Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə40/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
158
159
VIII. QARAQALPAQ MUSİQİSİ 
VƏ TƏTBİQİ SƏNƏTİ
Qaraqalpaq musiqisi xalqın  şifahi-poetik yaradıcılığı 
kimi onun fikir və hisslərinin ifadəçisi olmaqla qədim tarixə 
malikdir. Qaraqalpaq musiqi mədəniyyəti nəsildən-nəslə 
şifahi  şəkildə ötürülməklə  qorunub yaşadılmışdır. Onun 
daşıyıcıları, yayıcıları jıraular, baksılar, kosıkçılar, xanəndələr, 
sazəndələr və s. olmuşlar.
Qaraqalpaq jıraularının epik repertuarı son dərəcə zəngin 
və  rəngarəngdir. Hər bir jırau  ən azı 3-4 dastan, onlarla 
ibrətamiz nəğmələr, çoxsaylı xalq melodiyalarını ifa edə 
bilirdilər.
Onların  arasında  ən tanınmışı Jien Jırau və Qurbanbəy 
Tajibəyov olmuşlar. Onlar çoxsaylı dastanları  əzbər bilir və 
ifa edirdilər. Qopuz jırauların ayrılmaz dostu olmuşdur. 
Qopuzda 40-a qədər məşhur qaraqlapaq xalq melodiyasını 
geniş şəkildə ifa etmək olar. Dastanlar qaraqalpaq qəhrəman-
lıq, ictimai-məişət, tarixi eposunun ideya-bədii özü nə məx-
susluğu ilə orqanik şəkildə bağlıdır.  İbrətamiz nəğ mə lər 
dastanın bir hissəsi olmaqla, qopuzun akkonpanementi altın-
da ifa olunur.
Qaraqalpaq jırauları xırıltılı, baksılar isə daha sərbəst səslə 
oxuyurlar. Baksı lirikdir, o, daim həyatı və məhəbbəti tərən-
nüm edir. Ona görə  də xalq arasında belə bir deyim gəzir: 
jırau – qoca nəslin, baksı-gənc nəslin sevimlisidir.
Jırau və baksı yaradıcılığı xalq eposunun həm də bizim 
dövrdə  məişətdə indiyə  qədər qorunub saxlanılmasında 
böyük rol oynamışdır.
Teatr və musiqi mədəniyyətinin, radio, televiziya, 
internetin yaranmasına, kompakt disklərin və komputerlərin 
yayılmasına,  texniki inkişafda müasir mədə niy yətin geniş 
imkanlarından istifadəsinə baxmayaraq, qaraqalpaq xalqı 
bu gün də  jırau-baksıların yaradıcılığına son dərəcə böyük 
maraq göstərməkdədir. 
Qaraqalpaqların başlıca musiqi aləti digər türk xalqlarında 
olduğu kimi qopuzdur. Simli olmaqla ondan qəhrəmanlıq 
dastan larının ifası zamanı daha çox istifadə olunur (qopuz- 
nəin ki  qaraqalpaqların, həm də digər türk xalqlarının, azər-
bay canlıların, qazaxların, Anadolu türklə rinin,  özbəklərin, 
türkmənlərin və başqalarının  musiqi alətidir). Dutar isə – 
iki simli olmaqla, baksıların istifadə etdiyi musiqi alətidir. 
Qopuzda  və dutarda melodiyalar nəğmə oxunmadan ifa 
edilirdi. Bu alətlər  həm də xalq bəstəkarları üçün son dərəcə 
əvəzolunmaz alətlər idi.  
Qopuz və dutardan başqa qaraqalpaqların özünə məx-
sus şinqopuz adlı musiqi aləti vardır. Bu qadın musiqi aləti 
olmaqla liraya bənzəyir.  Şinqopuzda adətən qızlar və  təzə 
ərə getmiş gəlinlər ifa edirlər. Bundan nəğmə ifası zamanı da 
istifadə olunur. Onun təkrarsız, özünəməxsus səsi vardır. 
Qaraqalpaqların həm də digər musiqi  alətləri vardır ki,  
çobanlar onu sırpay (Azərbaycan tütəyinə uyğun musiqi 
aləti) adlandırırlar. Bir də - gildən düzəldilmiş adlı uşpələk 
fitdir. Sonralar qaraqalpaqlarda digər simli musiqi alətləri 
yaranmışdır ki, bu özbək və türkmənlərin qirjek adlı musiqi 
alətinə uyğun olaraq hazırlanmışdır. 
Musiqi repertuarının əsasını, qeyd etdiyimiz kimi, qəh rə-
manlıq dastanları, məhəbbət-romantik poemaları, nəğmələr 
(tarixi, məişət, əmək, sevgi və s.)
1
 təşkil edir. Mətnlərin özü 
olduğu kimi xalq nəğmələrinin musiqisi, məsələn, «Qız 
Mınayım», «Demberles», «Alakais», «Adınnan», «Muxalles», 
«Nalış» və başqaları qaraqalpaq xalq musiqisi xəzinəsinin 
əvəzsiz mirası kimi qiymətləndiril məkdədir.
Qaraqalpaqstanda  böyük baksılar məktəbi fəaliyyət 
göstərmişdir. T.Adam ba yeva Qaraqalpaqstanda qaraqalpaq 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
160
161
xanəndələr məktəbinin adını  çəkir ki, onlar Qəribniyaz, 
Akimbet, Kutım və Musa tərəfindən idarə olunurdu. Xalq 
məşhur baksıların – bəstəkarların, musiqiçilərin, ifaçıların 
çıxışına sevgi ilə qulaq asırdı. Onların sırasında Akımbet, 
Musa, Juman, Eşbay, Bayniyaz, Hurliman, Yeman, Karacan, 
Japak və s. vardır. Baksı  mədəniyyəti XX əsrdə  və müasir 
dövrdə  də geniş yayılmaqdadır. 
Qaraqalpaqstanda  ənənəvi musiqi formaları ilə yanaşı, 
tətbiqi sənətin yeni növləri yaranmağa başladı ki, bunların da 
əsasını teatr və memarlıq təşkil edirdi.
Tətbiqi sənətə  gəldikdə isə, bu qaraqalpaqlarda çoxdan 
inkişaf etmiş bir sahədir. Burada ağac üzərində oyma, ilmə, 
tikmə, xalçaçılıq, zərgərlik, sənətkarlıq, dəri üzərində müxtəlif 
aplikasiyalar və s. kifayət qədər məşhurdur.
Qaraqalpaq tətbiqi sənətinin toplayıcısı  və  tədqiqatçısı 
İ.V.Sa vit ski  yazırdı: «Qaraqalpaq xalqının bədii təfəkkürünün 
genişliyi, ornamenti və texniki əşyalardan istifadəsi onu 
göstərir ki, onların rəngi,  kompozisiyası tamaşaçını öz isti 
münasibəti və harmoniyası ilə özünə cəlb edir”.
2
 Tədqiqatçı 
eyni zamanda XX əsrin birinci yarışında həm də qaraqalpaq 
tətbiqi sənətinin digər nümunələri xalq sənətinə dəyər verilən 
Nökisdə Qaraqalpaq İncəsənət Muzeyin də toplanmışdı.
Ağac üzərində oyma qaraqalpaq məişəti və  həyatı    ilə 
bağlıdır. Qapılar, yurtanın taxta karkası,  şkaflar və s. – 
qaraqalpaq  əl sənətinin orna mental  incisinə çevrilmişdir.
Qaraqalpaqstanda həm də  zərgərlik sənəti geniş 
yayılmışdır. Onların sırasında qadın bər-bəzəkləri – sırğalar, 
üzüklər, bilərziklər, uşağın baş geyimləri üçün müxtəlif 
bəzəklər, məişət bəzəkləri, samovar, qab-qacaq: silahlar 
– qılınc, dəbilqə  və s. adını  çəkmək olar. Qaraqalpaqların 
tikmə sənəti də olduqca maraqlıdır. Ondan əsasən qadınlar 
toy paltarlarının tikilməsində istifadə etmişlər. Burada «qızıl 
kimeşek», «köy keylek», «ağ jegde», «jenqse», «jen quş» 
uşaq təsəkləri, cantaları  və s. vardır. Qaraqalpaq qadın baş 
geyimi də maraqlıdır- «saykele» - dəbilqə tipli muncuqlarla 
bəzədilmiş papağa oxşar geyimdir.
Dəbilqəyə    oxşayan qadın baş geyimi və onun 
özünəməxsusluğu qara qal paq  eposu «Qırx qız» dastanında 
da öz əksini tapmışdır. Bununla alimlər «saykelenin» 
genezisinin lap qədimlərə getdiyini sübuta ye tirirlər. Məsələn, 
qaraqalpaqların tarixi üzrə tanınmış alim T.A.Jdanko və 
başqaları «saykeleni» qızların döyüş dəbilqəsi adlandırır ki, 
bu da sak-sarmat-massaget qəbilələrinin paltarına uyğun idi. 
Jırau ustalığı, onlar tərəfindən qəhrəmanlıq və məhəbbət 
dastanlarının ifası və eləcə də qaraqalpaq teatrının inkişafına 
gəldikdə isə bu barədə biz «Qaraqalpaq xalqının qəhrəmanlıq 
eposu» və «Qaraqalpaq dramaturgiyası və teatrının yaranma, 
təşəkkül və inkişaf xüsusiyyətləri» bölmələrində daha 
geniş  məlumat verməyə çalışmışıq. Deyilənlərə yalnız onu 
əlavə edək ki, qaraqalpaq xalq teatrının sürətli infişafında 
Qaraqalpaqstan  ərazisində özbək  ənənəvi xalq teatrının 
aktyorları mühüm rol oynamışlar.   Onlar Qaraqalpaqstanın 
iri şəhər ləri Çimbay, Turtkul, Xoceyli və digərlərində böyük 
teatrlaşdırılmış tamaşalar təşkil edirdilər. Bundan sonra 
Turtkul, Xoceyli, Çimbay, Kun 
qrad və digər  şəhərlərdə
3
 
həvəskar teatr dərnəkləri təşkil edil 
məyə başlamışdır. 
Qaraqalpaq teatr sənəti ilbəil inkişaf edir,  genişlənirdi. 
Məhz bundan  sonra Qaraqalpaqstanın bir sıra orta ixtisas 
məktəblə rində özfəaliyyət dram dərnəkləri yaranmışdır. 
Bəzən bu kollektivlər bir axşam proqramında birpərdəli, 
yaxud çoxpərdəli pyeslərdən parçalar, ikinci hissədə isə 
buraya «ədəbi hissə» hesab olunan  deklamasiya, «Bozatau», 
«Qız Mınayım» və s. xalq mahnılarından  əlavə edirdilər. 
Konsert proqramlarına A.Ötepovun «Jez 
dejan», «Ağalar, 
xabar bereyin», «Buyte bersem nem kaladı»
4
 və s. kimi satirik 
şeirlər də  əlavə olunurdu.


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə