Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə100/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
398
399
N.Qoqol, L.Tolstoy, A.Çexov, S.Ayni, B.Kərbabayev, 
V.Latsis, P.Merime, V.Hüqo, R.Taqor və başqalarının əsərləri 
milli oxuculara çatdırılır. Qaraqalpaq ədəbiyyatı  öz yaradıcı 
potensialını gücləndirməklə digər ədəbiyyat ların ənənələrini 
mənimsəmək və onlarla qarşılıqlı  əlaqələrə  girməyə daha 
çox meyl edirdi. 
Nəsr  arenasına  bu  dövrə qədər poeziya və dramaturgiyada 
müvəffəqiyyət qazanmış A.Begimov çıxmışdı. Onun 
qaraqalpaq nəsrinin inkişafında və formalaşmasında böyük 
xidmətləri olmuşdur. Bu müəllifin qələmə aldığı «Balıqçı qızı» 
romanında  Aral balıqçılarının çətin həyatı əksini tapmışdır. 
Roman hadisə lərin dərinliyinə, xalq həyatını geniş planda 
çevrələdiyinə, milli koloritinə, mürəkkəb insan naturalarının 
açılmasına, təsvir olunan dövrün mənzərəsini yaratmasına 
və s. görə qaraqalpaq nəsrinin mühüm nümunələ rindəndir. 
Qaraqalpaq  ədəbiyyatında T.Kaipbergenov yaradıcılığı 
son dərəcə yeni hadisədir. Onun yaradıcılığında qaraqalpaq-
ların tarixi mübarizəsinin mühüm mərhələləri əks olunmuş-
dur. Kaipbergenovun əsərlərindən hər biri «Katib», «Sağ ol, 
müəllim», «Buz damcı», «Sonuncu döyüş», «Qaraqalpaq qızı», 
«Yuxusuz gecələr», «Mamanbiy», «Qaraqalpaqnamə», «Göz 
bəbəyi» kimi povest və romanları, «Qaraqalpaqlar haqqında 
dastan» trilogiyası və başqa əsərləri çoxsaylı oxucular qəlbini 
fəth etməklə, dünyanın xeyli dillərinə tərcümə olunmuşdur. 
Müəllif bu əsərlərdən hər birinin başlıca problematikasını  
açmaq üçün çeşidli və rəngarəng  bədii priyomlardan istifadə 
etmişdir. 
T.Kaipbergenovun  əsərlərinin hamısı  maraqlıdır. Lakin 
onun yaradıcı lığında daha önəmli mövqedə dayanan 
«Qaraqalpaqlar haqqında dastan» trilogiyasıdır.  O, 
qaraqal paq    ədəbiyyatında  ilk roman-epopeya müəllifi 
kimi  tanınmaq dadır. Bu epopeyanın başlıca məramı 
qaraqalpaq ların  birləşməsi ideyasıdır. Trilogiyada tarixlə 
bədii təxəyyül bir-biri ilə üzvü şəkildə birləşmiş, tarixi 
şəxsiyyətlərin xalq taleyində  yeri və rolu  incələnmişdir. 
Əsər müəllifi  təhkiyə boyu folklor-etnoqrafik materiallar 
və tarixi mənbələrlə  polemikaya girişir. Trilogiyada  dövlət 
xadimi və xalq problemi diqqət mərkəzinə çəkilir. Əsərin baş 
qəhrəmanları Mamanbiy, Aydos biy, Yernəzər biy, Yernəzər-
Alagöz və digərlərinin timsalında onların naturalarının  
bütövlüyü, xarak 
terlərindəki dözümlük, uzaqgörənlik, 
məqsədə canatma, xalqa oriyentasiya və s. uğurla açılıb 
ortaya qoyulmuşdur. Epopeyada xalq psixologiyası daim 
dinamikada göstərilmişdir.  Müəllifin təhkiyədə istifadə etdiyi 
ən mühüm  bədii priyomlardan biri «susma poetikası»dır. 
Əsərdə dastan və roman başlanğıcı bir-birini üzvü şəkildə 
tamamlayır. Müəllif  əsərin bəzi yerlərində xalqın müxtəlif 
dönəmlərdəki tarixi mərhələlərini  öz bədii təxəyyülünün 
gücü ilə «bərpa» etməyə  səy göstərir.
T.Kaipbergenov yaradıcılığında «Qaraqalpaqlar haqqında 
dastan» trilogiyası ilə yanaşı «Qaraqalpaqnamə» romanı 
da mühüm yer tutur.  Bu roman-essenin süjet-kompozisiya 
strukturunda və  məzmun-mahiyyət müstəvi sində    rəvayət 
və  əfsanələrdən geniş istifadə olunmuşdur. Bu əsərdə  də 
müəllif yenə də xalqın  tarixi keçmişinə nəzər salır, qaraqal-
paqların digər türk xalqlarının etnogenezi, mədəniyyəti və 
dili ilə ümumilik məqamlarını vurgulayır.
 Digər  problemlərlə yanaşı «Qaraqalpaqnamə»də  T.Kaip-
bergenov həm də  təbiət, ekologiya, səhra torpaqlarının 
dağıdılması,  viran qoyulması,  əxlaq, mənəviyyat, fəlsəfə, 
psixologiya və bir sıra digər məsələlərə yer ayırır. 
***
Qaraqalpaq  ədəbiyyatında dram janrı 30-cu illərdə 
yaranmağa başlayır. Milli dramaturgiyanın inkişafında 
S.Məcido vun,  A.Ötepovun,  Y.Aymirzəyevin, N.Davkara-
yevin və başqalarının rolu mütləq vurğulanmalıdır. 30-cu 
illərin dramaturgiyasında Alpamıs, Gülayim, Yernəzər-


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
400
401
Alagöz və başqa bu kimi xalq ideallarını  təcəssüm etdirən  
epik obrazlara müraciət olunmuşdur.
40-60-cı illər qaraqalpaq  dramaturgiyasında, bir 
tərəfdən, müharibənin  canlı obrazı və xarakteri göstərilirsə, 
digər tərəfdən,  şəxsi və ictimai konflikt və ziddiyyətlər 
Y.Aymirzəyevin «Leytenant Yelmuradov», S.Xocaniyazovun 
«Bizim Bahadır», A.Begimovun və T.Allahnəzərovun «Qərib 
Aşıq», P.Tlegenovun «Birinci fit» və s. pyeslərdə daha 
relyefli  əks olunmuşdur. Bundan başqa bu dövrdəki bir 
sıra qaraqalpaq pyeslərində  və musiqili komediyalarında  
- N.Yeşmanovun və R.Yeşim betovun  «Ot laq da  toy», 
T.Seyidcanovun «Qaragözlü gözəl», A.Şahmuradovun və 
İ.Yusupovun «Qırx qız», T.Abdulovun və T.Bayandiyevin 
«Qaraqalpaq qızı» və s. kimi əsərlərdə mənəvi-əxlaqi, sosial-
psixoloji, ailə-məişət problemləri  əks olunmuşdur.
70-80-ci illərdə qaraqalpaq dramaturqları  yenidən tarixi 
mövzuya müraciət  etməklə «Berdağ», «Əbu Reyhan Biruni», 
«Yeni arzu yollarında» və s.  kimi pyeslər yazmaqla xalqların 
tarixi keçmişində yer almış “səhifələri”ni daha çox diqqət 
mərkəzində saxlamağa can atmışlar.
1990-2000-ci illərdə qaraqalpaq müəllifləri digər 
özbək, türkmən, qazax, rus və s. xalqların yaradıcı  səhnə 
təcrübəsindən yararlanmaqla milli sənətin yeni istiqamətdə 
inkişafına səy göstərmiş  və göstərməkdədirlər. Qaraqalpaq 
dra ma tur giyası, daha geniş məfhumda  qaraqalpaq ədəbiy-
yatı bu gün də  sənət axtarışlarını davam etdirməkdədir. 
KARAKALPAK EDEBİYATI
ÖZET
Türk halkları edebiyatları arasında kökleri eski çağlara 
uzanan ve bedii örnekleri oldukça zengin olan Karakalpak 
edebiyatı kendine has özellikleriyle dikkat çekmektedir. 
Diğer edebiyatlar gibi onun da kaynakları folklora ve epik 
destanlara dayanır ki, bu örneklerdeki mücadele ruhu 
Karakalpakların etnik-ulusal bütünlüğünün teşekkülünü 
ve onların bedii özelliklerini en iyi şekilde yansıtmaktadır. 
Çeşitli tarihsel dönemlerde Harezm, Buhara, Fergana, 
Orta ve Büyük Cüz’de bulunmuş Karakalpaklar Cungar-
Kalmıklar ve Nadir Şah ordusuna karşı amansız mücadele 
yürütmüşlerdir. Aynı zamanda Karakalpaklarda uzun 
süren boylar arası iç çekişmeler sonucunda büyük yıkımlar 
yaşanmış, halk değişik coğrafyalara göç etmek zorunda 
kalmıştır. Sonuçta Karakalpakların nüfusu belirgin derecede 
azalmıştır. Halkın kendi birliğini korumak uğruna mücadelesi 
Karakalpaklara nihayet 1920’li yıllarda otonom bir yönetim 
kazandırmıştır. 1990’lı yıllarda ise Özbekistan’ın bünyesinde 
Karakalpakistan Cumhuriyeti kurulmuştur. Karakalpaklar 
bugün burada yoğun bir nüfusa sahip olmakla birlikte 
Özbekistan, Kazakistan, Türkmenistan, Afganistan, Irak, 
Türkiye ve Rusya’da ve diğer başka devletlerin topraklarında 
da küçük topluluklar halinde yaşamaktadırlar.
Uzun yüzyıllar boyunca Karakalpaklar zengin bir 
şifahi edebiyat geliştirmişlerdir.Bu zengin edebiyatın 
lirik örnekleri “HeyJar”, “Betaşar”, “Heyya”, “Haytar”, 
“Koşlasu”, “Joklau”, “Bedik”, “Gülepsan”, “Ramazan” gibi 
eserlerin yanı  sıra türküler, atasözleri, bilmeceler, mitolojik 
hikâyeler, rivayetler, efsaneler, fıkralar, masallar ve destanlar 
ile günümüze ulaşmıştır.Karakalpak folklorunun birçok 
numunesiile diğer Türk halklarının folklor numuneleri 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə