Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə41/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
162
163
Qaraqalpaq teatr sənəti ilbəil ümumxalq məhəbbəti 
qazanmaqla formalaşırdı. Dram dərnəkləri böyük uğur əldə 
edirdi. Kütləvi tamaşaçının estetik tələblərinin daha yüksək 
şəkildə ödənilməsi məqsədi ilə Respublika ərazisində olan 
dram dərnəklərini iri milli özfəaliyyət kollektivləri ətrafında 
birləşdirmək qərara alındı. Beləliklə, ilk milli «Dan ulduzu» 
(«Tanq nurı»)  adlanan  teatr truppası yaradıldı. «Dan ulduzu» 
məhz sonralar qaraqalpaq milli teatr sənətinin əsasını təşkil 
etdi. Qaraqalpaqstan Milli Teatrı tanınmış teatr tarixçisi, 
nəzəriyyəçisi və praktiki dahi rejissor K.S.Stanislavskinin adını 
daşımağa  başladı. Bu teatrın səhnəsində müxtəlif illərdə yerli, 
özbək, rus, Azər baycan,qazax,  türkmən dramaturqlarının, 
eləcə  də dünya və Avropa səhnə  sənəti ustalarının pyesləri 
böyük müvəffəqiy yətlə tamaşaya qoyulurdu.
Ədəbiyyat
1. Körpülü F. Edebiyat araştırmaları. Ankara, 1966. 
Адамбаева Т. Музыкальная культура каракалпакского 
народа дооктябрьского периода. Автореф.канд.дисс…Алма-
Ата, 1967. 
Sümər F. Eski türklerde musiki ve oyun. Türk Dünyası Tarih 
Dergisi, sayı 30, 1989. 
Kitabi-Dədə Qorqud Ensiklopediyası. 2-ci c. Bakı, YNE, 2000. 
2. Савицкий И.В. Резьба по дереву. Ташкент, 1965, с. 26-27.
3. Баяндиев Т. Каракалпакский государственный театр име-
ни. К.С.Стани славского. Очерк истории. Ташкент, ФАН, 1971, с. 
11.
4. Айимбетов К. Каракалпак совет драматургиясынынг та-
ри хий нан очерклер. Нокис, «Каракалпак мемлекет  баспасы», 
1963. 
IX. QARAQALPAQ  HAZIRCAVABLIĞI 
VƏ QARAQALPAQ  LƏTİFƏLƏRİ
Qaraqalpaq folklorunda özünəməxsus «juap», yəni 
«cavab» - janrı mövcud dur ki, onlar bu janrda daha tez-
tez güclərini sınayırlar. Bu poetik yarış, söz dialoqu (sual 
və cavab), cigitlər və  qızlar arasında toyda, şənliklərdə ifa 
olunur. Belə ifa zamanı dostlar bir-birilə söz atışması keçirir 
və elə buradaca onların hazırcavablığı yoxlanılır. Qaraqalpaq-
ların həm də belə bir deyimi var: «Hədləri aşmasan,  atanla da 
zarafatlaşa bilərsən». Qaraqalpaq «juap»ları da belədir. Onlar 
həddi aşmayan, yerində  işlənən cavabları çox sevirlər.
Əksər hallarda belə yarışların qalibi qadınlar və  qızlar 
olurlar. Nümunələrdən birinə müraciət edək. Xivə xanı 
ziyarətdən qayıdanda haqqında çox eşitdiyi ağıllı  və 
hazırcavab Kunqrat qızını görmək istəyir. Xanın öz başının 
əsabəsi ilə yaxınlaşdığını görən qız tez öz köhnə yurtasına 
daxil olaraq xana bərkdən deyir: “Ey,  sən hətta xan olsan da 
belə, bayırdakı həvəngdəstəni götürüb yurtaya daxil ol”. Xan 
sözü eşitcək tez həvəngdəstəni götürüb yurtaya daxil olur. 
Qız onu görüb qışqırır: «Ay xan, bağışlayın, bilmədim ki, bu, 
sizsiniz. Məgər onu siz  götürməlisiz, həvəngdəstəni əvvəlki 
yerinə qoyun». Xan dinməz-söyləməz həvəngdəstəni  aparıb 
əvvəlki yerinə qoyur. O, yalnız sonra başa düşür ki, qız onu 
iki dəfə aldada bilmişdir.
«Juap» hazırcavablıq kimi bu günün özündə də qaraqal-
paqların gündəlik həyatında geniş yayılmışdır. Qara qalpaqlar 
hazırcavabları «lakkı», yəni  «lağlağıçı» adlan dırırlar. Xalq 
arasında həm əfsanəvi, həm də real şəxsiyyət kimi  hazırcavab 
Omirbəy-lakkının adı  və deyimləri daha geniş yayılmışdır. 
Söhbət  hazırcavab lıqdan düşmüşkən  Omirbəy haqqında 
danışmazdan  əvvəl qeyd edək ki, digər xalqlarda da buna 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
164
165
bənzər hazırcavablıq məlumdur ki, onlar  da xalq arasında 
çox sevilir, onlara böyük ehtiram göstərilirdi. Məsələn, ruslar 
İvanuşka - kiçiyi, ağıldan dərini, ukraynalılar-Katiqoroşeki, 
belaruslar – Nesterkanı, azərbaycanlılar, Anadolu türkləri, 
özbəklər, türkmənlər, qaraçaylar, malkarlar, qaqauzlar-
Molla (Xoca) Nəsrəddini, Nəsr Xocanı, taciklər – Muşfiqini, 
qazaxlar, qaraqalpaqlar – Aldar Kosanı  və başqalarını belə 
sayqı ilə yad edirlər. Əlbəttə, elə bir xalq yoxdur ki, onun milli 
gülüşünü, düşüncəsini özündə  əks etdi 
rən hazırcavabları 
olmasın. Qaraqalpaqstanda xalqın belə əfsa nəvi  qəhrəmanı 
Ömirbəydir. Digər folklor həm yaşıd ların dan  fərqli olaraq, 
Ömirbəy  tədqiqatçı və folklor topla yıcılarına 50-60 il bundan 
əvvəl məlum olmuşdur.  Ümu miy yətlə, qeyd etmək lazımdır 
ki, əgər hazırcavablar  bolqarlarda Qabrovodan, özbəklərdə 
Kokanddan, azərbaycanlılarda Şəkidən və ya Ucarın Yuxarı 
Şilyan kəndindən çıxmışlarsa, qaraqalpaqlarda belə mərkəz 
kimi Çimbay şəhəri tanınır. Ömirbəyin özü də Çimbaydandır. 
O, XIX əsrin sonu XX əsrin əv vəl lərində yaşamış real simadır. 
Son dövrlərə qədər ömür sür müş  ağsaqqallar Ömürbəyi canlı 
gördüklərini təs diqlə miş lər.  Əlbəttə, Ömirbəyin qohumları 
indiyə  qədər yaşa maq da dırlar. Onunla bağlı müəyyən 
sənədlər də mövcuddur. Lakin bununla belə Ömirbəyin 
doğrudan da  həyatda olması ilə bağlı  bəzi  şübhələr də 
dolaşmaqdadır. 
Yumorlu folklorda isə belələri ümumiyyətlə çoxdur. 
 
Məsələn, Ömirbəylə məlum hal digər qəhrəmanlarla da olur. 
Ömirbəy simasında xalq hazırcavabı  qəhrəmanı  təcəssüm 
etdirilməklə, qaraqalpaqlarda olan ən maraqlı hazırcavablığı 
Ömirbəyin adı ilə bağlayırlar. 
Dünya folklorunun digər janrlarında olduğu kimi, xalq 
hazırcavablığında da gəzərgi süjetlər mövcuddur. Məsələn, 
eyni lətifəni biz Azərbaycanda Molla Nəsrəddinə və ya Bəhlul 
Danəndəyə, Kareliyada Kumoxaya, Moldovada Tendaleyə 
və Pekaleyə, Buryatiyada  Budamşuya aid etmişik.  Əlbəttə, 
burada təəccüblü elə bir şey də yoxdur. Dövrümüzdə olduğu 
kimi, həm də digər zaman kəsiklərində zarafat digər xalqların 
da zəngin mədəni irsinə çevrilə bilir. Bununla belə folklor 
personajının özünəməxsus orijinal cəhəti və spesifikliyi həm 
də xalqın milli xarakteri, həyat şəraiti ilə bağlı olur. 
Müasir dövr söz sənətində folklor motivləri ilə  zəngin 
olan kitabların ortaya çıxmasına daha çox səy göstərilir. Buna 
görə  də tanınmış söz sərraflarının adına yazılan (məsələn, 
Nəsrəddin, Nəvai (Mirəli adı ilə), Kəminə (XIX əsr türkmən 
satirik şairi), Balakirevə (XVIII əsrdə yaşamış rus zarafatcısı)  
aid lətifələr, Dağıstanda yazıçı Hizgil Avşalumovun 
“Hazırcavab Simi Dərbəndi novellaları”, Daşkənddə    Pəh-
lə van  Keçəllə bağlı hekayətlər, Azərbaycan, gürcü, türkmən, 
öz bək, latış, ukrayna, uyğur, alman, amerikan, polyak, ərəb, 
çex və digər xalqların yumoristik folklor örnəkləri daha tez-
tez işıq üzü görür.
Hələ sovet dövründə Ukrayna nəşriyyatları “Naukova 
dum  кa”, “Dnipro” və “Radyanski pismennik”də İ. Bere zevs-
ki,  İ.Artemçuk və Q.Qriqoryev tərəfindən çox saylı  lətifələr, 
prit ça lar  və zarafatlar məcmuələri işıq üzü görmüşdü. Bun-
dan başqa Kiyevdə keçmiş SSRİ-də ilk dəfə olaraq İlya Dolya-
Popov tərəfindən tərtib olunmuş  bütün dövrlərin və xalqların 
“Şən müdrik fikirlər kitabı”  kimi fundamental məcmuə 
ortaya çıxmış, bundan əvvəl “Ukrayna lətifələri antologiyası” 
məcmuə ilə birlikdə yumor janrının zənginləşməsinə, 
lətifənin nəzəri məsələlərinin işlənməsinə marağı artırmışdı.
Bu baxımdan Azərbaycanda da lətifələrə, hazır cavab lı-
ğa  maraq daim böyük olmuşdur. Burada Molla Nəsrəddin 
ləti fələri, (Azərbaycan və rus dilində), Bəhlul Danəndə ləti-
fələri (Azərbaycan və rus dilində), Ayrım lətifələri, Abdal 
Qasım lətifələri, Şəki lətifələri, Hacı dayı ilə bağlı lətifələr və 
s. dəfələrlə oxuculara təqdim olunmuşdur. Azərbaycanda 


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə