Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə19/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   15   16   17   18   19   20   21   22   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

dalardan, üsul və vasitələrdən istifadə edir, əldə olunmuş biliklər isə 

yenidən  müəyyən  yoxlamalardan  keçirilir.  Elmin  metodu  onun 

tədqiqat fəaliyyətinin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. 

«Metod» yunan sözü olub etimoloji baxımdan yol, tədqiqat, şərh 

üsulu,  subyektin  fəaliyyət  forması  mənasına  uyğun  gəlir.  Müasir 

fəlsəfi-elmi  ədəbiyyatda  metoda  «üsul»  anlayışı  vasitəsilə  tərif 

verilməsinə daha çox meyl göstərilir. Buna ixtiyari üsul yox, insanın 

məqsədyönlü idrakının və praktiki fəaliyyətinin üsulu aiddir. Məsələn, 

Amerika  filosofu  M.Kohenin  tərifinə  görə,  «metod  bəzi  rasional 

qaydanın və ya hər hansı sistemli sxemin müxtəlif predmetlərə tətbiq 

edilməsi üsuludur». Professor V.A.Ştoffun fikrincə, «metod müəyyən 

məqsədə nail olmaq üçün istifadə olunan qaydalar məcmusunun hər 

hansı bir sahəyə tətbiq olunması üsuludur». Metoda insan fəaliyyətini 

tənzim  edən  müəyyən  qayda  və  prinsiplər  kimi  tərif  verilməsində 

fransız  filosofu  R.Dekartın  mühüm  rolu  olmuşdur.  R.Dekart  yazırdı: 

«Mən metod dedikdə, həmişə yalanı həqiqət kimi qəbul etməyə mane 

olan və əqli qüvvələrin izafi məsrəfinə imkan verməyən elə dəqiq və 

sadə qaydaları nəzərdə tuturam ki, bunların tətbiqi biliyi tədricən və 

fasiləsiz  artıraraq  zəkanın  özünə  müyəssər  olan  həqiqi  idraka  nail 

olmasına səbəb olur».'' 

Elmi idrakın metodunu adi idrak prosesində istifadə edilən metod 

və  üsullarla  eyniləşdirmək  olmaz.  Onlar  elmi  idrakın  gedişində 

istifadə olunan metodlardan fərqli olaraq elmi təfəkkür qanunları ilə 

uyğunluğa  gətirilmədikləri  kimi  nəzəri  cəhətdən  də  təfsir  oluna 

bilmirlər.  Elmi  metod  elmi  idrakın  qanunları  əsasında  yaradılmaqla 

obyektiv gerçəkliyin həqiqi subyektiv inikasını doğurur. Metod yalnız 

hadisələrin obyektiv gedişatının, gerçəkliyin ardıcıl həqiqi və adekvat 

inikası  olduğu  halda  elmi,  yaradıcı  inikasın  səmərəli  alətinə  çevrilə 

bilər. 


Yeni biliklərin əldə edilməsi və inkişaf etdirilməsi, predmetə xas 

olan xüsusiyyətlər haqqında təsəvvürlərin dərinləşməsi, nə- 

^  Məmmədov  Əziz,  Zahidov  Təvvəkkül.  Dialektik  idrak  və 

eksperimental metod. S.8-9. 

57 



ilqar Məmmədov 

zəri  biliklərin  artırılması  elmdə  tədqiqat  metodlarının  inkişaf 

etdirilməsi deməkdir. O mənada ki, elmin özü inkişaf etdiyi kimi, onun 

metodları  da  inkişaf  edir,  elmdə  metodoloji  dəyişikliklər  baş  verir. 

Qeyd  olunanlar  ictimai  gerçəkliklə  bağlı  olan  və  ictimai  elmlərlə 

əlaqəli şəkildə inkişaf edən dövlət və hüquq nəzəriyyəsinə də aiddir. 

Belə ki, dövlət və hüquq nəzəriyyəsi digər ictimai və hüquqi elmlərlə 

əlaqədə yaranmış və inkişaf etmişdir. Onun metodoloji problemləri bu 

kontekstdə  nəzərə  alınmış,  təhlil  edilmiş  və  həmin  elmin  müstəqil 

metodları 

yaradılmış, 

dəyişikliklərə 

məruz 

qalmış 


və 

təkmilləşdirilmişdir.  Konrad  Sveygertin  və  Heyn  Ketsin  ifadələri  ilə 

desək,  digər  hüquq  elmlərində  olduğu  kimi  dövlət  və  hüquq 

nəzəriyyəsi elmində də hər hansısa bir metod elmi məqsədəuyğunluq 

və 

səmərəlilik 



baxımından 

hazır 


qaydada 

əvvəldən 

müəyyənləşdirilmir.  Metod  öncə  hipoteza  kimi  götürülür  və  nəticə 

baxımından onun əhəmiyyətliliyi, praktikliyi yoxlanılır. Odur ki, hətta 

həqiqi metod uzun sürən çəkişmələrdən, tədqiqatlardan və səhvlərin 

aşkarlanmasından sonra müəyyənləşə bilər.’' 

Elmin tərkib hissəsi kimi çıxış edən metod müvafiq elm sahəsinin 

bu və ya digər dövrdə həll etməli olduğu məsələlərlə iç-içə olur. İdrak 

metodunun seçilməsi mütləq ixtiyari olmayıb, əvvəla idrak obyektinin 

xassə və xüsusiyyətləri ilə, digər tərəfdən isə predmetin məzmunu ilə 

müəyyənləşir.  Elmi  idrakda  tətbiq  olunan  metodun  seçilməsi, 

həmçinin  idrak  obyektinin  xarakteri  və  elmin  predmeti  ilə  şərtlənir. 

Metod  elmin  predmetinin  spesifikliyinə  uyğun  müəyyənləşir  və  ona 

uyğun  olaraq  da  dəyişir.  Buna  görə  də  V.P.Koxanovski  metodu 

predmetin  «immanent  prinsipi»  hesab  edir  və  yazır  ki,  metodun 

həqiqiliyi  həmişə  predmetin  məzmunu  ilə  determinasiya  olunur. 

«Metod  maddi  gerçəklikdən,  praktikadan  asılı  olmadan,  maddi 

gerçəkliyin inkişafının obyektiv qanunlarından kənar qaydada apriori 

olaraq müəyyənləşən subyektiv üsulların, qaydaların, proseduraların 

'  Zweigert  K. 

and 


Kotz  H. 

An  introduction  to  comparative  law. 

Oxford University press and J.C.B. Mohr (Paul Siebeck 1998, s. 33) 

58 



Dövlət və hüquq nəzəriyyəsi 

məcmusu  deyil.  O,  apriori  olaraq  istənilən  idrak  və  praktika 

problemlərini  həll  etməyə  imkan  verən  fəaliyyət  yollarını  və 

formalarını  müəyyənləşdirən  üsul  da  deyil.  Odur  ki,  metodun 

mənşəyini  insanların  beynində,  şüurda  deyil,  maddi  gerçəklikdə 

axtarmaq  lazımdır.  Lakin  maddi  gerçəkliyin  özündə  nə  qədər  ciddi 

cəhdlə  axtarış  aparsaq  da,  heç  bir  metod  tapmayacağıq, 

aşkarladığımız  təbiətin  və  cəmiyyətin  obyektiv  qanunları  olacaqdır. 

Beləliklə, 

metod 


yalnız 

obyektivlə 

subyektivin 

mürəkkəb 

dialektikasmda, özü də obyektivliyin müəyyənləşdirici rolu hesabına 

mövcud  olur  və  inkişaf  edir.  Bu  mənada  hər  bir  metod  ilk  növbədə 

obyektivdir,  «faktikidir».  Bununla  bərabər,  metod  həm  də 

subyektivdir,  ancaq  bu  sırf  özbaşınalıq,  «hüdudsuz  subyektivlik» 

deyil.  Onu  doğuran  obyektivliyin  davamı  və  tamamlanması  kimi 

subyektivdir».’' 

Metodun əsas funksiyası bu və ya digər obyektin dərk edilməsi 

və  ona  dəyişdirici  təsir  göstərilməsi  prosesini  elm  daxilində  təşkil 

etmək və tənzimləməkdən ibarətdir. Bu və ya digər formada özünü 

göstərən  metod  elmi  idrakın  və  fəaliyyətin  müəyyən  qaydalarını, 

üsullarını və vasitələrini əks etdirir. O, müvafiq məqsədin, nəticələrin 

əldə  olunmasına  yönəlmiş  elmi  tədqiqatı  nizamlayır  və  müəyyən 

istiqamətə salır. «Əsl metod elmi idrakın subyektinə yol göstərən və 

onu  səhvlərə  yol  verməkdən  çəkindirən  özünəməxsus  bir  kompas 

rolunu  oynayır».^  Odur  ki,  hər  bir  metodun  əsas  təyinatı  müvafiq 

prinsiplərdən çıxış etməklə müəyyən idrak problemlərini, təcrübə ilə 

bağlı olan problemləri həll etmək, elmi bilikləri artırmaqdan ibarətdir. 

Elmi  idrakın  metodlarının  sistemi  isə  elmin  metodologiyasını 

doğurur.  Buna  görə  də  metodologiya  anlayışı  ilə  metod  anlayışı 

arasında  üzvi  əlaqə  var.  Lakin  nə  fəlsəfi,  nə  də  elmi  ədəbiyyatda 

«metodologiya» anlayışı birmənalı şəkildə izah edilmir. Bu anla- 

'  Кохановский  В.П. 

Философия  и  методология  науки.  Ростов- 

на-Дону, 1999, 5.179-180. 

^Кохановский В.П. 

Философия и методология науки. 8.168. 



59 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə