|
Qaraqalpaq inddBu səhifədəki naviqasiya:
- Nizami Tağısoy Qaraqalpaq ədəbiyyatı 170 171 Yuxusunun yarısı
- Ona belə həyat başqa harada qismət olacaq
- Nizami Tağısoy Qaraqalpaq ədəbiyyatı 172 173 X. QARAQALPAQ NAĞILLARI Nağıllarda xalqın həyatının, psixologiyasının
- «Qızıl daş», «Ögey ana», «Varlı oğlu, kasıb oğlu» və digər nağılların ide ya-bədii səciyyəsi. Sehrli nağılların obrazlar
- «Yerş», «Bacarıqlı cigit», «Hiyləgər tülkü», «Ağacdələn və tülkü», «Eşşək və öküz», «Eşşək və dəvə», «Eşşək hiyləgərliyi»
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
170
171
Yuxusunun yarısı
Ömirbəyin dostları yurtada oturub gecələr gördüyü yuxularını
danışırlar. Növbə Ömirbəyə çatır.
- Mən elə bir yuxu görmüşəm ki, o, yalnız yarıdan ibarətdir,
deyir:
- Bu necə ola bilər? – dostları təəccüblənirlər.
Ömirbəy deyir:
- Gördüm ki, çiynimdə bir kisə qızıl aparıram ağırlıq çiynimi
ağrıtmağa başladı.
-Hə, nə olsun ki, oyananda, qızıl yarım kisə idi?
- Yox, gözümü açanda gördüm ki, kisə yoxdu, amma çiynim hələ
də ağrıyır.
Ona belə həyat başqa harada qismət olacaq?
Bir dəfə Ömirbəyin arvadı kasıblıqdan, aclıqdan, yalavaclıq dan
boğaza yığılıb ərindən soruşur:
- Ömirbəy, sən ki, belə ağıllısan, hər şeyi bilirsən, de görüm, bu
kasıblıq bizdən nə vaxt əl çəkəcək?
Ömirbəy gülüb cavab verir: - Sən mənimlə çoxdan birgə ya-
şa yır san, görünür, məni hələ yaxşı tanımırsan. Özün fikirləş, sən
çox yaxşı, mehriban, sakit ev sahibəsisən, elə mən də sakitəm, din-
məz-söy ləməz həyatımızı yaşayırıq – hamıynan da münasibətimiz
yaxşıdır. Onda kasıblıq nəyə görə bizdən kənarlaşmalıdır. Burda
kasıblığın yeri olduqca rahatdır. Məgər biz onu söyürük, təhqir
edirik? Belə həyatı buradan başqa o harda tapacaq.
Lap az qalıb
Ömirbəyin eşşəyi ölür.Az keçməmiş yolda o, eşşək nalı tapır.
Nala diqqətlə baxdıqdan sonra əllərini göyə qaldırıb deyir.
- Ay Allah! Əgər sən bu nalı mənə təsəlli olaraq göndər-
misənsə, ömrümün sonuna qədər sənə minnətdar olaram. Belə işi
başlamısansa,onda səndən kiçik bir şey də istəyəcəm. Elə et ki, mənə
daha üç nal, bir eşşək göndər. Bu, sənin əlində nədir ki!
Ömirbəyin adıyla Qaraqalpaqstanda çoxsaylı maraqlı
olaylar və hekayətlər bağlıdır. Minlərlə, on minlərlə. Onu
heç kəs də dəqiq bilmir. Deyirlər ki, bir alim bu hekayətləri
saymağa başlayıb, sayını itirib. İtirəndə ona ikinci dəfə
saymaq lazım gəlib. O, yenə çaşıb, sayını itirib. Uzun bir
müddət keçib və o, Ömirbəyin lətifələrini saymaqla məşğul
olub və beləcə tanınıb. Ömirbəyin lətifələri indi də el arasında
yayılmaqda və yaranmaqdadır.
Ədəbiyyat
1. Привалов Б. Вместо послесловия. Анекдоты Омирбека и
некоторые вопросы сатирико-юмористического фольклора//
Анекдоты Омирбека. Ташкент, «ФАН», 1970, с. 241.
2. Анекдоты Омирбека. Пер. Б.Привалова. Нукус, “Кара-
калпакстан”, 1977.
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
172
173
X. QARAQALPAQ NAĞILLARI
Nağıllarda xalqın həyatının, psixologiyasının,
dünyagörü şü nün, estetik və bədii aləminin əksi. Qaraqalpaq
xalq nağıllarında tote mist, animist, antropomorfist düşüncə
tərzinin ifadəsi. Qaraqa l paq nağılla rının təsnifatı: sehrli
nağıllar, heyvanlar haqqında nağıl lar, sosial-məişət nağılları
və qarışıq tipli nağıllar.
Sehrli nağıllar, onların heyvanlar haqqında nağıllar və
sosial-məişət nağıllarından fərqi. «Gülziba», «Cadugər»,
«Qızıl daş», «Ögey ana», «Varlı oğlu, kasıb oğlu» və digər
nağılların ide ya-bədii səciyyəsi. Sehrli nağılların obrazlar
sistemi və personajları. Sehrli nağılların kompozisiya
ciddiliyi və özünəməxsusluğu. Sehrli nağıllarda təhkiyənin
inkişaf dinamikası. Sehrli nağıllarda bədii effektin təkrar-
lanması. Sehrli nağıllardakı təzadlılıq, hiperbolizasiya və
qəhrəman ların idealizasiyası.
Qaraqalpaq heyvanlar haqqında nağılların bədii tematik
özünəməx susluğu. «Yumşaqürəkli qoca və oğru sağsağan»,
«Yerş», «Bacarıqlı cigit», «Hiyləgər tülkü», «Ağacdələn və
tülkü», «Eşşək və öküz», «Eşşək və dəvə», «Eşşək hiyləgərliyi»,
«Lovğa siçan», «Şir və hiyləgər dovşan», «Canavar və it»,
«Qızıl quş», «Qızılbaşlı ilan», «Tülkü və xoruz» və s. nağılların
başlıca xüsusiyyətləri. Qaraqalpaq ların heyvanlar haqqında
nağıllarında insan və heyvan xüsusiyyətlərinin verilməsi və
insan psixologiyasının xarakterik xüsusiyyətlərinin əksi.
Qaraqalpaq heyvanlar haqqında nağılların sadəliyi və
rəngarəngliyi. Heyvanlar haqqında nağıllarda dialoqların
özünəməxsusluğu. Təhkiyədə başlıca epizodların
təkrarı. Qaraqalpaq hey
vanlar haqqında nağılların nitq
replikalarının dilində per so naj la rın çoxcəhətliliyi, şifahi
dilin sadəliyi. Obrazların əyaniliyi, süjet və kom pozisiya
dolğunluğu, ana dilinin zənginliyindən istifadə.
Sosial-məişət nağılları. Sosial-məişət nağıllarında
yumor və ironiya. Qaraqalpaq sosial-məişət nağıllarının
ideya istiqa
məti. Bu nağıllarda antiteza və əksiliklərdən
istifadə. Qaraqalpaq sosial-məişət nağıllarının ideya-bədii
səciyyəsi. «İtaətkar oğul», «Məs lə hət», «Ağıllı heç vaxt itməz,
qızılsa çürüməz», «Başqasının malını yeyər sən – əvəzində
özün əziyyət çəkərsən», «Üç qardaş», «Son
beşik Həsən»,
«Yaşamaq və Doşamaq», «Ziba və Zinət», «Aldar Kosa»,
«Aldar Kosanın hiyləgərliyi», «Dörd Abdulla» və s. nağıl lar-
da sosial-məişət həyatının xüsusiyyətləri.
Qaraqalpaq nağıllarında komik effekt yaratma priyo-
munun müxtəlifliyin dən istifadə. Qaraqalpaq sosial-məişət
nağıllarında həyat həqiqətlərinin açılmasına istiqamətlənmə.
Qaraqalpaq sosial-məişət nağıllarında üç, yeddi, otuz, qırx
və s. rəqəmlərdən istifadə və onların simvolik mahiyyəti.
Nağıl epik təhkiyənin janrı kimi qaraqalpaq xalq
folklorunda mühüm yer tutmaqla daha qədim tarixə malikdir.
Digər xalqlarda olduğu kimi hələ qaraqalpaqlarda da
nağılın mükəmməl təsnifatı aparılmayan dövrdə qaraqal paq
nağıllarının daxilinə əfsanələr, lətifələr, rəvayətlər, məhəbbət
dastanlarını və s. aid edirdilər. Düzdür, ilk baxışda bu janr-
ları öz aralarında çox şeylər, xeyli məqamlar yaxınlaşdırır.
Lakin onları identifikasiya, ya da bir-birilə qarışdırmaq,
şübhəsiz ki, doğru deyildir. Əksinə, onların bir-birindən
fərqli xüsusiyyətlərini açmağa ehtiyac vardır.
Nağıllar müxtəlif dünya xalqlarında olduqca geniş
yayılmışdır. Onları nəinki uşaqlar, həm də böyüklər həvəslə
oxuyur, həm də qulaq asırlar. Nəinki folklorçu – alimlər, həm
də xalqın özü nağıl haqqında fikir yürüdür. Nağıl haqqında
belə bir atalar sözü yaranmışdır: «Nağıl düzmədir, nəğmə isə
olanların əksi», yaxud «Nəğmə öz düzülüşü, nağıl quruluşu
Dostları ilə paylaş: |
|
|