Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
150
151
Qaraqalpaqların ənənəvi baxışlarına
görə usta və onun
emalatxanası mü qəd dəs hesab olunurdu. Buna görə də belə
emalatxanaları uşağı olmayan qadınlar ziyarətə gedər, psixi
xəstələr oraya getməklə şəfa tapar, qurbanlar kəsərdilər.
Yurtanın hazırlanması bir sıra əlamətlərlə müşayiət
olunurdu. Məsələn, yurtanın tirlərini düzəldən usta, onun
üçün qapı qoymurdu. Və hesab edirdi ki, əgər o, özü
yurtanı tikib qapı qoysa, ölə bilər. Yurta düzəldilməsi ilə
bağlı qaraqalpaqlarda uğurlu günlər kimi çərşənbə və cümə
axşamı günləri hesab olunurdu.
Sakinlərin yurtada yaxşı gün-güzəran keçirmələri üçün
yaşlı kişilərin iştirakı ilə bəd ruhların olmadığı yerlər, təmiz,
pak məkanlar seçilməli idi. Yurtanın tikintisinə başlanma
zamanı
bütün qohumlara, yaxınlara, qonşulara bildirilməli
idi.
İştirakçılar üçün heyvanlar kəsir, yaxşı təntənə təşkil edir,
şadyanalıq qururdular. Təntənəyə dəvət olunanların hamısı
məclisə sovqat (“сауга”) gətirərdi. Bundan başqa kimisi pul,
kimisi pay-parça, kimisi də heyvan gətirib deyirdi: “Qoy
xeyirli olsun” (“Кутлы коныс болсын”). Dəvətlilər evlərinə
qayıdarkən hədiyyəsiz getməzdilər.
Əgər yurtada yaşayanlar çox xəstələnsəydi, ölsəydi, yaxud
qadın doğmasaydı, belə olduğu halda yurtanın tikildiyi yer
uğursuz hesab edilərdi (Yeri gəlmişkən qeyd edək ki, belə
halla biz Azərbaycan mərasim folklorunda da rastlaşırıq).
Hər ehtimala qarşı burada
qədim türklərin xoşbəxtliklə
bağlı relikt inancları əksini tapmışdır.
3
Türk inanclarına görə
xoşbəxt yaşayış yeri seçildikdə ailədə uşaq çox olurdu. Hamı
sağlam olur, ailə də şadlıq içində böyüyür, inkişaf edirdi.
Qaraqalpaqların inancına görə xoşbəxtliyin hər hansı
forması, siması, yeri, məkanı olmur. Çünki o insanda olduğu
kimi heyvanda və s. ola bilər. Məsələn, qarqalpaqlar ev
heyvanı satarkən sahibi onun yunundan bir az götürərdi
ki, onun satılması ilə xoşbəxtlik evdən getməsin. Yeri
gəlmişkən qeyd edək ki, belə hal Azərbaycan türklərinin də
əski inanclarında yer almışdır. Məsələn, heyvan satan zaman
onlar da qaraqalpaqlar kimi edir, yaxud qaranlıq düşən
zaman
pul verərkən, pulun kənarından bir az qoparıb, yalnız
bundan sonra istəyənə verərdilər. Azərbaycanlıların inancına
görə şər qarışan vaxtı pul vermək ailənin xoşbəxtliyinə ziyan
vura, evin ruzisi gedə bilərdi.
Qaraqalpaqlarda ailədə uşaq olmamasını yurtanın
yanında, yaxud yaxınlığında bəd ruhların, yaxud ağcaqayın
ağacının olması ilə izah edirdilər. Belə olduqda ya ağcaqayını
kəsmək, ya da oradan köçmək zəruri idi. Azərbaycan
türklərində belə uğursuz, bədbəxtlik gətirən ağac kimi qoz və
əncir ağacı hesab edilirdi. Analoji köçmə inanc və adətləri Sibir
türklərində, yaqut və altaylılarda da mövcuddur.
4
Onların
inancına görə xoşbəxtlik uşağın qəlbindədir. Məsələn, altaylı-
larda uzun müddət uşaq doğulmurdusa, əvvəlki yaşayış yeri
dağıdılmalı, cütlük ayrı yerə köçməli idi.
5
Qaraqalpaqlarda
yurtanın tikilməsi ilə bağlı mərasim və inanclar onların digər
türk xalqları ilə etnomədəni əlaqələrdə olduğunun mühüm
göstəricilə rindəndir.
Qaraqalpaqlarda yurtanın kandarı ilə bağlı qədim dini
mərasim və inanclar əcdadların ayinlərinə gedib çıxır.
Yurtanın kandar ayini toy mərasimləri, uşağın doğuluşu və
tərbiyə olunması, hüzn və basdırılma ayinlərində də izlənilir.
Heç zaman kandara ayaq qoymaq, yaxud üstündə oturmağa
imkan verilməzdi. Bu, bədbəxtlik gətirə bilərdi.
Yeri gəl-
miş kən qeyd edək ki, belə mərasim Azərbaycan türklərinin
praktika sında da mövcud olmuşdur. Məsələn, qapı kan-
darında bir-biri ilə görüşmək olmaz. Yaxın qonağı onlar adə-
tən ya kandardan öndə, ya da kan dardan içəridə qəbul edər-
dilər. Kandarda ələ-ələ vurmaq lənətlənmə kimi qarşılanar dı.
Kandar ayinini Sibir türklərində də görmək olar. Məsələn,
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
152
153
xa kas lar və saklar uşaqlara kandarda oturmağa icazə ver məz-
dilər. Əgər oturmalı olsaydılar, uşaqlar gec böyüyərdilər.
6
Gələcək ər evinə ayaq basan gəlin, qadın hər dəfə uşaq
dünyaya gətirdikdən sonra mütləq kandara baş əyməli, alnını
kandara vurmalı, qoymalı sonra sağ ayağı ilə kandardan içəri
daxil olmalı idi. Kandardan içəri
keçəndən sonra gəlinlər bu
qadına xalat, paltar, təsək və s. bəxş edərmişlər. Bu mərasim
Azər baycan və Anadolu türklərində, özbəklərdə, türk mənlər-
də, qaqauzlarda və digər türklərdə də olmuşdur.
Ölünün cəsədi evin içindən çıxarılarkən onun baş
hissəsi üç dəfə kandara toxundurulmalı idi. Qaraqalpaqlar
inanırdılar ki, belə olduqda ölü girişi yaddan çıxarar və o, bir
daha geri dönməz. Kandar türklərdə ulu və müqəddəs hesab
olunmuşdur. Yuxarıda söylədiyimiz kimi,
kandar üstündə
görüşmək ona görə qadağan olunurdu ki, belə görüş zamanı
insanın bir ayağı yurtada olurdusa, o biri məzarda ola bilirdi.
Türklərdə gəlin yurtaya daxil olmazdan əvvəl üç dəfə
kandara əli ilə dəyib, alnı ilə toxunmasının mənşəyini
onunla əlaqələndirirlər ki, bununla gəlin öz ərinin əsil-
nəslindən onu öz sıralarına qəbul etməyi xahiş edirmiş. Bu
mərasim müqəddəs yerləri ziyarət edən zamanlarda daha
çox qorunulurdu.
Əcdadların ayinlərinin özünü əks etdirən formaların dan
biri təzə dünyaya gəlmiş uşağın ciftinin yurtanın kandarının
altında qazılıb basdırılmasıdır. Onlar bununla da gələcək
uşaqların həyatını qorumağa can atırdılar.
Oğul doğuşu
zamanı cifti aşıq oyunu sümüyü ilə birlikdə basdırırdılar.
Əgər qız doğulsaydı uşağın ciftini darı ilə birgə bas dırır-
dılar. Cift təzə doğulmuş uşağın atası tərəfindən giri ş dən sol
tərəfdə basdırılırdı. Hər ehtimala qarşı, bu ritual ciftlə yeni
doğulmuş uşağın sıx əlaqədə olma təsəv vür lə rin dən irəli
gəlirdi. Ciftin uşaq oyunu aşıq və darı ilə basdırılma adəti isə,
görünür, qarqalpaqların yarımköçəri həyat tərzi keçirməsi
ilə bağlıdır. Aşıq – heyvandarlığı, darı isə təsərrüfat həyatı ilə
bağlılığı özündə əks etdirmişdir.
Ciftin qazılıb basdırılması analoji adəti və onunla bağlı
mə rasim və inanclar həm də digər Orta Asiya və Qazaxıs-
tanda yaşayan xalqlar arasında da vardır. Məsələn, Xarəzm
özbək ləri cifti qapının kandarında parçalayıb hissələrə bölür-
dü lər.
7
Digər regionlarda yaşayan
özbəklər və taciklər oğul
doğulan zaman cifti qapının kandarında aşıqla birgə bas-
dırırlar mış.
Bu mərasimin kökləri Orta Asiya xalqlarının qədim
ənən ləri ilə bağlıdır. Məsələn, Topraq-qala şəhərinin qazın-
tıları zamanı IV-V erkən orta əsrlər abidəsində belə əşyalar
tapıl mışdır. Sonralar isə Qaraqalpaqstan Etnoqrafiya Dəstəsi
Taxtakupır rayonundakı Kurqança şəhərciyində, Kunqrad
rayonu ərazisindəki Maştakata qalasının şimal-cənub
küncündə bir sıra bu tipli ayin əşyalarına rast gəlmişlər.
Qaraqalpaqlarda buğda dolu çuvalı yurtanın ortasında
qoymaq evə, ailəyə zənginlik və çoxuşaqlılıq arzulamaq kimi
nəzərdən keçirilirdi. Yurta qurulub başa çatdıqdan sonra
dəvətlilərə şirniyyat və bir sıra şeylər paylanardı ki, onlar
müqəddəs hesab edilirdi.
Yelləncəklər Orta Asiya xalqlarında xalq bayramları,
gəzinti və toylarda əylənmənin bir növü kimi nəzərdən
keçirilirdi. Yelləncəklərdə yellənmə məhsuldarlıq ayin relikti
ilə bağlıdır. Məhsuldarlıq ayini buğda ilə bağlı olmaqla,
həm də nəsil törətmə rəmzi ilə əlaqəlidir. Daş isə yurtanın
tikilməsinin möhkəmliyi rəmzini ifadə edirdi.
Yurtanın içi müxtəlif hissələrə bölünürdü: burada
mərasimlər
keçirilən yer, qonaqların qəbul edildiyi hissə, ev
əşyaları və digər şeylər yerləşən hissələr vardır. Girişin sol
tərəfindən bir az sağ tərəfdə kişilər üçün yer olurdu. Yurtanın
bu hissəsində kişi paltarı , atın yüyəni və yəhəri qoyulurdu.
Ənənəyə görə elə buradaca pərdə arxasında gəlin öz rəfiqələri