Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə94/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
374
375
57.Нурмухамедов  М. Зарождение письменной литературы 
у  полуседлых  и  кочевых  тюркоязычных  народов  Средней 
Азии  и  Казахстана.  Ташкент, 1970.
58.Нурмухамедов  М.  Краткий  очерк  истории    каракал-
пакской  советской  литературы.  Ташкент, 1954
59.Нурмухамедов  М.,  Есемуратов  Г.  Аяпберген  Мусаев. 
Труды  Ком плексного  Института  АН  Узб.ССР.  Нукус, 1959
60.Нурмухамедов  М.  О  зарождении  каракалпакской  пись-
менной литера туры. Журн. «Амударья», 1968, №6.
61.Нурмухамедов  М.  О  зарождении  каракалпакской  пись-
менной  лите ратуры.  Журн. «Общественные  науки  в  Узбе-
кистане».  Ташкент, 1968, №7.
62.  Нурмухамедов  М.  Из  истории  русско-каракалпакских 
культурных  связей.  Ташкент, 1974.
63.Нурмухамедов  М.  Развитие  жанра  поэмы  в  каракал пак-
ской  советской  литературы.  Ташкент, «ФАН», 1976.
64.Нурмухаьедов  М.  Каракалпакская  поезия  (Крамкий 
очерк).  Ташкент, «ФАН», 1977.
65.Нурмухамедов М. Аярберген Муса улы – зачинатель к а ра-
кал пакской советской литературы. Ташкент, «ФАН», 1980.
66.Пахратдинов  Д.  Традиции  классиков  Востока  в  лирике 
И.Юсупова.  Автореф.  канд.  дисс., 2001.
67.Пахратдинов  Д.  Традиции  классиков  Востока  в  лирике 
И.Юсупова  (К  проблеме  литературного  взаимовлияния  и 
взаимосвязей).  Нукус, 2001.
68.Пирназаров  А.  Мастерство  Ажинияза.  Нукус, «Каракал-
пакстан», 1983.
69.Тлеумуратов М. Истоки культурных связей каракалпаков  
с соседними народами. Нукус, 1986.
        
XVIII. QARAQALPAQ-AZƏRBAYCAN
ƏDƏBİ ƏLAQƏLƏRİ
Qaraqalpaq  ədəbiyyatının lap qədim zamanlardan 
günümüzə qədər mövcud olmuş inkişafını izləmək bizi həm 
də bu xalqın  ədəbiyyatının Azərbaycan ədəbiyyatı  ilə olan 
qarşılıqlı  əlaqələrinin hansı  səviyyədə olmasını  gündəmə 
gətirir. Hər iki xalqın ayrı-ayrı  ədəbiyyat nümayəndələri  
arasında araya-ərsəyə gələn  əlaqə və münasibətlər, həm də 
ədəbi-mədəni həyatda müəyyən  iz buraxmışdır.
Azərbaycan və qaraqalpaq xalqlarının mənəvi mədəniy-
yətində, bir sıra  şifahi nümunələrində olan oxşarlıq və 
yaxınlıqla bağlı  məqamlar kitabda yer almışdır. Onların 
yaxınlığını Berdağ şair daha dürüst vurğulamaqla «Nəvaiyə 
meyl saldım, Füzulidən dürlər aldım»  formasında qeyd 
etmişdir. Azərbaycan və qaraqalpaq  xalqlarının hər ikisi eyni 
etnogenetik mənbədən  qidalansa da, onlardan  hər birinin öz 
rəngi, öz naxışı, öz palitrası olduğunu da nəzərdən qaçırmaq 
olmaz. Buna görə  də milli mədəniyyətlərin, o cümlədən 
ədəbiyyatların inkişafı da ayrı-ayrı mədəniyyətlərin qarşılıqlı 
əlaqə və ünsiyyətləri fonunda öyrənildikdə daha səmərəli ola 
bilir. Onlar  arasındakı əlaqələr nəinki ümumtürk ailəsində 
yer almış  ədəbiyyatlara, həm də daha geniş  kontekstdə 
dünya ədəbi prosesində gedən pozitiv dəyişikliklərə gətirib 
çıxara bilir.
Milli-xüsusi olan nə varsa, bu, heç də bir xalqı digərin-
dən fərqləndirən şey yox, həm də  hər şeydən öncə konkret 
millətin, onun psixi düşüncəsinə, məişətinə, mədəniyyətinə, 
adət-ənənələrinə, həyatına müvafiq olanlardır. Milli xüsusi 
olan inkişaf edən kateqoriya olmaqla digər xalqlardan 
aldıqlarını yaradıcı  şəkildə  mənimsəmədir. Bu xalqların 
mədəniyyətinin qarşılıqlı təsir və qarşılıqlı  zən ginləşməsini 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
376
377
xarakterizə edən obyektiv qanunauyğun luqdur.
1
  Eyni 
zamanda bu müstəvidə mülahizələr ortaya qoyduqda milli 
xarakterli, hər cəhət, xüsusiyyət diqqət mərkəzinə düşür. O 
isə öz növbəsində donmuş bir şey yox, daim hərəkətdə olan 
kateqoriya kimi dinamikadadır.
Qaraqalpaq-Azərbaycan 
ədəbiyyatlarının qarşılıqlı 
əlaqələ rinin,  onların qarşılıqlı  zənginləşməsi qanunauy-
ğunluqlarının ortaya qoyulması, daxili proses 
lərin elmi 
müstəvidə araşdırılması  və bu xalqların müxtəlif tarixi 
dönəmlərdə bir-birinin ədəbiyyatından zənginləşməsini 
şərtləndirən başlıca yolların müəyyən ləş dirilməsi, onların  
qarşılıqlı yaxınlaşmasındakı mühüm faktorların  elmi-nəzəri 
əhəmiyyətinin göstərilməsi  müstəqillik dövründə daha 
böyük aktuallığa malikdir. 
Ədəbiyyatlararası  əlaqələrin müxtəlif problemlərinin 
tədqiqində Azərbaycan ədəbiyyatşünaslığı xeyli uğurlar əldə 
etmişdir. Onun rus, ukrayna, belarus, Pribaltika, Moldova, 
tatar, özbək, qaqauz, qazax, qırğız, türkmən, krım-tatar, 
ingilis, fransız, alman, bolqar, çex, polyak, Balkan, ərəb, fars 
və digər ədəbiyyatlarla qarşılıqlı əlaqələri nəzərdən keçirilsə 
də, indiyə  qədər  ədəbiyyatımızın qaraqalpaq ədəbiyyatı 
ilə olmuş  əlaqə  və ünsiyyətləri təhlil predmeti kimi çıxış 
etməmişdir. Öz növbəsində qaraqalpaq ədəbiyyatı rus, 
özbək, qazax, türkmən, ukrayna, belarus, moldova və d. 
ədəbiyyatlarla  müxtəlif  əlaqələrin qurulmasına yer versə 
də, Azərbaycan ədəbiyyatı ilə olan əlaqə və münasibətləri ilə 
bağlı  mülahizələri indiyə qədər pərdə arxasında saxlamışdır.
Azərbaycan və qaraqalpaq xalqları arasında lap uzaq 
keçmişdən mövcud olan etnogenetik əlaqələrdən yuxa-
rıdakı bölmələrdə  bəhs etmişik. Bu xalqlar arasındakı lirik 
poeziyadakı epik nümunələr «Dədə Qorqud», «Koroğlu» 
atalar sözü, zərbi məsəllər, tapmacalar  və s. kimi örnəklərdəki 
yaxınlıqları da vurğulamışıq. Eyni zamanda bu gün qaraqalpaq 
və Azərbaycan folkloru arasındakı qarşılıqlı münasibət 
və  əlaqələr də diqqət mərkəzinə  çəkilməlidir. Çünki son 
dövrlərdə müqayisəli  ədəbiyyatşünaslığın (kompara-tivis-
tikanın) intensiv  inkişafı bu problemin hələ də Azərbay can 
kontekstində kifayət qədər işlənib hazırlanma dığını sübut 
edir. Buna görə  də müqayisəli  ədəbiyyat şü naslığın nəzəri 
və metodoloji prinsiplərindən istifadə etməklə onun bir sıra 
müddəaları    işlənib hazırlana və  dəqiqləşdirilə bilər.
Ədəbiyyatşünaslıqda ən mühüm metodlardan biri ədəbiy-
yatın müqayisəli aspektdə tədqiqi məsələsidir. Bu metodun 
köməyi ilə ədəbi hadisələrin tarixi təhlilini və qaraqalpaq  - 
Azərbaycan xalqları arasında olan qarşılıqlı əlaqə və təsirləri 
ortaya qoymaq olar. Adı çəkilən hər iki xalqın ədəbiyyatının 
ayrı-ayrı nümayəndələrinin  əsərlərinin, onlar arasında 
ortaya çıxarılan oxşarlıqların izlənilməsi, bu əsərlərdə olan 
əlaqələrin, tipoloji ümumiləşdirmələrin ideyasını, problem və 
mövzusunu, janr və üslubunun xarakterindəki xüsusiyyətləri  
dərindən öyrənməyə imkan verər.
Folklor qarşılıqlı  əlaqə  və qarşılıqlı münasibətləri  ədəbi 
əlaqələrin tərkib hissəsi olmaqla filoloji elmin müstəqil sahəsi 
kimi öz səciyyəvi xüsusiyyətləri ilə seçilir. Qaraqalpaq və 
Azərbaycan türklərinin epik və lirik nümunələri arasındakı 
uyğunluqlar siyasi, sosial-iqtisadi şəraitdən daha çox 
etnogenetik xüsusiyyət və yaxınlıqlarla izah edilməli və gün-
dəmə  gətirilməlidir. Qaraqalpaq və Azərbaycan xalqlarının 
epik  ənənələrinin yaxınlığı ümumi və uyğun həyat  şəraiti, 
psixologiyası  və dünyagörüşü nəticəsində baş vermişdir.
Qaraqalpaq və Azərbaycan xalqları arasında tarixən 
yaranmış yaxınlıq, onların genetik birliyi, həm də bu 
ədəbiyyatların varislik nümunəsində inkişafını stimullaşdırır, 
onlar arasında səmərəli münasibətlərin yaranması üçün 
münbit şərait yaratmaqla, həm də bədii sahə və elmi fikirdə 
qarşılıqlı  əlaqələri  şərtləndirir. Məhz elə bu problemin 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə