Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
394
395
manatlıq gəlin” pyesləri böyük müvəffəqiyyətlə səhnəyə
qoyulur. Qaraqalpaq teatrı və dramaturgiyasında rus,
türk,
Azərbaycan, Avropa teatrı sənəti ənənələrindən geniş
istifadəyə zərurət artır.
Əsrlər boyu qaraqalpaq ədəbiyyatında ən geniş yayılmış
janr poeziya olmuşdur. XX əsrin əvvəllərində o yenə də
aparıcı mövqedə dayanırdı. X.Əhmədov, A.Begimov,
D.Nazbergenov, M.Daribayev, A.Dabılov, S.Nurumbetov
və başqaları öz maraqlı poetik nümunələri ilə qaraqalpaq
oxucularının qəlbini fəth edirdilər. Qaraqalpaq poeziyası
J.Aymirzəyev, T.Jumamuradov, İ.Yusupov, A.Şahmuradov,
B.Kaipnəzərov, N.Japakov, X.Seyidov, J.Seyidnəzərov,
X,Turımbetov, B.İsmayılov, T.Seyidcanov və başqa bu kimi
müəlliflər tərəfindən yeni bədii obrazlarla zənginləşdirilirdi.
XX əsrin 30-40-cı illərində qaraqalpaq poeziyası bədii
təsvirdə realizmə daha çox yönümlülüyü və monumentallığı
ilə seçilməyə yön alırdı. Məhz bu dövrlərdən onda yeni
keyfiy yət dəyişiklikləri baş verməklə süjetli poema yara-
dıcılığı üçün şərait yaranırdı. Onların sırasında J.Ay mirzə-
yevin «Jumaqul» və «Mübarizə», M.Daribayevin «Kaljan»
və «Aimcamal», A.Begimovun «Mübarizə oğlu» və s. kimi
poemalar vardı.
40-cı illərdə qaraqalpaq şairlərinin «Vətən uğrunda»,
«Düş mənə qalib gələrik», «Vətənpərvərlik nəğmələri» və s.
ki mi şeir məcmuələri oxuculara təqdim olunmuşdu. J.Ay-
mirzəye vin «Batır», «Dostlarım», «Yerbay-batır», «Od içində»,
D.Naz bergenovun «İki qəhrəman» və s. kimi poemaları da
məhz bu dövrdə işıq üzü görür.
40-50-ci illər qaraqalpaq poeziyasının daha böyük vü sətlə
inkişaf etdiyi və kamilləşdiyi dövr hesab oluna bilər. Onun
formalaşmasında S.Məcidov, J.Aymirzəyev, A.Begi
mov,
A.Dabılov, A.Musayev, S.Nurumbetov
və digər sənət kar-
ların rolu daha çox nəzərə çarpan idi. Qaraqalpaq poe zi yası
bu dövrlərdə öz janr və mövzu rəngarəngliyi ilə daha çox
seçilirdi.
XX əsrin II yarısında da qaraqalpaq şairlərinin yara-
dıcılığı intensiv davam edirdi. T.Jumamuradov, N.Japakov,
T.Seyidcanov, X.Seyidov, A.Əliyev və başqalarının müxtəlif
janrlarda lirik şeirləri və rübailəri, dastan və poemaları və
s. ortaya çıxır. Qaraqalpaq epik poeziyasında nəzərdən
keçirdiyimiz dövrdə balladalar və dastan-poemalar əsasən
folklor motivləri əsasında yaranır, inkişaf edirdi.
O zaman
bütün Sovetlərə daxil olan ədəbiyyatlarda olduğu kimi 60-
80-ci illərdə qaraqalpaq ədəbiyyatında da hərbi mövzuya
müraciət səngimirdi. S.Bəynəzərovun «Tanya», X.Seyidovun
«Urək sevgisi ilə», M.Seyidniyazovun «Uşağlığım müharibə
dövründə keçmişdi», B.Kaipnəzərovun «İki əsgər», X.Turım-
betovun «Döyüşçünün dul arvadı» və s. kimi poemalar məhz
bu mövzuda idi.
Nəzərdən keçirdiyimiz dövrün aktual problemlərinin
bədii həllinə X.Səfərovun, K.Jumaniyazovun, İ.Qurbanbəyo-
vun, T.Gülmuradovun, İ.Seyidnə zərovun, S.Abbasovun,
T.Kabulovun, R.Ayapbergenovun, Ş.Seyidovun və digərləri-
nin əsərləri həsr olunmuşdur.
XX əsr qaraqalpaq poeziyasının fərqli xüsusiyyətlərin-
dən
biri onun, bir tərəfdən, klassik ənənələrlə, digər
tərəfdən, zamanın nəbzini tutmaq imkanları ilə bağlı idi.
Bu dövrdə yaradıcılığı daha çox diqqət mərkəzinə düşən
sənətkarlardan biri İ.Yusupov idi. Onun «Xoşbəxtlik lirikası»,
«Səhra romantikası», «Tomiris», «İlham», «Papaq haqqında
hekayət», «Dağ çayının əfsanəsi», «Ürəklər meridianı»,
«Şeirlər», «Kərtənkələnin gözü», «Qızılgüllər və yovşan» və
s. kimi poetik məcmuələri adını oxucular arasında daha çox
məşhurlaşdırdı. O, nəinki Qaraqalpaqstanda, həm də onun
hüdudlarından çox-çox uzaqlarda tanınırdı. Sonrakı illərdə
«Şərq yolçusuna», «Düşüncələr», «Yeddi dolay», «Ürək
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
396
397
ürəyin susuzluğunu yatırır», «Seçmələr» və s. İ.Yusupov
Özbəkistanda, Qırğızıstanda,
Rusiyada, Azərbaycanda və
digər yerlərdə oxuculara daha çox yaxınlaşırdı. İ.Yusupov
yaradıcılığı üçün fəlsəfi düşüncə, mifoloji dünya, psixologizm,
incə lirizm, obrazlılıq, xalq dilinin zənginliyindən istifadə,
novatorluq, şeir sətirlərinin və hecalarının zərgər dəqiqliyi ilə
naxışlanması və s. xarakterikdir. İ.Yusupov nəinki gözəl şair,
həm də olduqca məsuliyyətli tərcüməçi kimi tanınmışdır. O,
müxtəlif illərdə qırğız və noğay nəğmələrini, rus, ukrayna,
Avropa klassiklərinin əsərlərini T.Şevçenko, A.Puşkin,
M.Lermontov, A.Blok, Şekspir, Şiller, Bayron, Höte, Heyne və
başqalarının əsərlərini öz doğma dilinə çevirmişdir.
Bundan
başqa o, həm də M.F.Axundzadənin «Puşkinin ölümünə Şərq
poeması»nı tərcümə edərək hələ 1966-cı ildə «Amudərya»
ədəbi-bədii jurnalının səhifələrində qaraqalpaq oxucularına
təqdim etmişdir. Bu, İ.Yusupovun digər xalqların bədii
yaradıcılığına necə böyük dəyər verməsinin bariz təsdiqidir.
Qaraqalpaqstanda yaradıcılığı kifayət qədər populyar
olan sənətkarlardan biri də T.Kabulovdur. Onun Nökisdə,
Daşkənddə və digər yerlərdə çoxsaylı kitabları işıq üzü
görmüşdür. T.Kabulov yaradıcılığı müxtəlif qəzet, jurnal
və məcmuələrdə «Zvezda Vostoka», «Gülxan», «Qönçə»,
«Sovetskaya Karakalpakiya», «Pravda Vostoka», «Veçerni
Taşkent», «Uzbekiston madaniyati», «Komsomolets
Uzbekistana», «Leninskoye znamya» və s. ardıcıl olaraq
oxuculara çatdırılmışdır. Şeirləri tez-tez özbək, qazax,
türkmən, rus radiosunun köməyi
ilə dinləyicilərə ərməğan
edilmişdir. Əsərləri özbək, qazax, qırğız, uyğur, rus,
ukrayna, moldova və digər dillərə tərcümə olunmuşdur.
T.Kabulov nəğməkar şairdir, onun şeirlərinin çoxuna musiqi
bəstələnmişdir. Əsərləri üçün hədsiz hərarət, ürəkləri riqqətə
gətirən lirizm, dərin xəlqilik xarakterikdir.
***
Qaraqalpaq nəsrinin yaranması XX əsrin 20-ci illərinə
təsadüf edir. Onun ilk nümunələri felyeton və oçerklərdir.
Bununla belə nəsr nümunələrinin yaranmasında folklorun
da rolu az olmamışdır. Qaraqalpaq ədəbiyyatında
ilk hekayə
müəllifləri kimi R.Məcidov, N.Kuzembayev və başqalarının
adları çəkilə bilər.
30-40-cı illərdə qaraqalpaq nasirləri folklor priyomla-
rın dan geniş istifadə etməklə oçerk, zarisovka, publisistik
məqalələr və hekayələr yaratmağa daha çox üstünlük
verirdilər. Bu baxımdan D.Nazbergenovun, A.Begimovun,
M.Dariba yevin, N.Davkarayevin və digərlərinin fəaliyyəti
xüsusilə qeyd edilməlidir.
40-50-ci illərdə S.Saliyev, A.Şahmuradov, Y.Xocani-
yazov, T.Kaipbergenov və başqaları uşaqlar üçün hekayələr
yaratmağa başlayırlar.
50-ci illərdə qaraqalpaq ədəbiyyatında povest yaranır.
Onların sırasında A.Orazovun «Çətin günlərdə», J.Taşenovun
«Döyüş dostları», T.Najimovun «Yeni
torpaq üzərində
bayraq» və s. adını çəkmək olar.
Qaraqalpaq ədəbiyyatında roman janrının yaranması
da XX əsrin 50-ci illərinə təsadüf edir. Bu nümunələrin
sırasında A.Begimovun «Birinci addım» və «Balıqçı qızı»,
K.Yelmanovun «Keçmiş günlərdə», S.Məcidovun «Suyin və
Sara» və s. kimi əsərləri göstərmək olar. Sonrakı dövrlərdə
qaraqalpaq nəsrində romanın janr prinsiplərinin daha
dərindən mənimsənilməsi üzərində ardıcıl olaraq iş
getmişdir.
60-70-ci illər qaraqalpaq nəsrində realizmin daha uğurlu
şəkildə təşəkkül tapdığı dövrdür. Məhz bu dövrlərdə
qaraqalpaq nasirləri digər ölkələrin və xalqların nasirləri ilə sıx
əməkdaşlıq və əlaqələr qurmağa daha çox səy göstərmişlər.
Elə bu illərdə digər xalqların ədəbiyyatlarından qaraqalpaq
dilinə kütləvi tərcümələr edilir: A.Puşkin, M.Lermontov,