Dövlät Maliyyäsi
107
artmış və qiymətlərin ümumi səviyyəsində enişlər meydana gəlmişdir. İqtisadi dur-
ğunluq deyə adlandırılan bu böhran qısa zamanda bütün dünyanı təsiri altına almış-
dır. Uzun müddət davam edən böhran qarşısında dövlətin
iqtisadiyyata müdaxiləsi
məcburi hala gəlmişdir. Dövlət xərcləmələrin, açıqdan maliyyə texnikasına da
müdaxilə edərək iqtisadiyyatı durğunluq müddətindən qurtarmağı bacarmışdır.
Bu surətlə başlayan dövlət xərcləmələrindəki artım, bu dövrdən etibarən hər
keçən gün davam etmişdir. İrəliləyən zaman içərisində rəqabət bazarlarındakı ax-
saqlıqlar, təhsil, səhiyyə, enerji, mənzil fondu, infrastruktur, ekoloji mühafizə və b.
sahələrdə meydana gələn problemlər üzündən dövlətdən gözlənilən vəzifələr gedə-
rək artmışdır. Dövlət bu vəzifələrini yerinə yetirmək üçün
dövlət xərcləmələrini ar-
tırmaq məcburiyyətində qalmışdır. Xüsusilə İkinci Dünya Müharibəsindən sonra
ictimai rifah nəzəriyyəsi sahəsindəki işlər əhəmiyyət qazanmağa başlamışdır.
İşsizliyin aradan qaldırılmasında, ac və evsiz qalan insanların problemlərinin həl-
lində, dövlətə olan ümidlər artmışdır. Beləcə , XX əsrin ilk illərində ümumi milli
hasılatın hələ 10'%-inə çatmayan cəmi dövlət xərcləmələri son dövrdə ümumi milli
hasilatın yarısına yaxın bir səviyyəyə çatmışdır.
Bu şəkildə dövlət büdcəsi, yalnız
milli müdafiə etmə, asayiş, mühakimə və b. ictimai xidmətləri yerinə yetirən bir
vasitə deyil, dövlət rifahının maksimum edilməsini təmin edən bir vasitə olaraq gö-
rünməyə başlanmışdır. Buna bağlı olaraq, klassik iqtisad anlayışının mənimsədiyi
dar həcmli dövlət büdcəsinin yerini daha geniş həcmli büdcələr almışdır.
5.4.2. MÜHARIBƏ VƏ MİLLİ MÜDAFİƏ
XƏRCLƏRİNDƏKİ ARTIM
Müharibənin və müharibə sonrası abadlıq fəaliyyətlərinin
maliyyəsi problemi
başda olmaq üzrə, ölkələrin içində olduqları geopolitik mövqeyə bağlı olaraq görü-
ləcək müdafiə etmək tədbirləri dövlət xərcləmələrini artıran əhəmiyyətli səbəblər-
dən biridir.
Bu gün texnoloji inkişaflara bağlı olaraq silahlanma sahəsində böyük inkişaflar
meydana gəlməkdədir. “Sülh içərisində yaşamaq istəyirsənsə, döyüşə hazır ol!”
prinsipi bir çox ölkələr büdcələrinin böyük bir hissəsini müdafiə xərclərinə ayır-
maq məcburiyyətində qalmaqdadır. Xüsusilə müharibə təhlükəsinə məruz qalmış
ölkələr, müdafiə etmə imkanlarını artırmaq üçün büdcələrinin 50'%-inə yaxın bir
qismini bu məqsədlə fəda etməkdən çəkinməzlər. Hal-hazırda döyüş və bənzəri
səbəblərdən dolayı xərcləmələr Dövlət Xərclərinin realda artım səbəbləri arasında
əhəmiyyətli bir yer işğal etməkdədir.
5.4.3. ƏHALİ ARTIMI
Bir ölkədə əhali artımının dövlət xərcləmələrini də artıracağı realdır. Dövlət,
əhali artımına paralel olaraq dövlət xidmətini də artırmaq məcburiyyətindədir. Təh-
Prof. Dr.
Cihan Bulut, Elçin Süleymanov
108
sil, səhiyyə, nəqliyyat, alt quruluş və bənzəri ictimai xidmətlərin əhali artımı nisbə-
tində genişləndirilməsi ehtiyacı dövlət xərcləmələrini artıran səbəblərdəndi.
Bir çox iqtisadçılar, dövlət xərcləmələrinin əhali artımına bağlı olaraq artırıl-
masını, fərd başına düşən dövlət xərcləməsi miqdarını dəyişdirmədiyi səbəbi ilə
realda artım səbəbləri arasında saymazlar. Həqiqətən, əhali artımına paralel olaraq
dövlət xərclərinin də eyni ölçüdə artmış olması, kişi başına
düşən dövlət xərcləməsi
miqdarına təsir etməz. Ancaq, nüfuz artımları çox vaxt xərclərin əhalinin artım
sürətindən daha böyük ölçüdə artırılmasını lazımlı edə bilər. Bu vəziyyət xüsusilə
ictimai xidmətlərin artan xərc şərtlərində çıxarıldığı hallarda gözə çarpar. Məsələn,
böyük şəhərlərdə edilən xidmətlərin fərd başına xərci, kiçik şəhərlərə nisbətdə daha
yüksəkdir. Çünki, əhali artımı xidmətlərin vahid xərcinə yüksəldici bir təsir edər .
Şəhərlərdəki yol, kanalizasiya, su, telefon şəbəkəsi və bənzəri alt quruluş xidmət-
lərinin əhali artımı səbəbi ilə genişləndirilməsi, başlanğıc
xərci ilə müqayisə etdik-
də daha çox xərclərlə reallaşdırılır. Məsələn, sıx əhali və nəqliyyat vasitələrinin
artımı metro ehtiyacını doğurar. Metro və bənzəri yeraltı nəqliyyat şəbəkəsinin xər-
cinin yerüstü nəqliyyat şəbəkəsinə nisbətlə daha yüksək olduğu bir reallıqdır. Buna
görə, əhali artımı çox vaxt dövlət xərclərinin görünüşdə deyil, reallıqda artım sə-
bəbləri arasında sovular.
5.4.4. TEXNOLOGİYA SAHƏSİNDƏKİ İNKİŞAF
Zamanımızda ölkələr texnoloji sahədə davamlı olaraq yeniliklər arxasınca qaç-
maqdadırlar. Texnoloji sahədə meydana gələn hər yenilik və irəliləmə dərhal hər
ölkə tərəfindən əldə edilmək istənməkdədir. Bu gün xüsusilə çatdırma, xəbərləşmə,
kosmos araşdırmaları və enerji sahəsində əhəmiyyətli
ölçüdə texniki irəliləmə tə-
min edilmişdir. Haqqında danışılan texniki inkişafların istehsal artımına və milli
iqtisadiyyata əhəmiyyətli ölçüdə qatqı təmin edəcəyi açıq bir reallıqdır.
Dövlət, texnologiya sahəsindəki inkişafların ölkəyə qazandırılması üçün doğru-
dan cəhddə tapıldığı kimi, bu sahədə fəaliyyət göstərən fərd və xüsusi iqtisadiyyat
vahidlərini müxtəlif yönlərdən təşviqedici tədbirlər də görməkdədir. Buna görə,
texnologiya sahəsində meydana gələn inkişafların izlənilməsi və ölkəyə qazandırıl-
ması dövlət xərcləmələrini həqiqətən artıran səbəblər arasında iştirak etməkdədir.
5.5. DÖVLƏT XƏRCLƏRİNİN GÖRÜNÜŞCƏ ARTIM
SƏBƏBLƏRİ
5.5.1 İCTİMAİ XİDMƏTLƏRİN PUL İLƏ GÖRDÜRÜLMƏSİ
Keçmiş dövrlərdə, bəzi ictimai xidmətlər pul qarşılığı etdirilmirdi. Məsələn,
Osmanlı İmperatorluğu
dövründə, başda əsgərlik olmaq üzrə bir qisim ictimai xid-
mət timar, xas və ya iməcilik üsulu ilə gördürülürdü. Yenə yaxın zamanlara qədər