Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
146
147
Ədəbiyyat
1. Белинский В.Г. Полн.собр.соч. В 9-ти т., т.5. М., «Худож.
лит.», 1980, с. 329.
2. Народные песни// Антология каракалпакской поэзии.
Ташкент, «Худож.лит.», 1968, с. 114, 123, 125, 127, 131, 136, 117,
132, 144, 138, 139, 147, 150.
3. Белинский В.Г. Полн.собр.соч. В 9-ти т., т., т.5, М.,
“Худож.лит.”, 1980, с.12
4.Чернышевский Н.Г. Полн.собр.соч., т.2.М., 1949, с.315.
5. Колпакова Н.П. Русская народная бытовая песня, с. 145-
146.
6. Толстова Л.С. Каракалпаки за переделами хорезмского
оазиса. В XIX – начале ХХ века. Нукус – Ташкент,
«Каргосиздат», 1963, с.18.
7. Hacıbəyov Ü. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1985, s.201.
VII. QARAQALPAQ MƏRASİMLƏRİ
VƏ İNANCLARI
Digər xalqların həyat
fəaliyyətində olduğu kimi
qaraqalpaqların da həyatında çoxsaylı mərasimlər və
inanclar yaranıb imkişaf etmişdir. Onların yaranmasının
ən mühüm səbəblərindən biri qədim insanların təbiət
qüvvələrini ilahiləşdirməsi, ondan kömək diləməsi və insanın
bu qüvvələrdən asılılğı ilə bağlı idi. Mərasim müəyyən
adətlər çərçivəsində gedən bu və ya digər hərəkərin həyata
keçirilməsi deməkdir. Məsələn, slavyanlarda yaz gələn zaman
dolaşaların ətindən xəmir tutulması, küknar budaqlarından
yayda çələng toxunması, türklərdə Novruz bayramına bir
ay qalmış çərşənbə axşamları tonqalların çatılması, onların
üstündən atlanaraq gəlin gedən zaman bəyin və gəlinin
başına müxtəlif şirniyyatların tökülməsi və s.
məhz hər
bir xalqın özünəməxsus mərasim adətləridir. Bu mərasim
hərəkətlərindən hər birinin təyinatı hər hansı məqsədin əldə
olunmasını nəzərdə tutur. Qaraqalpaq mərasimlərində xalqın
real məişət həyatı, onun baxışları, fəlsəfi düşüncəsi, dünyanı
dərki, fəlsəfi və psixoloji ovqatı əks olunmuşdur.
Qaraqalpaq mərasimlərində qədim dövrə aid təfəkkür
tərzini görmək mümkündür. Mərasimlər ətraf aləmə,
günəşə, suya, torpağa, təbiət qüvvələrinə təsir etməklə özünü
bədbəxtliklərdən, xəstəliklərdən, quraqlıqdan, heyvanları
ölüm dən hifz etmə, özünün təsərrüfat və ailə həyatını qoru-
maq məqsədi güdmüş dür. M.Qorki
məqalələrindən birində
yazırdı ki, qədim insanın belə münasibəti həm də onun
biliklərinin məcmuyu, bütün təcrübəsi olmaqla, özündən
kənarda olan düşmən enerji ilə üz-üzə gəldiyini əks etdirir.
1
Qaraqalpaq mərasim və inanclarında digər xalqlarda
olduğu kimi həyatda yer almış mühüm hadisələrə - təbiət
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
148
149
proseslərinə, təbii fəlakətlərə, uşağın doğuluşuna,
nikaha
girməyə, ölümə və s. insan həyatında yer alan hallara
emosional münasibətlər möhkəmlənməklə əksinin tapmışdır.
Qədim bütpərəstlik mərasimlərinə sonralar mərasim və
inancların məzmun və formasına islam dini təsir etmişdir.
Bü tün bu mövcud mərasimlər və inanclar, məsələn, uşaq
oyun ları formasında və s. yaddaşda qorunub saxlanıl mışdır.
Onlar bizim üçün nəinki xalq sənəti əsərləri kimi dəyərlidir,
eyni zamanda onlarda yer almış əmək təcrübəsi, ətraf aləm
haqqında qədim baxışların ifadəsi, xalq inancları, baxışları,
sonralar tarixi inkişafın gedişində tədricən dəyişmiş ünsürlər
kimi önəmli və tarixi –etnik əhəmiyyətlidir.
Digər xalqlarda
olduğu kimi qaraqalpaqlarda da qədim təbiət ayinləri və
mərasimlər əsasən ovçuluq, təsərrüfat, heyvandarlıq, ailə hə-
yatı, insan həyatında yer almış hadisələr – doğum, yetkinlik
dövrünə yetişmə, ailə həyatı qurmaq, ölüm və s. ilə bağlıdır.
Qaraqalpaq mərasimləri və inanclarında magik, hüquqi-
məişət, ritual-oyun və s. xalq həyatının mənəvi və təsərrüfat
əmək təcrübəsi nəsillərdən nəsillərə ötürülməklə öz
ifadəsini
tapır dı. Mərasim və inanclar xalq həyatını reqlamentləş-
dirmək lə ona həm də milli özünə məxsusluq qatırdı.
Əlbəttə, qarqalpaq mərasim və inancları Orta Asiyada
ya şa yanlar üçün heç də yeganə hadisə deyildi. Bu tipli mə-
rasim və inanclar, həm də digər türk xalqlarında – özbək lər-
də, türkmənlərdə, qazaxlarda, qırğızlarda, tatarlarda, baş-
qurd larda, noğaylarda və s. geniş yer almışdı. Türk xalqları
öz mərasimlərini
inkişaf etdirməklə, həm də daha qədim
mədəniyyətin təsirini hiss etmişdilər. Belə mövqedən çıxış
edərək biz qaraqalpaqlarda yurta (alaçıq) ilə bağlı mərasim
və inanclardan danışmağı zəruri hesab edirik.
Qaraqalpaqlarda yurta nəinki ailənin və təzə evlən mişlə -
rin ənənəvi yaşadıqları yerdir, həm də mərasimlərin, əylən -
cələ rin, bayramların və s. keçirildiyi məkandır. Keçmiş də
qaraqalpaqlarda yurta ilə bir sıra mərasim və adətlər bağlı
idi. Onlardan bir sırası yurtanın qurulduğu prosesdə, onun
ağacdan düzəldilən hissələrində özünü göstərir.
Qaraqalpaqstanda yurtanı quran elə əsilli-nəsilli ustalar
mövcud
olmuşlar ki, onlar doqquz nəsil kəsiyində bu işlə
ardıcıl məşğul olmuşlar.
2
Ustalıq bir nəsildən digərinə “шекирт”liklə (müqayisə
et Azərbaycanda “şəyird”) keçirdi ki, bu 3-4 il müddətində
davam edirdi. Təlim başa çatdıqda ustad şəyirdinə öz
alətlərindən birini bəxş edirdi. Yurtanın ağacdan olan
hissələrini hazırlamaq üçün usta ilk növbədə türk mətnində
ərəb qrafikasında olan risalə ilə tanış olmalı idi. Bu
nizamnaməyə görə işçi yerini tərtəmiz saxlamalı, vicdanlılıq
nümayiş etdirməli, Allahın
təkliyini qəbul etməli, ustaların
hamisi İbrahim Xəlili (Əli) tanımalı və s. kimi qaydalar vardır.
Yeri gəlmişkən qeyd edək ki, İbrahim Xəlil (Əli) Qaraqalpaqs-
tan
da ilk yurta düzəldən usta kimi tanınmaqdadır. Eyni
zamanda burada qurban kəsmə və s. mövcud idi. Yurtanın
müvafiq hissələrini hazırlayana qədər usta dəstəmaz almalı,
namaz qılmalı, Allaha, hami Bibi Fatiməyə dualar etməli idi.
Yurtanın tikilməsi qapı
çərçivəsindən, qapının
kandarından (bocar), yuxarı tirdən (манглайма) və iki yan
dürəklərdən (тул агаш, жак агаш) başlayırdı. Qapılar içəri
açılırdı. Yurtanın çıxışı daim cənuba tərəf olurdu. Qadınlar
yağda bağırsaq qızartmaqla iy çıxarmalı (ийис шыгарый),
bişmişi qonşulara paylamalı idi. Rituala uyğun olaraq usta
İbrahim Xəlildən icazə alındıqdan sonra işə başlan malı
idi. Yurta nazik, bərk və dözümlü söyüddən tikilməli idi.
Qaraqalpaqlar ağcaqayından (кайын) istifadə etmirdilər
və bunu onunla əsaslan dırırdılar ki, ağcaqayın
bədbəxtlik
gətirə bilər. Bununla belə məlumdur ki, slavyanlar (ruslar,
ukraynalılar, belaruslar) və qazaxlar evin tikintisi üçün
ağcaqayını daha bərk ağac hesab etdiklərindən ona üstünlük
verirdilər.