Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə42/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
166
167
lətifələrin toplanması  və  nəşrinə son illərdə AMEA-nın 
Folklor  İnstitutunun xətti ilə aparılan işlərdə daha böyük 
diqqət yetirilməkdədir. “Qarabağ folklorunun toplan 
ması, 
sistemləşdirilməsi və araşdırılması” layihəsi  əsasında 2012-
ci ildən işıq üzü görən “Qarabağ: folklor da bir tarixdir” 
kitabının Birinci kitab (s.325-378); İkinci kitab (s. 398-443); 
Üçüncü kitab (s. 330-363); Dördüncü kitab (s.300-329); Beşinci 
kitab (s.254-292), “Borçalı folkloru örnək ləri”  (s. 124-148), 
“Gü ney  Azərbaycan folkloru. I kitab” (s.175-203); “Qu ba-Şab-
ran folklor örnəkləri”. 1-ci kitab” (s.81-106), Nizami Tağıso-
yun “Şil yan:  özü, sözü – çeşmənin gözü”  (s.66-109) və digər 
mənbələrdə daha inten siv  şə kildə  yığılıb təbliğ olunduğu 
halda lətifələr daha böyük oxucu kütləsinin marağına səbəb 
ola bilir.
Bu baxımdan Qaraqalpaqstanda da lətifələrin yığılıb nəşr 
olunması təqdir olunası fakt kimi maraqlıdır. Azər bay canda, 
Özbəkistanda belə məşhur folk lor lətifə qəhrəmanları Molla 
Nəsrəddin və  Bəhlul Danən də ilə  bərabər bir neçədirsə, 
Qaraqalpaqstanda bu lətifələr  əsasən  ən populyar lətifə 
qəhrəmanı Ömirbəy – lakkının adı ilə bağlıdır.
Əlbəttə, yumor qaraqalpaqların özünəməxsus stixiya sı dır. 
Və, demək olar ki, qaraqalpaq folklorunun bütün janrla rına 
satira və yumor elementləri xasdır. Bununla belə yumorun 
ifadə planı lətifələrdə daha mobil şəkildə özünü əks etdirir. 
Lətifə nəinki bitkin süjetli müxtəsər epizoddur, həm də sual-
cavab tipli dəlici zarafatdır (sirkdə, teatrda, meyxanada  belə 
zarafatlar reprizlər adlanır). Satirik lətifələr hər bir xalqın 
sosial  şüurunun özünəməxsus inkişaf ölçüsüdür. Ömirbəy 
lətifələrinin toplayıcısı, tərtibçisi və naşiri Boris Privalov 
haqlı olaraq yazırdı: “Folklor personajı  əgər xalq milli 
xarakterinin mühüm xüsusiyyətlərindən hər hansı birini 
təcəssüm etdirməsəydi və o, özünü bariz şəkildə göstərən 
sosial  tendensiyadan məhrum olsaydı belə, o, heç zaman 
xalq yaradıcılığının  əsl qəhrəmanı ola bilməzdi”.
1
   
Yumorist-satirik folklordakı müsbət qəhrəman 
hərtərəfliliyi ilə  fərqlənir. Mənfi tip isə özündə  əsasən hər 
hansı  mənfi xüsusiyyəti başıxarablıq, xəsislik, satqınlıq, 
qəddarlıq, vicdansızlıq və s. təcəssüm etdirir. Bununla belə 
bəzən xalq fantaziyasında satirik obrazın gözlənilmədən 
folklor mutasiyasını verməklə kollektiv personaj ortaya çıxır. 
Belə olduqda satirik xüsusiyyətlərin  daşıyıcısı hər hansı tacir, 
çar, vəzir, keşiş, molla, işan, xan, bəy, varlı yox, kənd, aul, 
yaxud bütün şəhər olur. Buna nümunə kimi rus folklorunda 
Poşexonye, alman şəhəri  Şild, ingilis kəndi Qotemi, 
Bolqarıstanda  simiclər  şəhəri kimi  tanınan Qabrovonı, 
İranda Qəzvini, Azərbaycanda  Şəkini göstərə bilərik.
 Qaraqalpaq zarafatcılı Ömirbəyin lətifələrində onun özü-
nün  adı ilə bağlı  lətifələr təqdim olunmuşdur. Bu nümu-
nələrin hamısında  o, sanki Qaraqalpaqstanın bütün lətifə 
zənginliyinin başlıca mövzu və ideyalarını əks etdirə bilmişdir. 
Ömirbəy lətifələri ilə tanışlıq onun yumor yaradıcılığının  
müxtəlif  yönlərdən tədqiq olunmasına da təkan verməlidir.  
Ömirbəyin yaşadığı dövrdə Qaraqalpaqstan Xivə 
xanlığının geridə qalmış bir əyaləti idi. Digər kasıblar kimi 
Ömirbəy də ənənəvi yaşam tərzinə malik idi. Burada məişət 
həyatı  çətin, iqtisadi, maddi tələbatlar olduqca böyük idi. 
Buna görə  də kasıb və hüquqsuz hazırcavab Ömirbəy öz 
dəlici yumoru ilə («Ağıl və hiyləgərlik - kasıbın silahıdır» - 
ifadəsini Ömirbəy tez-tez işlədərmiş) yalanla yaşayanlara, 
başqa sının əməyini mənimsəyənlərə qarşı amansız mübarizə 
aparırmış.
Bu xüsusiyyətlərinə görə Ömirbəyə xalq arasında «lakkı» 
deyərlərmiş. Qaraqalpaqstanda «lakkı» sözü daha geniş 
istifadə  olu nur mış. O, həm lağlağıcı, həm güldürən, həm 
də olduqca  kəsərli sözə malik imiş. Ömirbəyin son dərəcə 
iti, neştər kimi dəlici sözü Qaraqalpaqstanda bu gün də 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
168
169
sevilməkdədir. Onlardan bir-ikisini nümunə  gətirək. «Öz 
əynindəki  paltarın özgənin xalatından daha qiymətlidir» və 
ya «Məni Xivə xanı  tərif etməkdənsə, öz aulumuzun itinin 
dişləməyi daha yaxşıdır» və s. 
Qaraqalpaq folklorunun digər janrları üçün də yumor 
və satira elementləri xasdır. Bununla belə bu cəhət məhz 
qaraqalpaq xalq şifahi nəsrinin daha mobil janrı olan lətifələr-
də özünü göstərir. Lətifələr xalq həyatının tamamlanmış qısa 
epizodları deyil, həmçinin son dərəcə maraqlı və kəskin sual-
cavab, bəzən isə dövrün, vəziyyətin bu və ya digər halları ilə 
bağlı ağıllı söhbətləri və gözlənilməz hadisələridir. Bununla 
bağlı «Ömirbəyin lətifələri»
2
 toplusundan bir neçə nümunəyə 
nəzər salaq. 
Bir dəfə də kifayətdir
Ömirbəy Solaxay ləqəbli dostu Dosnazarla mübahisə edir:
- Sən arabaya minirsən, mən üç dəfə ayağımı yerə döydükdən 
sonra arabadan düşürsən.
Dosnazar gülüb deyir: - Sən yalnız ayağını yerə vurmaqla, mən 
arabada oturacağam – deyib, tezliklə ona minir.
- Hə, indi vur! Deməli ancaq üç dəfə vuracaqsan?
- Niyə üç dəfə, – deyib, Ömirbəy çiyinlərini çəkir. –Bəlkə elə bir 
dəfə də bəsdir.
Ömirbəy ayağını yerə vurur. Dosnazar gülməyə başlayır. 
Ömirbəy davam edərək deyir: İkinci dəfə ayağımı yerə sabah, üçüncə 
dəfə isə bir həftədən sonra vuracam. Əgər onda düşməsən, deməli 
qalib olacaqsan. 
Dördüncü imkandan istifadə edərəm
Bir dəfə uşaqlıqda Ömirbəy şaftalı ağacına nərdivanı qoyub, ona 
yarısından yuxarı dırmaşıbmış ki, xan baxçaya çıxıb onu görür və 
qəzəblənib deyir:
- Əgər  şaftalının meyvələrinə əlini vursan, başını kəsəcəm, aşağı 
düşsən itlərə yem edəcəm, yerində qalsan səni oğru kimi qələmə verib 
hər iki əlini kəsəcəm.
Ömir bəy o dəqiqəcə nərdivandan yerə tullanıb, gülüm sünərək 
qışqırır:
- Mən dördüncü yolu seçir və sağ-salamat qalıram. Xan başın 
yelləyib deyir: - Aman Allah, bunu  eynimdən keşirməmişdim!
Yurtanın yanından yol gedir
Ömirbəy bütün sözlərin daim dəqiqliyi ilə işlədilməsini sevərmiş. 
Bir dəfə  yurtanın yanında oturarkən kimsə bir yolçu ondan soruşur:
-Əziz qardaşım, bu yol hara gedir?
Ömirbəy deyir:
- Mən bütün həyatımı burada keçirmişəm, amma bir dəfə  də 
görməmişəm ki, bu yol getsin. O daim öz yerindəcə durur.
- Bağışlayın əzizim, mən demək istədim ki, bu yol hara aparır?
-Bax, bu başqa məsələ!-Ömirbəy yolçuya bu yolla haraya və necə 
getmək mümkün olduğunu izah edir.
Eşşəyin oğurlanması 
Ömirbəyin eşşəyi oğurlanır. Qonşuları  və dostları  yığışıb 
məsələni müzakirə etməyə başlayırlar.
Biri deyir: - Onu yaxşı bağlamaq lazım idi.
Bir başqası deyir: Bərk yatmısan. Elə olmasaydı, hər hansı 
xışıltıya oyanardın. 
Üçüncüçü deyir: - Eşşəyi yurtada saxlamaq lazım idi.
Dördüncü deyir: - Özün günahkarsan! Hələ yaxşı olub ki, eşşəyi 
iki ay bundan qabaq oğurlamayıblar!
Ömirbəy dinməz-söyləməz bütün fikirlərə qulaq asır.
- Yaxşı itin olsaydı, belə olmazdı,- başqa birisi deyir.
- Yaxşı sahibkarın  eşşəyi ona yaxınlaşanda  anqırmalıdır.
- Eşşəyin ipini öz ayağına bağlamalıydın ki, tərpənəndə onu hiss 
edəydin.
Nəhayət, Ömirbəy dözə bilməyib deyir:
- Niyə hamınız mənim üstümə düşürsüz? Bəlkə oğru haq qında 
da nə isə  bir söz deyəsiz? Sizin dediyinizdən belə çıxır  ki, hər şeyin 
günahkarı yalnız mənəm.


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə