Qarabağ və Şərqi zəngəzur iqtisadi rayonlarında turizmin inkişafında bank inklüzivliyinin artırılması istiqamətləri


Dissertasiya işinin planı, aktuallığı, ədəbiyyat siyahısı və tədqiqat metodları barədə 5-7 səhifəlik hesabat əlavə olunmalıdır



Yüklə 80,78 Kb.
səhifə2/3
tarix03.06.2023
ölçüsü80,78 Kb.
#115295
1   2   3
rəşad 2

Dissertasiya işinin planı, aktuallığı, ədəbiyyat siyahısı və tədqiqat metodları barədə 5-7 səhifəlik hesabat əlavə olunmalıdır.



BİRİNCİ FƏSLİN PLANI VƏ QISA MƏZMUNU.
I-ci fəsil. Qarabağ və Şərqi zəngəzur iqtisadi rayonlarında turizmin inkişaf tarixi və mahiyyəti.
1.1. Qarabağ və Şərqi zəngəzur rayonlarında turizmin tarixi.
1.2 Qarabağ və Şərqi zəngəzurda turizmin inkişafı üçün dövlətin rolu.
1.3. Qarabağ və şərqi zəngəzur ixqtisadi rayonların bank inklüzivliyinin zəruliliyi.


Azərbaycan xalqı hazırda tarixi ədalətin bərqərar olduğu və xalqımızın qürur mənbəyinin gücləndiyi, xalqla iqtidar, lider arasında qırılmaz tellərin bağlandığı, millətin və dövlətin bir yumruq kimi birləşdiyi şəraitdə, həm də rəşadətli və müzəffər ordumuzun torpaqlarımızı göz bəbəyi kimi qorumağa, ona göz dikən düşmənlərin dərhal başını əzməyə qadir olduğu şərəfli bir dövrdə yaşayır. Belə bir dövrdə Azərbaycanımızın qüdrətini və gücünü daha da artırmaq, milli sərvətlərindən səmərəli istifadə etmək, yeni reallıqlar şəraitində məhsuldar iqtisadi inkişaf və tərəqqi modeli formalaşdırmaq və inkişaf etdirmək vacib şərtlərdəndir.
2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Böyük Qarabağ Zəfərindən sonra ölkəmizin iqtisadi inkişaf modelinin yeni və obyektiv reallıqlara uyğun olaraq təkmilləşdiirlməsi, idarəetmə formalarının daha çevik və səmərəli olaraq tənzimlənməsi bir obyektiv zərurət kimi ortaya çıxmışdır. Torpaqlarımızın işğaldan azad olunmasına və faşist erməni işğalçı ordusunun darmadağın edilməsinə, Ermənistan rəhbərliyinin təslimçi sazişə imza atmasına baxmayaraq, revanşist qüvvələr və onların müxtəlif aparıcı dünya ölkələrində kök salan iki­üz­lü havadarları, ikili standardları dövlət siyasətinə yeridən və özlərini guya sülh, əmin-amanlıq “mələyi” kimi aparan siyasətçilər, beynəlxalq təşkilatlar hələ də torpaqlarımızın işğaldan azad olunması ilə barışmaq istəmirlər və təxribatlara əl atmaqda davam edirlər.
Belə bir şəraitdə regionun idarəetmə strukturunun təkmilləşdiirlməsi və tarixi ədalətə, faktlara söykənmiş qərarların verilməsi, işğaldan azad olunmuş ərazilərin sürətlə dirçəldilməsi, infrastrukturun yaradılması və böyük qayıdışın tezləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi bu kimi qüvvələrə bundan əlavə olaraq və revanşistlərədə ən mühim tutarlı cavablardan biri sayılır.
Dövlət başçısı bu cür mürəkkəb bir şəraitdə çox mühüm bir fərman imzalayaraq iqtisadi rayonların yeni bölgüsünü təsdiq etmiş və ölkə iqtisadiyyatının idarə edilməsinin strateji mexanizmlərinin yenilənməsinə start vermişdir. Belə ki, ölkə Prezidentinin 7 iyul 2021-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü təsdiq olunmuşdur. Bu fərmanda qeyd edilir ki, işğaldan azad olunmuş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Hesab edirik ki, bu tədbirlərin daha səmərəli təşkilində yeni iqtisadi rayonlaşmanın strateji əhəmiyyəti olacaqdır.
Məlumdur ki, Qarabağ bölgəsi yarandığı dövrdən özünəməxsus xüsusiyyətləri ilə, məşğuliyyət formaları, təbii ehtiyatları, zəngin tarixi-mədəni irsi ilə daha çox yadda qalmışdır. Qarabağa tarixən onun döyünən ürəyi Şuşa ilə yanaşı, Xankəndi şəhəri, Ağcabədi və Bərdə rayonları, Ağdam, Füzuli, Tərtər, Xocavənd və Xocalı rayonları aid olmuşlar. Eyni zamanda Qarabağ bölgəsinin güclü iqtisadi potensialı da vardır. Dağ silsiləsi ilə əhatə olunmuş Zəngəzur qəzası isə 1861-ci ildə yaradılmışdır və bu bölgədə hazırda Zəngəzur mahalının Azərbaycan ərazisində yerləşən, eyni zamanda, Qarabağa bitişik olan rayonlar-Kəlbəcər, Qubadlı, Cəbrayıl, Laçın və Zəngilan yer almışlar. Bu tari­xi faktlar və amillər kontekstindən yanaşmaqla, regionda iqtisadi rayonlaşma prinsiplərinin müasir reallıqlara uyğunlaşdırılması və tənzimlənməsi vacib idi. Buna görə də dövlət başçısının fərmanı bu məsələləri tənzimləməklə, iqtisadi rayonların yeni bölgüsünü yaratmaqla ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasına, işğaldan azad olunmuş ərazilərin milli iqtisadiyyatımıza reinteqrasiyasının sürətləndirilməsinə, planlaşdırma və proqnozlaşdırma tədbirlərinin daha yüksək səviyyədə təşkilinə imkan verəcəkdir. Bundan əlavə, xarici investisiyaların daha intensiv cəlb olunmasında, daxili investisiyaların məqsədli və səmərəli şəkildə yönəldilməsində, yeni maliyyə mənbələrinin yaradılmasında, əlavə dəyərin strukturunun diversifikasiyalaşdırılmasında yeni iqtisadi rayonların rolu və əhəmiyyəti artacaqdır. Artıq Nazirlər Kabinetinin 10 iyul 2021-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli Fərmanının icrasının təmin edilməsi istiqamətində zəruri tədbirlər görülməkdədir [2]. Belə ki, yeni iqtisadi rayonlaşma bölgüsü ilə bağlı müvafiq layihə və təkiliflərin hazırlanması, razılaşdırma və təqdim edilmə tədbirlərinin görülməsi, qəbul edilən qərarların qanunvericilik çərçivəsində tənzimlənməsi istiqamətində real addımlar atılmaqdadır.


TƏDQİQATIN NƏZƏRİ-METODOLOJİ ƏSASLARI BARƏDƏ MƏLUMAT.
Qeyd edək ki, yeni iqtisadi rayonların iqtisadi aspektlərindən əvvəl qısa da olsa tarixi reallıqlara toxunmaq istərdik. Zəngəzur türk mənşəli toponim­dir və onun adındakı “zəngi” leksik vahidi türk tayfalarına məxsusdur. 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində Qafan, Gorus, Qarakilsə, Mehri, Zəngilan, Qubadlı və Laçının bir hissəsi yer almış və artıq burada XX əsrin əvvəllərində 313 türk kəndi var idi və yalnız gəlmələrdən ibarət iki erməni kəndi mövcud idi. Zəngəzur qəzasının ərazisi 7892 km2 təşkil etmişdir. Böyük Qarabağ Zəfəri nəticəsində bu ərazinin 4505,5 km2 işğaldan azad olunmuşdur və bu ərazilər Zəngilan, Qubadlı və Laçın rayonlarını əhatə etmişdir. Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, yüz ildən çoxdur ki, Zəngəzurun qərb hissəsində olan ərazilər - Qafan şəhəri, Gorus, Qarakilsə və Mehri rayonları hələ də işğal atındadırlar. Belə ki, Azərbaycan Demokratik Respublikasını süquta uğradan və Azərbaycanı işğal edən bolşeviklərin təzyiqi və 1920-ci il dekabrın ayının 1-də qəbul etdikləri qərarla Zəngəzuru Ermənistana verdilər.
Sovetlər birliyi dönəmində Zəngəzur adı ermənilər tərəfindən xəritədən silinməyə çalışıldı və onlar yeni rayonlar yaratmaqla Zəngəzuru unutdurmağa nail olduqlarına inanmaq istədilər. Amma tarixi ədalət öz yerini aldı, Azərbaycan xalqı dədə-baba torpaqlarını heç vaxt unutmamışdır və Zəngəzurun şərq hissəsini işğaldan azad etməklə, bütün dünyaya öz torpaqlarımıza və doğma yurdlarımıza sahib çıxmaq bacarığımızı nümayiş etdirdik. Buna görə də Şərqi Zəngəzur iqtisadi rayo­nunun yaradılması həm də tarixi ədalətin bərpası kimi qiymətləndirilməlidir. İqtisadi rayonların yeni bölgüsü Azərbaycanda iqtisadi inkişafın sistemliliyi baxımından ən doğru addımdır və bu da iqtisadi inkişafın daha qısa zamanda formalaşmasına stimul yaradacağı zərrə qədər şübhə doğurmur.
Böyük əminliklə demək olar ki, Zəngəzurun tam olaraq işğaldan azad edilməsi və soydaşlarımızın öz əzəli yurdlarına qayıtması çox da uzaqda deyil­dir və ən azından yaxın perspektivdə Zəngəzur dəhlizinin reallaşacağı bu ümidləri və inamı daha da artırır. Eyni zamanda, Zəngəzur dəhlizi Avrasiya məkanını bir-birinə birləşdirən çox mühüm dəhlizdir. Həm Qafqazın, həm də Mərkəzi Asiyanın qapısıdır. Zəngəzur dəhlizinin geosiyasi və geostrateji baxımdan əhəmiyyəti barəsində 31 mart 2021-ci ildə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli bəyanatda, xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir... Qədim Azərbaycan torpağı olan Zəngəzur, indi türk dünyasının birləşməsi rolunun daha da artırılması da mühim rol oynayacaq”-dır.
Qeyd edək ki, yeni iqtisadi rayonlaşma prinsipi bütövlükdə ölkənin bütün ərazisi boyunca iqtisadi fəallığın artırılmasına və dövlət investisiyalarının səmərəliliyinin yüksəldilməsinə, ölkə regionlarında sahibkarlığın və biznesin inkişafına, sosial-iqtisadi inkişafın sürətləndirilməsinə, əhalinin gəlirlərinin diversifikasiyalaşdırılmasına və yaşayış şəraitinin daha da yaxşılaşdırılmasına əlavə imkanlar formalaşdıracaqdır. Xüsusilə, hazırkı qlobal təhdidlər və Covid-19 pandemiyasının təsirindən yaranan çətinliklər müqabilində iqtisadiy­yat sahələrinin fəaliyyətinin tez zamanda bərpa olunması, iqtisadi geriliyin aradan qaldırıması və səmərliliyin artırılması baxımından daha geniş perspektivlər diqqət çəkir. Digər tərəfdən, iqtisadi rayonlaşmanın yenilənməsi və yeni iqtisadi rayonların yaranması Vətən müharibəsində qazanılan Zəfərdən sonra formalaşmış obyektiv reallıqları özündə əks etdirir. Belə ki, ölkənin işğaldan azad olunmuş ərazilərin iqtisadiyyat və təsərrüfat dövriyyəsinə cəlb edilməsi iqtisadi rayonlarının bölgüsünün yenilənməsini, məhsuldar qüvvələrin və resursların daha düzgün, səmərəli yerləşdirilməsini və bölüşdərməsini zəruri edir. Hər bir iqtisadi rayonunun özünəməxsus ixtisaslaşma istiqamətləri və özəllikləri vardır. Burada müxtəlif amillər, o cümlədən, cografi, təbii və təsərrüfat amilləri daha çox diqqət çəkirlər. Əhalinin məşğulluq xüsusiyyətləri, adət və ənənələri, milli tərkibi də vacib şərtlərdəndir. İqtisadi rayonların planlı və nizamlı şəkildə idarə edilməsi, burada tələb olunan prioritet layihələrinin hazırlanması və reallaşdırılması, dövlət tərəfindən maliyyə-investisiya mexanizmlərinin işlənib hazırlanması və tətbiqi, digər maliyyə mənbələrini inkişafı üçün münbit şəraitin yaradılması, əhalinin məşğullugunun təmin olunması və iqtisadi fəallığının artırılması, sosial infrastrukturun yaradılması, istehsal və kommersiya infrastrukturunun təmin edilməsi, sahibkarlığın stimullaşdırılması və biznes mühitinin əlverişliliyinə naildir.
İqtisadi rayonların dayanıqlı və dinamik inkişafı üçün iqtisadi fəaliyyətin modelləşdirilməsi və sahibkarlığın inkişaf etdirilməsi dövlət siyasətinin tərkib hissəsi kimi çıxış edir. Məsələn, sahibkarlığın İnkişafı Fondunun vəsaitinin səmərəli yerləşdirilməsi məqsədilə iqtisadi rayonlar üzrə prioritet istiqamətlər müəyyənləşdirilmişdir və bu istiqamətlər üzrə maraqlı, həm də potensial investorların cəlb edilməsi tələb olunur. Hesab edirik ki, yaxın perspektivdə yeni yaradılmış iqtisadi rayonlarda yüksək texnologiyalar əsaslı iqtisadiyyat sahələrinin inkişaf etdirilməsi, sahibkarlığın inkişafı üçün daha səmərəli fəaliyyət mexanizmlərinin işlənməsi təmin olunacağdır. Bunlara çevik və məhsuldar texnologiyalardan ibarət istehsal və emal sahələrinin yaradılması, kreativ və səmərəli xidmət müəssisələrinin fəaliyyətinin təşkilini aid etmək olar. Bütün bunlar yeni iqtisadi rayonlarda sosial-iqtisadi inkişafın daha dinamik və məhsuldar olacağından əsasən mühim xəbər verilən amillər sırasına aid edilir.
Digər tərəfdən, yeni yaradılmış iqtisadi rayon­lar siyasi və milli təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edirlər. Məlumdur ki, hazırda ölkəmizdə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” üzrə hədəflər reallaşdırılmaqdadır. Fikrimizcə, bu proseslərdə ölkəmizin qüdrətli dövlətə çevirilməsi imkanları daha da artacaqdır və milli təhlükəsizliyimizin, həmçinin iqtisadi təhlükəsizliyimizin xeyli gücləndirilməsinə nail olacağıq. Belə ki, Qarabağ iqtisadi rayonu yaradılmaqla, Qarabağın özü bütöv bir iqtisadi-siyasi anlayış olaraq gündəmə gəlir və revanşist fikirlərə qarşı preventiv tədbir kimi qiymətləndirilə bilər. Eyni zamanda, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması, Azərbaycanın öz əzəli torpaqlarını dirçəltmək və inkişaf etdirmək niyyətinin nə qədər güclü olduğunu ifadə edir. “Bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün münbit şərait yaranır. Ermənistan və ya digər revanşist-radikal qüvvələr sülh yolunu seçməyə məhkumdur. Bir sözlə, cənab İlham Əliyevin sərəncam və fərmanları strateji mahiyyətli, konseptual xarakter daşıyır.
Son illərdə ölkə iqtisadiyyatı 3 dəfədən çox böyümüşdü və onun strukturu ildən-ilə genişlənməkdədir. Regionların inkişaf problemlərinin həlli istiqamətində 2004-ci ildən başlayan üç məqsədli dövlət proqramı icra olunmuşdur və hazırda 2019-2023-ci illəri əhatə edən dördüncü dövlət proqramı uğurla reallaşdırmaqdadır. Buna görə də iqtisadi rayonlar üzrə yeni bölğu faydalı iş əmsalını daha da artırmaq potensialı formalaşdıracağdır. “Yeni bölgü uzaqgörən strateji yanaşma, planauyğun reinteqrasiya faktıdır və sabahımızla bağlı daha nikbin proqnozlara əsas verir”. Belə ki, Şərqi Zəngəzur iqtisadi rayonunun inkişafına yönəldiləcək resurslar bu regionda ölkəmizin qüdrətini və gücünü daha da artıracağdır. Qarabağ iqtisadi rayonunun yaradılması isə “özəl keyfiyyətlərə malik qədim Qarabağın bərpası və sürətli inkişafının təmin edilməsi üçün” ciddi önəm kəsb edir. Əksər iqtisadi rayonlarda kənd təsərrüfatı və aqar sektorun inkişafı prioritetlik təşkil etdiyindən, yeni iqtisadi rayonlaşma bölgüsü, ilk növbədə, bu sahələrin inkişafına güclü təkan verəcəkdir. İqtisadi rayonların bölgüsünun yenilənməsi və çox mühüm strateji əhəmiyyət kəsb edən iki yeni iqtisadi rayonunun yaradılması ermənilərə və onların havadarlarına göndərilən acıq mesajdır və bu mesajın mahiyyəti ondan ibarətdir ki, artıq Dağlıq Qarabağ adlı ayrıca inzibati ərazi vahidi yoxdur. Daha bu barədə sərsəm danışıqlara ehtiyac qalmayıb. Göründiyi kimi, yeni iqtisadi rayonların yaradılması və davamlı şəkildə inkişaf etdirilməsi ilə Azərbaycan dövləti Qarabağı çox güclü dinamik inkişaf edən bir iqtisadi rayona çevirməklə bərabər, qədim Azərbaycan torpağı olan Zəngəzura tam olaraq soydaşlarımızın qayıtmasında və əzəli torpaqlarımızın inkişaf etdirilməsində də mühim kifayət qədərdə israrlılar siyahısındadır.




Yüklə 80,78 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə