Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə96/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
382
383
qaraqalpaq teatrında müvəffəqiyyətlə  getməsini  də xüsusilə 
vurğulamışdır.
Qaraqalpaq  yazıçısının etirafına görə qardaş Azərbay-
can xalqının  ədəbiyyatında mövcud  dram əsərlərinin gənc 
Qaraqalpaqstan teatrı səhnəsində uğurla tamaşaya qoyulması 
bu  ədəbiyyatın nümayəndələrini səhnə  əsərləri yazmağa 
həvəsləndirmişdir. J.Aymirzəyev Azərbaycan  ədəbiyyatına 
qaraqalpaq  şairlərinin böyük maraq göstərdiklərini qeyd 
edərək 1960-cı ildə Mirzə  Ələkbər Sabirin seçilmiş  şeirlər 
kitabı nın, 1961-ci ildə isə “Azərbaycan poeziyası antologi-
yası”nın qaraqalpaq oxucularının istifadəsinə verəcəklərindən 
danışmışdır.
XX əsrin    60-cı illərində   Qaraqalpaq   Yazıçılar   Birliyinin   cəmi 
45 nəfər üzvü olmuşdur. Həmin dövrlərdə onların sırasında 
İbrahim Yusupov və Tilaubergen Cumamuradov kimi 
istedadlı yazıçıların olduğu da qeyd olunmuşdur. Söhbətdə 
Jolmirzə Aymirzəyev Bakıda və Azərbaycanda olduğundan  
məmnunluq ifadə etməklə, onlar üçün respublikamızın xeyli 
yaradıcı mövzular verdiyini bildirmişdir. Qaraqalpaq şairi 
eyni zamanda özünün Bakı haqqında şeirlər yazmaq fikrində 
olduğu 
nu da söyləmişdir. Lap sonda J.Aymirzəyev qara-
qalpaq larla  Azərbaycan  ədəbiyyatı arasında qardaşlıq  əla-
qələri nin daha da möhkəmlənib inkişaf edəcəyinə dərindən 
inandığını da bir daha dilə gətirmişdir.
8
 
Azərbaycanda özbək ədəbiyyatı həftəsində iştirak et diyi 
zaman Yolmirzə Aymirzəyev «Ədəbiyyat və incəsənət» qə-
zetin də iki müxtəlif mövzulu (mütərcim Qabil İmamver-
diyev)  şeirləri ilə  çıxış etmişdir. «Gəlmişəm» adlı  şeirində  
doğma elinin Qaraqalpaq olmasına baxmayaraq, müəllif 
Azərbaycanı öz vətəninin vüqarı, şeir-sənət diyarı, Nizaminin, 
Füzulinin eli kimi dəyərləndirdirərək qürurla söhbət açır:
Aral, Amudərya sahillərindən,
Bakı adlı gülüstana gəlmişəm.
Çiçəklənən qaraqalpaq elindən,
Çiçək fəsli bu məkana gəlmişəm.
Azərbaycan, Vətənimin vüqarı!
Azərbaycan, Iliçin övladları!
Azərbaycan şeir-sənət diyarı,
Səni görüb həyəcana gəlmişəm.
Heyran oldum musiqinin dilinə,
Zəhmətsevən gənclərinin əlinə,
Nizaminin, Füzulinin elinə.
Nur yayanda gün, cahana gəlmişəm.
9
Ədəbiyyat həftəsinin sonunda yenə  də  «Ədəbiyyat 
və  İncəsənət» qəzetində J.Aymirzəyevin «Bakıda bir qız 
gördüm» şeiri yer almışdır. Şeirdə Bakı qızlarının gözəlliyi, 
onların ulduza bənzəməsi, avazı bülbül, saçları sünbül, ayla-
günlə yarışan, vətən üçün çalışanlardan danışılır. Görünür, 
bakılı  qızlar  şairin sevgi dünyasını ovsunlamışlar:
Çatdım əlli yaşıma,    
Ayla günlə yarışan,
Ağ saç qondu başıma,  
Abşerona yaraşan,
Ömrümdə görmədiyim  
Vətən üçün çalışan,
Bir gözəl ulduz gördüm.   
 Bir xoşbəxt ulduz gördüm.
Bakıda bir qız gördüm.   
 Bakıda bir qız gördüm.
Saçları sünbül kimi,    
Azərbaycan övladı,
Özü qızıl gül kimi,     
Açıqdır qol, qanadı,
Avazı bülbül kimi,    
Dillərdə gəzir adı,
Bir gözəl ulduz gördüm.      Köksündə ulduz gördüm – 
Bakıda bir qız gördüm.  
Bakıda bir qız gördüm.
10
Qaraqalpaq yazıçılarından  İbrahim Yusupovun da 
Azərbaycan, onun mədəniyyəti və  ədəbiyyatı ilə  əlaqələri 
olmuşdur. O, XX əsrin 80-ci illərində Bakıya gəlmiş, 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
384
385
xalqımızın  mədəniyyətinə  və  ədəbiyyatına vurğunluğunu 
gizlət məmişdir. Elə həmin illərdə Almaz Binnətova «Ədəbiy-
yat və İncəsənət» qəzetində İbrahim Yusupov yaradıcılığının 
bəzi xüsusiyyətləri ilə bağlı öz fikrini oxucularla  bölüşərək 
onun  şeir, poema, pyes, tərcümə, məqalə  və s. sahələrdə 
qazandığı  uğurlardan danışmışdır.
11
 
Qaraqalpaq  ədəbiyyatı ilə Azərbaycan  ədəbiyyatının 
əlaqələri XX əsrin 80-ci illərində xalq şairi Hüseyn Arifin 
köməyi ilə davam etdirilmişdir. 1985-ci ildə Özbəkistanın 
Xarəzm  vilayətində xalq sənətkarlığı ilə əlaqədar yığıncaqda 
iştirak edərkən oraya Özbəkistanla yanaşı, Qazaxstandan və 
Qaraqlapaqstandan gələn  el sənətkarları da toplaşmışdılar. 
Bu qrupun  tərkibində iştirak edən H.Arif burada qaraqalpaq  
sənətkarları,  şairləri ilə, onların köməyi ilə isə Berdağ 
yaradıcılığı ilə tanış olmuşdur. Üç gün davam edən bu 
maraqlı  məclisdə  gənc və yaşlı akınları, aşıqları, baxşiləri, 
jırauları hamı böyük maraqla dinləmişdir. Bu nümunələr 
sırasında Berdağın  əsərləri baxşilərin ifasında daha gözəl 
səsləndirilmiş, bəzən ifaçılar təkrar olaraq səhnəyə  dəvət 
olunmuşlar. Bütün bunların hamısı H.Arifi daha dərindən 
düşündürdüyündən, bu xalqların bir-birinə bu qədər yaxın 
olması ilə yanaşı, bir-birimizdən yasaq düşüb tanımamağımız 
onu təəccübləndirmişdir. H.Arif düşünmüşdür ki, laqeyd liyi-
mizə görə dədə sənətkarlar qəbirdən baş qaldırıb bizi mə zəm-
mət edə bilərlər. Elə buna görə də H.Arif  Məhdim qulunun 
Alının,  Ələsgərin Berdağın qanından olduğu nu  söyləyirdi.
Bu görüşlər zamanı Orta Asiya və Azərbaycan folklor-
çuları  və xalq sənətkarları arasında qarşılıqlı dostluq 
əlaqələrinin nizama salınması, vaxtaşırı görüşlər keçirib 
bu  əsərləri dilimizə çevirib xalqlarımız arasında təbliğinin 
gücləndirilməsi qarşıya məqsəd kimi qoyulmuşdur. Bu vədin 
nəticəsi kimi də H.Arifin Berdağdan etdiyi tərcümələri həmin 
illərdə oxuculara çatdırılmışdır.
12
 
1977-ci ildə Nökisdəki «Karakalpakstan baspası»nda 
Berdağın işıq üzü görmüş  əsərlərindən 29-nu H.Arif 
dilimizə  tərcümə edərək Azərbaycan oxucularına təqdim 
etmişdir. Tərcümələrdə, bir tərəfdən, qaraqlapaqların etnik 
koloriti, milli düşüncə  tərzi, Berdağın fərdi yaradıcılıq 
xüsusiyyətləri qorunub saxlanılmışdırsa, digər tərəfdən, 
onun yaradıcılığını  Aşıq Alı, Dədə  Ələsgər və digər xalq 
ədəbiyyatı nümayəndələrimizə yaxınlaşdıran məqamlar göz 
önündə canlandırılmışdır. Tərcümə zamanı H.Arif nəinki 
Berdağın  şeirlərinin janr və forma xüsusiyyətlərini, bəzən 
eyni nümunə daxilində bir formadan digərinə keçidləri, 
sərbətsliyə meylli olduğunu nəzərdən qaçırmamış, orijinalın 
dəst-xəttini islah etmək yox, onu tərcümənin formatına 
orijinala xələl gətirməməklə ortaya qoymuşdur. 
Tərcümənin öz çətinlikləri olsa da, H.Arif onları uğurla dəf 
edə bilmişdir.  Bədii nitqin poetik təşkili şeir tərcüməsinə öz 
möhürünü ritm, intonasiya, sintaktik quruluş, bədii obrazlar 
və s. digər komponentlərin varlığı ilə vurur. Bütün bunlar 
Berdağın şeirlərində özünü  yaxşı nümayiş etdirir. Burada hər 
şeydən öncə intonasiyada mövcud olan musiqililik diqqəti 
cəlb edir. Berdağın  şeirlərinin tərcüməsində H.Arif üçün 
musiqini duymaq zəruri idi. Nümunə üçün «Olan deyil» 
şeirinin tərcüməsindən bir neçə parçaya nəzər salaq:
Bu dünyada heç bir zaman      Nələr çəkib Qaraqalpaq,
Bir adil şah olan deyil.     
Arzuları qalaq-qalaq.
Nə qədər deyə, danışa,    
Yüz yalvar imama, heç vaxt 
Şair sözü yalan deyil.       
Bərabərlik gələn deyil.
Nə qədər qopdu zəlzələ, Qaraqalpaq 
çox 
şey bilir,
Yara vurdu qola, ələ.        
Çoxda ki, çoxları gülür,
Yollar viran qalsa belə,     
Eləsi var yolda ölür,
Bu torpaq dağılan deyil.   
Ölsə də, əyilən deyil.     


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə