Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə72/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
286
287
hazırlanırdı. Bütün bu nümunələrin hamısı obyektiv reallığı 
doğru-dürüst əks etdirməyə səy göstərir, xalqın tipik obrazını 
təsvir edirdi. Belə hekayələrin  əsasında məhz povest janrı 
formalaşmağa başlayırdı.
Qaraqalpaq nəsrindən danışdıqda onun inkişafının 
XX  əsrin 40-cı illərindən başlandığını söyləmək daha 
düzgün olardı. Bu barədə qaraqalpaq yazıçılarının Üçüncü 
Qurultayında (1954-cü il) edilən məruzələrdən də xeyli 
informasiya almaq mümkündür. Qaraqalpaq ədəbiyyatının 
vəziyyəti və vəzifələri  haqqında çıxış edən məruzəçilər qeyd 
edirdilər ki qaraqalpaq yazıçılarının ikinci qurultayına qədər 
(1939-cu il) qaraqalpaq ədəbiyyatında nə bir povest, nə  də 
hekayələr məcmuəsi nəşr olunmamışdı.
3
50-ci illərdə qaraqalpaq yazıçılarının hekayələr məcmuəsi, 
A.Begimovun «Balıqçı  qızı» povesti, A.Urazovun «Çətin 
günlər», D.Taşenovun «Döyüş dostları» və s. əsərləri işıq üzü 
gprmüşdü. Qaraqalpaq ədəbiyyatında nəsr ilk zamanlarda 
özbək və rus ədəbiyyatının  təsiri altında inkişaf edirdi. Bu 
təsir ona görə güclü idi ki, qaraqalpaq ədəbiyyatında realist 
nəsr həmin dövrlərdə olduqca gənc bir janr idi. Məsələn. 
D.Taşenovun «Döyüş dostları» povestinin əsas mövzusu 50-
ci illər üçün xarakterik idi. Gənc qaraqalpaq əsgəri Otegen 
Stalinqrad döyüşlərinin iştirakçısıdır. Otegen əsgərliyə 
qorxaq bir gənc kimi yollanır  və qarşıdakı döyüşlərdən də 
qorxurdu. Lakin onun xarakteri qəddar müharibə şəraitində 
tədricən möhkəmlənir və o, əsl döyüşçüyə çevrilir, tezliklə 
vəziyyətə uyğunlaşır və dostlarının köməyi ilə təcrübə əldə 
edir. Müəllif Otegen obrazını daim hərəkətdə əks etdirməklə, 
onun kişilik və cəsurluq xarakterinin necə formalaşdığını və 
qəhrəmanın təşəkkül dinamikasını göstərir. D.Taşenovun 
əsərinin  belə nəzərəçarpacaq uğurları ilə yanaşı, povest həm 
də eyni zamanda geniş  bədiilik meyarlarına cavab vermir. 
Burada xronikallıq, oçerklilik və  təsvirçilik daha böyük 
üstünlük təşkil edir. Bəzi obrazlar heç də canlı xarakteri ilə 
fərqlənmir, fərdiliyi ilə diqqəti cəlb etmir.
Böyük Vətən Müharibəsi illərində qaraqalpaq 
ədəbiyyatında roman janrı, demək olar ki, inkişaf etməmişdi. 
Çünki bu illər nəsri  əsas etibarı ilə publisistik məqalələr, 
zarisovkalar, oçerk və hekayələrdən ibarət idi. Qaraqalpaq 
sənətkarları daha fəal  şəkildə xüsusən oçerk janrında 
işləyirdilər. Qaraqalpaq ədəbiyyatının inkişafının  əsas 
tendensiyalarını təhlil edən akademik N.Nurmühəmmədov 
haqlı olaraq qeyd edirdi ki, «oçerk müharibə dövründəki 
qaraqalpaq nəsrində ən populyar və inkişaf etmiş janr idi».
4
 
Bu dövr qaraqalpaq yazıçılarının yaradıcılığının başlıca 
xüsusiyyəti həm də ondan ibarət idi ki, onların  əksəriyyəti 
nəsrdə  işlədiyi kimi, həm də poeziya janrında fəaliyyət 
göstərirdi. Bu mənada M.Daribaevin J.Aymirzəyein, D.Naz-
ber genovun, F.Məcidovun və digərlərinin yaradıcılığı xüsusilə 
səciyyəvidir. Qaraqalpaqstanın müxtəlif rayonlarına səfərlər 
nəticəsində M.Daribaev «Üç batırın anası», «Traktorçu», «Çöl 
haqqında hekayə», «Qaynar həmlə» və s. kimi oçerklərində 
əməkçi xalq haqqında söhbət açır.  Əvvəlki onilliklərdəki 
mövcud oçerklərdən fərqli olaraq bu oçerklərin qəhrəmanları 
daha relyefli idi. Məsələn, Ayğül qəhrəmanın simasında («Üç 
batırın anası») və Gülcamalla («İş arxasında») müəllif məğrur 
ana və  tələbkar qadın obrazını yaratmağa müvəffəq olur. 
M.Daribaev həm də satirik hekayələr müəllifi kimi məşhur idi. 
Onun «Satıcı qız», «Mirzəbəyin boşboğazlığı» və s. əsərlərini 
göstərmək olar ki, bu əsərlərdə  bürokrat təfəkkürlü  insanlar 
tənqid atəşinə tutulurdu.
Nəzərdən keçirdiyimiz nəsr nümunələrindən bir neçəsini 
qeyd edək. Məsələn, J.Aymirzəyevin oçerkləri vətənpərvərlik 
və humanist ideya və motivləri ilə  zəngindir. Burada yenə 
də J.Aymirzəyevin («Çkalovçular əmək cəbhəsində»), J.Sa-
parovun («Şumanay»),  İ.Sultanovun («Pambıq us-tası»), 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
288
289
N.Japakovun («İlk nümunə»), N.Məhsudinin («Ana»), 
D.Nazbergenovun («Serjant Baxi Dosımbetov»), A.Turum-
betovun («Amudan Baltikə  qədər») və digərlərinin  əsərlər 
qeyd edilməlidir.
Adlarını    çəkdiyimiz və digər oçerkçilər  əsasən xalqın 
maraqları ilə yaşayan qəhrəmanların mühüm xüsusiyyətləri 
üzərində diqqəti cəmləşdirməyə daha çox səy göstərirdilər.
Müharibə hadisələri və yaşantıları R.Məcidovun («Qəm-
gin intizar»), N.Davkarayevin («Qoçaqlıq») və («Ölüm dən  
qorxmazlar»)  əsərlərində öz əksini doğru-dürüst tapmış-
dır. N.Davkarayevin hər iki hekayəsində  qəhrəma n ların 
qorxmazlığı  və  cəsurluğu zəngin bədii rənglərlə  təsvir 
olunurdu.  R.Məcidovun «Qəmgin intizar» əsərində eyni 
zamanda həm ön, həm də arxa cəbhə əks olunurdu. Əsərin 
əsas qəhrəmanları ər-arvad – Mambet və Ziyadədir. Mambet 
döyüşlərdə  iştirak edir və bir neçə  dəfə yaralanır. Buna 
baxma yaraq, o, qələbəyə  qədər vuruşmaq fikrindədir. Mam-
betin arvadı Ziyadə isə öz növbəsində arxa cəbhədə fədakar-
ca sına işləyir və öz zəhməti ilə qələbəni yaxınlaşdırmağa ça-
lışır. Müəllif onların obrazında müharibənin tipik xüsusiy yət-
lə rini  təcəssüm etdirə bilmişdir. N.Davkarayevin «Qoçaqlıq» 
he k ayəsində isə müharibənin böyük dəhşətləri təsvir 
olunmuşdur. Burada baş  qəhrəman Sabirbəy kəşfiyyatdan 
qayıdarkən gülləbarana düşür. Yaralanmış  qəhrəman 
çətinliklərə baxmayaraq, belə  vəziyyətdən canını qurtarır. 
Əsərdə müəllif müharibənin başlıca hadisələrini doğru-
dürüst mövqedən dəyərləndirə bilir. «Qoçaqlıq» hekayəsinin 
dili son dərəcə sadə, aydın, canlı və obrazlıdır, o müharibənin 
psixologizmini və özünəməx susluğunu yetərincə əks etdirir.
XX  əsrin 30-40-cı illərində  nəsr, dramaturgiya və 
ədəbiyyatşünaslıq sahəsində Nazim Davkaraev (1905-1953) 
daha fəal çıxış edirdi. Onun «Partizan 
lar», «İnternatda», 
«Xoşbəxt  əmək» və digər hekayələri  daha çox diqqəti cəlb 
edən nümunələrdəndir. Bundan başqa onun «Alpamıs» mu-
siqili dram əsəri qaraqalpaq teatrının səhnəsində daim uğur-
la oynanılmış,  əsər bu gün də  bədii dəyərini itirmə miş dir.
Qaraqalpaq nəsrini yaradanlardan biri də  Əhməd  Şah-
muradov (1912-1953) olmuşdur. Onun «Köhnə  məktəbdə» 
avtobioqrafik povesti olduqca yüksək bədii keyfiyyətlərlə 
fərqlənməklə qaraqalpaq bədii nəsrinin zəngin səhifələrindən 
birini təşkil edir.
Müharibə dövründə və ondan sonrakı illərdə publisitika 
xüsusilə inkişaf etmişdir. Onun sonrakı inkişafına A.Tolstoy, 
M.Şoloxov, İ.Erenburq və digər rus yazıçılarının publisistikası,  
əsərlərinin qaraqalpaq dilinə  tərcüməsi böyük yardım 
göstərmişdir.
Müharibə dövründə qaraqalpaq nəsri inkişafda idi. Lakin 
onun formalaşması üçün nəinki illər, həm də onilliklər lazım 
gəlirdi. Belə ki, müharibə illərindəki bəzi əsərlər nəinki bədii 
cəhətdən dəyərli, həm də eyni zamanda qəhrəmanların 
obrazları yeknəsək təqdim olunmaqla, xarakterlər də 
mükəmməl deyildi. Ayrı-ayrı obrazlara gəldikdə isə onlar 
trafaretliyi ilə seçilməklə ciddi, aydın, milli xüsusiyyətdən də 
kənarda qalır, tələblərə cavab vermirdi.
Müharibədən sonrakı dövrdə qaraqalpaq yazıçıları 
oçerk, hekayə  və povest janrında eyni dərəcədə  məhsuldar 
işləyirdilər. Onlar əsərlərinin əsasına real gerçəklikdə yer alan 
mühüm faktları qoyurdular. Bununla belə əksər qaraqalpaq 
yazıçılarına  müasirlərinin bədii obrazlarını bütün parlaqlığı 
ilə    əks etdirmək müyəssər olmurdu. Bədii obrazların tam 
şəkildə yaradılması üçün heç də yalnız həyat faktlarını 
yaxşı bilmək  kifayət etmirdi, həm də personajın xarakterini 
inkişafda göstərmək olduqca mühüm idi. 
İbrahim  Yusupov «İki yaddan çıxmayan gecə», Qalib Se-
yidnəzərov «Qızılqum novellası» hekayələrində  əsasən öz 
qəhrəmanlarının daxili aləmini daha yaxşı  şəkildə açmağa 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə