ilqar Məmmədov
Dövlət və hüquq nəzəriyyəsi ümumi anlayışlar, kateqoriyalar
müəyyənləşdirərkən,
dövlət
və
hüququn
inkişaf
qanunauyğunluqlarını, həmin hadisələrin mahiyyətini, funksiyalarını,
formalarını və s. öyrənərkən konkret bir dövrün və ya bir dövlətin
təcrübəsi, həmçinin də dövlət-hüquq həyatının müəyyən bir tərəfi ilə
məhdudlaşmır. O, dövlət və hüququn inkişafının ümumi
qanunauyğunluqlarını, onların əsas xaratkerik xüsusiyyətlərini və
əlamətlərini öyrənərkən bütün tarixi dövrlərin dövlət və hüququnu,
dövlət-hüquq gerçəkliyinin bütün tərəflərini nəzərə alır. Dövlət və
hüquq nəzəriyyəsinin bu cür ümumi xarakterə malik olması
səbəbindən bəzi müəlliflər onu «Ümumi dövlət və hüquq
nəzəriyyəsi» elmi və tədris fənni adlandırmağı daha düzgün hesab
edirlər. Misal üçün, V.S.Nersesyans yazır ki, bu sahəni «Ümumi
dövlət və hüquq nəzəriyyəsi» adlandırmaq onun məzmununa və
predmetinə daha çox uyğun gəlir. Belə ki, hüququn və dövlətin nəzəri
məsələləri ilə, yəni nəzəri (elmi) tədqiqatlarla öz sahələri daxilində
bütün hüquq elmləri məşğul olur. Qnoseoloji planda «nəzəriyyə» və
«elm» anlayışları sinonimlərdir. Odur ki, nəzəriyyə deyərkən, məhz
elmilik mənasında nəzəriyyə, elm deyərkən isə müəyyən bir (ümumi
və ya daha xüsusi) nəzəriyyə başa düşülür. Bu hüquq elmi isə öz
vəzifələrinə, funksiyalarına, predmetinə və metodlarına görə bütün
hüquqşünaslığa (hüquq elmələrinə) münasibətdə ümumi nəzəriyyə
kimi çıxış edir. Dövlət və hüquq haqqında elmi-nəzəri fikrin bütün
mühüm nailiyyətləri, ümumiyyətlə, dövlət və hüquq haqqında olan
biliklərin ən əsas və ən ümumi tərəfləri məhz, bu sahədə cəmləşir."'
Bəzi müəlliflər isə ümumi dövlət və hüquq nəzəriyyəsi ilə yanaşı,
xüsusi dövlət və hüquq nəzəriyyəsinin yaradılmasına da ehtiyac
görürlər. Onların fikrincə, dövlət və hüquq nəzəriyyəsi nəzəri biliklərin
iki səviyyəsini: ümumi (konkret dövrün və dövlətin hüquqi
reallıqlarından asılı olmayan) və xüsusi (konkret döv-
' Проблемы общей теории права и государства. Под обшей редакцией
академика Российской Академии Наук, доктора юридических наук, проф.
Нерсесянца В.С. М., 2002, з. 1.
12
Dövlət və hüquq nəzəriyyəsi
rün və dövlətin reallıqlarından çıxış edilən) nəzəri bilikləri əhatə edir.
Odur ki, ümumi və xüsusi nəzəri biliklər sahəsinin hər biri ayrıca
nəzərə alınmalıdır. Həmin müəlliflər yazırlar ki, dövlət və hüquq
nəzəriyyəsinin əhatə etdiyi bir sıra mövzular, məsələn, «Hüquq
normaları», «Hüququn sistemi», «Normativ-hüquqi aktlar» və s.
əsəsən xüsusi xarakterli nəzəri bilikləri əhatə edir. Belə ki, həmin
mövzularla bağlı olan nəzəri müddəalar konkret bir dövlətin və ya
bəzi dövlətlərin hüquqi gerçəkliyini əks etdirir. Belə olan halda xüsusi
nəzəri biliklərə aid mövzuları əhatə edən tədris kursunu və ya fənni
«Ümumi dövlət və hüquq nəzəriyyəsi» adlandırmaq bir o qədər də
düzgün deyil.''
Yuxarıda qeyd etdik ki, dövlət və hüquq nəzəriyyəsi dövlət və
hüququ bütöv bir tam kimi öyrənir. Bunun əsas səbəbi odur ki, dövlət
və hüquq blr-blri ilə üzvi əlaqəsi olan hadisələrdir. Ona görə də bu
hüquq elmi «Dövlət və hüquq nəzəriyyəsi» və yaxud «Ümumi dövlət
və hüquq nəzəriyyəsi» adlandırılır. Dövlət və hüquq nəzəriyyəsi
dövlət və hüququ vəhdətdə öyrənsə də, onlar Ikl nisbi müstəqil
hadisə olduğundan həmin elm sahəsi iki hissəyə, «Dövlət
nəzəriyyəsi» və «Hüquq nəzəriyyəsi»nə bölünür. Lakin elə dərsliklər,
dərs vəsaitləri və mühazirə kursları var ki, onları bir-birindən ayırır,
vəhdətdə öyrənmir və diqqəti hüquq hadisələri üzərində cəmləşdirir.
Ona görə də, ancaq hüquq nəzəriyyəsinə aid olan «Ümumi hüquq
nəzəriyyəsi» və ya «Hüquq nəzəriyyəsi» dərslikləri və dərs vəsaitləri
hazırlanır və İstifadə olunur.2
Dövlət və hüquq nəzəriyyəsi dövlət-hüquq gerçəkliyi baradə
ümumnəzəri biliklər sistemi olduğundan sahəvl hüquq elmlərini
öyrənməzdən əvvəl həmin biliklərlə tanış olmaq lazımdır. Məhz
' Теория государства и права. Часть 1, Теория государства. Под
редакцией Венгерова А.Б. М., 1995, з. 4.
^ В а х: Алексеев С.С. Теория права. М., 1995, Общая теория права.
Под обшей редакцией док. юридических наук, проф. Пиголкнпа А.С. М.,
1997, Поляков А.В. Общая теория права: Феноменолого-коммуникативный
подход. Курс лекций. Санкт-Петербург 2003
УО
.
Ч
.
13
ilqar Məmmədov
buna görə də, dövlət və hüquq nəzəriyyəsi digər hüquq elmlərinə
münasibətdə həm də «giriş elmi» kimi çıxış edir. Təsadüfi deyil ki,
tələbələr sahəvi hüquq elmlərini öyrənməzdən əvvəl onlara dövlət və
hüquq nəzəriyyəsi fənni tədris olunur.
Bu fənn, ümumnəzəri hüquq elmi olan dövlət və hüquq
nəzəriyyəsinin bazasında yaradılmışdır. Belə bir fənnin tədrisi
hüquqşünas ixtisasına yiyələnən tələbələrin, həmçinin digər
humanitar ixtisaslar üzrə yetişən tələbələrin ümumi hüquq
mədəniyyətini, hüquqi şüuru dərinləşdirir, onlarda hüquqi
düşüncənin elmi bazasını formalaşdırır. Dövlət və hüquq
nəzəriyyəsinin tədris olunması nəticəsində tələbələrdə dövlət və
hüququn əsas anlayışları barədə ilkin təsəvvür yaranır və sahəvi
hüquq elmlərinin mənimsənilməsi asanlaşır.
«Dövlət və hüquq nəzəriyyəsi» fənni müəyyən sistemə uyğun
tədris olunur. Həmin sistem, bu elmin predmetinin obyektiv
strukturunu və məzmununu əks etdirən problemləri, məsələləri
müvafiq mövzular şəklində məntiqi ardıcıllıqla qurur. Tələbələr dövlət
nəzəriyyəsinin əhatə etdiyi problemlərlə bağlı bilikləri öyrəndikdən
sonra hüquq nəzəriyyəsini öyrənməyə başlayırlar.
Dövlət və hüquq nəzəriyyəsinin birinci, yəni dövlət nəzəriyyəsi
hissəsi əsasən «Dövlət və hüququn yaranması», «Dövlətin və
hüququn tipləri», «Dövlət anlayışı», «Dövlət və hüququn yaranması
haqqında
nəzəriyyələr»,
«Dövlətin
mahiyyəti»,
«Dövlətin
funksiyaları», «Dövlətin formaları», «Dövlət mexanizmi», «Cəmiyyət
və hakimiyyət», «Cəmiyyətin siyasi sistemində dövlətin yeri»,
«Hüquqi dövlət» mövzularını əhatə edir. İkinci, yəni hüquq
nəzəriyyəsi hissəsinə aid olan mövzular daha çoxdur. Həmin
mövzulara, ilk növbədə, «Hüququn anlayışı və mahiyyəti»,
«Hüququn funksiyaları», «Hüquq norması», «Normativ hüquqi
aktlar», «Hüququn mənbələri», «Hüququn prinsipləri» «Hüququn
təfsiri», «Hüquqyaradıcılığı və qanunyaradıcılığı», «Hüquq qaydası
və qanunçuluq», «Hüquq sistemi», «Hüquq münasibətləri»,
«Hüququn realizəsi», «Hüquq pozuntusu və hüquqi məsuliyyət»,
«Hüquq mədəniyyəti və hüquqi şüur», «Hüquqi nizamasalma
mexanizmi» aiddir.
14
Dostları ilə paylaş: |