Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə48/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
190
191
Gənc oğlan da qızıl daşı aldıqdan sonra varlanır və onu 
hər yerdə uğur gözləyir. O, dünyada ən gözəl  qızı sevir və 
onunla evlənir. Lakin cigit işsizlikdən boğaza yığılıb, nəhayət 
ova çıxır. Getmək vaxtı o qızıl  daşı arvadına verərək deyir: 
«Onu göz-bəbəyin kimi qoru, heç kimə vermə» («Qızıl daş»). 
Əlbəttə, hər hansı magik, əfsun hərəkəti etməklə, hər hansı 
bir səbəb ucbatından  əgər qadağa pozulursa, qəhrəmanın 
düşmən qüvvəsinin öldürücü gücündən xilas ola bilməsi 
çətinləşir.  Əfsun  əşyalarının sırasında üzük, balta, yaylıq, 
güzgü, kəmər, çörək, su, ot, yer, dəyənək, heyvan dişi, quş 
lələkləri və s. iştirak edə bilir. Demək olar ki, bütün bu əşya 
və  şeylərin hamısı qaraqalpaq sehrli nağıllarında möcüzə 
yaradır. Məsələn, dəyənək nağıllarda bir-birinin ardınca 
nə  qədər möcüzələr  yaradır, insanlara kömək edir, onları 
dirildir, yaxud qüvvədən salır, qəhrəmanı digər qorxulu 
möcüzələrin hamısından güclü edir və s. Beləliklə,  dəyənək 
qaraqal paq  nağıllarında insanı  bəzən heyvana, bəzən quşa 
bənzətməklə heyvanlara insan görkəmi, siması verir. Nağıl 
fantaziyasının  əfsun hərəkətləri ilə  əlaqələri həm də sehrli 
sözdən söhbət düşdükdə hiss olunur. Belə olduqda, xeyli 
süjetlər bədbəxtliyin ortaya çıxması motivinə söykənərək 
qorunmasına və yaxud nəzərdə tutulmamış deyilmiş sözün 
təsiri ilə yarana bilər. Məsələn, qaraqalpaq sehrli nağıllarında 
qəhrəman bir nəfəsi, səsi, qışqırtısı ilə    əzəmətli saraylar 
yaradır, gölləri, dənizləri və s. quruda bilir.
Qaraqalpaq nağıllarındakı nağıl  ənənəsi heç də  sırf 
janr  dife rensia siyası  və onlardakı professional nağılçılığın  
mövcudluğu ilə  fərqlənmir. Nağıllar burada həm çobanlar
həm ağsaqqallar, həm qocalar, həm qarılar, həm ovçu, həm 
də söz-söhbətə meylli olanlar, bəzən də baksı  və  jıraular 
tərəfindən yaradılıb ortaya qoyulmuşdur. Qaraqalpaq-
ların sehrli nağılları digər xalqların nağıllarına xas olan bir 
sıra xüsusiyyətlərə malikdir. Qaraqalpaq nağıllarında daim 
fantaziya mövcuddur. Bu da qaraqalpaq nağıllarının başlıca 
cəhəti, onun  nüvəsidir. Onların kompozisiyasında – başlanğıc, 
epik təhkiyə, zavyaz ka, kulminasiya və razvyazkadan ibarət 
olan konflikt, sonluq olduqca sadə, sə mə rəli dil və üslub 
xüsusiyyətləri mövcuddur; qaraqalpaq nağıl larında istifadə 
edilən poetik formula olduqca  mükəmməldir; qəhrəmanların 
təsvirində – ziddiyyətli hiperbolizasiya və idealizasiya 
mühüm yer tutur. Qaraqalpaq sehrli nağılları milli koloritlə 
və özünəməxsusluqla  seçilməklə, həm də xalq nağıl ənənə-
sinin mühüm cəhətlərinə  və xüsusiyyətlərinə söykənməklə 
formalaş mışdır.
2. Heyvanlar haqqında nağıllar
Qaraqalpaq heyvanlar haqqında nağılları, yaxud 
folklorşü  naslıqda qəbul olunduğu kimi «heyvan eposu» 
adlanan bu sahə nağıl janrının olduqca mühüm hissəsini 
təşkil etməklə  şifahi xalq yaradıcılığının qədim növlərin-
dəndir. Heyvanlar haqqında nağıllar animist və antropo-
morfist insan təsəvvürlərini və anlayışlarını özündə  əks 
etdirmişdir. Onlar düşüncəli və ağıllı şəkildə hərəkət etməklə 
bacarıqlı görünürlər.
Məlumdur ki, digər xalqlarda  keçmiş zamanlarda 
vəhşi heyvanlar (şir, ayı, canavar və s.), bəzi ev heyvanları 
– at, qoyun, inək, donuz, pişik müqəddəs hesab edilmiş və 
insanlar onlara daim səcdə etmişlər.  Digər xalqlarda olduğu 
kimi qədim animist, totemist və magik dünyagörüşünün bəzi 
izləri qaraqalpaqlarda da qalmaqdadır.
Animizm, daha doğrusu, təbiətin canlandırılması, təbii ki, 
bu dövrün özünün yaranması ilə bağlı idi. O dövrdə insan 
heç də ani olaraq öz dünyasından ayrılmaq istəməmişdir. 
İbtidai düşüncə  tərzi bütün hallarda insanla heyvanlar 
arasındakı davranışlardakı əlaqələri, uyğunluqları axtarmağa 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
192
193
can atmışdır. Tayfa quruluşu  mərhələsində totemizm əmələ 
gəlmişdir ki, o da insanların mənşəyinin bu və ya digər 
heyvanlardan, yaxud bitkilərdən alınmasını diqqət mərkəzinə 
çəkir. Məsələn, bir tayfa özünün ancaq ayıdan, digərlərinin 
tülküdən, üçüncüsünün isə canavardan və s. əmələ gəldiyini 
düşünürdü. Məlum olduğu kimi, türk xalqlarının ulu əcdadı 
dişi qurd hesab olunur. Bu barədə  qədim çin mənbələri və digər 
mənbələrdə xeyli məlumatlar mövcud dur. Totemə çevrilmiş 
heyvanlar daim ilahiləşdirilirdi. Totemə inam müxtəlif əfsun, 
adət və  ənənələrin ortaya çıxmasını  şərtləndirdi. Onların 
başlıca məqsədi insan nəsli ilə totem arasında yaxınlıq 
görmək idi. Belə olduqda totem insanlara xidmət edirdi. 
Böyük qazax folklor şünası və etnoqrafı Ç.Valixanov bununla 
bağlı yazırdı: «Ümu miyyətlə, heyvan xalqlar arasında elə bir 
yeganə vasitə dir ki, onun kökü müxtəlif nəsillərə gedib çıxır... 
məsələn, hey van sümüyünü tapdamaq  yolverilməzdir.  Əgər 
hey vanlar  hər hansı bir xüsusiyyətə malikdirsə, onları övliya 
adlandırırlar. Məsələn,  qızıl qazı ovlamırlar. Qorxurlar ki
quşlar şahı onları cəzalandıra bilər. Bayquşu, yapalağı,  göy-
qarğanı, ağacdələni və ququşunu da ovlamırlar.
6
 Türk xalq-
ları elə hesab edirlər ki, onların ayaqları, başları, yapalağın isə 
lələkləri onları bəd qüvvələrdən xilas edir, ona görə də, onları 
məhz yurta, ya da ki, uşaq beşiyinin başından asırlar. 
Qaraqalpaq nağıllarında heyvanlar və quşlar nəinki 
insanların dostu, həm də onların düşməni kimi çıxış edir. 
Qaraqalpaqların həyatında heyvandarlıq son dərəcə mühüm 
yer tutur. Buna görə də qaraqalpaq nağıllarında həm də atın 
yeri  müstəsnadır. At insanın  ən ağıllı,  ən yaxşı,  ən etibarlı 
dostu kimi təsvir olunur. İnsanların köməkçiləri kimi isə ağ, 
göy ilan, simurq quşu, dəvə, pişik, it çıxış edir. Xeyli heyvanlar 
və quşlar da vardır ki, onlar qaraqalpaq nağıllarında 
aşağıdakı  səciyyəvi xüsusiyyətlərilə  fərqlənir:  şir, pələng – 
daim xoşbəxtlik daşıyıcısı; tülkü – bic və son dərəcə məkrli
canavar – xəsis  və çox yeyən; eşşək – küt və bic; ayı – fiziki 
qüvvənin tipik nümayəndəsi, yöndəmsiz, başdan xarab və 
s.; dəvə – öz düşüncəsizliyi, insanlara kömək göstərməsi və 
hamıya inanması ucbatından  əzab çəkən; dovşan-qorxaq; 
quşların  əksəriyyəti isə  ağılı  və düşüncəsi ilə  fərqlənir.
«Qaraqalpaq xalq nağılları» kitabında, demək olar ki, 
heyvanlar haqqında  əksər nağıllar verilmişdir ki, onların 
sırasında «Xeyirxah qoca  və  oğru ağacdələn», «Yerş», 
«Bacarıqlı cigit», «Hiyləgər tülkü», «Ağacdələn və tülkü», 
«Tülkü və öküzlər», «Öküz və  dəvə», «Eşşək bicliyi», 
«Milçəklər  şahı», «Lovğa siçan», «Şir və hiyləgər dovşan», 
«Canavar və it», «Qızıl quş», «Qızılbaşlı ilan», «Tülkü və 
xoruz», «Aldanmış canavar» və s. verilmişdir. Qaraqalpaq 
sehrli  na 
ğıl ları ilə müqayisədə qaraqalpaqların «heyvan 
eposu» daha müxtəsər və lakonikdir. Bununla belə, onlarda 
ifadə olunmuş  fikir öz dərinliyi  ilə  fərqlənir.
«Bacarıqlı cigit», «Tülkü və öküzlər», «Eşşək və  dəvə», 
«Lovğa siçan», «Canavar və it» nağıllarında eyni zamanda, 
həm də bir neçə heyvanlar, quşlar, ev heyvanları iştirak edir 
ki, onlardan hər biri öz xarakterik xüsusiyyəti və davranışı ilə 
yadda qalır.
İnsan  davranışına istehza və onların xarakteristikası 
ilə bağlı heyvanların davranışı, özlərini aparması ilə bağlı 
nağıllar daha sonralar yaranmışdır. Beləliklə, təhkiyənin 
mühüm hissəsi kimi insanın xarakterik xüsusiyyətinin mənfi 
cəhətləri ictimai və sosial münasibətlər bu nağıllarda daha 
yaxşı öz əksini tapmışdır. Bunlar da öz növbəsində bədliklə, 
ədalətsizliklə,  şər qüvvələrlə mübarizənin bir forması kimi 
özünü büruzə verir. Pələngin, canavarın, ayının, tülkünün və 
digərlə rinin  obrazlarının köməyi ilə qaraqalpaq nağıllarında 
xanın, bəyin, tacirlərin yabançı cəhətləri tənqid atəşinə tutulur. 
Bu tipli qaraqalpaq nağıllarında əksər hallarda çobanlar çıxış 
edir ki, adətən onların köməyi ilə, təhkiyənin bu və ya digər 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə