Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə58/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
230
231
Bu bəndin sətri tərcüməsi aşağıdakı kimidir:
Atalığa söz aparan,
Xalqı aldadıb çaşdıran,
Auldakı kəndxudaya,
Saysız-hesabsız pul gərək.
Xalqa atalıq edənə,
Onu aldadıb, çaşdırana,
Onunçün vergilər qoyan
Atalığa onu  soymaq gərək.
Özünü paraya satan,
Torpağı cəsədlə doyuran,
Xalqı məhv edən padşaha,
Hər gündə dualar gərək.
Yazıq bədbəxt insanlara,
Azadlığa can atanlara,
Vergidən cana doyanlara,
Azad, xoşbəxt dövran gərək.     
Yuxarıda qeyd etmişdik ki,  xanların Hacıniyazı  təqib 
etməsi onun doğma yurdunu tərk etməsilə nəticələnmişdir. 
Uzun müddət  Qazaxıstanda, Orenburqda, Uralda yaşadığı 
dövrdə o, xeyli digər şeirlər, o cümlədən «Ellərim vardı» adlı   
şeirini yazır və bu şeirdə Xivə xanlığındakı özbaşınalıqlardan 
geniş bəhs edir:
Карсыласса  хəмирине кондирген,
Биразлардын бауырларын тилдирген,
Озлерине бейимлержи кулдирген,
Ургенч елинде залым хə барды.
22
Parçanın sətri tərcüməsi təxminən belə səslənir:
Öz iradəsinə, əmrinə tabe edənə,
Insanlarla qəddar davrananlara,
Tərəflərində dayaq duranlara,
Örgəncdə  (Xivədə) tiranlar vardır.
Hacıniyaz  əzablar altında inləyən eli-obası haqqında 
söhbət aparır. Məhz bu xüsusiyyətinə görə onun yaradıcılığı  
qaraqalpaqlar tərəfindən yüksək qiymətlənilməkdədir.
23
  
Onun yaradıcılığı haqqında Berdağ-şairin söylədiyi  fikirlər 
də  əhəmiyyətlidir. Berdağ yazmışdır: «Əgər mənim poetik 
istedadım adi insanlardan altı  dəfə çoxdursa, Hacıniyazın 
istedadı oniki dəfə çoxdur».
24
         
Hacıniyaz qaraqalpaq klassik poeziyasının bədii ifadə 
vasitələ rini  də yetərincə  zənginləşdirmişdir. Bu ona Şərq 
klassikasının təcrübəsindən yararlanmağa da kömək 
etmişdir. O, Nəvai, Füzuli və Məhdimqulu yaradıcılığından 
yaxşı  xəbərdar idi. Buna nümunə kimi şairin «Mənim 
gözlərim», «Gərək», «Olmayıb», «Ellərim vardı», «Bozataulu 
gözəl», «Əkinçiyə yer lazım olan kimi», «Zirvədən sel axır» 
və s. əsərlərini göstərmək olar. Hacıniyaz həm də qaraqalpaq 
şeirşünaslığını özünəməxsus  şəkildə  rəngarəngləşdirmiş  və 
zənginləşdirmişdir. Onun yaradıcılığı  bədii sözün sehrini 
dərk etmək nöqteyi-nəzərdən ondan sonra gələn qaraqalpaq 
şairləri üçün nümunə ola biləcək poetik təfəkkür və nümunə 
sahibi  kimi dəyərləndirilməkdədir.
4.Berdağ yaradıcılığı  XIX əsr qaraqalpaq 
poeziyasının zirvəsi kimi
 Berdimurad Karqabay ulı yaradıcılığı – ədəbi tə xəl-
lüsü Berdağ
*
 (1827-1900) qaraqalpaq klassik ədəbiyyatının 
*Berdimurad adının «Ber» hissəsindən sonraya artırılmış «dağ» kədər, qüssə, qəm mənasına gəlir ki, şair özünü Berdağ – yəni 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
232
233
zir vəsi hesab edilir. Azərbaycan  ədəbiyyatı üçün Nizami, 
özbək  ədəbiyyatı üçün Nəvai, rus ədəbiyyatı üçün Puşkin, 
ukrayna  ədəbiyyatı üçün Şevçenko, türkmən  ədəbiyyatı 
üçün Məhdimqulu, qazax ədəbiyyatı üçün Abay kimi hesab 
edilirsə, qaraqalpaq ədəbiyyatı üçün də Berdağ elə bir nüfuza  
malik  ədəbi simadır. Berdağ çoxsaylı lirik əsərlərində, 
poemalarında qaraqalpaq xalqının XIX əsrdəki sosial-ictimai 
həyatını geniş  əks etdirmişdir.
Berdağ şair-demokrat kimi dövrünün ictimai mü nasibətl-
ərini və hadisələrini öncül xalq mövqeyindən işıqlan dır-
maqla, həm də humanizm ideyalarının tərən nümçüsü  kimi 
çıxış etmiş, ədalət və vətənpərvərlik carçısı kimi tanınmışdır.
Berdağın bütün yaradıcılığından alçaldılmış  və  təhqir 
edilmiş doğma xalqın tarixi  taleyi mövzusu keçir. Berdağın 
şeirlərinin mövzusu son dərəcə rəngarəngdir. Onun «Vergi», 
«Yaz gələrmi», «Dövran», «Olmamışdı», «Mənim həyatım», 
«Heç vaxt olmamışdı», «Bu il» və s. əsərlərində qara camaatın 
çətin vəziyyəti, istismarçı siniflərin özbaşınalığı  əksini 
tapmışdır.
Berdağ Aralətrafı  ərazidə kasıb bir ailədə dünyaya 
gəlmişdir. O, Konqrad tayfasının koldaulı  qəbiləsinə 
mənsubdur.  İlkin təhsilini aul məktəbində almışdır. 
Berdimuradın poetik istedadı özünü erkən büruzə vermişdir. 
Artıq 13 yaşında o, şeirlər yazmağı bacarmış  və  nəticədə 
Berdağ XIX əsr qaraqalpaq ədəbiyyatının yenilməz böyük 
qüruruna çevrilmişdir. Onun yaradıcılığı  həm də XX əsr 
qaraqalpaq ədəbiyyatının yaradıcı simasının formalaşmasına 
böyük təsir etmişdir. Berdağ  dövrünün geniş  təhsil almış 
insanlarından idi. Onun şeirlərində biz Platon, Aristotel, 
Bedil, Nəvai, Füzuli, Məhdimqulu və digər isimlərlə yanaşı, 
həm də türk xalq eposları «Yedige» və «Alpamıs» haqqında 
da məlumatlar alırıq. «Qırx qız» eposu isə onu «Axmaq 
kədərli Berdimurad adlandırır
paşa» poemasını yazmağa ruhlandırmışdır. Eyni zamanda o, 
xanın qırx birinci arvadı, balıqçı Gülim obrazını yaratmışdır. 
Belə ki, qırx birinci  arvad özündən  əvvəlki qırx arvadla 
birləşərək öz qəddar  ərinə qarşı xalq üsyanı  təşkil etməklə, 
onu hakimiyyətdən kənarlaşdırmağa müvəffəq olmuşdur. 
XIX  əsrin 80-cı illərində  qələmə alınmış «Axmaq paşa» 
poemasının süjetini o, bir xalq nağılından götürmüşdür. Bu 
poema Berdağ yaradıcılığında bədii cəhətdən ən mükəmməli 
hesab edilir. Poemanın süjeti mürəkkəbdir, onda bir neçə 
xətt və istiqamətlər mövcuddur. Poema qəddar xanın ölümü 
ilə başlayır, onun varisi olan oğlu isə ondan daha qəddar 
hökmdar kimi təsvir olunur. Xanın özünün adı Axmaq 
paşadır. O, balıqçı  qızı Gülimlə evlənir və ondan oğul 
doğulmasını arzulayır. Lakin Gülimdən Gülzar adlı  qızı 
doğulur. Axmaq paşa qara camaata, sadə insanlara, rəiyyətə  
nifrət etdiyindən Gülzarı da yeraltı sarayda saxlayır.  Bununla 
belə xalqın Gülzara münasibəti də birmənalı olmur. 
İllər keçir, Gülzar böyüyür. Öz atasının qəddarlığından 
xəbər tutan qız, Axmaq paşa ilə görüşmək istəyir. Onu görən 
kimi Axmaq paşa öz qızına vurulur. Qız onu rədd edəndə, o, 
qızın üstünə itlərin qısqırdılmasını əmr edir. Nə qədər qəribə 
olsa da, itlər Gülzara toxunmur. Əvəzində itlərdə nitq yaranır 
və onlar  öz doğma qızı ilə evlənmək istəyən xanı lənətlə yir lər. 
Gülzar yenidən zindana atılır, onu xeyli döydükdən sonra 
meşəyə aparırlar. Burada cigitlər ona kömək etməklə onun 
canını edam olunmaqdan qurtarırlar. Əvəzində necəsə Gülzar 
xan sarayına gəlib çıxdıqdan sonra  öz doğma atasını öldürür.
Berdağ poemada xanların xarakterik xüsusiyyətlərini 
olduqca gözəl  təsvir etmişdir:
Hakim olub  qanadlanır,
Hakimlikdən sərxoşlanır,
Bizim xanın ehtirası,
Güllə kimi deşər daşı.


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə