Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə45/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   41   42   43   44   45   46   47   48   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
94 
arasındakı bölgüsü şəklində  də  şərh oluna bilər. Buna görə  gəlir dağlılımı ilə  ən 
yüksək və ən aşağı gəlir əldə edənlər arasındakı fərq və ya əmək sahiblərinin aldığı 
ödənişlə sərmayə sahiblərinin götürdüyü iqtisadi pay arasındakı fərq ifadə edilmək-
dədir. Bu araşdırma üsullarından birincisinə  fərdi bölüşüm, ikincisinə funksional 
bölüşüm deyilməkdədir. 
Gəlir bölüşümünün hansı sərhədlər içində daha ədalətli və ya ədalətsiz olduğu-
nu təyin edən qəti ölçü və şərhlərin olmamağı səbəbi ilə bəzi ölçülərə görə hər ölkə 
üçün ayrı-ayrı hesablamalar edilərək edilən dəyərlər beynəlxalq müqayisəetmə-
lərdə istifadə edilməkdədir. Bu hesablamalarda istifadə edilən bərabərsizlik ölçü-
ləri; Gini əmsalı, loqaritmik sapmaların ortalaması, varyans, Theil indeksi və 
Atkinson indeksi kimi ölçülərdir.  
Gəlir bölgüsü bərabərsizliyinin nümunə olaraq nümayişində, 1905- ci ildən bəri 
məşhur olaraq istifadə edilən Amerikalı statistika alimi Maks Lorenz tərəfindən in-
kişaf etdirilən və bərabərsizliyi qrafik ilə göstərməyə çalışan nümunə Lorenz əyri-
si göstərilməkdədir. Lorenz əyrisində  fərd və toplu xalqlarının gəlirləri təcrübəli 
olaraq  şaquli oxda iştirak edərkən, bu fərd və toplu xalqlarının təcrübəli  əhalisi 
üfüqi oxda iştirak etməkdədir. Gəlirləri böyükdən kiçiyə  sıralanmış olan fərd və 
toplu xalqlarının təcrübəli əhalisi gəlirləri ilə müqayisə edilməkdədir. 
Gəlir bölgüsündəki dəyişmə dövlətin ortaq həsrəti olan sülh, əmin-amanlıq, 
təhlükəsizlik, ədalət və rifahın meydana gəlib inkişafında bir vasitə olaraq ələ alın-
dığından, əhəmiyyəti daha yaxşı aydın olmaqda, aşağı gəlirli seqmentlərin nisbi pa-
yının pisləşməsinin çox ciddi təhlükələrə  səbəb ola biləcəyi ortaya çıxmaqdadır. 
Bir ölkədə  gəlir dağılımının xarab olmasının bir-biri ilə  əlaqəsi olan müxtəlif sə-
bəbləri vardır. Bunlardan əhəmiyyətli olanları: əhali artımı, işsizlik, inflyasiya, ver-
gi qoyma siyasətləri, bazar quruluşu, qiymətləndirmə siyasətləri və ictimai kömək 
siyasətləri kimi səbəblərdir. 
İqtisadi inkişaf müddətində bazar iqtisadiyyatı öz halına buraxıldığında, gəlir 
bölgüsündəki  ədalətsizlik artmaqdadır.  İctimai sabitliyin pozulmamağı  və ictimai 
barışın sürməsi üçün müasir dövlətlər gəlir bölgüsündəki ədalətsizliyi azaldıcı yön-
də iqtisadi həyata müdaxilə edərək bir sıra tədbirlər görünməkdədir. Dövlətlərin 
əlində bu məqsədə çatmaq üçün gəlir dağılımının funksiyasına və böyüklüyünə tə-
sir edəcək çox sayda vasitələr vardır. Bunlar: qarşılıqsız edilən dövlət xərcləri və 
vergi gəlirləri kimi maliyyə siyasəti vasitələri ilə məşğulluq, ödəniş və qiymət ida-
rələri kimi maliyyə olmayan siyasət vasitələridir. 
Dövlət, real dövlət xərcləri ilə  bəzi mal və xidmətləri aşağı  gəlirli insanlara 
pulsuz və ya xərcə nisbətən çox aşağı əvəzlə təqdim edərək effektiv tələb üzərində 
təzyiq göstərməkdədir. Dövlət xərclərinin edilməsi ilə bu xərclərdən faydalanan 
aşağı gəlirli insanların gəlirləri artarkən tələbdəki artım ilə cəmi məşğulluq və milli 
gəlir səviyyəsi yüksəlməkdədir. Transfer xərcləri ilə də bu xərclərdən faydalananla-


Dövlät Maliyyäsi 
 
95 
rın vəziyyətinə görə gəlir bölgüsü bərabərlənmə və ya bərabərsizlikləri artırma yö-
nündə  dəyişməkdədir. Transfer xərclərindən faydalananlar yüksək gəlirli insanlar 
isə, gəlir bölgüsündəki bərabərsizliklər artarkən aşağı gəlirlilərdə azalmaqdadır.  
Dövlətin başda vergilər olmaq üzrə xalqdan almış olduğu gəlirlər yüksək satın-
alma gücü olanlardan aşağı gəlir qruplarına transfer imkanı verməkdədir. Xüsusilə 
artan nisbətli vergilər sayəsində yüksək gəlir əldə edənlərin gəlirləri azalarkən, bu 
gəlirlərin transferi ilə aşağı gəlirlilərin gəliri artmaqdadır. Beləcə, bazarın özbaşına 
təmin edə bilmədiyi  ədalətli gəlir bölgüsü bir mənada dövlət tərəfindən gəlirin 
yenidən bölgüsü ilə təmin edilməkdədir.  
Ancaq büdcə kəsirlərinin artması səbəbi ilə makro-iqtisadi tarazlıqların pozul-
ması, dövlətin gəlir bölgüsündə ədalət təmin edici siyasət tətbiq olunmasını çətin-
ləşdirdiyi kimi, mövcud gəlir bölgüsünün daha da pozulmasına səbəb olmaqdadır. 
Büdcə  kəsirlərinin aradan qaldırılması üçün vergi nisbətlərinin artırılması  və ya 
yeni vergilərin tətbiq olunması istehlakçı sektorunda gəlirin və tələbin azalmasına 
səbəb olarkən istehsalçılar üçün xərclərin artmasına, istehsalın düşməsinə səbəb ola 
bilər. İstehsalın düşməsi də hissizliyi və gəlir bölgüsündə bərabərsizliyi artıra bilər. 
Ayrıca, inflyasiya səbəbi ilə bilavasitə vergi gəlirlərinin Dövlət gəlirləri içindəki 
payının getdikcə artması da gəlir bölgüsünü pozmaqdadır. Çünki bu vergilər qiy-
mətlər vasitəsi ilə istehlakçılara doğru asanca əks etdirilə bilməkdədir. Bu cür vergi 
və fondlar xüsusi sektor firmaları tərəfindən də ödənsə, qiymət mexanizmi yolu ilə 
və digər aşağı gəlirlilərə əks etdirilməkdədir. 
Bağlı bir iqtisadiyyatda boşluqların borcla maliyyəsi faiz nisbətlərində artıma 
səbəb olmaqdadır. Kəsir bir iqtisadiyyatda əgər ərz və  tələb arasında yüksək fərq 
yoxsa, lazımlı pul xarici sərmayə olaraq gələcəyindən, bəlkə, faiz nisbətləri çox art-
maya bilər. Əgər ərz və tələb arasındakı fərq böyük isə xaricdən davamlı borc alın-
ması ödəmələr tarazlığındakı kəsirləri artıracaq. Xarici borcların böyüməsi ölkə ris-
kini artıracağından, faiz dərəcələrini yenə artıracaq. 
Daxili borclanmada dövlət qiymətli kağızlarının doğrudan əhaliyə satılmayıb, 
banklara satılması da inflyasiyaya səbəb olmaqdadır. Çünki bu vəziyyətdə dövlətin 
banknot emissiyası yerinə ehtiyatları artan bankların kredit həcminin böyüməsi 
deməkdir. Dövlətin borcları  səbəbi ilə faiz nisbətlərini artırması, daxili bazarda 
dövlətə borc verən sektorun gəlirlərini sabit və ya aşağı  gəlirlilərə nisbətlə artı-
raraq, ölkədə gəlir dağılının daha da pozulmasına səbəb olmaqdadır. Yüksək xərcli 
daxili borclanma səbəbi ilə faiz xərclərinin büdcə içindəki payı artdığından, dövlət 
təhsil, səhiyyə,  ədalət kimi əhalinin  əksəriyyətini maraqlandıran fəaliyyətlərə ye-
tərli mənbə tapa bilməyəcək hala gəlməkdədir. Beləcə, əksəriyyətin faydalanacağı 
xidmətlərin qaynağı azalacaqdır. 
Xüsusilə inkişaf etməkdə olan ölkələrdə maliyyə bazarlarının dayaz olması sə-
bəbi ilə büdcə  kəsirlərinin maliyyəsində faiz nisbətləri yüksəlməkdədir. Bu ölkə-


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə