Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
382
383
qaraqalpaq teatrında müvəffəqiyyətlə
getməsini də xüsusilə
vurğulamışdır.
Qaraqalpaq yazıçısının etirafına görə qardaş Azərbay-
can xalqının ədəbiyyatında mövcud dram əsərlərinin gənc
Qaraqalpaqstan teatrı səhnəsində uğurla tamaşaya qoyulması
bu ədəbiyyatın nümayəndələrini səhnə əsərləri yazmağa
həvəsləndirmişdir. J.Aymirzəyev Azərbaycan ədəbiyyatına
qaraqalpaq şairlərinin böyük maraq göstərdiklərini qeyd
edərək 1960-cı ildə Mirzə Ələkbər Sabirin seçilmiş şeirlər
kitabı nın, 1961-ci ildə isə “Azərbaycan poeziyası antologi-
yası”nın qaraqalpaq oxucularının istifadəsinə verəcəklərindən
danışmışdır.
XX əsrin 60-cı illərində Qaraqalpaq Yazıçılar Birliyinin cəmi
45 nəfər üzvü olmuşdur. Həmin dövrlərdə onların sırasında
İbrahim Yusupov və Tilaubergen
Cumamuradov kimi
istedadlı yazıçıların olduğu da qeyd olunmuşdur. Söhbətdə
Jolmirzə Aymirzəyev Bakıda və Azərbaycanda olduğundan
məmnunluq ifadə etməklə, onlar üçün respublikamızın xeyli
yaradıcı mövzular verdiyini bildirmişdir. Qaraqalpaq şairi
eyni zamanda özünün Bakı haqqında şeirlər yazmaq fikrində
olduğu
nu da söyləmişdir. Lap sonda J.Aymirzəyev qara-
qalpaq larla Azərbaycan ədəbiyyatı arasında qardaşlıq əla-
qələri nin daha da möhkəmlənib inkişaf edəcəyinə dərindən
inandığını da bir daha dilə gətirmişdir.
8
Azərbaycanda özbək ədəbiyyatı həftəsində iştirak et diyi
zaman Yolmirzə Aymirzəyev «Ədəbiyyat və incəsənət» qə-
zetin də iki müxtəlif mövzulu (mütərcim Qabil İmamver-
diyev) şeirləri ilə çıxış etmişdir. «Gəlmişəm» adlı şeirində
doğma elinin Qaraqalpaq olmasına baxmayaraq,
müəllif
Azərbaycanı öz vətəninin vüqarı, şeir-sənət diyarı, Nizaminin,
Füzulinin eli kimi dəyərləndirdirərək qürurla söhbət açır:
Aral, Amudərya sahillərindən,
Bakı adlı gülüstana gəlmişəm.
Çiçəklənən qaraqalpaq elindən,
Çiçək fəsli bu məkana gəlmişəm.
Azərbaycan, Vətənimin vüqarı!
Azərbaycan, Iliçin övladları!
Azərbaycan şeir-sənət diyarı,
Səni görüb həyəcana gəlmişəm.
Heyran oldum musiqinin dilinə,
Zəhmətsevən gənclərinin əlinə,
Nizaminin, Füzulinin elinə.
Nur yayanda gün, cahana gəlmişəm.
9
Ədəbiyyat həftəsinin sonunda yenə də «Ədəbiyyat
və İncəsənət» qəzetində J.Aymirzəyevin «Bakıda bir qız
gördüm» şeiri yer almışdır. Şeirdə Bakı qızlarının gözəlliyi,
onların
ulduza bənzəməsi, avazı bülbül, saçları sünbül, ayla-
günlə yarışan, vətən üçün çalışanlardan danışılır. Görünür,
bakılı qızlar şairin sevgi dünyasını ovsunlamışlar:
Çatdım əlli yaşıma,
Ayla günlə yarışan,
Ağ saç qondu başıma,
Abşerona yaraşan,
Ömrümdə görmədiyim
Vətən üçün çalışan,
Bir gözəl ulduz gördüm.
Bir xoşbəxt ulduz gördüm.
Bakıda bir qız gördüm.
Bakıda bir qız gördüm.
Saçları sünbül kimi,
Azərbaycan övladı,
Özü qızıl gül kimi,
Açıqdır qol, qanadı,
Avazı bülbül kimi,
Dillərdə gəzir adı,
Bir gözəl ulduz gördüm. Köksündə ulduz gördüm –
Bakıda bir qız gördüm.
Bakıda bir qız gördüm.
10
Qaraqalpaq yazıçılarından İbrahim Yusupovun da
Azərbaycan, onun mədəniyyəti və ədəbiyyatı ilə əlaqələri
olmuşdur. O, XX əsrin 80-ci illərində Bakıya gəlmiş,
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
384
385
xalqımızın mədəniyyətinə və ədəbiyyatına vurğunluğunu
gizlət məmişdir. Elə həmin illərdə Almaz Binnətova «Ədəbiy-
yat və İncəsənət» qəzetində İbrahim Yusupov yaradıcılığının
bəzi xüsusiyyətləri ilə bağlı öz fikrini oxucularla bölüşərək
onun şeir, poema, pyes, tərcümə, məqalə və s. sahələrdə
qazandığı uğurlardan danışmışdır.
11
Qaraqalpaq ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatının
əlaqələri XX əsrin 80-ci illərində xalq şairi Hüseyn Arifin
köməyi ilə davam etdirilmişdir. 1985-ci ildə Özbəkistanın
Xarəzm vilayətində xalq sənətkarlığı ilə əlaqədar yığıncaqda
iştirak edərkən oraya Özbəkistanla yanaşı, Qazaxstandan və
Qaraqlapaqstandan gələn el sənətkarları da toplaşmışdılar.
Bu qrupun tərkibində iştirak edən H.Arif burada qaraqalpaq
sənətkarları, şairləri ilə, onların
köməyi ilə isə Berdağ
yaradıcılığı ilə tanış olmuşdur. Üç gün davam edən bu
maraqlı məclisdə gənc və yaşlı akınları, aşıqları, baxşiləri,
jırauları hamı böyük maraqla dinləmişdir. Bu nümunələr
sırasında Berdağın əsərləri baxşilərin ifasında daha gözəl
səsləndirilmiş, bəzən ifaçılar təkrar olaraq səhnəyə dəvət
olunmuşlar. Bütün bunların hamısı H.Arifi daha dərindən
düşündürdüyündən, bu xalqların bir-birinə bu qədər yaxın
olması ilə yanaşı, bir-birimizdən yasaq düşüb tanımamağımız
onu təəccübləndirmişdir. H.Arif düşünmüşdür ki,
laqeyd liyi-
mizə görə dədə sənətkarlar qəbirdən baş qaldırıb bizi mə zəm-
mət edə bilərlər. Elə buna görə də H.Arif Məhdim qulunun
Alının, Ələsgərin Berdağın qanından olduğu nu söyləyirdi.
Bu görüşlər zamanı Orta Asiya və Azərbaycan folklor-
çuları və xalq sənətkarları arasında qarşılıqlı dostluq
əlaqələrinin nizama salınması, vaxtaşırı görüşlər keçirib
bu əsərləri dilimizə çevirib xalqlarımız arasında təbliğinin
gücləndirilməsi qarşıya məqsəd kimi qoyulmuşdur. Bu vədin
nəticəsi kimi də H.Arifin Berdağdan etdiyi tərcümələri həmin
illərdə oxuculara çatdırılmışdır.
12
1977-ci ildə Nökisdəki «Karakalpakstan baspası»nda
Berdağın işıq üzü görmüş əsərlərindən 29-nu H.Arif
dilimizə tərcümə edərək Azərbaycan oxucularına
təqdim
etmişdir. Tərcümələrdə, bir tərəfdən, qaraqlapaqların etnik
koloriti, milli düşüncə tərzi, Berdağın fərdi yaradıcılıq
xüsusiyyətləri qorunub saxlanılmışdırsa, digər tərəfdən,
onun yaradıcılığını Aşıq Alı, Dədə Ələsgər və digər xalq
ədəbiyyatı nümayəndələrimizə yaxınlaşdıran məqamlar göz
önündə canlandırılmışdır. Tərcümə zamanı H.Arif nəinki
Berdağın şeirlərinin
janr və forma xüsusiyyətlərini, bəzən
eyni nümunə daxilində bir formadan digərinə keçidləri,
sərbətsliyə meylli olduğunu nəzərdən qaçırmamış, orijinalın
dəst-xəttini islah etmək yox, onu tərcümənin formatına
orijinala xələl gətirməməklə ortaya qoymuşdur.
Tərcümənin öz çətinlikləri olsa da, H.Arif onları uğurla dəf
edə bilmişdir. Bədii nitqin poetik təşkili şeir tərcüməsinə öz
möhürünü ritm, intonasiya, sintaktik quruluş, bədii obrazlar
və s. digər komponentlərin varlığı ilə vurur.
Bütün bunlar
Berdağın şeirlərində özünü yaxşı nümayiş etdirir. Burada hər
şeydən öncə intonasiyada mövcud olan musiqililik diqqəti
cəlb edir. Berdağın şeirlərinin tərcüməsində H.Arif üçün
musiqini duymaq zəruri idi. Nümunə üçün «Olan deyil»
şeirinin tərcüməsindən bir neçə parçaya nəzər salaq:
Bu dünyada heç bir zaman Nələr çəkib Qaraqalpaq,
Bir adil şah olan deyil.
Arzuları qalaq-qalaq.
Nə qədər deyə, danışa,
Yüz yalvar imama, heç vaxt
Şair sözü yalan deyil.
Bərabərlik gələn deyil.
Nə qədər qopdu zəlzələ, Qaraqalpaq
çox
şey bilir,
Yara vurdu qola, ələ.
Çoxda ki, çoxları gülür,
Yollar viran qalsa belə,
Eləsi var yolda ölür,
Bu torpaq dağılan deyil.
Ölsə də, əyilən deyil.