Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə49/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
194
195
tərəfi qurulur və bununla da xalqı, insanı hamıdan yüksəkdə 
görmək kimi müsbət xüsusiyyətlər,  ədalətlilik  və xeyirxahlıq 
göz önündə canlanır.
Qaraqalpaqların heyvanlar haqqında nağıllarında  əksər 
hallarda tülkü və eşşəyin hiyləgərliyindən danışılır. Mə sələn, 
«Hiyləgər tülkü» nağılında  Şirin, Tülkünün, Canavarın, 
Çaqqalın və  Dəvənin dostluğun dan  söhbət gedir….
Nağılda deyilir: Onlar yolda çox bərk acırlar. Tülkü Dəvəyə 
müraciət edərək deyir: «Sən indi təksən. Əgər səni kəsib gələn ilə hər 
birimiz sənə bir dənə dəvə gətirsək, onda dörd dənə olacaqdır». Dəvə 
razılaşır, onu kəsirlər və dörd yerə bölürlər. Xəsis çaqqal dəvənin 
budunun birini gizlin yerə çəkir və o qədər yeyir ki, axırda çatlayır. 
Canavar Tülküyə deyir: «Əgər mən onun  böyrəklərindən birini 
yesəm, necə olar?». Canavar yeməyə başlayanda Şir bunu görür və 
dalınca atılır. Canavarla Şir gözdən itir və bu an Tülkü həmin o 
budu başqa bir yerə çəkib  yaxşıca gizlədir. 
Şir Qurdu tuta bilmir, geri qayıdıb görür ki, ət yoxdur. Tülküdən 
soruşur:
- Dəvə necə oldu? Dəvə orda qaldı, çaqqal isə yeyib çartladı.
- Onda biz özümüzə yem axtarmalıyıq? 
Bu dəmdə Tülkü dəvənin bağırsaqlarını qoltuğu altında gizlədib 
yolda yeyə-yeyə gedirmiş. Birdən Şir onu görüb soruşur:
- Sən nə yeyirsən?
- Tülkü cavab verir – öz bağırsaqlarımı yeyirəm.
-  Şir deyir ki, onda mənim də bağırsaqlarımı  çıxar,  mən də 
yeyim.
- Siz güclüsünüz, ağrıyıb məni öldürərsiniz.
- Şir deyir – əgər sən məndən qorxursansa, onda əlimi, ayağımı 
bağla.
Tülkü belə  də edir. Onun əl-ayağını  bərk-bərk iplə bağlayıb 
sonra Şirin qarnını yırtır. Şir ölür. Onun ətini də Tülkü gizli yerə 
aparıb saxlayır, orda yeməyə  və kökəlməyə başlayır.
Bir dəfə Tülkü gəzməyə çıxır. Fikirləşir ki, o daha qüvvətli və 
gözəldir. Elə bu anda görür ki, it yolla gedir və it onun dalınca 
düşür. Tülkü Allaha yalvarır: «Ey böyük Allah, səndən təvəqqe 
edirəm ki, məni bu itdən qoruyasan, məni xilas etsən, bir batman 
darı verərəm».
Tülkü xilas olur. O Allaha inandığından qorxur ki, Allah 
məndən bunu, yəqin ki, tələb edəcək.
Tülkü fikirləşir:
-  Əgər Allah doğrudan da varsa və o məndən borcu soruşsa 
deyəcəyəm: Mən bu darını haradan götürüm? Yoxumdur, mən nə 
onu becərir, nə  də yemirəm. Bununla belə  vəd olunanı gözləmək 
gərəkdir, - deyir.
Yaxud digər «Eşşək və öküzlər» nağılına diqqət yetirək. 
Nağılda eşşəyin həm gicliyi, həm də bicliyi haqqında danışılır. 
Kəndlinin iki öküzü və bir eşşəyi varmış. Öküzlərlə o, yer 
şumla yır digər  ağır işlər də görürmüş. Eşşəksə daim evin kənarında 
gəzirmiş.
Eşşəyin öküzlərə yazığı gəlir. Bir dəfə onlara deyir:
- Əgər yeminizdən imtina edib yeməsiniz, onda xəstələ nərsiz. 
Xəstə öküzlərlərəsə yiyəniz yer şumlatdırmayacaqdır.
Öküzlər eşşəyə qulaq asır, nə yem yeyir, nə  də bir iş görür, 
beləliklə, zəifləyib  əldən düşürlər.
Kəndli belə olduqda öküzlərin yerinə  işsiz-gücsüz eşşəyi xışa 
qoşur və yeri şumlamağa başlayır. Bir dəfə  həddən artıq bərk yer 
şumlayanda yorulur.
Axşam qayıdanda eşşək öz gicliyi haqqında düşünür və  gəlib 
öküzlərə deyir:
Siz tez dirilin. «Əgər ayağa qalxmasanız, sahibiniz sizi  kəsib 
ətliyə verəcək”. Öküzlər bundan qorxur və tezliklə yem yeyib 
dirçəlməyə başlayırlar. Bununla da kəndli onları  xışa qoşduqdan 
sonra eşşəyi işləməkdən azad edir…». 
Beləliklə, bu nağıllarda biz tülkü və eşşəyin şir və öküzü 
ələ saldıqlarının şahidi oluruq. Dəvənin, canavarın, öküzün 
nağıllardakı belə xüsusiyyətlərinin fenomenal başdanxarab-


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
196
197
lığı  hər  şeydən öncə onların özlərini gözdən salır. Belə 
təsvirlərdə  nəinki dəvənin, canavarın, öküzün hərəkət  və 
davranışı, həm də insan tipinin real xüsusiyyətləri və bu 
tiplərə münasibət öz əksini tapır. Qaraqalpaq nağıllarında 
dovşan və siçan adətən zəiflər  rolunu oynayır. Onlar həm də 
tez küsəyəndirlər. Bu tipli nağıllar üçün sosial mahiyyət daha 
mühümdür. Ev heyvanları  və quşlarından müsbət qəhrəman 
kimi iti, pişiyi və xoruzu göstərmək olar. Pişik dostluğa 
olduqca sadiqdir, xoruz isə bütün incidilənlərə kömək olmağa 
hazırdır. Bununla belə bu nağıl personajlarının  müsbət cəhəti 
də son dərəcə şərtidir. Bu tiplu nağıllara “Bildirçin və tülkü”, 
“Xe yirxah qoca və oğru sağsağan” və s. nümunə göstərə bilə rik.
Heyvanlar haqqında olan qaraqalpaq nağılları özündə 
heyvan və insan xarakterini uğurlu  şəkildə birləşdirməklə 
obrazlar yaradır. Və, təbiidir ki, onlarda həm də insan 
psixologiyası  üçün xarakterik olan xeyli şeylər ortaya 
qoyulur. Heyvanların nağıllarda obrazının özünəməxsusluğu 
ondadır ki, burada əksini tapmış insan xüsusiyyətləri  heyvan 
xüsusiyyətlərini sıxışdırıb aradan çıxarmır. Bi tipli  nağıllarda 
kinayə, eyham nə qədər inkişaf etmiş olsa da,  orada həm də 
kinayə görmək mümkün olmur.
Heyvanlar haqqında olan qaraqalpaq nağıllarının 
əksəriyyəti  uşaqlara ünvanlanmışdır. Onlar əksər hallarda 
idraki və didaktik xarakter daşıyır. Onlar üçün yumor 
xarakterik  olmaqla yanaşı, həm də sadəlik  və müxtəsərlik 
xasdır. Heyvanlar haqqında nağılların strukturu kifayət qədər 
sadədir. Burada süjet quruluşu kompozisiyanın  əsası kimi 
xidmət edir. Hadisələrin  gedişindən asılı olaraq hadisələrin 
özü  və bütün təhkiyə materialı bölüşdürülür. 
Heyvanlar haqqında nağıllar üçün dialogizm digər 
nağıllarda olduğundan daha çox inkişaf etmişdir: dialogizm 
hərəkəti inkişaf etdirir, situasiyanı açır, personajların 
vəziyyətini göstərir.
Qaraqalpaqların heyvanlar haqqında nağılları üçün sadə 
süjet kompozisiyası xarakterikdir. Bu tipli nağıllarda  həm də 
təhkiyənin bağlıca epizodunun təkrarlanması ilə qarşılaşmaq 
mümkündür. Bu, nağılda yer almış başlıca fikri daha aydın 
edir: situasiyaların uyğunluğu və nəticələrdəki ziddiyyətlər 
daha çox nəzərə çarpır. Bəzi qaraqalpaq  heyvanlar haqqında 
nağıllarda biz hadisə və hərəkətlərin daha da gərginləməsi və 
mürəkkəbləşməsi ilə müşayiət olunduğunu görürük. Onun 
bə dii  mahiyyət və mənası hər bir konkret hallarda ayrıca qeyd 
olunur. Bununla belə burada başqa bir dəyişməz məqam 
da var: təkrarlar nağılın uşaq tərəfindən asan  mə nimsənil-
məsinə, başa düşülməsinə və yadda qalmasına  kömək edir. 
Əksər   qaraqalpaq heyvanlar haqqında nağıllarda rit-
mik  təhkiyəyə  qaçıl mır,  əksinə  zəngin obrazlılığa meyl 
hiss olunur, adi gizli xalq danışıq  dilindən istifadə olunur 
ki,  bu da hər bir nağılın deyim qatını təşkil edir. Heyvanlar  
haqqında nağıl personajlarının dili müxtəlif təbəqələrin və 
müxtəlif fərdi simaların məişət nitqini yaradır. Bu nağıllarda 
nitq replikaları kifayət qədər həyatidir.
Qaraqalpaqların heyvanlar haqqında nağıllarına müsbət 
və  mənfilərin bir-birindən ciddi şəkildə    fərqləndiril məsi  
xasdır. Heç vaxt hər hansı bir personajın  hansı – mənfiyə, 
ya xud  müsbətə ail olması  şübhəsi ortaya çıxmır.  Bu heç 
də materialın primitiv  şəkildə yox, uşaq tərəfindən qəhrə-
manların  davranış və hərəkətlərinin əks edilməsi ilə ortada  
durur. Qaraqalpaq heyvanlar haqqında nağıllar üçün aydın 
obrazlılıq xarakterikdir. Qaraqalpaq heyvanlar haqqında 
nağıllarda  heyvanların başlıca davranış qaydaları dürüst 
əksini tapır.
Nağıllarda heyvanların bioloji davranışı, onların 
“xarakteri”nin, “xasiyyəti”nin mühüm xüsusiyyətləri səlis 
epitet və ayama ilə müəyyənləşir. Qaraqalpaq heyvanlar 
haqqında nağıllarda təhkiyə, adətən, yumorla canlandırılır 


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə