Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə52/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   48   49   50   51   52   53   54   55   ...   135

Dövlät Maliyyäsi 
 
109 
vətəndaşlar yol və məktəb tikintisində könüllü olaraq bədəni olaraq və hər hansı bir 
ödəniş götürmədən işlədilirdi. Həm məcburi işlər, həm də iməciliklər zamanı gö-
rülən işlərin xərcləri büdcədə iştirak etməzdi. 
Bu gün xeyli çox qərb ölkəsində əsgərlik xidmətlərinin böyük bir hissəsi pul ilə 
gördürülürkən, ölkəmizdə müəyyən  şərtləri daşıyan hər Türk vətəndaşı  hər hansı 
bir qarşılıq götürmədən müəyyən bir müddət hərəkəti  əsgərlik xidmətində olmaq 
məcburiyyətindədir. Ancaq, bu surətlə meydana gələn artım, realda bir artım olma-
yıb, görünüşcə bir artım sayılacaq. Çünki təmin edilən xidmətlərdə  hər hansı bir 
real artım söz mövzusu deyil. Bu vəziyyət, daha əvvəl pulsuz gördürülən bir xid-
mətin pulla gördürülməsindən ibarətdir. Buna görə, hal-hazırda ictimai xidmətlərin 
hamısının pulla gördürülməsi, dövlət xərcləmələrinin görünüşcə artım səbəblərin-
dən biri sayılmaqdadır. 
5.5.2. PUL DƏYƏRİNİN DÜŞMƏSİ 
Pul dəyərinin düşməsi, xüsusilə inkişaf etməkdə olan ölkələrdə qarşılanan iqti-
sadi problemlərdən biridir. Pul dəyərinin düşməsi, keçmişə nisbətlə eyni mal, ya da 
xidmətin daha çox miqdarda xərcləmə edilmək surəti ilə təmin edilməsi nəticəsini 
doğurar. Başqa sözlə, dövlət xərcləmələrinin rəqəm olaraq artması  hər vaxt üçün 
ictimai xidmətlərin də artdığı mənasına gəlməz. Pul dəyərindəki düşmənin təsiri ilə 
dövlət xərcləmələrində meydana gələn görünüşdəki artımı qeyd edə bilmək üçün 
qiymət indekslərindən istifadə edilir. Qiymət indeksləri köməyi ilə xərcləmələrdəki 
görünüşcə və həqiqətdə artım nisbətini təsbit etmək mümkün olar. 
5.5.3.  BÜDCƏ TEXNİKASINDA MEYDANA GƏLƏN 
DƏYİŞMƏLƏR 
Keçmiş dövrlərdə dövlət büdcəsi tətbiqlərində safi gəlir üsulu tətbiq edilirdi. 
Bu üsula görə hər dövlət dairəsi, bir il içində etdiyi xərcləmələri, yenə eyni il içində 
əldə etdiyi gəlirlərdən düşdükdən sonra artan safi gəlirini xəzinəyə göndərər və 
dövlət büdcəsində bu gəlir çoxu iştirak edərdi. 
Dövlət xərclərinin dövlət büdcəsinə olduğu kimi əks olunmasına mane olan bu 
üsul hal-hazırda tərk edilərək, bunun yerinə bütün dövlət gəlir və  xərclərinin ol-
duğu kimi büdcədə iştirak etməsini təmin edən ümumi üsul tətbiqə qoyulmuşdur.  


 
 
110 
 
 
ALTINCI FƏSİL 
DÖVLƏT BÜDCƏSİ ANLAYIŞI  
6.1. DÖVLƏT BÜDCƏSİNİN TƏRİFİ 
Büdcə  kəlməsinin etimoloji baxımdan kökünün, latınca “bulga”, fransızca 
“bouge” və ya” bougette” kəlmələrindən götürüldüyü irəli sürülməkdədir.
35
 İngiltə-
rədə Maliyyə Nazirinin büdcəni parlamentə təqdimat danışığı, əvvəllər olduğu kimi, 
yenə “opening the budget” olaraq qiymətləndirilməkdədir. Beləliklə, ingilis dilində 
“budget”, dilimizdə tələffüzü ilə “büdcə” termini dövlətin gəlir və xərclərinin illik 
təxminini göstərən sənədlər mənasında işlədilməyə başlanmışdır.
36
 
Büdcə dövlətin gələcək bir dövr üçün gəlir və xərc tarazlığını göstərən və de-
mokratik parlament idarə sistemi ilə idarə olunan ölkələrdə müvafiq icra hakimiy-
yəti orqanının səlahiyyətli orqana dövlət adına xərcləri etmək və dövlət gəlirlərini 
yığmaq səlahiyyətini göstərən sənəddir.
37
 
Hüquqi idarələr tərəfindən imzalanan büdcələrə icazə verilmədikcə istifadəyə 
veriləcək bir xərc olmayacağı üçün, dövlətin xidmətlərini həyata keçirmək imkanı 
yoxdur. Yenə  həmin nöqteyi-nəzərdən baxdıqda bu cür icazə olmadıqca, dövlət 
gəlirlərinin də toplanması mümkün deyildir. 
Büdcənin ortaya qoyduğu maliyyə yönlü mövzular olduqca qarışıqdır, çünki 
gəlir və  xərc büdcələri, milli gəlirin yenidən paylaşdırılmasına yol açmaqdadır. 
Müharibə zamanlarında hazırlanan “fövqəladə büdcələr” və inkişaf etməkdə olan 
ölkələrin etmələri məcbur olan “inkişaf büdcələri” ölkənin iqtisadi və sosial möv-
qeyinə təsir etməkdədir. Ayrıca olaraq, büdcənin imzalanması ilə dövlət xərclərini 
həyata keçirmək və bunlara aid gəlirləri toplamaq icazəsinin hüquqi orqanlar tərə-
findən verilməsi büdcəyə iqtisadi xüsusiyyəti ilə bərabər, siyasi bir xüsusiyyət də 
qazandırmaqdadır. 
İctimai yaşayışın tələbi olaraq, dövlət və digər dövlət qurumları, dövlət xidmət-
ləri həyata keçirtmək üçün gələcəyə dair gəlir və  xərcləri bir sənəddə göstərmək 
məcburiyyətindədir. Bu sənədə “büdcə” adı verilməkdədir.  
Con F. Due`yə görə “Büdcə”, ümumi mənada, müəyyən bir vaxt ərzindəki 
maliyyə planıdır. Bunun üçün dövlət büdcəsi gələcək büdcə ili üçün təklif edilən 
                                                 
35
  Osman Pehlivan , Kamu Maliyesine Giriş, Yildizlar Matbaacılık A.Ş., Trabzon, 1994, s.251 
36
  Bedi N. Feyzioğlu, Büdçe, İstanbul, 1976, s.13 
37
  Ömer F. Batırel, Kamu Büdçesi, İstanbul, 1982, s.1 


Dövlät Maliyyäsi 
 
111 
xərclər və gözlənilən gəlirlər ilə birlikdə hal-hazırkı büdcə ili ilə keçmiş büdcə il-
lərində həyata keçmiş xərclər və gəlirlər haqqında olan məlumatları açıqlayan sə-
nəddir. 
6.2. BÜDCƏNIN XÜSUSİYYƏTLƏRİ 
Büdcənin ən əsas xüsusiyyəti dövlətin gələcək bir il içində edəcəyi xərclər ilə 
bu xərcləri qarşılayacaq gəlir təxminlərini göstərməsidir. Bu xüsusiyyətində dolayı 
büdcə dövlət üçün vacib bir planlama vəsaitidir. 
Büdcənin başqa bir vacib xüsusiyyəti isə səlahiyyətli orqanlara dövlət adından 
xərclərin edilməsini və dövlət gəlirlərini toplamaq səlahiyyətini verməyidir. 
Dövlətin biri iqtisadi, digəri hüquqi olmaq üzrə iki əsas xüsusiyyəti ortaya çıx-
maqdadır. Büdcənin iqtisadi tərəfi, dövlətin hər il istehsal olunan ÜDM-nin bir qis-
mini vergi və bənzər yollarla toplamaq, dövlət xərcləri yolu ilə təkrar iqtisadiy-yata 
qaytarılmasını təmin etməktədir. 
Büdcənin hüquqi tərəfi isə, büdcənin bir qanun olmasını və büdcə qanununda 
yer alan bütün hökmlərə əməl olunmasının məcburiliyini ifadə edir. 
6.3. BÜDCƏNİN FUNKSİYALARI 
Büdcənin doğru mənasını ortaya qoya bilmək üçün müxtəlif tərəflərdən baxı-
laraq araşdırmaq lazımdır. Büdcənin funksiyaları, klassik və müasir olaraq ikiyə 
ayrılmaqdadır. Klassik iqtisadçı və maliyyəçilərə görə, büdcənin funksiyaları ma-
liyyə, hüquqi və siyasi olaraq sinifləndirilmişdir. Müasir iqtisadçılar isə dövlət an-
layışındakı inkişaflara paralel olaraq, xüsusən, iyirminci əsrdə ümumi maliyyə an-
layışının vacibyinin qalmadığını  və dövlət xidmətlərinin artdığını, dövlət gəlir və 
xərclərinin dəyişdiyini və bunların məcmu tələbdəki təsirinin genişləndiyini ortaya 
qoymuşdurlar.
38
 
6.3.1. KLASSİK FUNKSİYALAR 
a- Maliyyə funksiyası  
Büdcələr gələcəkdəki bir dövr üçün xərclənəcək xərclərin və  əldə olunacaq 
gəlirlərin müqayisəsini və  təxminini göstərən bir lövhədir. Ancaq bütün gəlir və 
xərc lövhələri büdcə deyildir. Düzgün mənada büdcə gələcəkdəki gəlir və xərcləri 
təxmin etmək, bir-bir göstərmək, miqdarlarını təqdir etmək və müqayisə etmək de-
məkdir. Başqa sözlə, büdcə dövlətin gəlir qaynaqlarını  və bu qaynaqların xərc-
lənmə yerlərini göstərməkdədir. 
                                                 
38
  Ömer F. Batırel ,a.k.ə, s.16 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə