Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə54/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   50   51   52   53   54   55   56   57   ...   135

Dövlät Maliyyäsi 
 
115 
mayan bir əmək faktoru varsa, bu hal minimum keçim səviyyəsində  gəlir təmin 
etmə kimi tədbirlərə əl atmaq mənasına gəlir. 
f- Büdcənin iqtisadi sabitliyi təmin etmə funksiyası 
Büdcənin  əsas funksiyalarından biri də iqtisadi sabitliyi təmin etmək funksi-
yasıdır. 
İqtisadi Sabitlik, bir iqtisadiyyatda tam məşğulluq və qiymətlərdə sabitliyin 
təmin edildiyi vəziyyəti ifadə etməkdədir. Yeri gəlmişkən, ödəmələr balansının qu-
rulması, arzu edilən uyğun bir böyümə faizinin həyata keçməsi də iqtisadi sabitlik 
üçün əhəmiyyətlidir. 
43
 
6.4. BÜDCƏNİN PRİNSİPLƏRİ 
Büdcənin prinsipləri, büdcənin hazırlıq və  həyata keçmə dövrlərində yerinə 
yetirilməsi gərək olan prinsiplər olaraq göstərilə bilər.
44
 Büdcənin prinsipləri za-
man keçdikcə müxtəlifliklərə məruz qalmışdır; bu vəziyyətin dövlət anlayışında və 
iqtisadi doktrinlərdə meydana gələn müxtəlifliklərlə yaxın bir əlaqəsi var. 
a- Ümumilik prinsipi 
Ümumilik prinsipi, büdcədə mədaxil və məxariclərin arasındakı fərqin büdcəyə 
qeyd olunmasıdır. Bütün gəlirlər xəzinədə toplanılır və büdcə qanunu ilə göstərilən 
məxariclərə xərclənilir. Ümumilik prinsipinə görə dövlət maliyyəsi bir bütün olaraq 
ələ alınmaqdadır. Beləliklə, Dövlət gəlir və xərcləri haqqında Kəsir və tam məlu-
mat alınmaqdadır. 
b- Birlik prinsipi 
Birlik prinsipi bütün mədaxil və məxariclərin tək bir büdcə içində toplanması, 
dövlətin başqa büdcəsi olmamağı prinsipidir. Birlik prinsipindən bütünlüklə  əl 
çəkmək mümkün deyil. Dövlətin büdcə hesablarında bir bütövlüyün təmin olun-
ması üçün hesab növləri, büdcə hesabları ilə iqtisadi və sosial hesablar arasında 
əlaqə qurularaq müəyyən bir birliyə doğru addım atılmaqdadır. Tək bir sənəddə 
dövlət hesablarının bir yerə gətirilməsi parlamentlərin bir dəfədə bütün olaraq döv-
lət büdcəsinin istiqamətlərini, lazımlı bilgilərə sahib olmaqlarını təmin etmişdir.
45
 
c- Səmimiyyət prinsipi 
Səmimiyyət prinsipi, büdcə balansı baxımından çox vacibdir. Bu prinsip gəlir 
və xərc təxminlərinin çox yaxşı və pis tərəfə meyl etmədən, daxildən və doğru ola-
raq hazırlanmasıdır.  
                                                 
43
  Haluk Anıl, a.k.ə, s. 13 
44
  Sönmez Nezine, Kamu Bütçesi ve Bütçe Politikası, İzmir, 1994, s. 25-28 
45
  Jean Cathelineau, Finances Publiques, Librairie Generale de Droit et de Jurisprudence, Paris, 
1978, s.24 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
116 
Büdcəni hazırlayanlar səmimiyyət prinsipinə əməl etdikləri zaman büdcə təx-
minləri doğru olacaq və böyük büdcə kəsirləri meydana gəlməyəcəkdir. Sözü ge-
dən bir illik büdcənin iqtisadi şərtlərinin göz önündə saxlandığı başa düşüləcəkdir. 
d- Başa düşülmə prinsipi 
Başa düşülmə prinsipi, büdcənin gəlir və xərc rəqəmlərinin hər kəsin asan başa 
düşə biləcəyi ölçüdə açıq və sadə olaraq sinifləndirilməsidir.  Əsasən, büdcənin 
tətbiq edilmə dövründə diqqətə alınmalı olan bir prinsipdir. Bu zamanlarda büdcə-
lərin həcmləri çox böyüdüyü üçün bu prinsip tam olaraq həyata keçməməkdədir.
46
 
e- Xərclərin gəlirlərdən əvvəl proqnozlaşdırılması prinsipi 
Xərc və gəlir təxmin edərkən əvvəlcə xərclər, sonra isə gəlirlər ələ alınır. Hə-
dəf ölkənin iqtisadi, sosial və siyasi vəziyyətinin ehtiyac duyduğu xərcləmələrin 
təxmin edilməsi və bu xərcləmələri qarşılayacaq mədaxillərin sonradan təsbit edil-
məsidir. Bu əsasən, iqtisadi inkişaf üçün lazım olan bir prinsipdir. 
f- Qabaqcadan icazə prinsipi 
Qabaqcadan icazə prinsipi büdcənin imzalanması ilə əlaqəlidir. Həyata keçiril-
mədən qabaq, büdcənin səlahiyyətli orqan tərəfindən təsdiq edilməsi, dövlət xərclə-
mələrinin edilməsi və dövlət gəlirlərinin toplanması üçün idari orqana icazə veril-
məsi deməkdir. Səlahiyyətli orqanın bu icazəni verməməsi, dövlət xərclərinin edil-
məsi və  gəlirlərin toplanmasına xalqın icazə verməməsi deməkdir, bu isə  həyatı 
fəlakətə gətirər. 
ç- Təyinatlılıq prinsipi 
Təxsis prinsipi, bir büdcə ili içində  həyata keçirilməsi lazım olan müəyyən 
işlərə müəyyən pulun ayrılması deməkdir. Hansı xidmətlərin həyata keçiriləcəyi-
nin bəlli edilməsi “keyfiyyət” baxımından bu xidmətlərə nə qədər pul xərclənəcə-
yinin müəyyən olunması isə “kəmiyyət” baxımından təxsisdir.  
g- Zaman prinsipi 
Büdcə  mədaxil və  məxariclərinin həyata keçirilməsi üçün müəyyən edilən 
vaxta zaman prinsipi deyilir. Bu prinsip bəzən təxsis xüsusiyyəti ilə birlikdə, bəzən 
də ayrı olaraq tədqiq edilməkdədir. Büdcələr, əsasən, bir il üçün hazırlanır. Lakin 
bir ildən daha az və bir ildən daha uzun zamanlar üçün düzəldilən büdcələr də vardır.  
ğ- Şəffaflıq prinsipi 
Şəffaflıq prinsipi, büdcə qanunu ilə buna bağlı cədvəllərin və xəzinə hesabları 
ilə qatma büdcələrin hər kəsə dağıdılması, hər kəsin tədqiqinə açıq olması prin-
sipidir. Büdcələr nəşr olunaraq yayımlanır və hər hansı bir gizlilik içində deyildir. 
                                                 
46
  Aksoy, Şerafettin, Vergi Hukuku ve Türk Vergi Sistemi, İstanbul, 1989, s. 53 


Dövlät Maliyyäsi 
 
117 
i- Qənaət prinsipi 
Qənaət prinsipi, ən az məsrəflə ən çox iş görmə prinsipidir; dövlət gəlirlərinin 
ən tez, ən  əlverişli və lazımlı dövlət xidmətlərinə  xərclənməsi, siyasi səbəblərlə 
yersiz xərcləmə edilməməsidir. 
ı- Doğruluq prinsipi 
Doğruluq prinsipi, büdcədə səmimiyyət prinsipinə yaxın bir prinsipdir. Büdcə 
təxminləri ən son texnika istifadə edilərək doğru bir şəkildə edilə bilərsə, əsl iqti-
sadi və maliyyə  şərtləri göz önünə alına bilərsə, büdcə  kəsirləri  ən alt səviyyəyə 
enəcəkdir. Bu hal büdcədə səmimiyyət prinsipinin başqa bir ifadəsidir. 
j- Balans prinsipi 
Büdcədə balans, gəlir və  xərclərin bir-birinə uyğun, bərabər olması demək-
dir;
47
 son dərəcə vacib bir prinsipdir. Büdcə balansı problemi bir çox nəzəriyyələrin 
ortaya çıxmasına səbəb olan, inkişaf etmiş ölkələrdə olduğu qədər, inkişaf etməkdə 
olan ölkələri də yaxından maraqlandıran bir qanundur. 
6.5. BÜDCƏ NÖVLƏRİ 
Müasir büdcə sistemindəki inkişafların 1929- cu il Dünya İqtisadi Böhranından 
sonra və xüsusən, İkinci Dünya Müharibəsindən sonra sürətləndiyini söyləmək olar. 
Müasir büdcə sistemləri ilə  xərclərin maya dəyərini, xidmətlərin faydalarını 
ölçmək barəsində biliklər inkişaf etdirilmişdir.  
Müasir büdcə sistemləri ümumi olaraq ,”milli iqtisadi büdcələr”, “investisiya 
büdcələri”, “performans büdcə sistemi”, “proqram büdcə sistemi”, “planlama, 
proqramlama büdcə sistemi” və “sıfır əsaslı büdcə sistemi” şəklində bölünürlər. 
1. Ümumi büdcə sistemi 
İngiltərədə istifadə olunmağa başlamış, daha sonra Fransa və digər ölkələr 
tərəfindən bir az fərqli olaraq qəbul edilən sadə bir sistemdir. Bu sistemdə dövlət 
xidmətlərinin keyfiyyət və kəmiyyətindən daha çox, idari təşkilatların ehtiyaclarına 
diqqət verilir.
48
 
2. Milli iqtisadi büdcələr 
Dövlət anlayışındakı sürətli müxtəlifliklər nəticəsində dövlətə cəmiyyətin iqti-
sadi fəaliyyətlərini düzəltməsi ilə yanaşı bu fəaliyyətlərin sövq, idarə  və yoxlan-
ması ilə  əlaqəli məsuliyyəti də verilmişdir. Bu yöndə, milli iqtisadi büdcə  və ya 
“milli büdcə”, “iqtisadi büdcə” anlayışları  İkinci Dünya Müharibəsindən sonra 
ortaya çıxmışdır. Dövlətin iqtisadi həyatda böyük bir rolu və  məsuliyyəti üzərinə 
                                                 
47
  Aksoy, Şerafettin, a.k.ə, s. 54 
48
  Sönmez. Nezine; a.k.ə, s. 40-42 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə