Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə98/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
390
391
yaxındır. Azərbaycan, Anadolu türkləri,  noğay türkmən, 
özbək, qazax, qaqauz, kumux türklərində olduğu kimi 
qaraqalpaqlarda  müşayirə (poetik yarışma) janrı geniş 
yayılmışdır.  Qaraqalpaq mərasim-məişət poeziyasının forma 
özünəməx sus lu ğuna  baxmayaraq, onun xeyli nümunələri 
toy, beşik, uşaq, sevgi, kədər,  əmək nəğmələri Azərbaycan 
və digər türk xalqlarının  nümunələri ilə oxşarlıq təşkil 
etməkdədir. 
Qaraqalpaqların sayının az olmasına baxmayaraq, 
onlar 50-yə yaxın qəhrə manlıq və lirik-romantik məhəbbət  
dastanları yaratmışlar. Bunların sırasında «Alpamıs», 
«Qurbanbəy», «Koblan», «Bozoğlan», «Qırx qız», «Yer Şora», 
«Yer Ziuar», «Maspatşa»,  Şəhriyar, «Qərib Aşıq», «Yusif-
Əhməd» və başqaları daha maraqlıdır. 
Qaraqalpaq folkloru və eposu sonralar yazılı klassik 
ədəbiyyatın yaran 
masında mühüm rol oynamaqla onun 
orqanik hissələrindən biri kimi xalqın milli mədəniyyətinin 
əsasını    təşkil edə bilmişdir.
Qaraqalpaq folkloru zəngin və  rəngarəngdir. Onun 
çoxsaylı nümunələri sanki nisbətən az olan  qədim yazılı 
abidələrini kompensasiya  edir. Eyni zamanda qaraqalpaqlar 
digər  türk xalqları ilə  birgə qədim ümumtürk  Orxon-Yenisey 
yazıları, Mahmud Kaşğarinin «Divani-luğat-it türk», Yusuf 
Balasağunlunun «Kutadqu-bilik», Şeyx  Əhməd Yasəvinin  
«Divani-hikmət», Şeyx Əhməd Yuğnəkinin «Hibətül-həqaiq», 
«Kodeks kumanikus», «Oğuznamə» və s. abi dələrin varisləri 
hesab edilməkdədirlər.
Qaraqalpaqların erkən dövrlərə aid olan mənəvi həyatının 
xeyli nümu 
nələri dövrümüzə  gəlib çatmamışdır. Buna 
görə  də XIV-XVI əsrlərdən üzü o yana biz xalq ədəbiyyatı 
nümunələri yaradanların adlarını bilmirik. Uzun əsrlər 
boyu  yazılı nümunələri olmayan qaraqalpaqlarda  folklor 
və epos əslində xalqın həyat salnaməsi  rolunu oynamaqla, 
həm də onun mənəvi yaradıcılığının xüsusi forması kimi 
xidmət etmişdir. Yəqin qaraqalpaq folklorunun və eposunun 
yetərincə  zənginliyi və  rəngarəngliyi də    elə bununla izah 
olunmalıdır.
***
Qaraqalpaq  ədəbiyyatında  müəllifli fərdi yaradıcılıq 
nümunələri yalnız XVIII əsrin ortalarında araya gəlir.  Bu dövr 
ədəbiyyatının tanınmış nümayəndəsi Jien Jırau olmuşdur. O, 
şair – söyləyici (jırau) idi. Qaraqalpaqlarda  jıraular səcə rəsi 
XIII-XIV əsrlərə - noğaylılara gedib çıxır. Jırau melodiyaları 
musiqi ensiklopediyası və xalqın bədii mədəniyyət nümunəsi 
kimi dəyərləndirilməkdədir. Qopuz jıraunun musiqi aləti 
kimi özünəməxsus melodiyası ilə dünya türkoloqlarının 
V.Jirmunskinin, amerikalı Elda Laude Sirjautesin, Lorensin, 
İ.P.Pikkenin, alman K.Rayxlın, türk alimlərindən M.Ərgünün, 
özbək T.Mirzə və F.Karamatlının və b. diqqətini cəlb etmişdir. 
Onlar qaraqalpaq jıraularının ifa üsuluna və üslubuna 
dərindən nəzər yetirməklə, jıraulığı  epik söyləyiciliyin  ən 
qədim növlərindən biri kimi dəyərləndirmişlər. Jıraular  
(söyləyicilər) Qaraqalpaqstanda  xüsusi  nüfuz sahibidirlər. 
Xalq Jieninin, Şankayın, Jiemuradın, Nurabıllanın, 
Yerpoladın, Qurbanbəyin, Törenin, Ataniyazın,  Oğuzun, 
Qiyasın, Cüməbəyin,  Şahmuradın, Yaxşılığın, Kaipnəzərin 
və başqa  jırau - söyləyicilərin adlarını daim böyük sevgi ilə 
qəlbində daşımaqdadır. Bundan başqa qaraqalpaqlarda  eyni 
ilə böyük nüfuza həm də baksılar sahibdirlər. Qəribniyaz, 
Akımbet, Kutım, Musa, Cuman, Eşbay, Bəyniyaz, Eşan, 
Qaracan, Capaq, böyük şair Berdağın qızı Hürliman baksı 
yaradıcılığının inkişafına töhvə vermiş    sənətkarlardandır.
Qeyd etdiyimiz kimi, Jien Jırau ilk qaraqalpaq şairi kimi 
tanınmaqdadır. XVIII əsrdə  qaraqalpaq ların həyatında  baş 
vermiş faciəvi  hadisələr də  məhz onun gözü  qarşısında 
olmuşdur. Sırdərya regionundakı  tarixi proseslər  Jienin 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
392
393
«Salamat qalın, dostlar», «Mənim düyəmi qaytar» kimi 
 
şeirlərində, «Ullı tau» və «Dağıdılmış el» poemalarında  
relyefli  təsvir edilmişdir. Bu nümunələrdə Jienin ifşa obyekti 
kimi xanlar, qazilər, bəylər, işanlar, qaraqalpaq feodalları 
diqqət mərkəzində dayanırlar.
Ətraf aləmə belə realist münasibəti biz XIX əsrdə yaşamış 
digər -  Günxoca şairin yaradıcılığında tapırıq. O, Hacıniyaz 
və Berdax kimi qaraqalpaq klassik lərinin birbaşa sələfidir. 
Günxoca bütün bədii təfəkkürü ilə yazılı yaradıcılığa 
oriyentasiya götürmüş şairdir. O, qaraqalpaq ədəbiyyatında 
satirik lirikanın banisi olmaqla bərabər  əsərlərində  xəlqi  
və ümumbəşəri problemləri  qaldırmışdır. Bu baxımdan 
onun «Yarımkor dəvəyə müraciət», «Kim oldum», «Ellə 
birlikdə»  «Çobanlar», «Oraqçılar» və s. əsərləri maraqlıdır, 
bu nümunələr  bir qayda olaraq  öz siyasi kəsəri ilə xanların 
hakimiyyətini qamçılamağa yönəlmişdir. Qaraqalpaq 
poeziyası məhz Hacıniyaz yaradıcılığında öz yeni zirvəsinə 
yüksələ bildi. Digər şairlərdən onun fərqli xüsusiyyəti  ondan 
ibarət idi ki, o, əsərlərini nəinki doğma qaraqalpaq, həm də 
özbək dilində  yaradırdı. O, Nizami,  Nəvai, Məhdimqulu və 
digər türk xalqlarının şairlərinin yaradıcılığı ilə yaxından tanış 
idi. Əsərləri özbəklər və qazaxlar arasında  geniş yayılmışdı. 
Məhdimqulunun  əsərlərini qaraqalpaq dilinə çevirmişdi. 
Qaraqalpaq poeziyasında «muxalles» («müxəmməs») janrını  
tətbiq edən ilk şair kimi tanınırdı. Hacıniyazın  şeirləri 
musiqili 
liyi, ciddi  qafiyəyaradıcı elementləri, intonasiya 
bitkin  liyi,  uğurlu müqayisələr, bədii təsvir vasitələri ilə  zən-
gin olmaqla, doğma  poeziyanın  hüdudlarını  genişləndirə 
bilmişdi.
Berdağ yaradıcılığı klassik qaraqalpaq poeziyasının 
zirvəsi hesab olunmaqdadır. Bu sənətkarın  əsərlərində 
tarixi mövzu aparıcı  olmuşdur. Onun bu mövzuda qələmə 
aldığı «Amangəldi», «Aydos baba», «Yernəzər bəy» və s. 
qaraqalpaqların  mübarizə    və  kədər dolu keçmişini göz 
önünə  gətirirsə, bir sıra digər  əsərlərində «Gəlin», «Xalq 
üçün», «Balam», «Nadan olma», «Vergi» və s.  xalq istismar-
çılara qarşı üsyana və mübarizəyə səslənilir. Berdağın əsərləri 
digər dillərə  tərcümə olunmaqla Qaraqalpaqstandan xeyli 
uzaqlarda da oxunmaqdadır. Berdağ poeziyası xalq şairi  
Hüseyn Arifin tərcümələrində Azərbaycan oxucularına 
yaxşı  tanışdır. Digər dillərə (xüsusən rus dilinə) edilən 
tərcümələrdən fərqli olaraq H.Arif  Berdağın  əsərlərinin 
poetik və fərdi özünəməxsusluğunu tərcümədə daha uğurla 
saxlamışdır. O, Berdağ poeziyasının  Xəstə Qasım, Aşıq Alı, 
Dədə  Ələsgər yaradıcılığı ilə  kəsişib yaxınlaşan nöqtələrini 
tərcümələrində  də böyük  adekvatlıqla  yarada bilmişdir.
Qeyd etmək zəruridir ki, qaraqalpaq fərdi yaradıcılıq 
nümayəndələrinin (Jien Jırau, Günxoca, Hacıniyaz, Berdağ) 
dəst-xətti sonralar  XX əsrdə yazıb-yaratmış Ömər  şair, 
Kulımbet  şair, Sarıbay  şair, Gülmurad şair,  İ.Yusupov, 
N.Japakov və başqalarının yaradıcılığına güclü təsir etmişdir. 
***
XX  əsr qaraqalpaq ədəbiyyatında yeni tarixi dövrün 
başlanğıcıdır. Məhz bu əsrin  əvvəllərində o, qaraqalpaqlar 
əlifba  əldə edir, kütləvi mətbuat orqanları  fəaliyyətə 
başlayır. Bu dövrdə yaranmış nümunələrdə türk və  şərq 
poeziyası  ənənələri davam etdirilməklə, həm də yeni 
yaradıcı prinsiplərə üz tutulur, bədii priyomların axtarışı 
uğrunda səylər  güclənir. Ədəbiyyata yeni yaradıcı qüvvələr 
gəlir.  20-ci  illərin sonlarında  Qaraqalpaqstanda yeni dram 
dərnəkləri yaranır. Bunun ardınca A.Ötepovun «Alpamıs»,  
A.Begimovun «Qərib-Aşıq» kimi yeni dram əsərləri ortaya 
çıxır.  Bu dövrdən başlayaraq dram, teatr, rejissorluq, artistlik 
sənəti yeni templə inkişaf etdirilir. Maraqlıdır ki, Qaraqalpaq 
musiqili dram və komediya teatrında Azərbaycan müəllifləri 
Ü.Hacıbəylinin “Arşın mal alan” və M.S.Ordubadinin “Beş 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə