Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
158
159
VIII. QARAQALPAQ MUSİQİSİ
VƏ TƏTBİQİ SƏNƏTİ
Qaraqalpaq musiqisi xalqın şifahi-poetik yaradıcılığı
kimi onun fikir və hisslərinin ifadəçisi
olmaqla qədim tarixə
malikdir. Qaraqalpaq musiqi mədəniyyəti nəsildən-nəslə
şifahi şəkildə ötürülməklə qorunub yaşadılmışdır. Onun
daşıyıcıları, yayıcıları jıraular, baksılar, kosıkçılar, xanəndələr,
sazəndələr və s. olmuşlar.
Qaraqalpaq jıraularının epik repertuarı son dərəcə zəngin
və rəngarəngdir. Hər bir jırau ən azı 3-4 dastan, onlarla
ibrətamiz nəğmələr, çoxsaylı xalq melodiyalarını ifa edə
bilirdilər.
Onların arasında ən tanınmışı Jien Jırau və Qurbanbəy
Tajibəyov olmuşlar. Onlar çoxsaylı dastanları əzbər bilir və
ifa edirdilər. Qopuz jırauların ayrılmaz dostu olmuşdur.
Qopuzda 40-a qədər məşhur qaraqlapaq xalq melodiyasını
geniş şəkildə ifa etmək olar. Dastanlar
qaraqalpaq qəhrəman-
lıq, ictimai-məişət, tarixi eposunun ideya-bədii özü nə məx-
susluğu ilə orqanik şəkildə bağlıdır. İbrətamiz nəğ mə lər
dastanın bir hissəsi olmaqla, qopuzun akkonpanementi altın-
da ifa olunur.
Qaraqalpaq jırauları xırıltılı, baksılar isə daha sərbəst səslə
oxuyurlar. Baksı lirikdir, o, daim həyatı və məhəbbəti tərən-
nüm edir. Ona görə də xalq arasında belə bir deyim gəzir:
jırau – qoca nəslin, baksı-gənc nəslin sevimlisidir.
Jırau və baksı yaradıcılığı xalq eposunun həm də bizim
dövrdə məişətdə indiyə qədər qorunub saxlanılmasında
böyük rol oynamışdır.
Teatr
və musiqi mədəniyyətinin, radio, televiziya,
internetin yaranmasına, kompakt disklərin və komputerlərin
yayılmasına, texniki inkişafda müasir mədə niy yətin geniş
imkanlarından istifadəsinə baxmayaraq, qaraqalpaq xalqı
bu gün də jırau-baksıların yaradıcılığına son dərəcə böyük
maraq göstərməkdədir.
Qaraqalpaqların başlıca musiqi aləti digər türk xalqlarında
olduğu kimi qopuzdur. Simli olmaqla ondan qəhrəmanlıq
dastan larının ifası zamanı daha çox istifadə olunur (qopuz-
nəin ki qaraqalpaqların, həm də digər türk xalqlarının, azər-
bay canlıların, qazaxların, Anadolu türklə rinin, özbəklərin,
türkmənlərin və başqalarının musiqi alətidir). Dutar isə –
iki simli olmaqla, baksıların istifadə etdiyi musiqi alətidir.
Qopuzda və dutarda melodiyalar
nəğmə oxunmadan ifa
edilirdi. Bu alətlər həm də xalq bəstəkarları üçün son dərəcə
əvəzolunmaz alətlər idi.
Qopuz və dutardan başqa qaraqalpaqların özünə məx-
sus şinqopuz adlı musiqi aləti vardır. Bu qadın musiqi aləti
olmaqla liraya bənzəyir. Şinqopuzda adətən qızlar və təzə
ərə getmiş gəlinlər ifa edirlər. Bundan nəğmə ifası zamanı da
istifadə olunur. Onun təkrarsız, özünəməxsus səsi vardır.
Qaraqalpaqların həm də digər musiqi alətləri vardır ki,
çobanlar onu sırpay (Azərbaycan tütəyinə uyğun musiqi
aləti) adlandırırlar. Bir də - gildən düzəldilmiş adlı uşpələk
fitdir. Sonralar qaraqalpaqlarda digər simli musiqi alətləri
yaranmışdır ki, bu özbək və türkmənlərin qirjek adlı musiqi
alətinə uyğun olaraq hazırlanmışdır.
Musiqi repertuarının əsasını, qeyd etdiyimiz kimi, qəh rə-
manlıq dastanları, məhəbbət-romantik poemaları,
nəğmələr
(tarixi, məişət, əmək, sevgi və s.)
1
təşkil edir. Mətnlərin özü
olduğu kimi xalq nəğmələrinin musiqisi, məsələn, «Qız
Mınayım», «Demberles», «Alakais», «Adınnan», «Muxalles»,
«Nalış» və başqaları qaraqalpaq xalq musiqisi xəzinəsinin
əvəzsiz mirası kimi qiymətləndiril məkdədir.
Qaraqalpaqstanda böyük baksılar məktəbi fəaliyyət
göstərmişdir. T.Adam ba yeva Qaraqalpaqstanda qaraqalpaq
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
160
161
xanəndələr məktəbinin adını çəkir ki, onlar Qəribniyaz,
Akimbet, Kutım və Musa tərəfindən idarə olunurdu. Xalq
məşhur baksıların – bəstəkarların, musiqiçilərin, ifaçıların
çıxışına sevgi ilə qulaq asırdı. Onların sırasında Akımbet,
Musa, Juman, Eşbay, Bayniyaz,
Hurliman, Yeman, Karacan,
Japak və s. vardır. Baksı mədəniyyəti XX əsrdə və müasir
dövrdə də geniş yayılmaqdadır.
Qaraqalpaqstanda ənənəvi musiqi formaları ilə yanaşı,
tətbiqi sənətin yeni növləri yaranmağa başladı ki, bunların da
əsasını teatr və memarlıq təşkil edirdi.
Tətbiqi sənətə gəldikdə isə, bu qaraqalpaqlarda çoxdan
inkişaf etmiş bir sahədir. Burada ağac üzərində oyma, ilmə,
tikmə, xalçaçılıq, zərgərlik, sənətkarlıq, dəri üzərində müxtəlif
aplikasiyalar və s. kifayət qədər məşhurdur.
Qaraqalpaq tətbiqi sənətinin toplayıcısı və tədqiqatçısı
İ.V.Sa vit ski yazırdı: «Qaraqalpaq xalqının bədii təfəkkürünün
genişliyi, ornamenti və texniki əşyalardan
istifadəsi onu
göstərir ki, onların rəngi, kompozisiyası tamaşaçını öz isti
münasibəti və harmoniyası ilə özünə cəlb edir”.
2
Tədqiqatçı
eyni zamanda XX əsrin birinci yarışında həm də qaraqalpaq
tətbiqi sənətinin digər nümunələri xalq sənətinə dəyər verilən
Nökisdə Qaraqalpaq İncəsənət Muzeyin də toplanmışdı.
Ağac üzərində oyma qaraqalpaq məişəti və həyatı ilə
bağlıdır. Qapılar, yurtanın taxta karkası, şkaflar və s. –
qaraqalpaq əl sənətinin orna mental incisinə çevrilmişdir.
Qaraqalpaqstanda həm də zərgərlik sənəti geniş
yayılmışdır. Onların sırasında qadın bər-bəzəkləri – sırğalar,
üzüklər, bilərziklər, uşağın baş geyimləri üçün müxtəlif
bəzəklər, məişət bəzəkləri, samovar, qab-qacaq: silahlar
– qılınc, dəbilqə və s. adını çəkmək olar. Qaraqalpaqların
tikmə sənəti də olduqca maraqlıdır. Ondan əsasən qadınlar
toy paltarlarının tikilməsində istifadə etmişlər. Burada «qızıl
kimeşek», «köy keylek», «ağ jegde», «jenqse», «jen quş»
uşaq təsəkləri, cantaları və s. vardır. Qaraqalpaq qadın baş
geyimi də maraqlıdır- «saykele»
- dəbilqə tipli muncuqlarla
bəzədilmiş papağa oxşar geyimdir.
Dəbilqəyə oxşayan qadın baş geyimi və onun
özünəməxsusluğu qara qal paq eposu «Qırx qız» dastanında
da öz əksini tapmışdır. Bununla alimlər «saykelenin»
genezisinin lap qədimlərə getdiyini sübuta ye tirirlər. Məsələn,
qaraqalpaqların tarixi üzrə tanınmış alim T.A.Jdanko və
başqaları «saykeleni» qızların döyüş dəbilqəsi adlandırır ki,
bu da sak-sarmat-massaget qəbilələrinin paltarına uyğun idi.
Jırau ustalığı, onlar tərəfindən qəhrəmanlıq və məhəbbət
dastanlarının ifası və eləcə də qaraqalpaq teatrının inkişafına
gəldikdə isə bu barədə biz «Qaraqalpaq xalqının qəhrəmanlıq
eposu» və «Qaraqalpaq dramaturgiyası və teatrının yaranma,
təşəkkül və inkişaf xüsusiyyətləri» bölmələrində daha
geniş məlumat verməyə çalışmışıq. Deyilənlərə yalnız onu
əlavə edək ki, qaraqalpaq xalq teatrının sürətli infişafında
Qaraqalpaqstan ərazisində özbək ənənəvi xalq teatrının
aktyorları mühüm rol oynamışlar. Onlar Qaraqalpaqstanın
iri şəhər ləri Çimbay, Turtkul, Xoceyli və digərlərində böyük
teatrlaşdırılmış tamaşalar təşkil edirdilər. Bundan sonra
Turtkul, Xoceyli, Çimbay, Kun
qrad və digər şəhərlərdə
3
həvəskar
teatr dərnəkləri təşkil edil
məyə başlamışdır.
Qaraqalpaq teatr sənəti ilbəil inkişaf edir, genişlənirdi.
Məhz bundan sonra Qaraqalpaqstanın bir sıra orta ixtisas
məktəblə rində özfəaliyyət dram dərnəkləri yaranmışdır.
Bəzən bu kollektivlər bir axşam proqramında birpərdəli,
yaxud çoxpərdəli pyeslərdən parçalar, ikinci hissədə isə
buraya «ədəbi hissə» hesab olunan deklamasiya, «Bozatau»,
«Qız Mınayım» və s. xalq mahnılarından əlavə edirdilər.
Konsert proqramlarına A.Ötepovun «Jez
dejan», «Ağalar,
xabar bereyin», «Buyte bersem nem kaladı»
4
və s. kimi satirik
şeirlər də əlavə olunurdu.