Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə64/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
254
255
gətirib çıxarmadı. Belə ki, mühüm real gerçəklikdəki həyat 
konfliktləri bəzən sadə, quru ziddiyyətlərlə  əvəz olunurdu. 
Hətta bəzən bu ziddiyyətlər sona qədər çatdırılmırdı.  Bəzi 
hallarda ideyasızlıq,  fikir təqdimatında  primitivlik, hiss 
və  obrazların  diqqət mərkəzinə  çəkilməsində çatışmazlıq 
müşahidə olunurdu. Belə hal bir sıra qaraqalpaq şairlərinin 
yaradıcı manerası üçün xarakterik idi. Onlar öz poemalarında 
mürəkkəbləşdirilmiş  bədii obrazların bütövlüyündən, 
aydın fikirlərdən  istifadə edə bilmirdilər. Məsələn, X.Juma-
muratov özünün «Fəxri iş», B.Kaipnəzərov «Öringül» 
əsərlərində stiliza 
siyanın köməyindən istifadə etsələr də, 
əsərlərinə yeni ruh gətirə bilmədik lərindən müasirliyi heç 
də yüksək  şəkildə  əks etdirə bilmirdilər. Bununla belə elə 
qaraqalpaq sənətkarları da vardır ki, məsələn, J.Aymirzəyev, 
A.Şahmuradov, A.Dabılov, S.Nurumbetov, S.Beknazarov, 
İ.Yusupov, T. Jumamuratov, Q.Yese 
mu 
 
ratov və başqaları 
müvafiq məzmun üçün forma tapıb istifadə etməklə  və 
müasirlərin obrazlarını açıb göstərməklə  insanların mənəvi 
dünyasını ön plana çəkirdilər.  
Bu kontekstdə X.Turumbetovun şeirləri daha çox parlaq 
obrazlılıqla fərqlənirdi. Üç onillik ərzində onun bir neçə 
-  təxminən ondan yuxarı  şeir və poema məcmuələri işıq 
üzü görmüşdü. «Gülüstan» («Gülistan» - 1954), «Xoşbəxt 
gənclik» («Baxıtlı jaslık» -1955), «İki dost» («Eki dos» - 1957), 
«Şair yolu» («Şayır jolı» - 1959), «Daim canlı» («Manqiqe 
diri» - 1960), «Canatma» («Taluas» - 1962), «Yenə bahar gəldi» 
(«Jane baxar keldi» - 1970) və s. şeir məcmuələrində  şairin 
yaradıcılığının özəl xüsusiyyətləri özünü büruzə verir və 
belə keyfiyyət  əsasən lirik qəhrəmanın heç də yalnız ənənəvi 
folklor vasitələri ilə  əks olunmurdu. Onu da qeyd edək ki
belə  təqdimat xeyli qaraqalpaq şairlərinin yaradıcılığı üçün 
xa rakterikdir.  Burada  əsasən konkret, canlı, xoşbəxtlik uğ-
runda döyüşkən insanın doğma torpağı ilə bağlı mübarizəsi 
əks olunurdu. Bu, «Mən vətənimi xilas edirəm», «Mə nim 
andım», «Hücum», «Volqa», «Sənin portretin», «Mək tub», 
«Yaylıq» və digər  əsərlərdə özünü yaxşı büruzə verir. 
X.Turumbetovun lirik qəhrəmanı – ciddi həyat sınaqların-
da bərkimiş insandır.  Şairin öz lirik qəhrəmanının heç də 
həyat konfliktlərini bütün təfərrüatları ilə vermək imkanın 
olmamasına baxmayaraq, bununla belə onun «Sənin 
portretin», «Yaylıq» və digər  şeirlərində döyüşkən  əsgərin 
mübariz obrazı son dərəcə görümlü şəkildə yaradılır. 
Burada məhz onun qəhrəmanlarının yüksək hiss-həyəcanı, 
düşüncələri  əksini tapırdı. «Yaylıq» şeirində, məsələn, əsgər 
tanımadığı bir qızdan arxa cəbhədən göndərilmiş hədiyyə alır, 
müəllif  öz qəhrəmanının dili ilə qıza müraciət edərək, bütün 
qəhrəmanlığını  işıqlı  gələcəyə  çıxması  uğrunda edəcəyini 
bildirir. Şeirdə həyat uğrunda, insanların xoşbəxtliyi uğrunda 
mübarizə ön plana çəkilir. Məhz belə mənəvi mənbələr gənc 
qaraqalpaq əsgərlərini cəsurluğa, qəhrəmanlığa ruhlandırırdı. 
Qaraqalpaq  şairlərinin bədii ustalığında lirizm gücü və 
yetkinliyi həm də onda özünü göstərirdi ki, bu şeirlərin 
obrazlı strukturu hiss və lirik qəhrəmanın ürək döyüntüləri 
son dərəcə yüksək  şəkildə xalqına xidməti,  vətənpərvərlik  
ideyalarını  tərənnüm edirdi.
Qaraqalpaq sənətkarları  XX əsrin II yarısında da uğurla 
yazıb yaradırdılar. T.Jumamuratov, N. Japakov, T.Seyitcanov, 
X.Seyitov, A.Aliyev və başqaları müx təlif janrlarda – lirik 
şeirlər, rübailər, dastanlar, poemalar - əsərlər ortaya qoymaqla 
oxucuların ürəyinə yol tapırdılar. 
Bu dövr qaraqalpaq epik poeziyasında yuxarıda qeyd 
etdiyimiz folklor motivləri üzərində qurulmuş ballada 
və poema-dastan janrlarından da istifadə olunurdu. Bu 
istiqamətdə janrın inkişafında S.Nurumbetovun yaradıcılığı 
xüsusi rol oynayırdı. Onun «Qəmər», «Dənizdə» kimi 
poemaları heyvandarların, balıqçıların əməyinin vəsfinə həsr 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
256
257
olunmuşdur. Adları  çəkilən poemaların qəhrəmanlarının 
düşüncüləri, hissləri bu sahələrə bağlı olan əsl fədakar 
insanlardır.    
Qaraqalpaq  şairlərinin yaradıcıdığında həm də eyni 
zamanda digər sənətkarların yaradıcılığında olduğu kimi mü-
hüm yeri, həm də xalqlar dostluğu mövzusu, beynəlmiləlçilik  
və s. kimi mövzular təşkil edirdi. Bu mövzuya qaraqalpaq 
şairlərindən X.Seyitovun «Sevginin sirri», X.Turumbetovun 
«İki dost», K.Jumaniyazovun «Şəhərli qız», J.Aymirzəyevin 
«Ömürbəyin həyatı»,  İ.Yusupovun «Xalçaçı  qız haqqında 
həqiqət», J.Dilmuratdovun  «Biz Artekə gedəndə» və s. 
əsərləri mühüm yer tutur.
XX  əsrin 60-80-ci illərində qaraqalpaq poeziyasında 
hərbi mövzuya daha çox yer ayrılırdı. Bu baxımdan 
S.Beknazarovun «Tanya», X.Seyitovun «Ürək sevgisi», 
M.Seyidniyazovun «Mənim uşaqlığım müharibə vaxtı 
olmuşdu», D.Aymuradovun «Müharibənin nəticələri», 
B.Kaipnəzərovun «İki əsgər», X. Turumbetovun «Əsgərin dul 
qadını» və s. əsərləri mühüm yer tutur.
Dövrün aktual problemlərinə həm də gənc yazarların və 
qaraqalpaq şairlərinin daha yaşlı nümayəndələrinin əsərləri 
həsr olunmuşdur. Bu müəlliflərin  sırasında X.Seyitnazarov, 
S.Abbazov, T.Kabulov, R.Ayapbergenov, Ş.Seyidov və 
başqaları vardı. Eyni zamanda bunu da qeyd etmək olar ki, 
gənc şairlər (J.Dilmuradov, İ.Qurbanbəyov, U.Xocanəzərov, 
K.Rəhmanov, T.Matmuradov və başqaları)  əksər hallarda 
həyatın nəbzini təsvir etməyə can atır, onun rəngarəngliyini 
və  zənginliyini emosional gərginliyi ilə verirdilər. Bununla 
da poetik obraz bədii sözün qüvvəti ilə oxuculara daha yaxşı 
təsir edirdi.
6
Beləliklə, XX əsr qaraqalpaq poeziyasının fərqli 
cəhətlərindən biri ondan ibarət idi ki, o klassik ənənələrə ciddi 
bağlarla bağlı idi. Onun belə xüsusiyyəti şeirə yeni çalar, yeni 
məzmun gətirirdi. Demək olar ki, hər yeni onillikdə şairlərin 
yaradıcılıq ustalığı artır, formalaşırdı. Qaraqalpaq şairləri xalq 
həyatının gündəlik gün-güzəranını daha dərindən öyrənmək 
imkanı    əldə edir və onu əsərlərinin aparıcı mövzusuna 
çevirirdilər. 
Dövrün özünəməxsus gerçəklikləri sanki yeni xarakterlər, 
yeni realist obrazların yaranması üçün zəmin hazırlayırdı. XX 
əsrin II yarısı qaraqalpaq poeziyası digər türk ədəbiyyatları 
ilə qarşılıqlı  şəkildə  zənginləşməklə inkişaf edir, əvvəlki 
dövrlərin bədii təcrübəsini mənimsəyir və dövrün poetik 
inikasında yeni müvəffəqiyyətlər  əldə edirdi. Bu, A. 
Musayevin, S.Majitovun, S.Nurumbetovun, A.Dabılovun, 
İ.Yusupovun, T.Kabulovun və digərlərinin əsərlərində özünü 
daha yaxşı  əks etdirirdi.
1. XX 
əsr qaraqalpaq şairlərinin
 yaradıcılığından səhifələr
Ömər – şair (1879-1922). Ömər Suqirimbet ulı Ayrşada 
Aral dənizinin cənub sahilində anadan olmuşdur. Onunla 
bağlı saxlanılmış bioqrafik məlumatlar son dərəcə azdır. 
Əsasən məlum olan budur ki, şairin həyatı daim ehtiyac içində 
keçmişdir. O, daim gəzmiş, səyahətdə olmuş, iş axtarmış, 
qaraqalpaq və qazax bəylərinə nökərçilik etmişdir. Kasıblıq 
həyatının bütün ağrı-acısını görən Ömər-şair  əsərlərində 
istismarçıları  lənətləyir, varlıların xəsisliyini qamçılayır, 
onların özbaşınalığını, qəddarlığını  və soyğunçuluq 
əməllərini tənqid atəşinə tuturdu. Şairin satirik əsərləri əsasən 
mürtəce ruhanilərə qarşı istiqamətlənmişdi. Bu tipli əsərlər 
sırasında «Xoruz», «Gördüm» və digərlərinin adını çəkmək 
olar. Bundan başqa Ömər-şair  əsərlərində  həm də doğma 
diyarı  tərənnüm edir («Mən qayıdıram»), gənc qaraqalpaq 
qızının gözəlliyini vəsf edir, qaraqalpaq qadınının hüquqsuz 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə