Dövlət və hüquq nəzəriyyəsi
əvvəllərində tanınmış alim I.Mixaylovski yazırdı ki, bu sahə ilə məşğul
olan tədqiqatçı ən azı iki əsas vəzifəni həyata keçirməlidir. Onlardan
birincisi, bütün xüsusi hüquq elmlərinin əsasında duran anlayışların
məntiqi cəhətdən tamamlanmış sistemini yaratmaqdan və həmin
elmlərin qazandığı nailiyyətləri harmonik şəkildə bir tam daxilində
cəmləşdirməkdən ibarətdir, ikinci vəzifə isə, xüsusi elmlərin işlənib
hazırlanmasının metodlarını öyrənməkdən ibarətdir. Mixaylovskiy
göstərir ki, metodologiya məsələsi xüsusi hüquq elmlərinə deyil,
məhz nəzəriyyə sahəsinə aiddir, çünki həmin məsələ onların hamısı
üçün ümumi olan məsələdir.”'
Nəzəriyyəçilərin fikirlərini ümumiləşdirərək deyə bilərik ki, dövlət
və hüquq nəzəriyyəsi dövlət və hüququn ən ümumi
qanunauyğunluqları,
dövlət-hüquq
hadisələrinin
yaranması,
mahiyyəti, məzmunu və forması, vahid dövlət-hüquq gerçəkliyinin
müxtəlif cəhətləri arasındakı əlaqələr haqqında biliklər sistemi,
ümumnəzəri xarakterə və əhəmiyyətə malik olan fundamental
siyasi-hüquqi elmdir. Dövlət və hüquq nəzəriyyəsinin anlayışı ilə bağlı
Azərbaycanın hüquqşünas alimi M.F.Məlikova da yazır ki, dövlət və
hüquq nəzəriyyəsi digər ictimai elmlərlə sıx əlaqədə dövlət və hüquq
hadisələrini, onların yaranmasını, inkişafı və ölüb getməsinin
qanunauyğunluqlarını, qarşılıqlı əlaqəsi və təsirini, ictimai həyatın
başqa hadisələrinə təsirini, xüsusi təyinatını, mövcudluğunun əsas
formalarını
öyrənir.^
Dövlət və hüquq nəzəriyyəsinin fundamentallığı onun həm
istiqamətləndirici, metodoloji elm olması, həm də dövlət və hüquq
hadisələrini ümumnəzəri istiqamətdə tədqiq etməsi, həmin
hadisələrlə bağlı ümumiləşdirici mülahizələr və müddəalar, həmçinin
digər hüquq elmləri üçün ümumi baza rolunu oynayan kateqoriyalar
işləyib hazırlaması ilə bağlıdır.
Марченко M.H.
Проблемы теории государства и права. М., 2001,
S.
50.
2 Məlikova M.F.
Dövlət və hüquq nəzəriyyəsi. Bakı, 1988, s. 5.
ilqar Məmmədov
Qeyd etdiyimiz kimi, dövlət və hüquq nəzəriyyəsi dövləti və
hüququ bütöv bir tam kimi, onların siyasi-hüquqi əhəmiyyəti
baxımından öyrənir. Buna görə də, dövlət və hüquq nəzəriyyəsi
siyasi-hüquqi qanunauyğunluqlar haqqında ümumiləşdirilmiş biliklər
sistemi kimi çıxış edir. Onun hüquqi elm olması hüququ öyrənməsi ilə
bağlıdır. Bu elmin siyasiliyi isə siyasi hadisə olan dövləti öyrənməsinə
görədir.
Dövlət və hüquq nəzəriyyəsi siyasi-hüquqi qanunauyğunluqlar
haqqında ümumiləşdirilmiş biliklər sistemi, istiqamətləndirici,
metodoloji elm olması ilə yanaşı, həm də dünyagörüşü məsələlərini
həll edən nəzəri elmdir. Geniş mənada dünyagörüşü insanın
dünyaya, ətraf aləmə və özünə olan münasibətini, baxışlarının
(siyasi, fəlsəfi, hüquqi, etik və s.) məcmusunu və dəyər verdiyi
idealları əhatə edir. Fəlsəfi ədəbiyyatda deyilir ki, dünyagörüşü insanı
əhatə edən dünya haqqında, insanın özünə, təbiətə və cəmiyyətə
münasibəti, onun özünün dünyada yeri və mövqeyi haqqında
ümumiləşmiş görüşlər, İdeallar, baxış, inam və prinsiplər sistemidir.
Dünyagörüşü fərdin, sosial qrupun, sinfin, bütövlükdə cəmiyyətin
gerçəkliyə münasibəti və fəaliyyət istiqamətini müəyyən edən
baxışlar, ideya və normalardır. «Başqa sözlə, dünyagörüşü obyektiv
dünyaya və orada insanın yeri və roluna aid baxışlardır. Bunlar elə
baxışlardır ki, onlar insanın həyat mövqeyini, əqidəsini, ideya, idrak
və fəaliyyətini, sərvət meylini əsaslandırır və istiqamətləndirir».’'
Dövlət və hüquq nəzəriyyəsinin dövlət-hüquq hadisələri
haqqında yaratdığı ümumi təsəvvürlər, İşləyib hazırladığı
fundamental xarakterli mülahizə və müddəalar elmi biliklər sistemini
formalaşdırmaqla yanaşı, dövlət-hüquq hadisələrinin, institutlarının
müəyyən fəlsəfi, siyasi, etik və s. yöndən qiymətləndirilməsini də
ehtiva edir. Onun hazırladığı ümumiləşdirilmiş biliklər, mülahizə və
müddəalar dövlət və hüquq barəsində elmi dünyagörüşünü, həmçinin
bütövlükdə dövlət-hüquq gerçəkliyinə və onun ayrı-ayrı tərəflərinə
müəyyən münasibət formalaşdırır.
1
Fərhadoğlu Maqsud.
Fəlsəfənin əsasları. Bakı,
2002,
s.
10.
10
Dövlət və hüquq nəzəriyyəsi
Nəticədə də nəzəriyyənin rəhbər tutduğu paradiqmaya uyğun olaraq
dövlət və hüququn müəyyən obrazı yaradılır. Məsələn,
marksist-leninçi dövlət və hüquq nəzəriyyəsi dövlət və hüquq
hadisələri haqqında müvafiq dünyagörüşünü formalaşdırmaqla
istismarçı dövlətlə sosialist dövləti və hüququnun obrazlarını
yaratmışdır. Həmin dünyagörüşünə görə, dövlət və hüquq haqqında
düzgün elmi təsəvvür yaradan marksizm ən qabaqcıl sinfin- fəhlə
sinfinin dünyagörüşü kimi meydana gəlmiş və elmi dünyagörüşü kimi
inkişaf etmişdir. Marksizmə görə, dövlət bir sinfin başqa sinfə zülm
etməsi maşını, yəni onları öz itaətində saxlaması üçün lazım olan bir
maşındır. Odur ki, dövlətin mahiyyəti onun hər hansı bir sinfin
diktaturasını həyata keçirməsində təzahür edir, istismarçı
cəmiyyətlərdə diktatura əhalinin əksəriyyətinin azlıq tərəfindən,
«zəhmətkeş kütlələrin bir qrup istismarçılar tərəfindən» əzilməsi
məqsədi ilə həyata keçirilir. Sosialist dövləti isə öncə proletariat
diktaturası kimi çıxış edir, sosializmin tam və qəti qələbəsindən sonra
ümumxalq dövlətinə, «bütün xalqın mənafe və iradəsini ifadə edən»
quruma çevrilir, istismarçı dövlətlərdən fərqli olaraq, sosialist
dövlətinin əsas məzmunu, mahiyyəti zorakılıq deyil, kommunizm
cəmiyyəti qurmaq sahəsində yaradıcı işdən ibarətdir, ictimai
münasibətlərin sinfi tənzimləyicisi kimi çıxış edən hüquq isə hakim
sinfin iradəsi vasitəsi ilə ifadə olunur. Odur ki, hüquq hakim sinfin
dövlət iradəsini ifadə edən və ictimai münasibətlərin sinfi
tənzimləyicisi kimi çıxış edən və dövlət tərəfindən təmin olunan
ümumməcburi normalar sistemidir.
Müasir dövlət və hüquq nəzəriyyəsinin yaratdığı dövlət və hüquq
obrazı, həmçinin həmin hadisələrə münasibətin özü tamamilə
başqadır. Müasir nəzəriyyəyə görə, inkişaf etmiş dövlət sosialist
dövləti deyil, hüquqi dövlətdir. Hüquqi dövlət haqqında elmi
təsəvvürün özü isə müvafiq fəlsəfi görüşlərə, siyasi- hüquqi
konsepsiyalara
əsaslanır.
Beləliklə
də,
marksizm-leninizm
nəzəriyyəsinin yaratdığı sosialist dövləti obrazından çox fərqli dövlət
obrazı yaradılmış olur və bu da, qeyd etdiyimiz kimi, müvafiq
dünyagörüşündən irəli gəlir.
11
Dostları ilə paylaş: |