Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
362
363
istifadə etdiyini, yüksək bədiilik nümunələri yaratdığını,
dil obrazlılığını, üslub incəliyini dərindən araşdırmışlar.
Nəzəriyyəçilər eyni zamanda
böyük şairin folklor möhü-
ründən istifadə və kitab dilindən imtina etməklə onun poetik
düşüncəsində ənənəvi simvolika və obrazlarda istifadə olu-
nan metaforikliyin oxucuya emosional təsirindən danış ma ğı
da unutmamışlar.
Ayapbergenin poetik inkişaf manerasına onun öz
dövrünün qabaqcıl sənətkarları Molla İskəndər, Gülmurad
- şair, Seyfülqabit Məcidov,
Həsən Begimov, Abdurəhman
Ötepov, Xocaəhməd Əhmədov, Sıdık Topkan ulı, Kallı Aim-
betov, özbək şairi Həmzə Həkimzadə Niyazi ilə yaratdığı
mənəvi mübadilə əlaqələrinin təsiri olmuşdur. M.Nur mü-
həm mədov eyni zamanda onun yaradıcılığının Sıdık Topkan
ulı, Abdurəhman Ötepov, Xocaəhməd Əhmədov, Həsən
Begi mov, Sadıq Nurumbetov və digərləri nin yaradıcılığına
emosional və yaradıcı təsir məsələlərini də vurğulamışdır.
M.Nurmühəmmədov sonrakı illərdə də qaraqalpaq
ədəbiyyatşünaslığında böyük əzmlə işləmişdir. Bu zəhmətin
bariz nümunəsi kimi böyük alimin 1980-ci
ildə Daşkənddə
rus dilində nəşr olunmuş «Qaraqalpaq sovet ədəbiyyatı
tarixi» kitabının hazırlanmasında yaxında iştirak etməsini
göstərmək olar. Bu kifayət qədər sanballı kitabda qaraqalpaq
sovet ədəbiyyatının yaranıb təşəkkül tapdığı dövrdən
(1917-1930), taki 70-ci illərin sonlarına qədər qaraqalpaq
ədəbiyyatının (poeziya, nəsr, dramaturgiya və s. janrlarda)
keçdiyi ümumi yaradıcılıq yoluna nəzər salınır, hər bir janrın
inkişaf mərhələləri, xüsusiyyətləri, ədəbi əsərlərin
müxtəsər
salnaməsi izlənilir, onların təhlilləri aparılır, ayrı-ayrı ədəbi
şəxsiyyətlərin yaradıcılığının özəl cəhətlərinə diqqət yetirilir,
1917-1970-ci illər qaraqalpaq ədəbiyyatının mükəmməl
mənzərəsi göz önünə gətirilir. Belə monumental ədəbiyyat
mən zərəsini əks etdirən kitabın səriştəli müəllif kollektivinin
kö məyi sayəsində araya-ərsəyə gəlməsində M.Nurmühəm-
mə dovla yanaşı, qaraqlapaq ədəbiyyat şünasları A.Nəs rul-
la
yev, T.Mambetniyazov, K.Xudaybergenov, N. Japakov,
S.Al
lah yarov, S.Niyətullayev, K.Bəyniyazov, S.Bahadırova,
P.Ulya şov və başqaları iştirak etməklə A.Musayev, S.Mə-
cidov, X.Əhmədov, J.Aymirzəyev, M.Daribayev, A.Dabılov,
N.Dav karayev, A.Şahmuradov, S.Xocaniyazov, H.Begimov,
T.Jumamuradov, İ.Yusupov, T.Kaipbergenov, Y.Leontiçev
yaradıcılığı haqqında ümumi mənzərə ortaya qoyulmuşdur.
Qaraqalpaq ədəbiyyatşünaslığının inkişafında böyük
ictimai-siyasi xadim, Qaraqalpaq Yazıçılar İttifaqı təşkilat
bürosunun sədri, Turtkul Müəllimlər İnstitutunun müəllimi,
məktəblər üçün xeyli metodik göstəriş və vəsaitlər hazırlamış
redaktor və tərcüməçi, yazıçı və tənqidçi kimi fəaliyyət
göstərmiş Həsən Begimovun xidmətləri əhəmiyyətlidir.
O, hələ 1941-ci ildə A.Şahmuradovla birlikdə «Berdağ
qaraqalpaq ədəbiyyatının klassiki» adlı mövzunu təhlil
edərək ortaya qoymuşdur. Qaqaqalpaq ədəbiyyatı məsələləri
1956-cı ildə Nökisdə «Qaraqalpaq ədəbiyyatı və incəsənəti»
məcmuəsində də nəzərdən keçirilmişdir.
Qaraqalpaq ədəbiyyatında nəsr janrının inkişafını izlə-
yən, onun nəzəri-estetik çalarlarını ortaya qoyan mühüm
əsərlərdən biri M.Nurmühəmmədvun 1968-ci
ildə nəşr
etdirdiyi «Qaraqalpaq sovet nəsri» monoqrafiyasıdır. Bu
əsərdə müəllif qaraqalpaq nasirlərinin xeyli sayda nümu-
nələrini bütün detalları ilə araşdırmaqla təhlillərə cəlb
edir. Sovet dövründə yaranmış qaraqalpaq nəsrinin bədii-
estetik tutumunu istifadə etdiyi təhlillərin köməyi ilə açıb
göstərməyə müvəffəq olur.
M.Nurmühəmmədovun nəzəri yaradıcılığında rus-
qaraqlapaq mədəni əlaqələrinin tarixini əks etdirən monoq-
rafiya da yetərincə dəyərli mənbə hesab edilməlidir. M.Nur-
mühəmmədovun 1970-ci ildə Daşkənddə rus dilində nəşr
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
364
365
etdirdiyi «Orta Asiya və Qazaxstandakı türkdilli yarımköçəri
və köçəri xalqlarda yazılı ədəbiyyatın yaranması “Qaraqalpaq
xalqının ulu şairi Berdağ” kitabında
ortaya qoyulmuş nəzəri-
estetik müddəalar yetərincə elmi-praktik düşüncə tərzinin
zənginliyi və dərinliyi ilə bağlı təsəvvürlər yaradır.
Qaraqalpaq ədəbiyyatşünaslığının uğurlarından danış-
dıqda A.Paxraddi
novun xalq şairlərinin yaradıcılığının
araya-ərsəyə gəlməsi tarixini əks etdirən “Xalq şairlərinin
yaradıcılığının ortaya çıxması tarixindən” Berdağın
dastan janrında qələmə aldığı əsərlərinin təhlilinə həsr
olunmuş monoqrafiyası, yenə də onun «Бердак шайыр
творчествосынын жыйналыб, басыр шыгатылыб хəм
yзерляниб тарийхнан», Y.Paxraddinovun «Müasir dövr
qaraqlapaq nəsrində satira»
, yenə onun «İnsan. Cəmiyyət.
Satira» və “Qaraqalpaq satirası”, А.Paxraddinovun “ХIХ
əsrin sonu ХХ əsrin əvvəlləri qaraqalpaq ədəbiyyatı tarixi”
və s. kimi mənbələr qaraqalpaq ədəbiy yatşünas lığının bir
sıra köklü problemlərini araşdırmaq baxımından maraqlı
əsərlərdir.
Qaraqalpaq ədəbiyyatşünaslığının inkişafında K.Mam-
betovun “Qaraqalpaq ədəbiyyatının təşəkkül mənbələri
və formalaşması (XI-XVIII əsrlik)” mövzulu doktoruluq
dissertasiyasını da qeyd etməyə ehtiyac vardır. Müəllif burada
qaraqalpaq ədəbiyyatının təşəkkülünə və formalaşmasına
nəzər salaraq onun əsas istiqamətlərini
düzgün metodoloji
rakursdan araşdırmaya cəlb edə bilmişdir. Yenə də bu
müəllifin 90-cı illərin əvvəllərində nəşr etdirdiyi «Erkən
dövrlərdəki qaraqalpaq ədəbiyyatı» monoqrafi yas ın da qə-
dim dövrlər ədəbiyyatının inkişaf özünəməx susluğuna nə-
zər salınır. Bu əsərdə Qədim zamanlardan 1917-ci ilə qədər
qaraqalpaq ədəbiyyatı tarixinin əsas mərhələləri, janrları və
nümayəndələrinin yaradıcılığı təhlil obyekti kimi çıxış edir.
Qaraqalpaq ədəbiyyatşünaslığında
təhlil obyekti kimi
Hacıniyaz, Günxoca, Berdağ və digər şairlərin yaradıcılığı
daha tez-tez diqqət mərkəzinə çəkilmişdir. Bu baxımdan
M.Nurmühəmmədovun «Бердак – каракалпак халкынын
улы шайыры», A.Paxraddinovun «Бердак шайырдын
дестанлык шыгармалары», yenə də onun “Berdağ şairin
anlatmalarının seçilməsi, nəşri və incələnməsi tarixi»,
«Бердак шайыр творчествосынын жыйналыб, басыр
шыгатылыб хэм узерлениб тарихийнан»), Ankarada işıq
üzü görmüş «Karakalpak xalk ozanı Berdak» (1997), yenə də
A.Paxraddinovun nəşr etdirdiyi «Халык шайырларынын
машырлыктын келиб шыгыб тарихийнан», M.Tleumura-
dovun «Бердактын шыгармаларындагы тарийхый дирек-
лер», «Berdak», «Бердак. Шыгармалары», A.Murtazayevin
«Классикамыздын бийик шыны. Бердак. Тангламалы
шыгармалары və başqa əsərlərdə Berdağ yaradıcılığının
başlıca istiqamətləri öz əksini tapmışdır. Qaraqalpaq
ədəbiyyatşünaslığının Hacıniyaz yaradıcılığına da diqqəti
az olmamışdır. Bu baxımdan «Əжинияз. Тангламалы
шыгармалары», «Əжинияз», İ. Yusupovun «Daлa
Орфейи. Əжинияз», B. Kalimbetovun «Hacıniyazın
lirikası. Poetik yaradıcılıq aspektləri», K.Mambetovun
«Aжинияз», B. Kəlimbetovun «Əжинияздын лирикасы»,
B. İsmayılovun «Каракалпак классик поэзиясынын огада
кöрнякли yəкили Кyнхожа və s. əsərlərdə XIX əsrdə yazıb
yaratmış qaraqalpaq sənətkarlarının yaradıcılığının başlıca
xüsusiyyətlərinə nəzər salınmış, onların milli-estetik fikrin
inkişafında rolu incələnmişdir.
Qaraqalpaq ədəbiyyatşünaslığının inkişafında J.Narım-
betovun xidmətləri də danılmazdır. Onun 1974-cü ildə
Özbəkistan Elmlər Akademiyası N.Davkarayev adına
Qaraqalpaq filialı Tarix, Dil və Ədəbiyyat İnstitutunun xətti ilə
nəşr etdirdiyi «Qaqaqalpaq romanı (Təşəkkülü və inkişafı)»
adlı monoqrafiyasında milli ədəbiyyatda roman janrının