ilqar Məmmadov
§ 3. DÖVLƏT VƏ HUQUQ NƏZƏRİYYƏSİ ELMİNİN
İNKİŞAF TARİXİ
intibah və maarifçilik dövründə avropalı mütəfəkkirlər antik
dövrün fəlsəfəsini, o dövrdə formalaşmış hüquqi görüşləri və zəngin
hüquq təcrübəsini böyük maraqla, özü də yeni ruhda öyrənmiş və
beləliklə də, Avropada insana, cəmiyyətə, dövlətə və hüquqa yeni bir
münasibət formalaşmışdır. Bütövlükdə varlığa, insana və cəmiyyətə
göstərilən yeni münasibət xristian dininin ehkamlarından azad bir
dünyagörüşünün formalaşmasına gətirib çıxarmışdır. Yeni görüşlərin,
təlimlərin təsiri ilə ictimai şüurda baş verən dəyişikliklər tədricən
ictimai həyatın bütün sahələrinin sekulyarizasiyasına səbəb olmuş,
dini ehkamçılığı rasionalizm əvəz etmişdir. Rasionalizm, ilk növbədə,
fəlsəfədə inkişaf etmiş və onu ilahiyyatin «qulluqçusu» olmaqdan
qurtarmışdır. Həmin dövr fəlsəfəsinin ən parlaq simalarından olan
Dekart iddia edirdi ki, onun fəlsəfəsi ciddi rasional prinsiplər üzərində
qurulmaqla istisnasız olaraq şüura əsaslanır. Ümumiyyətlə,
maarifçilik fəlsəfəsi rasionallıq prinsipini inkişaf etdirərək «bütün
sahələrdə adətin gücünə, ənənələrə və avtoritetə qarşı mübarizə
aparırdı».
F.V.Taranovskinin yazdığı kimi, həmin dövrdən başlayaraq
«fəlsəfə ilahiyyatin qulluqçusu olmaqdan qurtulduğu kimi, hüquq elmi
də məhkəmənin qulluqçusu olmaqdan azad olmağa başlamışdır.
Hüquq elmində özünü göstərən yeni cərəyan rasionalizm adı ilə
məşhur olan fəlsəfi fikrin təsiri ilə inkişaf edərək təbii hüquq
məktəbinə də öz təsirini göstərmişdir».^
Buna qədər, digər sahələr kimi hüquqşünaslıq da ehkamçı
düşüncə tərzinə bağlı idi. Ehkamçı hüquqşünaslıq kənardan -
müqəddəs kitabdan, Roma hüququnun mənbələrindən irəli gələn
normaları olduğu kimi qəbul edib, onları praktiki tələblərə
* Кассирер Эрнст.
Философия Просвещения. М., 2004, я. 259.
2
Тарановскин Ф.В.
Энциклопедия права. Санкт-Петербург 2001, 5.26.
30
Dövlət və hüquq nəzəriyyəsi
uyğun şərh etməklə məşğul idi. Məsələn, Yustiniyanın hazırlatdığı
məcəllə ehkamçı hüquqşünaslıq tərəfindən həqiqi qanun kimi qəbul
olunurdu. Ehkamçılıq ruhuna uyğun olaraq, bu qanun, qeyd-şərtsiz
qəbul edildiyindən hüquqşünasların bütün enerjisi və intellektual
imkanları həmin sənəddəki müddəaların məzmununu açmağa,
mənasını şərh etməyə sərf edilirdi. O dövrün hüquq məktəblərində
belə bir fikir hakim idi ki, hüquqşünaslığın əsas vəzifəsi hüququn
praktiki tətbiqinə xidmət etməkdən ibarətdir. Qlossatorlar,
kommentatorlar və Fransa hüquq məktəbi məhz həmin vəzifəyə
xidmət edirdi.
Rasionalizm hüquqşünaslığın hüququn praktiki tətbiqinə xidmət
edən dar bir sahəyə çevrilməsi ilə razılaşmayaraq ehkam- çılığı rədd
etmiş
və
hüququn
daimi
və
dəyişilməz
əsaslarını
müəyyənləşdirərkən şüurun özünə əsaslanmağı zəruri bilmişdir.
Rasionalizmin təsiri ilə hüquqşünaslıq qanunvericinin «sakral
iradəsindən» doğan və xalqın adətlərindən irəli gələn, həmçinin
məhkəmə təcrübəsindən yaranan hüquqi qaydaların şərhi ilə
məhdudlaşmaqdan azad olmuşdur. Şüurun özü hadisələrin düzgün
dərk edilməsinin yeganə mənbəyi kimi qəbul edildiyindən hüquq
elminin yeni inkişaf tendensiyası meydana gəlmiş və həmin
tendensiya birgəyaşayışın həqiqi qanunlarının insan təfəkkürünə
əsaslanaraq öyrənilməsi tələbi ilə bağlı olmuşdur. Bunun nəticəsində
hüquq bilavasitə insanın öz təbiətinə bağlı olan və şüurla dərk edilən,
özü də şüura əsaslanan hadisə kimi qiymətləndirilmişdir. Belə bir
hüquq insanların istəyi ilə müəyyənləşən ötəri hüquqdan (ius
voluntarium) fərqlənən və öz dəyi- şilməzliyi ilə xarakterizə olunan
təbii hüquq (ius naturale) adlandırılmışdır.
Təbii hüquq məktəbinin nümayəndələrinin fikrincə, insanların
birgəyaşayışını tənzimləyən hüquq normaları, qanunlar insan
təbiətindən irəli gələn qanunauyğunluqlara əsaslanmalı və
təfəkkürün məntiqinə uyğun formalaşdırılmalıdır. Həmin normalar
varlığa immanent olan təbii qaydaları əks etdirməli, yəni ədalətli
olmalıdır. Onlar belə hesab edirdilər ki, ədalətin özü insanlar
arasındakı bərabərliyin ümumbəşəri prinsipləri ilə ölçül
31
ilqar Məmmədov
məlidir. Təbii hüquq nəzəriyyəsi ictimai müqavilə haqqında
fəlsəfi-hüquqi görüşlərin inkişafına da ciddi təsir göstərmişdir.
Təbii hüquqla bağlı rasional görüşlərin inkişaf etməsi bir müddət
sonra yus naturale harmonium, yəni təbii hüquq vasitəsilə faktiki
qüvvədə olan hüququn (pozitiv hüququn) təkmilləş- dirilməsinə yeni
imkanlar açmışdır. Rasional təbii hüquq, hüquq sahəsində
islahatların
həyata
keçirilməsinin
nəzəri
prinsiplərini
müəyyənləşdirməklə yanaşı, həm də təbii hüquqların mövcud hüquq
sisteminə daxil edilməsi barədə mühüm müddəalar işləyib
hazırlamışdır. Dövlətin özü isə ictimai müqavilənin nəticəsi kimi şərh
edildiyindən o,həmin hüquqların təmin edilməsi üçün mövcud olan
institut kimi dəyərləndirilmişdir. Beləliklə də, xristian teologiyasından
azad olmuş rasional düşüncəyə əsaslanan təbii hüquq məktəbi
dövlətlə hüquq arasındakı bağlılığın yeni obrazını formalaşdırmışdır.
Həmin təsəvvürə görə, dövlət insanların birgəyaşayışa olan
tələbatlarından irəli gələn bir təşkilat kimi təbii hüquqların təmin
edilməsinə xidmət etməlidir. Təbii hüquqların nədən ibarət olduğunu
müəyyənləşdirmək üçün insanın təbiətindən irəli gələn tələbatlardan
çıxış edilməlidir. C.Lok- kun fikrincə, ictimai müqavilə insanların
qarşılıqlı olaraq öz təbii hüquqlarının bəzilərindən dövlətin xeyrinə
imtina etməsini əks etdirir. Bütün qalan təbii hüquqlar isə vətəndaş
hüquqlarına transformasiya olunur. «Müqavilənin mahiyyəti təbii
azadlığın məhdudlaşmasındadır; məhdudlaşma üsulu isə həyata
keçirilməsinə görə dövlətin («hökumətin») məsuliyyət daşıdığı hamı
üçün ümumi olan qanunlardır. Beləliklə, real siyasi hakimiyyət imtina
olunan təbii hüquqların akkumilyasiya olunmuş gücü kimi çıxış edir.
Dövlətin təbiətinin bu cür başa düşülməsinin «idarə olunanların
razılığı» prinsipi ilə əlaqəsi var. Həmin prinsip isə hakimiyyətin
yurisdiksiyasını və cəmiyyətin qanunsuzluqdan və özbaşınalıqdan
(«tiraniyadan») müdafiə hüququnu müəyyənləşdirir».”'
1 Конституция США: история и современность.
Под ред. доктора
юридических наук, ироф.
Мишина А.А. и доктора исторических наук,
ироф.
Языкова Е.Ф.
М., 1988, я.37.
32
Dostları ilə paylaş: |