Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə20/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   16   17   18   19   20   21   22   23   ...   205

ilqar Məmmədov 

yış  əsasən  aşağıdakı  mənalarda  işlədilir:  1)  təbiət  və  cəmiyyət 

hadisələrinə  yanaşma  üsulu  kimi;  2)  məqsədə  çatmaq,  müəyyən 

məsələni  həll  etmək  üçün  istifadə  olunan  yol  və  üsullar  haqqında 

təlim kimi, başqa sözlə, nəzəriyyə kimi; 3) tədqiqat üsulları haqqında 

təlim,  başqa  sözlə,  metodika  kimi;  4)  elmin  bu  və  ya  başqa 

sahələrində tətbiq olunan tədqiqat üsullarının məcmusu, yəni metod 

kimi; 5) gerçəkliyin dərki və onun dəyişdirilməsi metodları haqqında 

təlim kimi; 6) bu və ya digər elm çərçivəsində tətbiq olunan müəyyən 

metodlar  sistemi  kimi;  7)  idrakın  prinsipləri  və  elmi  tədqiqatın  bu 

prinsipləri üzərində yüksələn qayda və üsulları haqqında təlim kimi; 

8) metodları özünün tədqiqat predmetinə çevirən elm sahəsi kimi. 

Tanınmış nəzəriyyəçi alim Cahangir Kərimov belə hesab edir ki, 

həmin  anlayışlardan  biri  ilə  məhdudlaşmaqla  metodologiyaya  tərif 

vermək  olmaz.  Belə  ki,  metodologiya  inteqrasiyaedici,  yəni  bir  sıra 

komponentləri:  dünyagörüşünü  və  fundamental  ümum-  nəzərl 

konsepsiyaları, ümumi fəlsəfi qanunları və kateqoriyaları, ümumi və 

xüsusi  metodları  özündə  birləşdirən  hadisədir.  Metodologiya  eyni 

zamanda həm metodlar sistemi, həm də onlar haqqında təlim, həm 

tədqiqatdakı  müəyyən  dünyagörüşünə  əsaslanan  mövqe,  həm  də 

ümumi  nəzəri  prinsiplər;  idrakın  həm  ümumelmi,  həm  də  xüsusi 

metodlarıdır.  Odur  kl,  metodologiyanı  həmin  komponentlərdən  biri 

kimi şərh etmək olmaz, çünki bu halda digər komponentlər kənarda 

qalır. Bütün bu komponentlərin hər biri üzvi şəkildə digərlərinə bağlı 

olur və onlar bir-birini zənginləşdirir. Bundan  əlavə, metodologiyanı 

sadəcə  olaraq  nəzəri  konsepsiyaların,  prinsiplərin,  metodların  və 

ayrı-ayrı  elm  sahələri  tərəfindən  hazırlanan  İdrak  vasitələrinin 

məcmusu kimi İzah etmək də düz deyil. Səbəbi odur ki, metodologiya 

ayrıca  bir  sistem  olduğundan  onu  təşkil  edən  komponentlərlə 

eyniləşmir.  Onun  özünün  inkişafının  inteqrativ  qanunauyğunluqları 

var.  Həmin  qanunauyğunluqlar  metodologiyanın  komponentləri 

arasında ələ əlaqələr yaradır ki, bunun nəticəsində onların ayrılıqda 

ifadə  etdikləri  xüsusiyyətlərdən  fərqlənən  yeni  xüsusiyyətlər 

meydana gəlir. Bütün bunlardan belə bir nəticə çıxır ki, metodo 

60 



Dövlət və hüquq nəzəriyyəsi 

logiya  ilə  metod  arasındakı  münasibətləri  bütövlə  hissə,  sistemlə 

element,  ümumi  və  xüsusi  arasındakı  dialektik  münasibət  kimi 

təssəvür  etmək  olar.  Hər  bir  metod  bütöv,  sistemli  ümumelmi 

metodologiya daxilində yalnız müəyyən bir hissə, elementdir.'’ 

Metodologiyaya  dair  müxtəlif  təriflər  və  həmin  təriflərin 

arxasında  duran  mövqelər  arasında  mübahisələrin  olmasına 

baxmayaraq, mübahisə edilməyən belə bir məsələ də var ki, hər bir 

elm  özünün  xüsusi  predmetinə  malik  olduğu  üçün  məhz  onun 

spesifikliyini  əks  etdirən  konkret  tədqiqat  metodlarını  və  deməli, 

özünün  məxsusi  metodologiyasını  da  hazırlayır.  Xüsusi  elmi 

metodologiya  adlanan  bu  metodologiya  bir  sıra  ümumi  metodoloji 

problemləri  konkret  elmin  predmetinin  spesifikliyini  nəzərə  almaqla 

həll  edir.  Buna  görə  də  xüsusi  elmi  metodologiya  biliyin  müstəqil 

sahəsi olmayıb yalnız baxılan elmin məzmununa daxil olur və burada 

özünəməxsus yer tutur.2 

Dövlət  və  hüquq  nəzəriyyəsinə  aid  dərsliklərdə  və  dərs 

vəsaitlərində dövlət və hüquq nəzəriyyəsinin metodologiyasının izahı 

verilərkən  elmin  metodologiyası  məsələsi  ilə  əlaqədar  mübahisələr 

bir  o  qədər  də  qabardılmır.  Çünki  dərslik  və  ya  dərs  vəsaiti 

səviyyəsində  həmin  məsələ  ilə  bağlı  müxtəlif  yanaşmaların  geniş 

şəkildə  açıqlanmasına  ehtiyac  yoxdur.  Odur  ki,  dövlət  və  hüquq 

nəzəriyyəsinin  metodologiyası  əksər  hallarda  ya  dövlət-hüquq 

hadisələrinin  öyrənilməsində  istifadə  olunan  metodların  nəzəri 

əsaslandırılması,  metod  haqqında  təlim  və  yaxud  dövlət-hüquq 

hadisələrinin meydana gəlməsi və inkişafının öyrənilməsində istifadə 

olunan prinsiplər, üsul və qaydalar sistemi kimi şərh edilir. 

Biz də burada həmin mübahisələrə qatılmadan dövlət və hüquq 

nəzəriyyəsinin  metodologiyasını  dövlət-hüquq  gerçəkliyinin  elmi 

idarakının  üsul  və  vasitələrini,  metodlarını,  həmçinin  onların  nəzəri 

əsaslandırılmasını,  yəni  onlar  haqqında  olan  təlimi  özündə  əks 

etdirən bir sistem kimi izah etməyə üstünlük veririk. 

^ Керимов Д.А. 

Методология права. S. 46-49. 

2 Məmmədov Əziz, Zahidov Təvvəkkül. Dialektik idrak və ekspe 

rimental metod. S.19. 



61 


ilqar Məmmədov 

Dövlət  və  hüquq  nəzəriyyəsi  də  digər  elm  sahələri  kimi  öz 

predmetini  öyrənərkən  bir  sıra  metodlardan  istifadə  edir,  həmçinin 

istifadə  etdiyi  metodlara  müraciət  olunmasının  zəruriliyini 

əsaslandırmalı  olur.  Beləliklə,  dövlət  və  hüquq  nəzəriyyəsinin 

metodologiyası həm dövlət-hüquq gerçəkliyinin elmi idrakını düzgün 

istiqamətə  salan  prinsiplərin,  metodların  cəmini,  onlar  arasındakı 

əlaqəliliyi,  həm  də  ayrı-ayrı  metodların  qiymətləndirilməsini,  onların 

dövlət və hüquq nəzəriyyəsi üçün yararlı olması ilə bağlı əsaslandırıcı 

fikirləri, nəzəri müddəaları əhatə edir. 

Ümumiyyətlə, elmin metodoloji sistemində fəlsəfi metod xüsusi 

rol oynayır. Bu, dövlət və hüquq nəzəriyyəsinin metodologiyasına da 

aiddir.  Onun  istifadə  etdiyi  fəlsəfi  metod,  yəni  ümumi  metod  elmi 

idrakın, 

müvafiq 

nəzəri-elmi 

dünyagörüşünün 

əsaslarını 

müəyyənləşdirir,  dövlət  və  hüquq  gerçəkliyindən  irəli  gələn 

məsələlərin izahına, onların mahiyyətinin və ictimai inkişafda sosial 

rolunun açılmasına konseptual yanaşmanı təmin edir. 

Marksizm-leninizm ideologiyasının hakim olduğu dövrdə dövlət 

və  hüquq  nəzəriyyəsinin  metodları  iki  qismə:  əsas  və  xüsusi 

metodlara  bölünürdü.  Fəlsəfi  metod  olan  dialektik  və  tarixi 

materializm  bu  elmin  metodoloji  əsası  hesab  olunurdu.  Marksist- 

leninçi dövlət və hüquq nəzəriyyəsində dialektik və tarixi materializm 

metodunun ehkamlaşdırılması və vulqarlaşdırılması dövlət və hüquq 

hadisələrinin  adekvat  dərk  edilməsinə  imkan  vermirdi.  Dövlət  və 

hüquq  nəzəriyyəsində  özünə  yer  alan  belə  bir  ehkamçılıq  onun 

marksizm-leninizm  ideologiyasına  xidmət  etməsi  ilə  bağlı  idi.  Buna 

görə  də  həmin  elm  sahəsinin  əsas  vəzifəsi  necə  olursa-olsun 

marksizm-leninizmin  ehkamlarının  həqiqi  olduğunu  isbat  etməkdən 

ibarət  olmuşdur.  Marksist-  leninçi  dövlət  və  hüquq  nəzəriyyəsində 

dialektik və tarixi materializm yeganə düzgün metod elan edilmişdir. 

Dialektik  materializm  metodu  müasir  dövlət  və  hüquq 

nəzəriyyəsində ehkamlaşdırılmasa da, nəzəriyyəçilərin bir çoxu onu 

yenə  də  ümumi,  universal  metod  kimi  qəbul  edir.  Lakin  dialektik 

materializmin  dövlət  və  hüquq  nəzəriyyəsinin  ümumi  metodu  kimi 

qəbul edilməsi ilə razı olmayanlar da var. Bəzi nəzəriyyə- 

62 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə