970-ci illərdə Bretton Woods sisteminin çökməsi və kapitalizmin krizisə gir-
məsi ilə yeni bir yol olaraq daha rəqabətcil, xaricə açıq bir dünya iqtisadiyyatı mo-
del olaraq seçilmişdir. Xaricə açıq iqtisadiyyatlarda mal və xidmətin dövlət nəzarə-
tinin xaricində olması və sərmayə hərəkətlərinin sərbəst qalması ilə məhsuldarlığın 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə