Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə95/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
378
379
spesifikası  və aktuallığı da türk xalqları  ədəbiyyatları 
sahəsində aparılacaq müasir tədqiqatlara öz müsbət təsirini 
göstərə bilər. Varisliyin mahiyyəti, qarşılıqlı  əlaqələr, adları 
çəkilən ədəbiyyatlarda qarşılıqlı mənəvi-ədəbi mübadilə heç 
də həmcins hadisələrin üzə çıxarılmasına kömək etmək yox, 
həm də onlar arasındakı zənginliyin və müxtəlifliyin ortaya 
çıxarılmasına canatmanı, yaradıcı  uğurların birləşdirilməsini, 
əvvəl yaranmışlarla bərabər yeninin üzə  çıxarılmasına 
köhnə ilə üzvi şəkildə birləşməni özündə  əks etdirir
2
 Türk 
xalqlarının tarixi taleyində, dilində, mədəniyyətində    və 
ədəbiyyatında yer almış yaxınlıq, ümumilik bizim dövrlərdə 
ictimai həyatda olan sosial, siyasi, ideoloji, mədəni,  ədəbi 
xüsusiyyətlər və s. hamısı qaraqalpaq və Azərbaycan xalqları 
arasında yaranıb inkişaf edə biləcək qarşılıqlı mübadilə, 
görüşlər üçün  imkanlar yaradır. Belə çoxcəhətli ünsiyyət 
müxtəlif  dəyərlərin mübadiləsi üçün olduqca zəruridir.
Düzdür, Azərbaycan və qaraqalpaq xalqlarının  ədəbiy-
yatlarının inkişafı eyni dövrlərdə heç də müxtəlif tarixi şərait 
ucbatından eyni istiqamətdə getməmişdir. Azərbaycan 
türklərinin  ədəbiyyatı daha qədim və  zəngin olmaqla daha 
üstün mövqedə  dayanmışdır. Belə olduğu halda daha çox 
inkişaf etmiş ədəbiyyatın daha az inkişaf etmişə təsiri qaçılmaz 
olur və bu,  bəşər övladının bədii inkişafındakı varisliyin 
qanunauyğunluğu kimi qəbul edilməlidir. Bununla belə 
bu,  ədəbiyyatların inkişafındakı varisliyin yeganə şərti kimi 
ortada dayanmamalıdır. Daha qədim və zəngin ədəbiyyatla 
daha sonrakı dövrlərdə yaranan arasındakı fərqlər əsaslı da 
deyil. Bəzən elə olur ki, istedad və uğurları ilə daha zəngin 
ədəbiyyat  müxtəlif konkret dövrlərdə o birinə uduza da 
bilər. Hər bir milli ədəbiyyatın özünəməxsusluğu onun tarixi 
inkişafında zaman və  məkan müstəvisində çoxcəhətli və 
mürəkkəb qarşılıqlı  təsir imkanları yarada bilir.
Qaraqalpaq  ədəbiyyatı, mədəniyyəti, teatr  həyatı ilə 
Azərbaycan  ədəbiyyatının qarşılıqlı tanışlığı XX əsrin 30-
cu illərindən başlamışdır. Belə ki, 1934-cü ildə böyük zəka 
sahibi Üzeyir Hacıbəylinin «Arşın mal alan» komediyası, 
onun öz bəstəsi və Y.Şərifovun rejissorluğu ilə qaraqalpaq 
tamaşaçılarına K.S.Stanislavski adına Qaraqalpaq Dövlət 
Musiqili Dram və Komediya Teatrında təqdim olunmuşdur.
3
 
Bu dövrdə əsasən Rusiyanın paytaxtı Moskvadan və onun 
şimaldakı ədəbiyyat və elm mərkəzi paytaxtı S.Peterburqdan 
nəinki Özbəkistana, Qaraqal paqstana, Orta Asiyadakı digər 
respublikalara, həm də Azərbaycana çoxsaylı yazıçı qrupları 
gəlir, qarşılıqlı  ədəbi mübadiləyə üstünlük verilirdi. Bu 
mübadilə  həm də qaraqalpaq yazıçılarının digər respub-
likalara, o cümlədən Azərbaycana gəlişi ilə yaddaşlar da 
qalırdı. Məsələn, 1935-ci ildə bir qrup Qaraqalpaqstan və 
Leninqrad şairləri xeyli müddət ərzində Azərbaycanla, onun 
mədəni, iqtisadi, ədəbi həyatı ilə tanış olmaq imkanı  əldə 
etmişdi. Bakıda və Gəncədə olmuş qaraqalpaq yazıçıları bir 
sıra maraqlı görüşlər keçirmiş, yaradıcı insanlarla bərabər, 
sadə  əmək adamları, ictimaiyyətlə  də görüşüb söhbətlər 
etmiş,  fikir mübadiləsi aparmışlar. Qaraqalpaq yazıçıları 
Bakıda olduqları müddətdə Azərbaycan Xalq Komissarlarının 
sədri Ü.Hüseynovla görüşmüş, görüşdə Qaraqalpaqstan 
Xalq Komissarlarının sədr müavini Borisov, Azərbaycan 
yazıçılarından S.Vurğun, S.Rüstəm, M.Rahim və başqaları 
iştirak etmişdilər.  Azərbaycan şairləri ilə görüşdə iştirak edən 
Qaraqalpaqstan yazıçıları İzbasar Fazilov, Qali Daribayev və 
Dali Nazbergenov qaraqalpaqların həyat şəraiti,  20-ci illərə 
qədər  bu ədəbiyyatın yalnız  şifahi  şəkildə inkişaf etməsi 
Qaraqalpaqstan Yazıçılar İttifaqının təşkil olunması, vilayətdə 
açılmış  məktəblər, texnikumlar, elmi-tədqiqat institutunun 
yaranması haqqında məlumat vermişlər. Eyni zamanda 
Qaraqalpaqstandan gəlmiş nümayəndəliyin rəhbəri  İslam 
Əliyev Azərbaycan yazıçı və alimlərini qaraqalpaq xalqının 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
380
381
həyatından maraqlı materiallar yığmaq və gənc, yeni inkişaf 
edən qaraqalpaq mədəniyyətinə praktik kömək etmək 
məqsədi ilə Qaraqalpaqstana dəvət etmişdir. Görüş zamanı 
hər iki xalqın yazıçıları qarşısında duran vəzifələrə  nəzər 
salınmış, mədəniyyət və ədəbiyyat sahəsində yaxınlaşma və 
qarşılıqlı köməkdən söhbət açılmış, qaraqalpaq şairlərinin 
əsərlərinin türk (Azərbaycan) dilinə, türk (Azərbaycan) 
şairlərinin  əsərlərinin qaraqalpaq dilinə  tərcüməsindən, 
xalq nəğmələri,  əfsanə, dastanların və s. toplanılmasından 
danışılmışdır. Bu sahədə görüşdə  Azərbaycan ədəbiyyatının 
olduqca zəngin material verə biləcəyi vurğulanmışdır. 
Qaraqalpaq  şairləri Bakı  şəhəri, onun mədəni müəssisələri
neft mədənləri ilə tanış olduqdan sonra, həm də  Göygölü, 
Hacıkəndi və Daşkəsəni ziyarət edəcəkləri ilə bağlı 
məlumatları biz həmin dövrdəki mətbuat səhifələrindən ala 
bilirik.
4
 
Bundan sonra Böyük Vətən Müharibəsinin qurtardığı il, 
daha doğrusu 1945-ci il yanvar ayının 15-də K.S.Stanislavski 
adına Qaraqalpaq Dövlət Musiqili Dram və Komediya 
Teatrında M.S.Ordubadinin «Beş manatlıq gəlin» pyesi 
 
(Nizaməddi novun  rejissorluğu ilə) tamaşaya qoyulmuşdur.
5
  
Eyni zamanda Qaraqalpaq teatrı sonralar da Ü.Hacıbəylinin 
xidmətindən istifadə etmişdir. Belə ki, 1948-ci ildə Əlizadənin 
müəllifliyi, T.Allahnəzərovun rejissorluğu ilə tamaşaya 
qoyulmuş «Qızıl gül» pyesinin musiqisini də  məhz 
Ü.Hacıbəyli yazmışdır.
6
 
Qaraqalpaq teatrının səhnəsində milli dramaturqlarla 
yanaşı, Azərbaycan (Ü.Hacıbəyli «Arşın mal alan», 
M.S.Ordubadi «Beş manatlıq gəlin»); özbək (K.Yasen və M. 
Mühəmmədov «İskarida» («Gülsara»), H.H.Niyazi «Kimdir 
haqlı?», «Maysaranın kələkləri», Uyğunun «Altıngül» və 
«Şübhə», A.Qəhharın «Yeni torpaqda», «Tabutdan səslər», 
H.Qulamın «Vurulmuş Daşbolta» və s.; qazax (B.Maylinin 
«Taltanqbaydınq tərtibi», Q.Muszepovun «Kozı Korpeş 
və Bayan Slu» və s.), rus dramaturqlarının və başqalarının 
əsərləri müxtəlif  illərdə oynanılmışdır.
7
 Bütün bunlar onu 
sübut edir ki, qaraqalpaq dramaturgiyası və teatrının, səhnə 
mədəniyyətinin formalaşmasında Azərbaycan müəlliflərinin 
də öz payı olmuşdur.
Qaraqalpaq yazıçılarının Azərbaycanla əlaqələri bundan 
sonra bir müddət səngimişdir. Yalnız 1960-cı il may ayının 
7-dən başlayaraq Respublikamızda özbək  ədəbiyyatı 
günləri çərçivəsində özbək yazıçıları K.Yaşen, Q.Qulam, 
Uyğun, H.Qulam, M.Şeyxzadə, M.Yunusov və b. ilə 
yanaşı, qaraqalpaq yazıçıları T.Kaipbergenov, İ.Sultanov, 
M.Babayev, J.Aymirzəyev və başqaları təmsil olunmuşdular. 
Qarşılıqlı tanışlıq çərçivəsində  «Ədəbiyyat və  İncəsənət» 
qəzetinin müxbirinin qaraqalpaq yazıçıları ilə maraqlı 
söhbəti olmuşdur. Ədəbiyyat həftəsinin iştirakçılarından biri, 
tanınmış qaraqalpaq şairi Qaraqalpaqstan Yazıçılar Birliyinin 
sədri Yolmirzə Aymirzəyev hər iki xalqın zəngin  tarixindən 
danışarkən qeyd etmişdir ki, Azərbaycan xalqı ilə qaraqalpaq 
xalqı lap qədimdən dost olmuşlar. Qaraqalpaqların mütərəqqi 
fikirli adamları daim Azərbaycan  ədəbiyyatına maraq 
göstərmişlər. Nümunə kimi o, qaraqalpaq ədəbiyyatının 
klassiki Berdağın  fikirlərinə söykənərək  -  
Nəvaidən savad aldım,
Füzulinin şeirilə mən,    
Üfüqlərdə qanad çaldım, – söyləmişdir.
J.Aymirzəyev Azərbaycan  ədəbiyyatı ilə qaraqalpaq 
ədəbiyyatının  əlaqələrindən danışarkən doğma xalqın 
teatrının  inkişafına Ü.Hacıbəylinin  «Arşın mal alan» musiqili 
komediyasının təsirindən ağızdolusu söhbət açmışdır. 
Bundan başqa o, C.Cabbarlının «Od gəlini» operettasının 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə