ilqar Məmmədov
Dövlət və hüquq nəzəriyyəsinin predmetinin təhlili göstərir ki,
dövlət və hüquq nəzəriyyəsinin predmetinin nüvəsini dövlət və hüquq
hadisələrinin yaranması və inkişafının ümumi və səciyyəvi
qanunauyğunluqları təşkil edir. Adətən, həm dövlətə, həm də hüquqa
aid olan qanunauyğunluqlar ümumi, yalnız onlardan birinə aid olan
qanunauyğunluqlar isə səciyyəvi qanunauyğunluqlar hesab olunur.
Bütün nəzəriyyəçilərin ümumi fikrinə əsasən, dövlət və hüquq
nəzəriyyəsi
dövlət
və
hüququn
genezisinin
ümumi
qanunauyğunluqlarını, dövlət və hüququn qarşılıqlı əlaqəsini, onların
xarakterik əlamətlərini, formalarını, mahiyyətini, məzmununu,
cəmiyyətin həyatında və onun siyasi sistemində dövlət və hüququn
yerini, hüquqi şüuru və qanunçuluğu, hüquq yaradıcılığı və
qanunyaradıcılığını, hüquqauyğun davranışı, hüquq pozuntusu,
hüquq məsuliyyəti kimi hüquqi əhəmiyyətə malik olan digər
hadisələri və kateqoriyaları öyrənir. Dövlət və hüquq nəzəriyyəsinin
predmetinə bütün bu qeyd olunanlardan əlavə, konkret dövlət-hüquq
hadisələri də daxildir.
Onu da qeyd edək ki, dövlət və hüquq nəzəriyyəsinin
predmetinə bilavasitə dövlət və hüquq hadisələri ilə yanaşı, onlarla
üzvi əlaqəsi olan və dövlət-hüquq hadisələrinin cəmiyyətin digər
institutlarına təsirini başa düşməyə və qiymətləndirməyə imkan verən
ictimai
həyatın
bir
çox
sahələrinin
və
institutlarının
qanunauyğunluqları da daxildir. Bu sahələrə cəmiyyətin siyasi
sistemi, ictimai-siyasi şüur, cəmiyyətin mənəvi-əxlaqi mühiti,
dəyərlər, normalar və s. aiddir.
Ümumiyyətlə, hər bir elmin, o cümlədən də, dövlət və hüquq
nəzəriyyəsinin müstəqil elm sahəsi kimi inkişaf etməsi onların
predmetində dəyişikliklərin baş verməsi ilə müşaiyət olunur. Həmin
dəyişikliklər isə predmetin özünün inkişaf etməsi deməkdir. Bunu
belə başa düşməliyik ki, dövlət və hüquq nəzəriyyəsinin predmetinin
məzmununu təşkil edən ayrı-ayrı sahələr zamanca dəyişikliyə
uğrayır, inkişaf edir və bütövlükdə onun predmetinin özündə
dəyişikliklərin baş verməsinə səbəb olur. Dövlət və hüquq həyatında
yaranan və onların gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb
edən yeni problemlər həll edilmə zərurətini də
54
Dövlət və hüquq nəzəriyyəsi
ehtiva edir. Bu isə M.Məlikovanın yazdığı kimi, dövlət və hüququn
sosial təyinatının və fəaliyyətinin yeni cəhətlərinin açılmasını
şərtləndirir, yeni araşdırmalar üçün perspektiv yaradır, bütövlükdə
hüquq elmləri, o cümlədən, dövlət və hüquq nəzəriyyəsi qarşısında
sosial tərəqqinin yeni proseslərini dərindən başa düşmək və əhatə
etmək vəzifəsini qoyur. Bütün bunlar həm dövlət və hüquq
nəzəriyyəsinin öyrəndiyi məsələlərin dairəsinin genişlənməsinə, həm
də bu məsələlərin dərinləşməsinə, onların yeni inkişaf
qanunauyğunluqlarının, bir-biri ilə və başqa ictimai hadisələrlə
qarşılıqlı təsirinin açılmasına kömək edir.
Dəyişikliklərə misal olaraq deyə bilərik ki, əgər əvvəllər bizim
ölkəmizdə və bütövlükdə keçmiş SSRİ-də dövlət və hüquq
nəzəriyyəsi kursu çərçivəsində «ümumxalq dövləti və hüququ»,
«proletariatın diktaturası» və s. bu kimi aktual hesab edilən
anlayışlara və həmin anlayışlarla bağlı olan hadisələrə, proseslərə
xüsusi diqqət verilirdisə, hal-hazırda onların yalnız tarixilik
baxımından müəyyən əhəmiyyəti var. Müasir dövrdə isə «hüquqi
dövlət», «sosial dövlət» konsepsiyaları, insan hüquqları və azadlıqları
nəzəriyyəsi və digər təlimlər, siyasi-hüquqi anlayışlar, konsepsiyalar
ön plana çəkilir. Lakin bütün bunlara baxmayaraq, dövlət və hüquq
nəzəriyyəsinin predmetindəkl dəyişikliklər onun sabit qalan tərəfləri
çərçivəsində baş verir. Yəni dövlət və. hüquq nəzəriyyəsinin
predmetinin inkişaf dialektikası elədir ki, bir tərəfdən dövlət və
hüququ yüzilliklər boyu xarakterizə edən ümumi, dəyişilməz və tipik
olan qanunauyğunluqlar, xüsusiyyətlər, əlamətlər fokusa alınır və bu
çərçivədə sabitlik qorunub saxlanır, digər tərəfdən isə elmi əhərriiyyət
kəsb edən yeni keyfiyyətlərin və əlamətlərin müəyyənləşməsi, onların
daha ali səviyyədə dərk edilməsi və elmi biliklərin digər sahələri ilə
əlaqədə təhlil edilməsi bu elmin predmetində dəyişikliklərin baş
verməsinə gətirib çıxarır. Beləliklə, elmin predmeti zənginləşir və
inkişaf edir.
Son dövrlərdə digər ictimai elmlərlə bərabər, dövlət və hü= quq
nəzəriyyəsinin də nisbətən müstəqil sahələrə diferensiasiyası
tendensiyası güclənmişdir. Bəzən, nisbətən müstəqil sosial
55
ilqar Mammadov
institutlar kimi çıxış edən dövlətin və hüququn hər birinin
nəzəriyyəsinə aid ayrıca dərsliklər və dərs vəsaitləri hazırlanır. Bu,
dövlət və hüquq hadisələrinin hər birinin ayrılıqda öz spesifikliyinə
uyğun tədqiq edilməsi məqsədinə xidmət edir. Dövlət və hüquq
hadisələrinə belə bir diferensial yanaşma dövlət və hüquq
nəzəriyyəsinin müvafiq sahələrinin inkişafına müəyyən dərəcədə
kömək edir. Lakin dövlət və hüquq nəzəriyyəsinin bütöv bir elm
olması onun obyektlərindəki (dövlət və hüquq) dualizmin onun
predmeti səviyyəsində, yəni nəzəri səviyyədə dəf edilməsi deməkdir.
İki obyektin olmasına rəğmən predmetin bu cür ümumiliyi, vahidliyi
nəzəri dərketmənin məntiqinə əsasən həmin müxtəlif obyektlərin
mahiyyətcə əlaqəli olmasını, onların mahiyyətindən irəli gələn
xüsusiyyətlərin üst-üstə düşməsini açıqlayır və məntiqi olaraq hər iki
obyekt haqqında ümumi anlayışların yaradılmasını ehtiva edir.
Söhbət ondan gedir ki, dövlət və hüquq ümumi anlayışlar
çərçivəsində zəruri tamamlayıcı komponentlər kimi çıxış edir və
bununla da prinsipial bütövlük təşkil olunur. Belə bir nəzəri-mücərrəd
formada yaradılan ümumi anlayış və kateqoriyalar bütövlükdə hüquqi
biliklərin hüdudlarını və spesifikliyini, hüquqi və qeyri-hüquqi olanın
predmet kriteriyasını müəyyənləşdirir. Beləliklə, dövlət və hüququ
ictimai
hadisələrin
bütün
sistemindən
ayırmaq,
onları
xüsusiləşdirmək, təcrid etmək yolu ilə tədqiq edən dövlət və hüquq
nəzəriyyəsi dövlətin özünə də hüquqi aspektdən yanaşır.
§ 2. DÖVLƏT VƏ HUQUQ NƏZƏRİYYƏSİNİN
METODOLOGİYASI
Varlığın müəyyən tərəfinin, bu və ya digər ictimai hadisənin
sistemli şəkildə öyrənilməsi elmi idrakın müvafiq metodlarına
əsaslanır. Elmi idrak metodu idrakın yolunu nizama salır, predmetin
düzgün istiqamətdə öyrənilməsinə səbəb olur. Buna görə də metod
elmi yaradıcılığın aləti hesab edilir. Hər bir elm sahəsi varlığın
müvafiq hadisələrinin dərk edilməsi üçün müəyyən qay
56
Dostları ilə paylaş: |