Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə91/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
362
363
istifadə etdiyini, yüksək bədiilik nümunələri yaratdığını, 
dil obrazlılığını, üslub incəliyini dərindən araşdırmışlar. 
Nəzəriyyəçilər eyni zamanda böyük şairin folklor möhü-
ründən istifadə və kitab dilindən imtina etməklə onun poetik 
düşüncəsində ənənəvi simvolika və obrazlarda istifadə olu-
nan metaforikliyin oxucuya emosional təsirindən danış ma ğı 
da unutmamışlar.
Ayapbergenin poetik inkişaf manerasına onun öz 
dövrünün qabaqcıl sənətkarları Molla İskəndər, Gülmurad 
-  şair, Seyfülqabit Məcidov, Həsən Begimov, Abdurəhman 
Ötepov, Xocaəhməd Əhmədov, Sıdık Topkan ulı, Kallı Aim-
betov, özbək  şairi Həmzə  Həkimzadə Niyazi ilə yaratdığı 
mənəvi mübadilə    əlaqələrinin təsiri olmuşdur. M.Nur mü-
həm  mədov eyni zamanda onun yaradıcılığının Sıdık Topkan 
ulı, Abdurəhman Ötepov, Xocaəhməd  Əhmədov, Həsən 
Begi mov,  Sadıq Nurumbetov və digərləri nin  yaradıcılığına 
emosional və yaradıcı  təsir  məsələlərini də vurğulamışdır.
M.Nurmühəmmədov sonrakı illərdə  də qaraqalpaq 
ədəbiyyatşünaslığında böyük əzmlə işləmişdir. Bu zəhmətin 
bariz nümunəsi kimi böyük alimin 1980-ci ildə  Daşkənddə 
rus dilində    nəşr olunmuş «Qaraqalpaq sovet ədəbiyyatı 
tarixi» kitabının hazırlanmasında yaxında iştirak etməsini 
göstərmək olar.  Bu kifayət qədər sanballı kitabda qaraqalpaq 
sovet  ədəbiyyatının yaranıb təşəkkül tapdığı dövrdən 
(1917-1930), taki 70-ci illərin sonlarına qədər qaraqalpaq 
ədəbiyyatının (poeziya, nəsr, dramaturgiya və s. janrlarda) 
keçdiyi ümumi yaradıcılıq yoluna nəzər salınır, hər bir janrın 
inkişaf mərhələləri, xüsusiyyətləri, ədəbi əsərlərin müxtəsər 
salnaməsi izlənilir,  onların təhlilləri aparılır, ayrı-ayrı ədəbi 
şəxsiyyətlərin yaradıcılığının özəl cəhətlərinə diqqət yetirilir, 
1917-1970-ci illər qaraqalpaq ədəbiyyatının mükəmməl  
mənzərəsi göz önünə  gətirilir. Belə monumental ədəbiyyat 
mən zərəsini əks etdirən kitabın səriştəli müəllif kollektivinin 
kö məyi sayəsində araya-ərsəyə  gəlməsində M.Nurmühəm-
mə dovla  yanaşı, qaraqlapaq ədəbiyyat şünasları A.Nəs rul-
la 
yev, T.Mambetniyazov, K.Xudaybergenov, N. Japakov, 
S.Al lah yarov,  S.Niyətullayev, K.Bəyniyazov, S.Bahadırova, 
P.Ulya şov və başqaları  iştirak etməklə A.Musayev, S.Mə-
cidov, X.Əhmədov, J.Aymirzəyev, M.Daribayev, A.Dabılov, 
N.Dav karayev,  A.Şahmuradov, S.Xocaniyazov, H.Begimov, 
T.Jumamuradov,  İ.Yusupov, T.Kaipbergenov, Y.Leontiçev 
yaradıcılığı haqqında ümumi mənzərə ortaya qoyulmuşdur. 
Qaraqalpaq  ədəbiyyatşünaslığının inkişafında böyük 
ictimai-siyasi xadim, Qaraqalpaq Yazıçılar  İttifaqı  təşkilat 
bürosunun sədri, Turtkul Müəllimlər İnstitutunun müəllimi, 
məktəblər üçün xeyli metodik göstəriş və vəsaitlər hazırlamış 
redaktor və  tərcüməçi, yazıçı  və  tənqidçi kimi fəaliyyət 
göstərmiş  Həsən Begimovun xidmətləri  əhəmiyyətlidir. 
O, hələ 1941-ci ildə A.Şahmuradovla birlikdə «Berdağ 
qaraqalpaq  ədəbiyyatının klassiki» adlı mövzunu təhlil 
edərək ortaya qoymuşdur. Qaqaqalpaq ədəbiyyatı məsələləri 
1956-cı ildə Nökisdə «Qaraqalpaq ədəbiyyatı və incəsənəti» 
məcmuəsində  də  nəzərdən keçirilmişdir. 
Qaraqalpaq  ədəbiyyatında nəsr janrının inkişafını izlə-
yən, onun nəzəri-estetik çalarlarını ortaya qoyan mühüm 
əsərlərdən biri M.Nurmühəmmədvun 1968-ci ildə  nəşr 
etdirdiyi «Qaraqalpaq sovet nəsri» monoqrafiyasıdır. Bu 
əsərdə    müəllif qaraqalpaq nasirlərinin xeyli sayda nümu-
nələrini bütün detalları ilə araşdırmaqla təhlillərə  cəlb 
edir. Sovet dövründə  yaranmış qaraqalpaq nəsrinin bədii-
estetik tutumunu istifadə etdiyi təhlillərin köməyi ilə açıb 
göstərməyə müvəffəq olur.
M.Nurmühəmmədovun nəzəri yaradıcılığında rus-
qaraqlapaq mədəni əlaqələrinin tarixini əks etdirən monoq-
rafiya da yetərincə dəyərli mənbə hesab edilməlidir. M.Nur-
mühəmmədovun 1970-ci ildə Daşkənddə rus dilində  nəşr 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
364
365
etdirdiyi «Orta Asiya və Qazaxstandakı türkdilli  yarımköçəri 
və köçəri xalqlarda yazılı ədəbiyyatın yaranması “Qaraqalpaq 
xalqının ulu şairi Berdağ” kitabında ortaya qoyulmuş nəzəri-
estetik müddəalar yetərincə elmi-praktik düşüncə  tərzinin 
zənginliyi və dərinliyi ilə bağlı təsəvvürlər yaradır.
Qaraqalpaq  ədəbiyyatşünaslığının uğurlarından danış-
dıqda A.Paxraddi 
novun xalq şairlərinin yaradıcılığının 
araya-ərsəyə  gəlməsi tarixini əks etdirən “Xalq şairlərinin 
yaradıcılığının ortaya çıxması tarixindən” Berdağın 
dastan janrında qələmə aldığı  əsərlərinin təhlilinə  həsr 
olunmuş monoqrafiyası, yenə  də onun «Бердак  шайыр 
творчествосынын  жыйналыб,  басыр  шыгатылыб  хəм 
yзерляниб  тарийхнан», Y.Paxraddinovun «Müasir dövr 
qaraqlapaq nəsrində satira»,    yenə onun «İnsan. Cəmiyyət.
Satira» və “Qaraqalpaq satirası”,  А.Paxraddinovun “ХIХ 
əsrin sonu ХХ  əsrin  əvvəlləri qaraqalpaq ədəbiyyatı tarixi” 
və s. kimi mənbələr qaraqalpaq ədəbiy yatşünas lığının bir 
sıra köklü problemlərini araşdırmaq baxımından maraqlı 
əsərlərdir.
Qaraqalpaq  ədəbiyyatşünaslığının inkişafında K.Mam-
betovun  “Qaraqalpaq ədəbiyyatının  təşəkkül mənbələri 
və formalaşması (XI-XVIII əsrlik)” mövzulu doktoruluq 
dissertasiyasını da qeyd etməyə ehtiyac vardır. Müəllif burada 
qaraqalpaq  ədəbiyyatının təşəkkülünə  və formalaşmasına 
nəzər salaraq onun əsas istiqamətlərini düzgün metodoloji 
rakursdan araşdırmaya cəlb edə bilmişdir. Yenə  də bu 
müəllifin 90-cı illərin  əvvəllərində    nəşr etdirdiyi «Erkən 
dövrlərdəki qaraqalpaq ədəbiyyatı» monoqrafi yas ın da  qə-
dim  dövrlər ədəbiyyatının inkişaf özünəməx susluğuna nə-
zər salınır. Bu əsərdə Qədim zamanlardan 1917-ci ilə qədər 
qaraqalpaq ədəbiyyatı tarixinin əsas mərhələləri, janrları və 
nümayəndələrinin yaradıcılığı təhlil obyekti kimi çıxış edir.  
Qaraqalpaq  ədəbiyyatşünaslığında təhlil obyekti kimi 
Hacıniyaz, Günxoca, Berdağ  və digər  şairlərin yaradıcılığı 
daha tez-tez diqqət mərkəzinə  çəkilmişdir. Bu baxımdan 
M.Nurmühəmmədovun «Бердак – каракалпак  халкынын 
улы  шайыры», A.Paxraddinovun «Бердак  шайырдын 
дестанлык  шыгармалары», yenə  də onun “Berdağ  şairin 
anlatmalarının seçilməsi, nəşri və incələnməsi tarixi», 
«Бердак  шайыр  творчествосынын  жыйналыб,  басыр 
шыгатылыб  хэм  узерлениб  тарихийнан»), Ankarada işıq 
üzü görmüş «Karakalpak xalk ozanı Berdak» (1997), yenə də 
A.Paxraddinovun nəşr etdirdiyi «Халык  шайырларынын 
машырлыктын келиб шыгыб тарихийнан», M.Tleumura-
dovun «Бердактын шыгармаларындагы тарийхый дирек-
лер», «Berdak», «Бердак. Шыгармалары», A.Murtazayevin 
«Классикамыздын  бийик  шыны.  Бердак.  Тангламалы 
шыгармалары  və başqa  əsərlərdə Berdağ yaradıcılığının 
başlıca istiqamətləri öz əksini tapmışdır. Qaraqalpaq 
ədəbiyyatşünaslığının Hacıniyaz yaradıcılığına da diqqəti 
az olmamışdır. Bu baxımdan «Əжинияз.  Тангламалы 
шыгармалары», «Əжинияз»,  İ. Yusupovun «Daлa 
Орфейи.  Əжинияз», B. Kalimbetovun «Hacıniyazın 
lirikası. Poetik yaradıcılıq aspektləri», K.Mambetovun 
«Aжинияз», B. Kəlimbetovun «Əжинияздын  лирикасы», 
B. İsmayılovun «Каракалпак классик поэзиясынын огада 
кöрнякли yəкили Кyнхожа  və s. əsərlərdə XIX əsrdə yazıb 
yaratmış qaraqalpaq sənətkarlarının yaradıcılığının başlıca 
xüsusiyyətlərinə  nəzər salınmış, onların milli-estetik fikrin 
inkişafında rolu incələnmişdir.
Qaraqalpaq  ədəbiyyatşünaslığının inkişafında J.Narım-
betovun xidmətləri də danılmazdır. Onun 1974-cü ildə 
Özbəkistan Elmlər Akademiyası N.Davkarayev adına 
Qaraqalpaq filialı Tarix, Dil və Ədəbiyyat İnstitutunun xətti ilə 
nəşr etdirdiyi «Qaqaqalpaq romanı (Təşəkkülü və inkişafı)» 
adlı monoqrafiyasında milli ədəbiyyatda roman janrının 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə