Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə9/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   5   6   7   8   9   10   11   12   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

dan  çıxış  edərək  ümumiləşdirmələr  aparır.  Bu  baxımdan,  dövlət  və 

hüquq nəzəriyyəsi bütövlükdə hüquq elmləri sahəsində əlaqələndirici 

funksiyanı  həyata  keçirir,  yəni  hüquq  elmlərinə  münasibətdə 

əlaqələndirici  rol  oynayır.  «Sahəvi  hüquq  elmləri  arasında  üzvi 

əlaqənin  yaradılmasına  və  möhkəmləndirilməsinə,  mümkün 

təkrarlıqların  aradan  qaldırılmasına  dövlət  və  hüquq  nəzəriyyəsi 

kömək  edir.  Dövlət  və  hüquq  nəzəriyyəsinin  işləyib  hazırladığı 

anlayışlar,  kateqoriyalar,  prinsiplər  sahəvi  hüquq  elmlərində  rəhbər 

tutulur. Bununla dövlət və hüquq nəzəriyyəsi onları əlaqələndirir və 

hüquq elmlərini vahid sistemdə birləşdirir».’' 

Beləliklə,  dövlət  və  hüquq  nəzəriyyəsi  bir  növ  sahəvi  hüquq 

elmlərini  bütün  hüquq  elmləri  üçün  ümumi  olan  məsələlərin 

tədqiqindən azad etmiş olur. Dövlət və hüquq nəzəriyyəsi tərəfindən 

işlənib  hazırlanan  «hüquq  norması»,  «hüququn  mənbəyi»,  «hüquq 

sistemi»,  «hüququn  tətbiqi»  və  s.  nəzəriyyələr  digər  sahəvi  hüquq 

elmlərinin nəzəri bazasına çevrilir. 

Dövlət  və  hüquq  nəzəriyyəsinin  sahəvi  hüquq  elmlərinə 

münasibətdə  ümumiləşdirici  və  sintezləşdirici  xarakterə  malik 

olmasının açıqlamasını M.N.Marçenko aşağıdakı kimi verir; 

Birincisi, dövlət və hüququn yalnız ayrı-ayrı sahələri, tərəfləri ilə 

geniş  şəkildə  məşğul  olan  sahəvi  hüquq  elmlərindən  fərqli  olaraq, 

dövlət  və  hüquq  nəzəriyyəsi  «sintez  olunmuş»  bütün  dövlət-hüquq 

materiyası ilə İşləyir. 

ikincisi,  özünün  xüsusi  anlayış  aparatına  malik  olan  sahəvi 

hüquq elmlərindən fərqli olaraq, dövlət və hüquq nəzəriyyəsi bütün 

sahələr üçün ümumi olan anlayışlar və kateqoriyalar işləyib hazırlayır. 

Həmin anlayışlar və kateqoriyalar ayrı-ayrı sahələr daxilində xüsusi 

anlayışların yaradılmasının əsası kimi çıxış edir. 

Üçüncüçü,  dövlət  və  hüquq  nəzəriyyəsi  bütün  sahəvi  hüquq 

elmləri  üçün  ümumi  olan  metodlar  və  elmi  idrakın  prinsiplərini 

müəyyənləşdirir.  Yəni  dövlət  və  hüquq  nəzəriyyəsi  dövlət-hüquq 

materiyasının  dərk  edilməsində  metodoloji  baza  kimi  çıxış  edir.  Bu 

əsasda da hər bir sahəvi elm öz daxilində hüquq normaları- 

Yenə orada. 



27 


ilqar Məmmədov 

nın  dərk  edilməsi  və  realizasiyasının  sahəvi  prinsip  və  metodlarını 

formalaşdırır."' 

İ.F.Maçin yazır ki, elmi fikrin bir forması kimi çıxış edən dövlət və 

hüquq  nəzəriyyəsi  statiklik  baxımından,  ilk  növbədə,  bütövlükdə 

dövlət  və  hüquq  və  onların  qarşılıqlı  əlaqəsi  haqqında  müxtəlif 

məktəblər tərəfindən hazırlanmış biliklərin sistemidir. 

Dinamiklik baxımından isə dövlət və hüquq nəzəriyyəsi bir elmi 

məktəbin  öz  metodoloji  mövqeyindən  çıxış  etməklə  digər  elmi 

məktəbin metodoloji mövqeyini və əldə etdiyi nəticələri tənqid etməsi 

prosesidir  ki,  bu  da  dövlət  və  hüquq  haqqında  biliklərin  daha  çox 

rasionallaşmasına  və  onların  konseptuallaş-  masında  yeniləşməyə 

səbəb olur.2 

Dövlət  və  hüquq  nəzəriyyəsinin  öz  nəzəri  müddəalarını  digər 

hüquq  elmlərinin,  həmçinin  bir  sıra  başqa  ictimai  elmlərin  elmi 

nəticələrini ümumiləşdirməklə formula etməsini onun indiyə kimi öz 

elmi əsaslarını tapmaması kimi xarakterizə edənlər də var. Məsələn, 

O.A.Puçkov həmin mövqedən çıxış edərək yazır ki, dövlət və hüquq 

nəzəriyyəsinin  predmetinə  aid  məsələlərin  dörddə  üçü  digər 

elmlərdən alınmadır. O, bununla bağlı misallar gətirərək fikrini belə 

açıqlayır: «Hal-hazırda da dövlət və hüquq nəzəriyyəsinin predmeti 

sahəsinə  daxil  olan  hüquq  münasibətlərinin  obyektlərinə  dair 

məsələlər  mülki  hüquq  elmindən  götürülmədir.  Həmin  məsələlər 

barəsində  dövlət  və  hüquq  nəzəriyyəsinin  «öz  nəzəri  müddəaları» 

yoxdur.  Hüquqi  dövlətlə  bağlı  müddəalar  əsas  etibarilə 

politologiyadan və ümumi dövlət və hüquq tarixindən inkorporasiya 

edilir,  dövlət  və  hüququn  yaranmasının  faktiki  materialı  isə  ümumi 

dövlət  və  hüquq  tarixindən  alınır  və  bu  halda  tədqiqatçılar  hətta 

ümumiləşdirmə səviyyəsinə də qalxmırlar».2 

1

 



Проблемы  теории  государства  и  права.  Под  редакцией  док. 

юридических наук, профессора Марченко М.Н. М., 2002, з. 42. 

2

 

Теория  государства  и  права. 



Под  редакцией  про(р.

 

Марченко 



М.Н. 

М., 1998, 3.11-12. 



■ ^Пучков  О.А. 

Теория  государства  и  права:  проблемы  и 

перспективы./ Правоведение. № 6, 2001, з. 9. 

28 



Dövlət və hüquq nəzəriyyəsi 

O.A.Puçkovun bu fikri nəzəriyyəçilərin əksəriyyətinin mövqeyi ilə 

üst-üstə  düşmür.  Nəzəri  ədəbiyyatda  özünə  yer  alan  əsas  mövqe 

belədir ki, dövlət və hüquq nəzəriyyəsi öz nəzəri müddəalarını digər 

hüquq  elmlərinin,  həmçinin  bir  sıra  başqa  ictimai  elmlərin  elmi 

nəticələrinin ümumiləşdirilməsi əsasında qursa da o, sahəvi hüquq 

elmlərinin nəzəriyyəsi ilə əvəz olunmur və onlarda əriyib itmir.^ 

Dövlət  və  hüquq  nəzəriyyəsi  sahəvi  hüquq  elmlərinə 

münasibətdə ümumnəzəri hüquq elmi kimi çıxış etməklə onların özü 

tərəfindən müəyyənləşdirilməsi çətin olan nəzəri-hüquqi problemləri 

aşkarlayır,  hüquq  hadisələrini  ictimai-mədəni,  siyasi,  iqtisadi 

faktorlarla  əlaqələndirə  bilir,  bütün  sahələr  üçün  ümumi  olan 

anlayışlar  və  kateqoriyalar  işləyib  hazırlayır,  dövlət  və  hüquq 

hadisələrinin nəzəri təhlilinə imkan yaradır və ən nəhayət, hazırladığı 

nəzəri  modellərdən  çıxış  edərək  dövlət  və  hüquqla  bağlı  konkret 

faktları  şərh  edir,  həmin  faktları  doğuran  tendensiyaların  inkişafını 

proqnozlaşdırır,  onlara  qiymət  verir.  Beləliklə  də,  dövlət  və  hüquq 

nəzəriyyəsi  bir  növ  cəmiyyətin  siyasi  və  hüquqi  strukturlarının 

kənardan, 

«üst 


qatdan» 

müşahidə 

edilməsinə 

və 


qiymətləndirilməsinə imkan yaradır. 

Özünün  elmi  statusu  və  əhəmiyyətinə  görə  ümumi-nəzəri 

xarakterli fundamental elm olan dövlət və hüquq nəzəriyyəsi ayrıca 

bir dövlətin və ya regionun təcrübəsi ilə məhdudlaşmır. Müxtəlif tarixi 

dövrlərə  aid  dövlət  və  hüquq  gerçəkliyinin  bütün  sahələrinin  və 

istiqamətlərinin  öyrənilməsi  əsasında  onların  inkişafının  ümumi  və 

spesifik  qanunauyğunluqlarını,  əsas  əlamətlərini  və  mühüm  olan 

xarakterik  xüsusiyyətlərini  aşkarlayır,  dövlət  və  hüquq  üçün 

xarakterik olan xüsusi halları ictimai hadisələr sistemindən ayıraraq 

müstəqil sosial hadisələr kimi tədqiq edir. O, dövlət və hüququ bütöv 

bir  tam  kimi  öyrənir  və  bununla  da  hüquq  elmləri  sistemində  onlar 

haqqında ümumi- ləşdirlcl biliklər yaradan fundamental siyasi-hüquqi 

elm kimi özünə yer alır. 

Хропанюк.В.Н. 

Теория государства и права. М., 2002, s. 25. 

29 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə