Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
386
387
Poeziyanın bədii priyomları spesifikdir.
Poeziyada
lakoniklik və şərtilik mühüm yer tutur. Şeirin bədii və dil
elementləri də özünəməxsusdur. Poetik musiqi Berdağ
şeirində ritmin quruluşuna əsaslanır, ritm öz növbəsində
əsərin məzmununa və bu məzmuna müvafiq intonasiyaya
bağlanır. Nəticədə bu elementlərin hamısı poetik mətnin
üslubunu yaratmaqla, şeir ölçüsü sətirlərin özünü təşkil edir.
Bu xüsusiyyətlər Berdağın şeirlərinin H.Arif
tərcüməsində
uğurla saxlanılır.
Berdağ şeirlərinin ritminin digər tərcümə nümunələ rində
də adekvat saxlanıldığının şahidi oluruq. «Belə zaman da»
şeiri bu baxımdan daha səciyyəvidir:
…
Hər şey ildən-ilə tərsinə gəldi,
Aqillər başına gələn nə gəldi.
Gedənlər lal olub cəzanə gəldi,
Qayğılar çoxaldı belə zamanda.
…Qız-gəlinlər sevdiyinə getmədi,
Şəriət də buna əlac etmədi,
Neçələri məqsədinə yetmədi,
Çatan yox arzuya belə zamanda.
…Şagird Qədirimbet, mən Berdimurad,
İkimiz meydanda açmışıq busat.
Onda göy yorğa var, məndə qara at,
Sürdük birnəfəsə belə zamanda.
14
Berdağın şeirlərinin Azərbaycan tərcümələri ilə tanış
olarkən aydın görmək olur ki, mütərcim orijinal müəllifinin
nitqinin quruluşunu, sistemini, bədii görün tüsünü, dünyanın
qavrayışını, onun qaraqalpaq ədəbiyyatına
məxsus olduğunu
və s. doğru-dürüst saxlaya bilmişdir. H.Arif tərcüməsində
Berdağ şeirlərinin bədii mətnində məzmunla ifadə olunmuş
milli xüsusiyyətlər, dil imkanlarını ifadə edən forma və s.
özünü bariz şəkildə əks etdirməkdədir.
Ədəbi əlaqələrin ən mühüm qollarından biri olan tərcü-
mə nin xalqların bir-birinə yaxınlaşmasında, mədəniy yətinə,
həyatına, mənəviyyatına bələd olmasında rolu əvəzsizdir.
Bununla bağlı söhbəti daha geniş müstəvidə da vam etdirmək
olar. Qaraqalpaq və Azərbaycan ədəbiyyat larının daha
geniş müstəvidə əlaqələrinin
öyrənilməsi, həm də hər iki
ədəbiyyatın içində gedən proseslərə yaxından bələd olmaq
imkanı verməklə bu ədəbiyyatların yaradıcı təcrübəyə yiyə-
lən məsində mühüm əhəmiyyət kəsb edə bilər. Hər iki ədə-
biyyat arasında mövcud olan bugünkü zəif əlaqələrin can lan-
dırılması dövrümüzün aktual problemləri sırasında olmaq la
bu gün daha çox diqqət mərkəzinə çəkilməyə layiq dir.
Qaraqalpaqlarla azərbaycanlıları bir-biri ilə yaxınlaşdıran,
eyniləşdirən çox şeylər vardır. Bunu biz nəinki tarixi,
etnoqrafik, folklor, digər mənbə və məxəzlərdən gətirdiyimiz
nümunələrdən, həm də istedadlı şair Abbas Abdullanın
«Borçalı» İctimai Cəmiyyəti xətti ilə nəşr etdirdiyi «Türk oğlu
türkəm» kitabında təqdim olunmuş «Tapmacalı qaraqalpaq
nağılı» şeirindən də görə bilərik:
Bu Qaraqalpaq,
Bu Qarapapaq,
Bu Qarappaq,
Bu Qarabağ…
… Hamısı qapqara.
Bu qara nə demək?
Qara böyük demək.
Böyük yarpaq,
Böyük bağ
…böyük dağ…
…Böyüklük də bir yük.
15
Doğrudan da qaraqalpaq, qarapapaq və Qarabağ böyük
və bir birinə yaxındırlar. Bu yaxınlıq ədəbiyyatlarımızın da
prioritetində dayanmalıdır.
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
388
389
Ədəbiyyat
1. Габдиров И. К проблеме национального и интернацио-
наль ного// Казахская литература и ее интернациональные
связи. Алма-Ата, «Наука», 1973, с.9.
2. Бушмин А.С. Межлитературные связи и преемственность
законо мерность литературного развития// Литературные
связи и литературный процесс. М., «Наука», 1986, с. 16.
3. Баяндиев Т. Каракалпакский государственный театр
имени К.С.Стани славского (1930-1967). Очерк истории.
Ташкент, «ФАН» 1971, с. 193.
4.
Писатели Ленинграда и Кара-Калпакии в Азерб.ССР. –
Бакинский рабочий, 1935, 8 сентября, с. 4.
5. Баяндиев Т. Каракалпакский государственный театр
имени К.С.Стани славского (1930-1967). Очерк истории.
Ташкент, «ФАН» 1971, с. 195
6. Баяндиев Т. Каракалпакский государственный театр
имени К.С.Стани славского (1930-1967). Очерк истории.
Ташкент, «ФАН» 1971, с.195.
7. Баяндиев Т. Каракалпакский государственный театр
имени К.С.Стани славского (1930-1967). Очерк истории.
Ташкент, «ФАН» 1971, с.193-199.
8. Qaraqalpaq yazıçılarının arzusu. «Ədəbiyyat və incəsənət»,
1960, 7 may, s. 4.
9. Aymirzəyev C. Gəlmişəm. Tərc. Q.İmamverdiyev. – «Ədəb.
və İncəs.» qəzeti, 1960, 30 aprel, s. 3.
10. Aymirzəyev J. «Bakıda bir qız gördüm».Tərc.ed.
Q.İmamver di yev. «Ədəb. və İncəs.», 1960, 14 may, s.2.
11. Binnətova A. Qaraqalpaq şairi İbrahim Yusupov.«Ədəb. və
İncəs.», 1987, 26 may, s.2.
12. Arif H. Berdağ// Berdağ (Şeirləri). Bakı, «Yazıçı», 1989, s. 6
s.3-6.
13.
Berdağ. (Şeirləri). Tərc.ed.H.Arif. Bakı, «Yazıçı», 1989, s. 24.
14.
Berdağ. (Şeirləri). Tərc.ed. H.Arif. Bakı, “Yazıçı”, 1989, s. 45-
46.
15. Abdulla A. Türk oğlu türkəm. Bakı, «Borçalı» İctimai
Cəmiy yə ti», 2015, s. 15.
QARAQALPAQ ƏDƏBİYYATI
XÜLASƏ
Türk xalqları ədəbiyyatları sırasında kökləri qədim dövrə
gedib çıxan bədii fikir nümunələri ilə zəngin olan qaraqalpaq
ədəbiyyatı özünəməxsusluğu ilə seçilməkdədır.
Digər ədə-
biyyatlar kimi onun da qaynaqları folklor nümunələri və
epik dastanlardır ki, bu örnəklərdə qaraqalpaqların etnik-
milli bütövlüyünü və bədii dəyərini qoruyub saxlayan
mübarizə ruhu özünü əks etdirməkdədir. Müxtəlif tarixi
dövrlərdə Xarəzm, Buxara, Fərqanə, Orta və Böyük Cuzun
tərkibinə daxil olmuş qaraqalpaqlar daim cunqar-kalmıklar
və Nadir şah ordusuna qarşı amansız mübari zələr aparmışlar.
Eyni zamanda uzun müddət ərzində qaraqalpaqlar tayfalar-
arası və qəbilələrarası didişmələr nəticəsində min bir
məhrumiyyətlərə tuş gəlmiş, xalq qaçqınlığa, köçkünlüyə
məruz qalmış, nəticədə onun sayı nəzərəçarpacaq
dərəcədə
azalmışdır. Xalqın öz bütövlüyünü qorumaq uğrunda müba-
rizəsi nəhayət XX əsrin 20-ci illərində Muxtar Vilayət, XX əsrin
90-cı illərində isə Özbəkistanın tərkibində Qaraqalpaqstan
Respublikası yaratmaqla nəticələn mişdir. Qaraqalpaq lar
bu gün Qaraqalpaqstanda kompakt yaşamaqla bərabər,
həm də ondan kə narda Özbəkistanda, Qazaxstanda, Türk-
mənistanda, Əfqanıstanda, İraqda,
Türki yə də, Rusiyada və
digər dövlətlərin ərazilərində məskunlaşmaq dadırlar.
Uzun əsrlər boyu qaraqalpaqların zəngin şifahi poeziyası
inkişaf etmişdir. Onun çoxsaylı lirik nümunələri «hey jar»,
«betaşar», «həyya», «haytar», «koşlasu», «joklau», «bədik»,
«güləpsan», «ramazan», xalq və tarixi nəğmələri, atalar sözü,
zərbi məsəlləri və tapmacaları ilə yanaşı, mifoloji hekayələri,
rəvayətləri, əfsanələri, lətifələri, nağılları və dastanları
dövrümüzə gəlib çatmışdır. Qaraqalpaq folklorunun xeyli
janrları digər türk xalqlarının folklor janrlarına
yetərincə