Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə56/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
222
223
Başçılar kömək etmədi,
Qəddarlığa meyl saldı.
Başda duran bəla oldu,
Gözlərimiz yaşla doldu,
Qazi heç kimə baxmadı,
İşan keçi tək tərs idi.
Analar zülm çəkdilər,
Yaş töküb ah-vay etdilər,
Körpələri yedirtməyə
Döşlərində süd qalmadı
Bir kəsdən bir pay almadı.
17
     
Əsər doğrudan da xalq həyatının realist mənzərəsini əks 
etdirir və bu dövrdə yer almış qəddarlığı təsvir edir.  Burada  
poetik şərtilik tamamilə minimal həddə çatmışdır. Jien xanları, 
qaziləri, işanları kasıb xalqın köməyinə gəlmədiyindən tənqid 
atəşinə tutur.
Qaraqalpaqların dözülməz durumunu əks etdirən Jien 
qeyd edir ki, varlılar kasıblardan köçüb daha tez yerləşirdilər 
(Yeri gəlmişkən qeyd edək ki, bu məqam XX əsrin 90-cı 
illərində Azərbaycanda erməni təcavüzü nəticəsində xalqın 
bir hissəsinin vəziyyəti ilə üst-üstə düşür. Çünki burada 
da varlılar kasıblardan daha tez köçüb ölkədəki təhlükəsiz 
regionlarda yerləşirdilər). Xalq yol boyu  aclıq içində qalır. 
Hətta sonuncu heyvanını kəsib yeməyə məcbur olurdu. Hər 
bir qərar tutub dayandığı düşərgədə onlar acından ölən 
dostları, yaxınları ilə vidalaşmağa məcbur olur və beləcə 
yollar boyu heç bir təqsiri olmayan  insanların – anaların, 
ataların, uşaqların, gözəl qızların meyiti qalırdı.  Köçün səkkiz 
günü  ərzində 340 adam acından ölmüşdür. Qalanlarınısa 
müəllif saya bilməmişdir. Bütün bu dəhşətli günlərdə Jien 
qopuzundan ayrı düşməmiş matəm nəğmələri oxumuşdur.
18
     
Qaraqalpaqların Türküstandan köçü ilə bağlı onun 
«Əlvida, dostlar!» («Xoş bolın, doslar!») adlı şeiri də vardır. 
Bu şeirdə müəllif öz doğma yurdunu atıb  özgə yerlərə köç 
etməsi ilə bağlı  dərin kədərini ifadə etmişdir.  Şairin «Ber 
tüyem di»  («Dəvəmi qaytar») şeirində o, qaraqalpaq feodal-
larının xəsisliyini, ictimai  münasibət lərin real  mənzərəsini 
əks etdirirdi. 
Jien Jıraunun yaradıcılığında həm də  Şərq yazılı 
ədəbiyyatının, qədim epik dastançılıq  ənənələrinin  ətraf 
aləmə realist baxışı özünü göstərirdi. 
XVIII əsrin sonlarında Jien Jırau tərəfindən yaradılmış bu 
mənzərə  həqiqəti  əks etdirmək baxımından XX əsrin 80-cı 
illərində T.Kaipbergenovun «Maman-biy haqqında dastan» 
adlı romanın xeyli yerləri ilə müqayisə oluna bilər.
    2. Günxoca poeziyasının bədii özünəməxsusluğu
Günxoca yaradıcılığında (1799-1880) biz ətraf aləmin 
daha real mənzərəsini görə bilirik. Onun yaradıcılığı klassik 
qaraqalpaq ədəbiyyatının böyük nümayəndələri Hacıniyaz və 
Berdağın yaradıcılığı üçün zəmin hazırlamışdı. Günxoca həm 
onların  müasiri, həm də ustadı hesab edilə bilər. Günxocanın 
şeirlərində yeni yazılı yaradıcılığa istiqamətlənmiş  şairin 
dəst-xətti sezilməkdədir. Günxoca  poeziyasının ümumi 
istiqa mətin də, bir tərəfdən, onun folklor nümunələrindən 
geniş istifadə etməsi, digər tərəfdən, fərdi yaradıcılığa keçidi, 
başqa bir tərəfdən, klassiklərin, ilk növbədə  türkmən klassiki 
Məhdimqulunun yaradıcılığından faydalandığı hiss olunur.
Kasıb ailədən çıxmış Günxoca (əsl adı Jiyemurad) gənclik 
illərini Aral sahillərində keçirmiş, əvvəl aul məktəbində, sonra 
Qaraqum-işan mədrəsəsində  təhsilini davam etdirmişdir. 
Təhsilini başa vurmamış o, mədrəsədən kənarlaşmağa 
məcbur olmuşdur.  Şeirlərindən birində Günxoca onun 
təqib olunmasından, öz yurdunu məcburiyyət altında tərk 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
224
225
etməsindən şikayətləndiyi görünür. Az keçmir ki, Günxoca 
Qızılqum, Xarəzm oazisi və bir sıra digər ərazilərə  və yerlərə 
səyahət edir. Zəngin həyat müşahidələri onun gələcəkdə 
bədii yaradıcılığının formalaşmasında yardımçı olur. 
Bütün bu müşahidələri biz onun «Mənim diyarım», «Kimə 
lazımdır?», «Bəy oğlu», «Xalq ilə», «Yaddan çıxmaz», «Ölü 
balıq», «Qara daş» və s. şeirlərində görə bilərik. Günxoca 
yaradıcılığının magistral xəttini xalqa xidmət, düşmənlərə 
qarşı barışmaz kin, nifrət təşkil edir. Təsadüfi deyildir ki, 
Günxoca yaradıcılığındakı humanizm, yüksək mənəvi-
əxlaqi keyfiy yətlər geniş xalq kütləsi tərəfindən də rəğbətlə 
qarşılanmışdır. Onun əsərləri elə bədii nümunələrdir ki, onlar 
gələcək qaraqalpaq şairlərinin yaradıcılığında  da önəmli rol 
oynaya bilmişdir.
Günxoca sosial lirika ustasıdır. Onun yaradıcılığında 
ümumbə şəri və milli xarakterli problemlər qaldırılır. Bu 
baxımdan onun «Yarımkor dəvəyə müraciət», «Mən kim 
oldum», «Ölkə ilə birlikdə», «Qamış», «Çobanlar», «Oraqçılar» 
və digər  şeirləri nümunə göstərilə bilər. Bu əsərlər kasıb 
qaraqlapaqların əzablı, kədərli həyatı ilə bağlı hekayətlərdir. 
Günxoca qəzəblə, sarkazmla xanların, işanların, mollaların 
fəaliyyətini tənqid edirdi. Eyni zamanda bunu edə-edə şair 
həm də azadlıqseəvr xalq kütləsinin ifadəçisinə çevrilmişdir 
ki, o, insanlarla birlikdə öz parlaq gələcəyi və qanuni 
hüquqlarının təmin olunması  uğrunda mübarizə aparırdı. 
Bu ideyalar «Ölkə ilə birlikdə» şeirində daha uğurlu şəkildə 
əksini tapmışdır.
Günxoca qaraqalpaqların həyat və maddi durumunu 
olduqca dərindən müşahidə edirdi. Çünki kasıb qaraqalpaqlar 
nə  əmlaka, nə  də mal-heyvana malik idilər. Kasıblar 
(qaraqalpaqlar onları «dixan», azərbaycanlılar «dehqan» 
adlandırırdılar) ömrü boyu varlılara işləyir və  işin çətinliyi 
ucbatından məhv olub gedirdilər. Şair dehqanların acından 
ölməmək üçün ən sonuncu işçi qüvvələrini satmağa məcbur, 
səhərdən gecəyə  qədər işləməli olduğunu dilə  gətirirdi. 
Digərlərindən fərqli olaraq onların yer icarəyə götürmək 
imkanı da yox idi. Bütün bunlara baxmayaraq, onlar sərbəst 
hesab edilsə də, sözün əsl mənasında heç bir hüquqa sahib 
deyildirlər.
Qaraqalpaq  dehqanlarının, torpaqsızlarının bir hissəsi 
öz tayfala rı nın ənənələrilə hesablaşmadan, Xarəzmin cənub 
rayonlarına getməklə özbək və türkmən bəyləri üçün uzun 
müddətli yaz-əkin işləri ilə məşğul olmağa məcbur olurdu. 
«Oraqçılar», «Həyat varmı?» və s. əsərlərində Günxoca 
bütün bunları realist boyalarla təsvir edirdi. Günxoca digər 
regionlara qazanc dalınca gedən dehqanlardan danışır, on-
la rın gecə-gündüz bəylərə, xanlara  bir qarın çörəyə  işlə di-
klərini, bəzən qarınlarını doyurmadıqlarını, məcbur olub ye-
nid ən doğma torpaqlara qayıtdıq larını göstərirdi. Bu barədə 
onun  «Gün harda» şeirində daha ətraflı təsvirlərlə rastlaşırıq:
Орак орып йыллар бойы болдыk кул,
Ислесекте ала-алмадык кара пул,
Не жананлар байы юлип калды тул,
Енди бугин жайнан жаснар кун кайда.
19
Bu bəndin dilimizə tərcüməsi aşağıdakı kimidir: 
Ömür boyu biçdik oraqla sünbül,
Çox işlədik heç almadıq qara pul,
Kişilər öldü, zənənlərsə qaldı dul,
Ömür getdi, həyat söndü gün harda. 
Günxocanın Xivə xanı Madaminlə olan hekayətini 
mənbələr bu günə  qədər qoruyub saxlamışdır. Deyirlər ki
xan bir gün sarayına Xarəzm şairlərini dəvət edir və onlardan 
xanlıqdakı gözəl həyatı təsvir etməyi və yaxşı şeirlər yazmağı 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə